Məhkəmə qərarları › İş №2(125)-727/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-727/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-727/2025 17.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev mərhum anası X3 mülkiyyətində olmuşdur. Evin ümumi sahəsi 54,5 kvadratmetr, yaşayış sahəsi isə 20.3 kv.m olan bir otaqdan ibarətdir. Doğma anası Laləzər xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmin vaxt onunla birlikdə atası Maraqlı şəxs2 və o, ailəsi ilə birlikdə yaşamışdır. Hazırda mirası faktiki qəbul edən vərəsə kimi, miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisi mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş mirasın qəbulu müddətinin ötürülməsi səbəbi ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Beləliklə, o, hüquqlarından istifadə edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. O, mərhum anası X3 vəfat edəndən sonra da mülkdə atası və həyat yoldaşı ilə birlikdə yaşamışdır. Eyni zamanda mülkə sahiblik edilməsində və idarə edilməsində iştirak etmişdir. Mərhum anası X3 vəfat etdiyi vaxt və ondan sonra onun miras mülkdə atası və həyat yoldaşı ilə birlikdə yaşaması, mirası faktiki qəbul edərək idarə etməsi məhkəməyə dəvət edəcəyi şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Nikah haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 ilə X8 arasında 30 aprel 1974-cü il tarixdə Gəncə şəhər Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 446 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İV-JQ seriyalı, 466999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 30 avqust 1977-ci ildə doğulmuşdur. Atası: Maraqlı şəxs2, anası: X4r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. AZ-İİ seriyalı, 032134 nömrəli, 05 avqust 2019-cu il tarixli, Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 iyul 2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 avqust 2019-cu il tarixdə 1396 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək çatışmazlığı. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri: Maraqlı şəxs2 (xx.xx.1942), oğlu: Ərizəçi (xx.xx.1977) Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli doğum barədə arayışdan görünür ki, Maraqlı şəxs3 xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Bu barədə xx.xx.1975-ci il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində 2047 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Maraqlı şəxs2, anası X4r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 25 noyabr 2024-ci il tarixli, 2977 nömrəli məktubunda ünvan 3 ünvanında qeydiyyatda olan Ərizəçi bildirilmişdir ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüşdür. Odur ki, ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində Maraqlı şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, mərhum arvadı X2 miras qalmış ünvan 4 ünvanında yerləşən miras əmlakdan ona çatası paydan oğlu Ərizəçi xeyrinə imtina edir. Maraqlı şəxs3 notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, anası X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun bundan xəbəri var, lakin mirasın qəbulu üçün son tarixi qaçırmışdır. Mirasın qəbulu üçün son müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Faktiki olaraq, o, miras əmlakın miras əmlakın idarəçiliyinə daxil olmamış, onun doğma qardaşı Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. Məhkəmə, ərizəçinin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, X6 ilə Maraqlı şəxs2 arasında 30 aprel 1974-cü il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından xx.xx.1975-ci il tarixdə Maraqlı şəxs3 və xx.xx.1977-ci il tarixdə Ərizəçi doğulmuşdur. X6 xx.xx.2019-cu ildə vəfat etmişdir. X3 ölümündən sonra birinci növbəli 3 vərəsəsi, yəni əri Maraqlı şəxs2, övladları Maraqlı şəxs3 və Ərizəçi qalmışdır. Mərhumun vəfatından sonra ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakda Ərizəçi və atası Maraqlı şəxs2 faktiki olaraq yaşamaqla və miras əmlakı idarə etməklə faktiki qəbul etmişlər. Lakin Maraqlı şəxs2 miras əmlakdan pay istəmir və ona çatası paydan oğlu Ərizəçi xeyrinə imtina edir. Digər vərəsə Maraqlı şəxs3 isə miras əmlakı nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Hazırda Maraqlı şəxs3 miras əmlakdan qardaşı Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. Məhkəmə hazırki iş üzrə tətbiq edilməli maddi hüquq normasını müəyyən edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X6 öldükdən sonra onun birinci növbə vərəsəsi kimi hazırkı iş üzrə ərizəçi olan oğlu – Ərizəçi miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, bu baxımdan ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmənin qənaətinə əsasən ərizə təmin edilməli, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı Ərizəçi faktiki qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı Ərizəçi faktiki qəbul etməsi faktı müəyyən edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar