Məhkəmə qərarları › İş №2(125)-706/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-706/2023

07.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-706/2023 07.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X56 Şakir oğlunun sədrliyi, Səmədli Aylin Vurğun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı, X7 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı, X7 və X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64-də istifadə hüququ verilib evə köçürülmə tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı və digər iddiaçıların nümayəndəsi Vəkil “iddia tələbinin həcminin azaldılması” barədə məhkəməyə verərək, mübahisəli evə yalnız İddiaçı köçürülməsi və digər iddiaçıların iddiaçılar siyahısından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 1987-ci ildə X25 ilə ailə qurmuş, mübahisəli evə gəlin köçmüşdür. Son zamanlara kimi digər iddiaçılarla mübahisəli evdə gəlin köçdüyü gündən bəri gəlin gəldiyi evdə yaşamışdır. O, ailə üzvləri ilə işləmək üçün Rusiya Federasiyasına gedib-gəlmişdir. Demək olar ki, əri Bəxtiyarla mövsümü olaraq Rusiya Federasiyasına işləməyə getmiş və hər il qayıdaraq mübahisəli evdə yaşamışlar. Yalnız pandemiya vaxtı sərhədlər bağlı olduğundan mübahisəli evə əri Bəxtiyarla gələ bilməmişdir. O, gəlin gələn zaman mübahisəli ev qaynatası və qaynanasının mülkiyyətində olmuşdur. Təxminən 2022-ci ilin sentyabr ayının ortalarında o, mübahisəli evə getmək istəmiş, lakin Sultanın arvadı Cavabdeh1 onları evə buraxmamışdır. Səbəb budur ki, qaynı Sultan əri Bəxtiyardan borc pul istəmiş, Bəxtiyar ona pul verə bilmədiyinə görə araları dəymişdir. Halbuki Sultan həmişə onlarla yaxşı münasibətdə olmuşdur. O və əri Bəxtiyar Rusiya Federasiyasında Sultanın qulluğunda olmuşdur. Hətta Sultanla qardaşı Yavərlə hazırki evlə bağlı mübahisə edən zaman Sultan onun tərəfində olmuşdur. Onun əri Bəxtiyar evin kiçik oğlu olmuşdur. Mübahisəli evdə 2 qız övladı dünyaya gətirmişdir. Mübahisəli ev 2 mərtəbədən ibarətdir. Evin onlar yaşayan hissəsində bütün kommunal xərcləri yoldaşının adınadır və onlar tərəfindən vaxtaşırı ödənilmişdir. Əşyaları da hazırda həmin evdə yerləşir. Cavabdehlər evin giriş qapısını dəyişərək, onu sözügedən evə qoymur, evin açarını da ona vermirlər. O, çöllərdə qalmaq məcburiyyətində qalmış, başqa daimi yaşaya biləcək yeri yoxdur. Mübahisəli evdə yaşayaraq istifadə hüququ əldə etmişdir. Cavabdehlər onu evə buraxmadığı üçün aralarında mübahisə yaranmış və polisə müraciət etmişlər. Polis məhkəməyə müraciət etməklərini məsləhət görmüşdür. Mübahisəli evdə pasport qeydiyyatındadır. Mübahisəli evdə yaşayaraq istifadə hüququ əldə etmişdir. Ona görə də mübahisəli evdə istifadə hüququ tanınmalı və o, ünvan 1 ünvanda yerləşən mübahisəli evə köçürülməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli evin hazırda mülkiyyətçisidir. Belə ki, mübahisəli evi anası ona bağışlamışdır və İddiaçı həmin evə köçürülməsinə razı deyildir. İddiaçı və X34 sözügedən evdən 1995-ci ildən çıxıb Rusiya Federasiyasına getmiş, yalnız hər il 1-2 aylıq Rusiyadan qayıdaraq mübahisəli evdə yaşamışlar. X13 Rusiyaya çağırmışdır ki, gəl iş var, işləyək o da getmişdir. Volqoqrad şəhərində qalanda X34 və İddiaçı qaldığı evə getmişdir. X18 2019-cu ilə qədər münasibətləri pis olmamışdır. 2019-cu ildə İddiaçı qızı onları polisə şikayət edərək bildirmişdir ki, yoldaşı Cavabdeh1 onu itələmişdir. İddiaçı polisə verdikləri şikayət ərizələrini götürməsini bildirsə də, ərizələrini götürməmişlər. Ona görə də iddiaçı ilə münasibətləri pisləşmişdir. Heç nə olmadan dəfələrlə polis çağırmışlar. İddiaçı əşyaları mübahisəli evdədir. Eyni zamanda onun razılığı ilə iddiaçı istifadə etdiyi otağa görə kommunal xərclərini ayrı ödəmişdir. Belə ki, iddiaçı mübahisəli evdə işıq, qaz və sudan istifadə ilə bağlı özünə ayrıca sayğac çəkdirmişdir. Buna baxmayaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli evə 1984-cü ildə gəlin köçmüşdür. Ev yoldaşına məxsusdur, evin mülkiyyətçisi yoldaşı Cavabdeh2dir. İddiaçı məxsus əşyalar mübahisəli evdədir. İddiaçı mübahisəli evə köçürülməsinə razı deyildir. Belə ki, onların bir evdə yaşaması mümkün deyildir. İddiaçı öz boşanmış qızını da ora gətirmək niyyətindədir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin 13 okyabr 2022-ci il tarixli, 122-36266Ə-3222 nömrəli məktubunda ünvan 2 ünvanında yaşayan X4 bildirilmişdir ki, araşdırma zamanı müraciətdə qeyd edilən nömrə ilə mobil telefona dəfələrlə zəng edilsə də, əlaqə saxlamaq mümkün olmamışdır və yaşadığı ünvana gedilərək qapını açan olmadığından toplanmış material dəftərxanada işə tikilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin 12 oktyabr 2022-ci il tarixli, İ22-33842Ə-3222 nömrəli məktubunda ünvan 2 ünvanında yaşayan X4 bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində 2-ci Polis Şöbəsinə ərizə ilə müraciəti ilə əlaqədar 2-ci Polis Şöbəsinin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, qərarın surəti göndərilməklə qəbul edilmiş qərardan narazı olduğu halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən Prokurorluğa və Məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı-xx.xx.1965, X8xx.xx.1963, X15-xx.xx.2007, X5-xx.xx.1983, X3-xx.xx.1992, X7-xx.xx.1988, X21xx.xx.1987, X12-xx.xx.2009, X22-xx.xx.2008, X16-xx.xx.1980, X26-xx.xx.1957, X27xx.xx.1987, X47-xx.xx.1940, Cavabdeh1-xx.xx.1958, X28-xx.xx.1962, X29-xx.xx.1958, X25-xx.xx.1964, X37-xx.xx.1978, Cavabdeh2-xx.xx.1956, X9-xx.xx.1970, X30-xx.xx.1986 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 25 okyabr 2022-ci il tarixli, **********91 nömrəli məktubunda bildirilmişdir ki, Yerli Təsərrüfat şöbəsi ilə Gəncə şəhəri notariat kontorunda bağlanmış xx.xx.1931-ci il tarixli 9218 saylı müqaviləyə əsasən Cahangirov Fərmana fərdi yaşayış evinin tikintisi üçün 546,0 kv.m torpaq sahəsi ayrılmışdır. Kirovabad şəhər notariat kontorunun xx.xx.1938-ci il tarixli, 88749 saylı alqı-satqı müqaviləsinə əsasən ünvanı Kirovabad şəhəri, Sadovaya küçəsi, 346 olan fərdi yaşayış evi Cahangirov Fərman tərəfindən X1. Alıcının adına bu əmlakın yerləşdiyi 592,0 kv.m torpaq sahəsinə dair xx.xx.1938-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhər Kəpəz rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına əsasən hal-hazırda ünvanı Məmməd Məhərrəmov küçəsi, 64 olan bu mülkdə (qanunu tikililər 21,6 kv.m bir yaşayış otağı, 28,5 kv.m köməkçi sahə, 14,6 kv.m örtülü eyvan, 56.3 kv.m açıq eyvan) müvafiq icazə sənədləri olmadan inşa edilmiş 50,6 kv.m yaşayış sahəsi, 5,0 kv.m köməkçi sahə, 14,9 kv.m örtülü eyvan tikililərin hüquqverici sənədlərlə təmin edilməsi barədə rəy təsdiq edilmişdir. X23 adına bu əmlaka xx.xx.1988-ci il tarixli, 742 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Kirovabad şəhər 4 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-96 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk (tikili “A”-da 72,2 kv.m üç yaşayış otaqları, 29.5 kv.m örtülü eyvan, 28,5 kv.m keçid, tikili "B"-də 36,9 kv.m iki yaşayış otaqları, 5,0 kv.m tambur) X32 adına keçmişdir. X38 bu əmlaka xx.xx.1989-cu il tarixli 742 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Kirovabad şəhər Kəpəz rayon xalq məhkəməsinin xx.xx.1989-cu il tarixli, 2-411 1989 saylı qətnaməsinə əsasən 4 saylı notariat kontorunun 2-96 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ləğv edilmişdir. Bu fərdi yaşayış evi yenidən X23 adına qaytarılmışdır. Kirovabad şəhər 4 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-377 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlakın 1/2 hissəsi X32 adına keçmişdir. Bu fərdi yaşayış evinə (tikili "A"-da 72,2 kv.m üç yaşayış otaqları, 29,5 kv.m örtülü eyvan, 28,5 kv.m dəhliz, 5,0 kv.m tambur, tikili "B"-də 19,4 kv.m bir yaşayış otağı) X23 1/2 hissə və X32 1/2 hissə adlarına xx.xx.1989-cu il tarixli 742 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Kəpəz rayon xalq məhkəməsinin xx.xx.1991-ci il tarixli 2-150/1991 saylı qətnaməsinə əsasən Məmməd Məhərrəmov küçəsi, 64 saylı ünvanda yerləşən mülk iki yerə bölünmüşdür. "A" literli yaşayış evinin üst mərtəbəsində yerləşən 28.0 kv.m, 22,6 kv.m yaşayış otaqları, 14,9 kv.m örtülü eyvan, 5,0 kv.m dəhliz X10, "A" literli yaşayış evinin alt mərtəbəsindəki 21,6 kv.m yaşayış otağı, 14,6 kv.m örtülü eyvan və "B" literli yaşayış evi X38 verilmişdir. Sahəsi 28,5 kv.m olan keçid və həyətyanı torpaq sahəsi tərəflərin bərabər istifadələrində saxlanılmışdır. Mülk bölündükdən sonra X10 Məhərrəmov küçəsi, 64 saylı fərdi yaşayış evinə (tikili "A"-da 50,6 kv.m iki yaşayış otaqları, 19,9 kv.m köməkçi sahə) xx.xx.2002-ci il tarixli, 4281 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X32 ifadəsində olan və ünvanı Məhərrəmov küçəsi, 64 olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçməmişdir. Kirovabad şəhəri 4 saylı notariat kontorunun xx.xx.2003-cü il tarixli, 2V-1-43 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X6 adına olan mülk Cavabdeh2 adına keçmişdir. Cavabdeh2 Məmməd Məhərrəmov küçəsi, 64 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü il tarixli, 4281 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh1 iddia ərizəsinə yazılı etirazından görünür ki, iddiaçılar X39, X7 və X3 Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64 ünvanında yerləşən evdə istifadə hüququ verilib evə köçürülmə tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Gəncə Dövlət Texniki və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 4281 nömrəli qeydiyyat vəsiqəsində qeyd edilmişdir ki, ünvan 3 Cavabdeh2 adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. Həmin çıxarışa əsasən evin çertyojları hazırlanmışdır. Hansı ki, ev 64-də ona məxsus yaşayış otaqları, tam aydın şəkildə çizgilər əsasında göstərilmişdir. İddiaçılar tərəfindən imzaladıqları iddia ərizəsində qeyd etdikləri əlavələrdə, onların Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64 ünvanında yerləşən evdə istifadə hüququ verilib evə köçürülmə tələbinə dair qətnamə çıxarılmasında sübutedici sənəd yoxdur. İddiaçılar X39, X7 və X2 ona qarşı olan iddia tələbi qeyd edilən xüsusatlara əsasən əsassız və sübutsuz olduğundan iddianı qəbul etmir. Azərbaycan Respublikası Gəncə Dövlət Texniki və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 4281 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Məhərrəmov küçəsi, 64 “A”-50,6 kvm 2 (iki) yaşayış otağından ibarət yaşayış evi 1(tikilisi, bir hissəsi) Cavabdeh2 adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cü ildə qeydə alınmışdır. 7 Nömrə ilə reyestr kitabına yazılmışdır. xx.xx.2023-cü il tarixli Həsənov Y.P, Yusubov F.Ş, Tairov N.M, Yusubov M.Ə, İsayev N.C, Yusubov Ə.Ə tərəfindən imza edilmiş aktdan görünür ki, Gəncə şəhəri, Məhərrəmov küçəsi, 64 saylı evdə yaşayan Cavabdeh2 qonşuları həqiqətən təsdiq edirlər ki, X40 və onun həyat yoldaşı İddiaçı 1994-95-ci illərdən həmin evdə yaşamırlar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2439/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 4 nömrəli evin “A”literli tikilisinin 1-ci mərtəbəsindən çıxarılması qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1822/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh2 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin “A” literli tikilisinin 2-ci mərtəbəsindəki yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 qardaşı arvadıdır. Cavabdehlər isə ər-arvaddırlar. Mübahisəli ünvan olan Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64 ünvanı Cavabdeh2 anasından miras qalmış və 2003-cü ildə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun mülkiyyətinə keçmişdir. İddiaçı Cavabdeh2 X18 ailə quraraq 1987-ci ildə mübahisəli evə gəlin köçmüş, övladlarını həmin evdə dünyaya gətirmiş və orada yaşamışdır. Ona məxsus əşyalarda hal-hazırda həmin evdə yerləşir. İddiaçının mübahisəli ünvanda yerləşən hissəsindən elektrik, təbii qaz və sudan istifadəyə görə sayğaclar ayrılmışdır. İddiaçı özünün istifadə etdiyi təbii qaz, işıq və su pulunu özü ödəmişdir. İddiaçı yoldaşı X41 Federasiyasında işlədiyi üçün onunla birlikdə ara-sıra Rusiya Federasiyasına getmiş, oradan Azərbaycana qayıdan zaman isə həmişə mübahisəli evdə yaşamışdır. Lakin, koronovirus pandemiyası səbəbindən həmin dövrdə sərhədlər bağlı olduğuna görə mübahisəli evə gələ bilməmiş və Rusiya Federasiyasında qalmışdır. İddiaçı mübahisəli evdə pasport qeydiyyatındadır. Aralarında yaranmış mübahisə səbəbindən hal-hazırda cavabdehlər onu mübahisəli evə buraxmırlar. Məhkəmə iclasında cavabdeh İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 isə mübahisəli evin mülkiyyətçisi olduğunu, İddiaçı 1995-ci ildən mübahisəli evdən çıxıb getdiyini, daimi olaraq yaşamadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 da evin mülkiyyətçisinin yoldaşı Cavabdeh2 olduğunu, cavabdeh İddiaçı məxsus əşyaların mübahisəli evdə olmasına baxmayaraq, orada yaşamadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlər iddiaçının mübahisəli evə olan ehtiyacının aradan qalxmasına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli evə 1987-ci ildən köçdüyündən onunla cavabdehlər arasında mülki hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, 2001-ci ilin sentyabrın birindən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə görə isə icarədar ailə üzvləri ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Avropa İnsan Hüquqları Məhkəməsi “X11rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X24” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə, iddiaçının mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini, uzun müddət orada yaşamasını və hazırda mübahisəli evdə pasport qeydiyyatında olmaqla kommunal xidmətlərdən istifadəyə görə xərclərinin ayrı olmasını, 3 il fasiləsiz olaraq mübahisəli evə gələ bilməməsinin iddiaçının təqsiri üzündən olmadığını, yəni dünyada “Koronavirus” pandemiyasının olmasını, habelə iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Cavabdehlər həmçinin məhkəmə iclasında iddiaçının başqa yaşayış yeri olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, İddiaçı iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64 ünvanına istifadə hüququ tanınıb həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləği tələb etmədiyindən onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64 ünvanına istifadə hüququ tanınsın və o, həmin evə köçürülsün. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar