Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-706/2024 26.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktını müəyyən etməklə payın müəyyən edilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Fərhad Əliyev küçəsi, 6 nömrəli binada yerləşən, 3 nömrəli mənzilə tam pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X6 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Fərhad Əliyev küçəsi, 6 nömrəli binada yerləşən, 3 nömrəli mənzilə (30,2 kvm iki yaşayış otağı) onun tərəfindən faktiki istifadə və sahiblik həyata keçirilmiş, həmçinin mərhum əri dünyasını dəyişdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində tərəfindən Gəncə şəhəri, 5 saylı notariat ofisinə ərizə ilə müraciət edilərək, mirasın qəbulu barədə ərizə verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisi ərizəni qəbul edərək onu vərəsə kimi tanısa da, müxtəlif bəhanələr gətirərək ona şəhadətnamə verməkdən imtina etmişdir. Belə ki, miras əmlakda yeganə qeydiyyatda olan şəxs odur və notariat kontoruna da, mirasın qəbulu ilə bağlı təkcə o müraciət etmişdir. Mərhum əri X3 ondan əvvəlki nikahdan olmuş iki övladı, qızı X7 və oğlu Cavabdeh2 mirası qəbul etmək barədə nə notariusa müraciət etmiş, nə miras əmlakda qeydiyyatdadırlar, nə də ki, miras əmlaka faktiki sahibliyi həyata keçirmişlər. Bir sözlə desək, miras əmlakdan pay sahibləri deyillər. Övladlarından Nəsibova (Əhmədova ) Yeganə Məhəmməd qızı ailə qurub yaşamaq üçün özlərinə başqa yer seçərək, artıq üzün illərdir ki, başqa ünvanda, yəni Qazax rayonu, Aslanbəyli kəndində qeydiyyatda olmaqla yaşayır. Oğlu Cavabdeh2 isə 2011-ci il tarixdən etibarən mübahisəli mənzildə çıxaraq anası və nənəsinin yanında Qazax rayonu, Aslanbəyli kəndində yaşamışdır. İşin bu halı, yəni cavabdehlərin heç bir şəkildə mirası qəbul etməmələri və mirası qəbul etmək üçün nəzərdə tutulmuş müddəti buraxmaları Gəncə şəhəri 5 saylı notariat ofisinin nəzərinə dönə-dönə çatdırılsa da, notarius anlaşılmayan səbəbdən ona imtina məktubu vermişdir. Ən azından ona münasibətdə şəhadətnamə verməli olduğu təqdirdə bunu etməmiş, formal əsaslarla imtina verərək süründürməçiliyə yol vermişdir. Sonda məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, ilkin iddianı müdafiə edərək, cavabdehlərin də 1/3 hissədə payının müəyyən olunmasına heç bir etirazının olmadığını göstərdi. Qarşılıqlı iddia üzrə iddiaçılar qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən mənzil məhrum ataları X3 adınadır. Ataları 03 aprel 2023-cü il tarixində vəfat etmişdir. Onun vəfatından sonra vərəsələrindən onlar və sonradan nikaha daxil olduğu hazırki iş üzrə cavabdeh İddiaçı qalmışdırlar. Lakin mirasın bölgüsü ilə onunla razılığa gələ bilməmələri səbəbindən notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək, məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Hazırda isə İddiaçı miras əmlakı tam olaraq öz adına keçirmək istəyir. Lakin onlar da atalarının qanun üzrə birinci növbə vərəsələridirlər və atalarından qalmış mirası qəbul etmək niyyətindədirlər. Ona görə də atalarından qalmış miras əmlaka paylarının müəyyən edilməsi üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, miras əmlak birgə nikah dövründən əvvəl əldə olunmuşdur. Mübahisə olduğuna görə notarius imtina etmişdir. İlkin iddiaçının da 1/3 hissədə payının müəyyən olunmasına heç bir etirazlarının olmadığını göstərərək, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh ünvan 3 ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 13095 nömrəli, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 5, mənzil 3 X3 adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cü ildə rəsmi reyestrdə qeydə alınmışdır. AZ-İİ 345678 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə ölmüşdür. Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/177478-23 nömrəli arayışdan görünür ki, X6 barəsində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, sağ qalan vərəsələri arvadı İddiaçı, qızı X7 və oğlu Cavabdeh2 müəyyən edilmişdir. İlkin iddia üzrə iddiaçı X4 Gəncə şəhər 5 saylı notariat ofisində 8İ-6561 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, F.Əliyev küçəsi, ev 6, 3 nömrəli mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qeyd olunan ərizədə ərizəçi ondan başqa miras qoyanın X7 və Cavabdeh2 vərəsəsi olduğunu qeyd etmişdir. XX-JQ 446765 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci ildə anadan olmuş X5 ata qrafasında X6, ana qrafasında Nəsibova Rəna kimi qeyd olunmuşdur. İ-AZ 026907 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu ildə anadan olmuş Cavabdeh2 ata qrafasında X6, ana qrafasında Nəsibova Rəna kimi qeyd olunmuşdur. AZ-İ 624680 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 nikahları xx.xx.2011-ci ildə Qazax rayonu İHB Kəmərli kənd icra nümayəndəliyində 08 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Nəsibov, arvada Nəsibova soyadı verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1150 nömrəli məktubdan görünür ki, mərhum X3 digər vərəsələri ilə bağlı mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 5 ünvanında yerləşən 3 nömrəli mənzil X1 miras qalmışdır. X6 xx.xx.2023-cü ildə öldükdən sonra onun birinci növbə vərəsələrindən arvadı İddiaçı, qızı X7 və oğlu Cavabdeh2 sağ qalmışdır. Həmin vərəsələrdən İddiaçı miras əmlakı qəbul etməsi ilə bağlı ərizə ilə notariusa müraciət etmiş, digər vərəsələr arasında miras payın müəyyən olunması ilə bağlı aralarında mübahisə olduğundan notarius tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında vərəsələr miras əmlak üzərində 1/3 hissədə paylarının müəyyən olunmasına heç bir etirazlarının olmadığını göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilməli, X2 miras qalmış, Gəncə şəhəri, F.Əliyev küçəsi, ev 6, 3 nömrəli mənzil üzərində İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, X5 1/3 hissədə vərəsəlik qaydasında payları müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilsin. X2 miras qalmış, Gəncə şəhəri, F.Əliyev küçəsi, ev 6, 3 nömrəli mənzil üzərində İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, X5 1/3 hissədə vərəsəlik qaydasında payları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-706/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-706/2024
26.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver