Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-758/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri X12 xx.xx.1942-ci il tarixdə Gəncə şəhərində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, o, xx.xx.1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.1970-ci il tarixdə X20 ilə ailə həyatı quraraq ünvan 1 ünvanda - qaynatası İsmayılov X4 adına olan xüsusi mülkdə yaşamışdır. X23 xx.xx.1966-cı ildə, qaynanası X14 isə xx.xx.1988-ci ildə vəfat ctmişdir. Həyat yoldaşı X20 xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Onun vəfatından sonra da o 3 övladı ilə qaynatası İsmayılov X4 adına olan xüsusi mülkdə yaşamışdır və bu gün də həmin mülkdə yaşayır. İki qızı ailə həyatı qurduğu üçün halhazırda öz ailəsi ilə yaşayır və yaşadıqları ünvanda qeydiyyatdadırlar. O isə oğlu X24 və onun ailə üzvləri ilə birlikdə qaynatasının adına olan Gəncə şəhəri, Şota Rustaveli küçəsi 11 ünvanında yaşayır. Yaşadıqları xüsusi mülkün qaynatası İsmayılov X4 adından onun adına keçirilməsi üçün tələb olunan sənədləri toplamışdır. Tələb olunan sənədlərdən mərhum həyat yoldaşım X12 doğum haqqında şəhadətnaməsi itdiyi üçün Gəncə şəhərindəki ASAN 2 vasitəsi ilə həm Gəncə şəhəri Qeydiyyat şöbəsinə, həm də Azərbaycan Respublikası X33 şəhər filialına sorğu verilsə də, doğum haqqında qeydiyyatı təsdiq edən arayış almaq mümkün olmamışdır. Mülkün onun adına sənədləşdirilməsinə görə həyat yoldaşı X12 həqiqətən Davud X1 oğlu olması faktını təsdiq etmək lazımdır. X20 1942-ci il yanvar ayının 20-də Gəncə şəhərində anadan olmuşdur. Atası İsmayılov X7, anası isə 1988-ci ilə qədər, yəni vəfat edənə qədər bu mülkdə birgə yaşayan X10r. X15 məxsus olan bütün digər sənədlərdə - ölüm haqqında şəhadətnamədə, ali təhsil haqqında diplomunda, hərbi biletində, əmək kitabçasında, həmkarlar təşkilatının üzvlük biletində, ”Əmək veteranı” kitabçası kimi rəsmi sənədlərində də onun həqiqətən X2 oğlu olması göstərilmişdir. Qohumlarından - bacısı X25, qardaşı X26 və qardaşı oğlu X28 da şahid kimi X12 Davud İsmayılovun və Göyçək İsmayılovanın oğlu olduğunu təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizələrinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizələrin məzmununa uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirdi ki, ərizəçi onun anası, X20 isə onun atasıdır, atasının doğum haqqında şəhadətnaməsi əvvəllər mövcud olsa da, itirmişdir, bildiyinə görə atası xx.xx.1942-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, babası Davud, nənəsi Göyçək olmuşdur. X9 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı, X20 isə onun bacısının əridir. Elxan xx.xx.1942-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, Elxanın atasının adı Davud, anasının adı isə Göyçək olmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizəçinin əri X12 atası X18, anası X14 olmaqla, xx.xx.1942-ci il tarixdə Gəncə şəhərində doğulması və onun doğumunun qeyd edilməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-11-654/2023 nömrəli məktubunda qeyd olunur ki, X12 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X33 filialının 3-48-DA-4F/2-Ə- 755/6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 3-48-DA-4F/2-611//6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X33 Filialında mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X3 Qeydiyyatı Şöbəsi arxiv fondlarının 1942-ci il üzrə doğum və 1942-1947-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri, X12 doğum aktının qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X33 filialının 3-48-DA-4F/2-Ə- 621/6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X18 ilə X8 1929-cu ildə nikah qeydi barədə sorğusuna cavab oalraq sözügedən sənədin təsdiq olunmuş kserosurəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən 3-16-5/4-13-1502/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilir. Sorğu edilən Elxan İsmayılovun doğumu barədə sənəd qeyd edilən ildən əvvəlki dövrə aid olduğundan onun əldə edilməsi üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 3-21-3-33/2-2855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən X20 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkarlanmamışdır. İş materiallarına X15 məxsus ali təhsil haqqında diplomun, həmkarlar təşkilatının üzvlük biletinin, “Əmək veteranı” kitabçası, hərbi biletin və əmək kitabçasının surəti əlavə olunmuşdur. İş materiallarında olan AЗ seriyalı, 203220 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X20 nikahlarını “Kirovabad şəhər zaqs” şöbəsində xx.xx.1970-ci ildə 1096 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1942-ci təvəllüdlü X20 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1.Arvad - Ərizəçi –xx.xx.1950-ci il, 2.Qızı –X16– xx.xx.1973-cü il 3.Qızı –X19 –xx.xx.1974-cü il 4.Oğlu –X24–xx.xx.1976-cı il İş materiallarında olan AZ seriyalı, 012850 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1999-cu ildə “xərçəngin intoksikasiyası və sol ağciyərin xərçəngi” səbəbindən Gəncə şəhərində ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin daşınmaz əmlakın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 79,6 kv.m olan mənzil xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ İsmayılov X5 məxsusdur. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 şəhərində xx.xx.1966-cı ildə “beyin insultu” səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki işin materiallarından görünür ki, ərizəçi mərhum ərinin doğum haqqında şəhadətnaməsinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun doğum akt qeydi aşkar olunmadığına görə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X12 atası X18, anası X14 olmaqla, xx.xx.1942-ci il tarixdə Gəncə şəhərində doğulması və onun doğumunun qeyd edilməsi şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, eləcə də işin digər materialları ilə təsdiq olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əmlakın sənədləşdirilməsi üçün ərizəçinin ərinin doğum haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən ərizəçinin ərinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ərizəçinin ərinin doğum akt qeydi aşkar olunmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi ərinin doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin əri X12 atası X18, anası X14 olmaqla, xx.xx.1942-ci il tarixdə Gəncə şəhərində doğulmasının qeyd edilməsi ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X12 atası X18, anası X14 olmaqla, xx.xx.1942-ci il tarixdə Gəncə şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-758/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-758/2024
30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver