Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-702/2024 04.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X27 Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X8 1935-ci il tarixində Kamo (Kəvər) rayonunun Ağqala kəndində doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəmənin 06 fevral 2024-cü il tarixində keçirilən hazırlıq iclasında “ərizənin dəqiqləşdirilməsi” barədə ərizə verərək, atası X8 1935-ci ildə Ermənistan SSRİ-nin Kəvər rayonunun Ağqala kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. Mərhum atası X15 ailəsi ilə birlikdə öz doğma yurdyuvasından didərgin salınaraq 1947-ci il tarixində məcburi qaydada Gəncə şəhərinə köçürülmüşdür. Atası 23 iyul 1986-cı il tarixində Gəncə şəhərində vəfat etmişdir. Hazırda onun adına əmlak olduğu üçün vərəsəlik edilməsi məqsədi ilə doğum şəhadətnaməsinə ehtiyac vardır. 1947-ci il tarixində məlum hadisələrdən sonra atası və ailəsi öz ata-baba torpaqlarından qaçqın düşmüşlər. Həmin dövrdə baş vermiş hadisələr səbəbindən bir çox sənədləri itmiş və yaxud məhv olmuşdur. Həmçinin, atasına məxsus olan doğum haqqında şəhadətnaməsi də həmin dövrdə itmişdir. Bu səbəbdən mərhum atası X8 1935-ci il tarixində Ermənistanın Kamo (Kəvər) rayonunun Ağqala kəndində doğum akt qeydinin bərpa olunması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-2371/2023 saylı məktubuna əsasən doğum akt qeydinin mövcud olmadığı və doğum akt qeydinin bərpası faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirdi ki, Ərizəçi onun bibisinin nəvəsidir. Ərizəçinin atası X21 isə bibisi oğludur. Səfər Hüseynov 1935-ci il tarixində indiki Ermənistan Respublikasının Kamo (Kəvər) rayonu Ağqala kəndində doğulmuşdur. X21 ilə bir məhlədə böyümüşlər. Səfər Hüseynov indiki Ermənistan Respublikasının Kamo (Kəvər) rayonundan Gəncə şəhərinə deportasiya olunmuş və ölənə kimi Gəncə şəhərində yaşamışdır. Bibisi oğlu Səfər Hüseynovun doğum şəhadətnaməsi olsa da, sonrada naməlum şəkildə itmişdir. Ermənistan Respublikasından isə həmin sənədi almaq mümkünsüzdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirdi ki, X21 onun bibisinin oğludur. Onun atası, əmisi, bibiləri hamısı Kamo (Kəvər) rayonu Ağqala kəndində doğulmuşlar. Məlum hadisələrə görə bibisi oğlu Səfər Hüseynov da öz ata-baba yurdlarından didərgin salınaraq Gəncə şəhərində məskunlaşmışdır. Səfər Hüseynov 1935ci il tarixində Kamo (Kəvər) rayonu Ağqala kəndində doğulmuşdur. Onlar hamısı bir yerdə yaşamışlar. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; Gəncə şəhər VVADQ şöbəsindən verilmiş xx.xx.2003-cü il tarixli 319612 nömrəli arayışın surətindən görünür ki, X15 23 iyul 1986-cı ildə 51 yaşında ölmüşdür. 20 noyabr 2023-cü il tarixli, 3-16-5/8-70-N-4688/2023 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışın surətindən görünür ki, X15 23 iyul 1986-cı il tarixində ölmüşdür. Ölüm haqqında xx.xx.1986-cı ildə 480 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: ürək ciyər çatmamazlığıdır. “Elektron notariat” X1 vasitəsilə “X4” AQİS-dən çıxarışdan görünür ki, X15 XX.XX.1935-ci il tarixində doğulmuşdur. AZ-T seriyalı, 252820 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Səfər oğlu xx.xx.1962-ci il tarixində doğulmuşdur. Atası: X15, anası: X5r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 24 noyabr 2023-cü il tarixli, 3-16-5/8-15-2371/2023 nömrəli məktubunda Ərizəçi Səfər oğluna bildirilmişdir ki, X8 Ermənistan Respublikasında doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də 1935-ci ildə Ermənistan Respublikasında doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4nın Reyestri Xidmətinin 22 fevral 2024-cü il tarixli, 3-16-5/4-18/1030/2024 nömrəli məktubunda bildirilmişdir ki, X8 Ermənistan Respublikasının Kamo (Kəvər) rayonunun Ağqala kəndində doğulduğu qeyd edilmişdir. Ermənistan Respublikasının X4nın qeydiyyatına dair sənədlər xidmətin arxivində saxlanılmadığından xahişin təmin olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya Xidmətinin 01 mart 2024-cü il tarixli, 18/2-5927/2024 nömrəli məktubunda bildirilmişdir ki, 1935-ci il təvəllüdlü X15 xx.xx.1979-cu il tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 23 fevral 2024-cü il tarixli, 3-48-DA/2-149/2024 nömrəli məktubunda bildirilmişdir ki, Ermənistan SSR üzrə X4nın qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X8 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının 15 fevral 2024-cü il tarixli, 3-48-DA-4F/2-289/6/2024 nömrəli məktubunda bildirilmişdir ki, başqa respublikasının arxiv sənədləri filialda mühafizə olunmadığı üçün sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi, xx.xx.1971-ci il təvəllüdlü X3, xx.xx.1996-cı il təvəllüdlü X11, xx.xx.1995ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.1994-cü il təvəllüdlü X2 şəhəri, Zeynal Xəlil küçəsi, ev 35 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 4.1-ci bəndində izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X4nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum X8 övladıdır. Ərizəçinin mərhum atası 23 iyul 1986-cı ildə vəfat etmiş X15 1935-ci il tarixdə indiki Ermənistan Respublikasının (həmin dövr üçün Ermənistan SSR) Kamo (Kəvər) rayonu Ağqala kəndində doğulmuşdur. Bu fakt məhkəmə iclasında şahid qismində dindirilmiş X16 və X6 izahatları ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə şahid ifadələrinə qiymət verərək, onların ərizəçinin yaxın qohumları olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X16 və X6 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. O cümlədən, iş materiallarına əlavə edilmiş, 08 yanvar 2003-cü il tarixli, 319612 nömrəli Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu X4nın Dövlət qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda da X8 23 iyul 1986-cı il tarixində 51 yaşında öldüyü (belə olduğu halda doğum tarixi 1935-ci il olduğu müəyyən olunur), həmçinin, “Elektron notariat” X1 vasitəsilə “X4” AQİS-dən çıxarışda da X15 XX.XX.1935-ci il tarixində doğulduğu qeyd edilmişdir. Lakin, X21 20-ci əsrin ortalarında Ermənistan SSR-dən Azərbaycana deportasiya olunmuşdur. Bundan sonra ona məxsus doğum haqqında sənədlər hansısa səbəbdən itmişdir. XX əsrin əvvəllərinə kimi indiki Ermənistan Respublikasının ərazisi Azərbaycana məxsus olsa da həmin dövrdən başlayaraq ermənilər tərəfindən həmin ərazi işğal olunmuş və Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikası yaradılmışdır. Hal hazıra kimi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı düşmənçilik siyasəti davam etməkdədir. Bu baxımdan yuxarıda arxiv məlumatlarının, yəni qeyd edilən şəxsə məxsus doğum haqqında şəhadətnaməni Ermənistan Respublikasından almaq mümkün deyildir. Məhkəmə eləcə də qeyd etməyi lazım bilir ki, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi vərəsəlik hüququnu həyata keçirməkdir. Bu baxımdan Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə həm də subyektiv hüquqa da malik olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu baxımdan məhkəmə hesab edir ki, Ərizəçi ərizəsində xahiş etdiyi faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün deyildir. Beləliklə, məhkəmənin gəldiyi yekun qənaətinə əsasən ərizə təmin edilməli; - 23 iyul 1986-cı ildə ölmüş X8 1935-ci ildə indiki Ermənistan Respublikasının (həmin dövr üçün Ermənistan SSR) Kamo (Kəvər) rayonunun Ağqala kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216,220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 23 iyul 1986-cı ildə ölmüş X8 1935-ci ildə indiki Ermənistan Respublikasının (həmin dövr üçün Ermənistan SSR) Kamo (Kəvər) rayonunun Ağqala kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-702/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-702/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver