Məhkəmə qərarları › İş №2(125)-7081/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7081/2024

26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7081/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti) dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçı Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinə) ərizə ilə məhkəməyə müraciət edərək, Kirovabad şəhər İcrayyə Komitəsi Xalq Deputatları Sovetinin 28 aprel 1988-ci il tarixli 32 nömrəli Orderi ilə verilmiş, hazırda o, Ərizəçi Cəbrayil qızına məxsus Gəncə şəhəri, Üzeyir Hacibəyov küçəsi, ev 119 B, 28 saylı 35, 72 kvm sahədən ibarət mənzilin 3 otaqdan ibarət olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçı tələbini onunla əsaslandırmışdır ki, o, Ərizəçi, 1963-cü ildə X5 ilə ailə qurmuşdur. Onlar uzun müddət o zamankı Kirovabad şəhəri, Şaumyan küçəsi ev 1, mənzil 34 ünvanında yerləşən 1 otaqlı mənzildə yaşayırdılar. Lakin ailələri böyüdüyü, övladları ailə qurduğu üçün artıq 1 otaqlı mənzildə yaşaya bilməmişdilər. Buna görə mənzillərini genişləndirilməsi üçün o zamankı Kirovabad şəhər İcrayyə Komitəsinə müraciət etdilər. Kirovabad şəhər İcrayyə Komitəsi Xalq Deputatları Sovetinin 28 aprel 1988-ci il tarixli yaşayış sahəsinin dəyişdirilməsi barədə 32 nömrəli Orderi ilə yaşadıqları 1 otaqlı mənzil hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə köçmüşdülər. Həmin vaxtdan hal-hazıradək həmin mənzildə yaşayırlar. 22 mart 2016-cı il tarixdə həyat yoldaşı X5 vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə o, mənzilin məxsus olmasına dair arayış-forma 2 almışdır. 2024-cü ilin noyabr ayında o, mənzilin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün DƏDKR 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd edilən dövlət orqanı mənzili onun adına qeydiyyata almaqdan imtina etmişdir. Belə ki, aşkar olundu ki, mənzil 3 otaqlı olduğu halda 28 aprel 1988-ci il tartixli 32 saylı Orderdə mənzilin 2 otaqlı olması qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçinin təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin təmsilçisini dinləyib, ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təstiq edilən Kirovabad şəhər İcrayyə Komitəsi Xalq Deputatları Sovetinin 28 aprel 1988-ci il tarixli yaşayış sahəsinin dəyişdirilməsi barədə 32 nömrəli orderin surətindən görünür ki, o zamankı Kirovabad şəhəri, Şaumyan küçəsi ev 1, mənzil 34 ünvanında yaşayan X5 və onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsinin dəyişdirilməsi yolu ilə Kirovobad şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 119 B, mənzil 28 ünvanına köçmək hüququna malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 272/4 nömrəli arxiv arayışından görünür ki, o zamankı Kirovabad şəhəri, Ü. Hacıbəyov küçəsi, ev 119 B, mənzil 28 ünvanında 35.72 kv.m. sahəli, 2 otaqlı mənzildə yaşayan X6 və Kirovabad şəhəri, Şaumyan küçəsi ev 1, mənzil 34 ünvanında 17 kv.m. sahəli 1 otaqlı mənzildə yaşayan X5 ilə yaşayış sahəsini dəyişdirmə hüququna malikdir. Ailə tərkibi: X5 (mənzil dəyişdirən), Ərizəçi (arvadı), X8 (oğlu), X9 (gəlini), X1 (nəvəsi) ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ 031901 nömrəli “Olüm haqqında” şəhadətnamənin surətindən görünür ki, 22 mart 2016-cı ildə X5 ölmüşdür. İş materiallarinda olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.2004-cü il tarixdən Ərizəçi Gəncə şəh., Ü. Həcıbəyov küç., ev 119 B, m. 28 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X9, xx.xx.1966; X2, xx.xx.1986; X3, xx.xx.1988; X4, xx.xx.1993; X8, xx.xx.1964; X7, xx.xx.1999. İş materiallarinda olan Gəncə şəhər Kəpəz RİH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilən 829 saylı, xx.xx.2020-ci il tarixli arayış-forma nömrə 2-nin sürətindən görünür ki, ünvan 3 ünvanında yerləşən evin sahibi Ərizəçi Cəbrayil qızıdır. Ev 2 otaqdan ibarətdir, sahəsi 35.72 kv.m-dir. İş materiallarinda olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 28 saylı mənzildə aparılan araşdırma zamanı, təqdim edilmiş sənədlərlə mənzilin faktiki ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki mənzil 3 otaqlı olsada, orderdə isə 2 otaqlı kimi qeyd olduğu müəyyən edilmışdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik dəqiq siyahı ilə yanaşı qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi imkanını nəzərdə tutmuşdur. Lakin ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə və (ya) itirilmiş sənədlərin bərpası mümkün olmadıqda, hüquqi əhəmiyyəti olan faktları məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Hazırkı iş üzrə ərizəçı lazımi sənədləri başqa qaydada ala bilməməsini və (ya) itirilmiş sənədlərin bərpasının mümkün olmamasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, ərizəçi daşınmaz əmlaka dair verilmiş hüquq müəyyənedici sənədlə həmin əmlakın faktiki vəziyyəti arasında uyğunsuzluğun aradan qaldırılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, həmin halın hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi mümkün deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.2-ci bəndinə əsasən, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın İİ hissəsinin 31.1.4-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər inzibati orqanların sırasına aid edilmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən “inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: • ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; • ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır”. Beləliklə, daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüququnun dövlət reyestrində qeydə alınması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən həyata keçirildiyindən ərizəçinin bu tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətin edilməsi tələbi olmaqla ümumi hüquq sahəsindəki münasibətlərə aiddir və inzibati orqanlara qarşı yönəlməlidir. Buna görə də iddiaçı Azərbaycan Respublikası İPM-in 2.1 və 2.2.3-cü maddələrinə uyğun olaraq bu tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə yönəltməli, mübahisə yaranacağı halda ümumi yurisdiksiyalı məhkəməyə deyil, inzibati-iqtisadi məhkəməyə müraciət etməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə qaydasında baxılmalı olmadığı üçün hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.3-ci maddəsinə əsasən, həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyətinə) qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar