Məhkəmə qərarları › İş №2(125)-7385/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7385/2023

29.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7385/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilməsi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X2, anası X1 olmaqla xx.xx.1967-ci iljdə Ermənistan Respublikasının Basarkeçər rayonunun Qoşabulaq kəndində doğum qeydinin müəyyən edilərək doğum akt qeydinin bərpa edilməsinə və ona doğum haqqında şəhadətnamə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə ərizəçiyə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsininin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.4 maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. MPM-in 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilməsi faktın müəyyən edilməsinə dair ərizə baxılmamış saxlanmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilməsi faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar