Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-761/2023 18.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, 7 nömrəli ünvanda yerləşən, 23,8, 22,2 və 18,3 kv.m sahəli otaqlardan ibarət olan yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Atatürk prospekti,2-ci dalan,7 nömrəli ünvanda yerləşən yaşayış evinin 23,8, 22,2 və 18,3 kv/m sahəli otaqları, onlara aid mətbəx və hamamı iddiaçının mülkiyyəti olmaqla başqa şəxsə (X1) məxsus olan digər yaşayış və köməkçi sahələrdən tamamilə ayrılmışdır, lakin ev bir dam örtüyü altında olduğundan hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövlət reyestrindən bir çıxarış verilmiş, onun payı xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdehlərdən Cavabdeh3 onun qardaşı, Cavabdeh1 qardaşı oğlu, X5 isə uşağıdır. Qardaşları ailə qurandan həmin evdən köçmüşlər, hər biri öz evində yaşayır. Qeydiyyatları olmasına baxmayaraq evində daimi yaşamamışlar. Bu gün onlar formal olaraq iddiaçının evində qeydiyyatda qalmaqla ona maddi zərər vururlar, belə ki, onların əvəzlərindən su, zibil pulu ödəməklə maddi ziyan çəkir. Məhkəmə iclasında idiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, cavabdehlər bir gündə olsun iddiaçının evində yaşamamışlar. Onların öz evləri var və hər biri öz evlərində yaşayırlar. Lakin qeydiyyatda formal olaraq qaldıqları üçün iddiaçı öz mülkiyyətindən dinc istifadə edə bilmədiyindən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2015-ci il tarixli, RX ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan ünvanında yerləşən 7 saylı fərdi yaşayış evinin Tik “A”-da olan 23,8 kv.m, 22,2 kv.m iki yaşayış otağı, 18,3 kv.m xidməti otağı, 14,3 kv.m mətbəx, 4,6 kv.m hamam, 3,6 kv.m hamam ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, X4 və Cavabdeh3 Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan ünvanında yerləşən 7 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdehlərin Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan ünvanında yerləşən 7 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Quliyeva (Əliyeva) Gülxar Seymur qızının və Cavabdeh3 Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalanda yerləşən İddiaçı mülkiyyətində olan 7 nömrəli fərdi yaşayış evinin dən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Quliyeva (Əliyeva) Gülxar Seymur qızının və Cavabdeh3 Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalanda yerləşən İddiaçı mülkiyyətində olan 7 nömrəli 23,8, 22,2 və 18,3 kv.m sahəli otaqlardan ibarət olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Quliyeva (Əliyeva) Gülxar Seymur qızının və Cavabdeh3 Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalanda yerləşən İddiaçı mülkiyyətində olan 7 nömrəli 23,8, 22,2 və 18,3 kv.m sahəli otaqlardan ibarət olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(125)-761/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-761/2023
18.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver