Məhkəmə qərarları › İş №2(125)-76/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-76/2023

16.11.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-76/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdeh «Cavabdeh» oğluna qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 4999,44 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarını nəzərdən keçirərkən müəyyən olundu ki, iddia tələbi ölmüş şəxsə qarşı yönəldilmişdir. Belə ki, cavabdeh qismində qeyd olunan Cavabdeh xx.xx.2017-ci ildə öldüyü halda ona qarşı iddia tələbi ölümündən sonra yəni xx.xx.2019-cu il tarixdə irəli sürülmüşdür. AZ-İ 867654 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə ölmüşdür. Mülki işdə olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s.) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Göründüyü kimi qanunvericilikdə yalnız işdə iştirak edən şəxslərə münasibətdə tərəflərdən birinin ölməsi ilə bağlı hüquqi varisinin əvəz edilməsi nəzərdə tutulmuşdur. Hazırki işin hallarından görünür ki, şəxsin ölməsi məhkəmə prosesi zamanı deyil iddia ərizəsi verilməmişdən qabaq baş vermişdir və ölmüş şəxsə qarşı iddia qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261- 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı LPO "xxxx" ASC-nin cavabdeh «Cavabdeh» oğluna qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar