Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7360/2025 26.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” (maraqlı şəxslər – Maraqlı şəxs2 və 1 saylı Gəncə Regional ASAN xidmət Mərkəzində Notariat Ofisi) barədə ərizəsinə dair (Açar sözlər: doğumun qeyd edilməsi faktı) X24 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” (maraqlı şəxslər – Maraqlı şəxs2 və 1 saylı Gəncə Regional ASAN xidmət Mərkəzində Notariat Ofisi) barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Ərizə üzrə tələb: Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” (maraqlı şəxslər – Maraqlı şəxs2 və 1 saylı Gəncə Regional ASAN xidmət Mərkəzində Notariat Ofisi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, atasının atası X12, anası X10 olması, yəni qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ərizəçi məhkəməyə “ərizənin dəqiqləşdirilməsi” barədə ərizə verərək, bildimişdir ki, atası X13 01 aprel 1946-cı ildə Ermənistan Respublikasında anadan olmuş, lakin, onun doğumu orada qeydə alınmışdır. Lakin, atasının doğum şəhadətnaməsi itmişdir. Odur ki, atası – X6 01 aprel 1946-cı ildə Ermənistan Respublikasında doğulmasının qeyd olunması, doğum haqqında şəhadətnamənin ata qrafasında – X12, ana qrafasında – X10 qeyd olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İİ. Ərizənin mahiyyəti: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X6 adına ünvan 1 ünvanında ev vardır. Atası xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Atası rəhmətə getdikdən sonra onun adına olan miras əmlaka vərəsəlik açılmışdır. O, mirası adıma keçirmək istəyir. Ancaq atasının doğum şəhadətnaməsi yoxdur. Ona görə atasının ata və anası ilə bağlı qohumluq münasibətində olma faktı müəyyən edilməlidir. Bildirir ki, atasının atası X12, anası ilə X4r. Onlar Ermənistan Respublikasının Amasiya rayonunda rəhmətə getmişlər. Atasının doğum şəhadətnaməsi olmadığı üçün atası - X12, anası - X3 olması faktı qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Qeyd edir ki, məhkəməyə dəvət edəcəyi şahidlərdə bu faktı təsdiq edəcəklər. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, atası Qərib Mürsəlov 01 aprel 1946-cı il tarixdə Ermənistanda doğulmuşdur. Lakin, atasına məxsus doğum haqqında şəhadətnamə itmişdir. Atasının şəxsiyyət vəsiqəsi mövcuddur və orada da atasının xx.xx.1946-cı ildə doğulduğu əks olunmuşdur. Babası və nənəsini görməmişdir, lakin atasının atası X12, anası isə X4r. Atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda vərəsəlik işi ilə əlaqədar olaraq atasının doğum haqqında şəhadətnaməsi lazımdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, şöbənin baş məsləhətçisi Ağca Hüseynova məhkəməyə məktub göndərərək, məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirakının imkan xaricində olduğunu və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər maraqlı şəxs 1 saylı Gəncə Regional ASAN xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İV. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun yoldaşı Müsəllim Mürsəlovun əmisi qızıdır. Ərizəçinin atası Qərib Mürsəlov 01 aprel 1946cı ildə Ermənistanda doğulmuş, atası Əbdül Qurbanov, anası Züleyxa Məmmədovadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi qızıdır. X21 vəfat etmişdir. Qərib Mürsəlov 1946-cı ildə doğulmuşdur. Qərib Mürsəlovun atası Əbdül Qurbanov, anası Züleyxa Məmmədovadır. V. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - AZE seriyalı, 02207943 nömrəli X11 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1946-cı ildə Ermənistan, Krasnoselo rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 22 noyabr 2025-ci il tarixli, 3- 16-518-3890-15/25 nömrəli məktubunda Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün kifayət qədər sənəd təqdim etmədiyi üçün X6 doğumunu bərpa etməyin imkan xaricində olduğu və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 21 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-2524 nömrəli məktubunda Ərizəçi hazırda X14 və X3 ölüm haqqında tibbi şəhadətnamələri olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmadığı və ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. - AZ-V seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə doğulmuşdur. Atası – X13, anası – X1r. - AZ-İİ seriyalı, 443402 nömrəli, 28 oktyabr 2024-cü il tarixli, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 iyul 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 iyul 2023-cü il tarixdə 607 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürəyin xroniki işemik xəstəliyinin digər formalarıdır. - AZ-İİ seriyalı, 418590 nömrəli, 06 mart 2025-ci il tarixli, Maraqlı şəxs2 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 mart 2025-ci il tarixdə 256 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 22 may 2025-ci il tarixli, 1490 nömrəli məktubunda Ərizəçi miras qoyanın doğum haqqında şəhadətnaməsi və valideynlərinin ölüm haqqında şəhadətnamələri olmadığı üçün adına tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı və X6 doğum haqqında şəhadətnaməsinin və valideynlərinin ölüm faktının müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. - xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, **********61-05101- 093002 reyestr nömrəli, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X11 məxsusdur. Vİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 4.1-ci bəndində izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi atası – X13 01 aprel 1946-cı ildə Ermənistan Respublikasında doğulmuşdur. Belə ki, iş materiallarında olan Qərib Mürsəlova məxsus şəxsiyyət vəsiqəsində də onun xx.xx.1946cı ildə Ermənistan, Krasnoselo rayonunda doğulduğu qeyd edilmiş, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərdə həmin faktı təsdiq etmişlər. O cümlədən mərhum X6 atası – X12, anası – X4r. Qeyd edilən fakt da məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X2 izahatları ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə şahid ifadələrinə qiymət verərək, həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X8 və X2 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə həmçinin, qeyd edir ki, Ərizəçi lazımi sənədləri alması üçün mərhum atası – X6 doğumun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X6 doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan qeydiyyat şöbəsi X6 doğum akt qeydi olmadığına görə, onun doğum haqqında şəhadətnaməsini ərizəçiyə verə bilməmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin mərhum atası – X6 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsi X6 doğum akt qeydi olmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi atasının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.1946-cı ildə Ermənistan Respublikasımda doğulması, atası X12, anası X10 olması ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216,220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. X6 xx.xx.1946-cı il tarixdə Ermənistan Respublikasında doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. X6 doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı – X12, ana qrafasında ana adı – X10 qeyd edilsin. Hazırki qətnamə X6 barəsində doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-7360/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7360/2025
26.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver