Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-752/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X24 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 ünvanına istifadə hüququnun tanınması və xx.xx.2006-cı il təvəllüdlü övladı X5 ilə birlikdə həmin mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun və oğlunun pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması haqqında iddia irəli sürmüşdür. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3430/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Hazırda iş, Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Apellyasiya Məhkəməsindəki icraat zamanı istifadə hüququnun olduğu məlum olmuşdur. Odur ki, Gəncə Şəhər Məhkəməsinə müraciət edir. Qeyd edir ki, bu mübahisə mənzil mübahisəsidir. Cavabdeh onun keçmiş qayınanasıdır. Belə ki, həyat yoldaşı X6 ilə 2002-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin vaxt Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 ünvanındakı mənzilə gəlin köçmüşdür. Bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X5 adlı iki oğlan övladı vardır. 01 dekabr 2020-ci il tarixdə nikahları pozulmuş və onu zorla gecə vaxtı iki uşaqla evdən çıxarmışlar. Xüsusi olaraq qeyd edir ki, o bu evə gəlin köçəndə mübahisəli mənzil özəlləşməmişdir. Mənzil 2010-cu ildə özəlləşmişdir. Ayrılandan sonra, yəni 2020-ci ilin dekabr ayından etibarən uşaqlarla birlikdə kirayə mənzilə yerləşmişdir. 2021-ci ilin fevral ayında yoldaşı Heydər gəlib onunla barışmış və onlar birlikdə kirayə mənzildə yaşamağa başlamışlar. 2021-ci ilin sentyabr ayında isə yoldaşı yenə ondan ayrılmışdır. Həmçinin, böyük oğlu Anar da mübahisəli mənzilə getmiş və orada yaşamağa başlamışdır. Beləliklə, kiçik oğlu ilə birlikdə hazırda ikisi hələ də kirayə mənzildə yaşayırlar. Halbuki, mübahisəli mənzilin saxlanmasında, təmirində və ev əşyalarının alınmasında onun əməyi olmuş və bu işlərə real maddi vəsait xərcləmişdir. Həmçinin, mənzildən onu zorla, onun iradəsinə zidd olaraq çıxarmışlar. Odur ki, hesab edir ki, onun mübahisəli mənzilə dair istifadə hüququ vardır və övladı X5 ilə birlikdə həmin mənzilə köçürülmələri qanunlara müvafiqdir. Məhkəmə iclasında iddiaçı X18 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, o Cavabdeh oğlu Heydər Allahverdiyev ilə 2002-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş və mübahisəli ünvan olan ünvan 1likdən Anar və Nadir adında 2 övladı dünyaya gəlmişdir. Belə ki, o, sözügedən mənzilə gəlin köçən zaman həmin mənzil özəlləşməmişdir. Cavabdehin oğlu ilə yola gedə bilmədiklərin ayrılmış və uşaqları ilə birlikdə kirayədə yaşamağa başlamışdır. Lakin, daha sonra Heydər Allahverdiyev ilə barışmışdır. Buna baxmayaraq, aralarında olan münasibətlər yenidən pisləşmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-414/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Böyük oğlu Anar Allahverdiyev mübahisəli mənzilə getmiş və orada yaşamağa başlamışdır. Hal-hazırda kiçik oğlu Nadir Allahverdiyev ilə birlikdə kirayədə qalır və başqa yaşayış yeri əldə etməmişdir. Onun cehiz əşyaları hal-hazıra kimi mübahisəli evdədir. Mübahisəli mənzil olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 ünvanına cavabdeh olan keçmiş qayınanası Cavabdeh adına 05 avqust 2010-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Onun mübahisəli mənzilə dair istifadə hüquqları vardır və bu səbəbdən də həmin hüquqları tanınmaqla, oğlu Nadir Allahverdiyev ilə birlikdə sözügedən mənzilə köçürülməlidir. O çöllərdə qalmaq məcburiyyətində qalmış, başqa daimi yaşaya biləcək yeri yoxdur. Cavabdeh onu mübahisəli evdə yaşamasına imkan vermir. Halbuki mübahisəli evdə uzun illər yaşayaraq istifadə hüququ əldə etmişdir. Həmçinin, mübahisəli evdə pasport qeydiyyatındadır. Hətta mübahisəli mənzil cavabdehin adına özəlləşən zaman o, notariusda evin cavabdehin adına özəlləşməsinə dair razılıq məktubu da yazmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Onun mülkiyyət hüquqları 2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı cavabdehin keçmiş gəlini olmuşdur. Belə ki, cavabdehin oğlu ilə İddiaçı 2002-ci ildə ailə qurmuşlar. Cavabdehin oğlu ilə iddiaçının birgə nikahlarından 16 oktyabr 2003-cü il təvəllüdlü X7 və 10 mart 2006-cı il təvəllüdlü X5 adında 2 övladları doğulmuşdur. Lakin, sonradan onların şəxsi münasibətlərinin qırılması səbəbindən nikahları 2022-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Hələ məhkəməyə müraciət etməzdən təxminən 2 il öncə İddiaçı kiçik oğlu Nadir Allahverdiyevi də özü ilə apararaq, Cavabdeh məxsus evi tərk etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının cavabdehə məxsus evdə yaşamaq kimi niyyəti olmamışdır. Həmçinin, iddiaçı məhkəmədə iddia qaldıraraq cehiz əşyalarının çıxarılmasını tələb etmiş, lakin həmin iş məhkəmənin icraatında bu işə baxılana kimi dayandırılmışdır. O cümlədən Cavabdeh məxsus mənzil 2010-cu ildə onun adına qeydiyyata alınmışdır və belə olan halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, artıq iddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verilmişdir və o, 3 ildir ki, cavabdehə məxsus evdə yaşamır. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə Şəhər Məhkəməsinin 2(125)-414/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə X6 arasında xx.xx.2002-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 462 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması və X1 xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-3430/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı İddiaçı, X2 Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 üvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kirovabad şəhəri Xalq deputatları Sovetinin İcrayə Komitəsi tərəfindən verilmiş 15 aprel 1980-ci il tarixli, 127 nömrəli orderin surətindən görünür ki, Cavabdeh istifadəsinə Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 ünvanı verilmişdir. Ailə üzvləri 5 nəfərdən ibarətdir. 03 iyul 2023-cü il tarixli qonşu 4-cü mikrorayon, bina 17, mənzil 41 ünvanında yaşayan X13, qonşu 4-cü mikrorayon, bina 17, mənzil 52 ünvanında yaşayan X10 və qonşu 4-cü mikrorayon, bina 17, mənzil 60 ünvanında yaşayan X14 tərəfindən imzalanaraq tərtib edilmiş aktın surətindən görünür ki, 4-cü mikrorayon, bina 17, mənzil 48 ünvanında qonşuları olan Cavabdeh gəlini olmuş İddiaçı 2006-cı ildə anadan olmuş oğlu X4 da 2020-ci ilin dekabr ayından götürüb çıxıb getmişdir. Həmin vaxtdan bu günə qədər İzafət və oğlu X22 adına olan 4-cü mikrorayon, bina 17, mənzil 48 ünvanında yaşamırlar. MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 05 avqust 2010-cu il tarixli, **********96-05101-093014 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 ünvanı tam pay olmaqla, Cavabdeh mülkiyyətindədir. AZ-İ seriyalı, 736491 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 10 mart 2006-cı il tarixdə doğulmuşdur. Valideynləri atası: X6, anası: İddiaçıdır. İddia ərizəsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaları” tələbinə dair iddia qaldırmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh keçmiş gəlinidir. İddiaçı Cavabdeh oğlu Heydər Allahverdiyev ilə 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və mübahisəli ünvan olan ünvan 2dür və orada 2020-ci ilin sonunadək fasiləsiz yaşamışdır. İddiaçı mübahisəli mənzilə köçən zaman həmin mənzil dövlət mülkiyyətində olmuşdur. İddiaçıya məxsus əşyalar gəlin köçəndən hal-hazıra kimi mübahisəli mənzildə qalmaqdadır. İddiaçı ilə Cavabdeh oğlu Heydər Allahverdiyevin rəsmi nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X5 adında iki uşaqları doğulmuşdur. Onlar arasında nikah Gəncə Şəhər Məhkəməsinin 2(125)-414/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Mübahisəli ünvan olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 ünvanına Cavabdeh adına MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 05 avqust 2010-cu il tarixli, **********96-05101-093014 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı mübahisəli mənzildə 2011-ci ildən pasport qeydiyyatındadır və mənzil cavabdehin adına özəlləşən zaman cavabdeh buna dair rəsmi razılıq vermişdir. Yaranmış mübahisə səbəbindən İddiaçı mübahisəli mənzildən çıxarılmış və hal-hazırda onu mübahisəli mənzilə buraxmırlar. İddiaçı kirayədə yaşamaqla mənzilə olan ehtiyacı aradan qalxmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh tərəf iddiaçının mübahisəli mənzilə olan ehtiyacının aradan qalxmasına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli mənzilə 2002-ci ildən köçdüyündən onunla cavabdeh arasında mülki hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə görə isə icarədar ailə üzvləri ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Avropa İnsan Hüquqları Məhkəməsi “X8rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X17” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə, iddiaçının mübahisəli mənzilə gəlin köçməsini, uzun müddət orada yaşamasını və hazırda mübahisəli mənzildə pasport qeydiyyatında olmasını, habelə iddiaçının həmin mənzili özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Cavabdeh tərəf həmçinin məhkəmə iclasında iddiaçının başqa yaşayış yeri olmasına, iddiaçının mübahisəli mənzilə olan ehtiyacının aradan qalxmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında mənzildən çıxması, onun müvəqqəti olaraq kirayədə yaşaması mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə, həmçinin iddianın iddiaçı ilə cavabdehin oğlu X3 birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 mübahisəli mənzilə köçürülməsinə dair hissəsinə qiymət verərək qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 72.1-ci maddəsinə görə fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Məhkəmə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-414/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X5 İddiaçı yanında saxlanılmışdır. Məhkəmədə iddia qaldırılan zaman Nadir Allahverdiyev yetkinlik yaşına çatmamış, yalnız mülki iş üzrə məhkəmə hazırlıq iclası 21 fevral 2024-cü il tarixdə keçirilərək 02 aprel 2024-cü il tarixə saat 09:40-a məhkəmə baxışına təyin edilmişdir. İşə məhkəmə baxışında baxılan zaman isə Nadir Allahverdiyev yetkinlik yaşına çatmışdır. Nadir Allahverdiyev doğulduğu andan cavabdehin mülkiyyətində olan mübahisəli mənzildə yaşamış, hal-hazırda da anası ilə birlikdə yaşamağa başqa yeri olmadığından və cavabdehin yaxın qohumu olmaqla doğulduğu andan mübahisəli ünvana istifadə hüququ əldə etdiyindən iddia həmin hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, İddiaçı iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X2 Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 ünvanına istifadə hüquqları tanınmaqla, onlar həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləği tələb etmədiyindən həmin məbləğ onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X2 Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, mənzil 48 ünvanına istifadə hüquqları tanınmaqla, onlar həmin mənzilə köçürülsün. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-752/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-752/2024
02.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver