Məhkəmə qərarları › İş №2(125)-763/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-763/2025

08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-763/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsləhətçipsixoloqu X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında qalması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsində olmasının müəyyən edilməsi, aliment öhdəliyinə xitam verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 onun yanında qalmalarının müəyyən edilməsi, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahdan iki uşaq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X11 doğulmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-289/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Yusibova (Abbasova) Pərvanə Çingiz qızı ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə X29 190 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2010-ci il tarixdə anadan olmuş X4 nikah pozulmasından sonra iddiaçı Yusibova (Abbasova) Pərvanə Çingiz qızının himayəsində saxlanımaları, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2010-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-cu il tarixdən başlayaraq, cavabdehdən hər ay, hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin iddiaçı Yusibova (Abbasova) Pərvanə Çingiz qızının xeyrinə tutulması qət edilmişdir. Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 450072 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh nikahları xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Tərəflərin qeyd etdiyinə görə hazırda faktiki olaraq hər iki uşaq iddiaçının yanındadır. İddiaçı ərizəsində göstərmişdir ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış nikahları pozulmuş, birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X1 və xx.xx.2010-cu ildə anadan olmuş X4 cavabdehin yanında saxlanmaları və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan cavabdehin xeyrinə hər uşağa hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment tutulması qət edilmişdir. Nikahın pozulduqdan qısa müddət sonra uşaqlar onun yanında yaşamağa başladılar və bu günədək yanında yaşayırlar. Uşaqların qayğısına o qalmışdır, cavabdeh isə qeyd edilən müddətdə uşaqları ilə maraqlanmamış, onların qayğısına qalmamışdır. Uşaqlar üç ildən çoxdur ki, anaları ilə görüşmür, onların təhsili və tərbiyəsi ilə o məşğul olur. Uşaqlar anaları ilə yaşamaq istəmir və buna görə də uşaqların onun yanında qalmaları rəsmiləşdirilməlidir. Həmçinin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün anası tərəfindən sabit pul məbləğində alimentin tutulmasını istəyir. Uşaqların onun yanında üç ildən çox qalmalarını qonşuları – X12, X13, X14, X5 və X15 təsdiq edə bilərlər. Həmçinin Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin 2 nömrəli xidmət sahəsinin arayışı da uşaqların onun yanında qalmalarını təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, uşaqlar təxminən 3 il 4 aydır ki, onun yanındadır. Cavabdeh məktəbdə müəllimə işləyir, təxminən 700 manat əməkhaqqı alır. Uşaqların xərcləri artmışdır, belə ki, hər ikisi hazırlıqlara gedir. Uşaqlar anasında olan vaxt fəhləliklə həmin 200 manat alimenti uşaqlarına necə ödəyirdisə, cavabdeh də elə ödəməlidir. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə tanış olmuşdur, rəylə tam razıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (anası) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və onu da əlavə etdi ki, cavabdehin qeyd etdikləri tamamilə yalandır. İddiaçı, yəni oğlu onlarla birlikdə yaşayır, hazırda uşaqlar da onların yanındadır. Belə ki, uşaqlar özləri analarını görmək istəmirlər. Cavabdeh əvvəlki məhkəmə iclasında özü etiraf etmişdir ki, uşaqlarını saxlamaq iqtidarındadır. Dörd ildir ki, cavabdeh uşaqları ilə bir dəfə də olsun, maraqlanmamışdır. Uşaqların hər ikisi əlaçıdır. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə tanış olmuşdur, rəylə tam razıdır. Məhkəmənin iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında qeyd etdi ki, məktəbdə fiziki tərbiyə müəllimi işləyir, əməkhaqqı 542 manatdır. Başqa qazanc yeri yoxdur. İddiaçı kişi olaraq ona 200 manat aliment ödəyirdisə, hazırda özü qadın olaraq 400 manat aliment ödəyə bilməz. Uşaqlarından imtina etmir. Uşaqlarının onun himayəsində qalmasını istəyir. İddiaçı tərəf uşaqların 3 ildən artıq müddətdir ki, yanlarında olmalarını bildirsələr də, bu tamamilə yalandır. Belə ki, uşaqlar 2 ilə yaxındır ki, atalarının yanındadır. Uşaqlar atalarının yanında qaldığı müddətdə uşaqlara onun barəsində mənfi fikirlər deyiblər. Uşaqlar onun yanında qalan vaxt altıncı və bazar günləri atalarının yanına getmək istəmiş, o da buna maneə olmamış, icazə vermişdir. Hər dəfə uşaqlar atalarının yanından qayıdanda ona qarşı münasibəti mənfi istiqamətə dəyişirdi. İddiaçı uşaqlara maşın sürməyə icazə verməklə və telefon almaqla təsir göstərmişdir. İddiaçı iddia ərizəsində onun uşaqların qayğısına qalmadığını bildirsə də, bu tamamilə yalandır. Çünki hər zaman uşaqlarına maddi dəstək olmuş, iddiaçının kart hesabına pul göndərmiş, ev üçün bazarlıqlar etmiş, həmçinin uşaqlardan biri üçün təqribən qiyməti 2000 manat olan kompüter almışdır. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə tanış olmuşdur, rəydə qeyd olunanlara etiraz edir. 8-9 ay bundan öncəyə kimi uşaqları ilə daim əlaqədə olsa da, iddiaçı onu məhkəməyə verəndən sonra iddiaçı tərəf uşaqları ilə ünsiyyətinə tamamilə maneə olmuşdur. Axırıncı dəfə uşaqların yanına gedəndə uşaqları onu qovduğu üçün əlaqələri kəsilmişdir. iddiaçının anası uşaqların beynini “nə bilirsiniz, hara gedir” kimi ifadələrlə doldurmuşdur. O, xadimə işləyəndə həm də kollecdə təhsil alırdı, sonradan müəllimə kimi fəaliyyətə başlamışdır. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və məhkəmə iclasında dinlənilmiş xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 fikrini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X16, X15, X12, X5 və X14 tərəfindən tərtib edilmiş 02 iyul 2024-cü il tarixli aktdan görünür ki, onlarla qonşuluqda, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 19, mənzil 2-də yaşayan İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh ilə nikahları pozulandan sonra, yəni 2021-ci ilin dekabr ayından onların birgə nikahlarından anadan olmuş xx.xx.2010-ci il təvəllüdlü Ömər və xx.xx.2008-ci il təvəllüdlü Bəhruz adlı oğlanları Firdovsinin himayəsində yaşamışlar. Uşaqlar bu gün də atalarının himayəsində yaşayırlar. Ataları onlara hər cür diqqət və qayğı göstərir, onların təhsili ilə məşğul olur. Uşaqlar heç vaxt analarının yanında yaşamamışlar. İş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-763/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əsaslandırılmış rəy alınması üçün mülki işin materialları Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə rəyini valideynlərin həyat şəraitinə dair aktlarını, eləcə də məsləhətçi-psixoloqun psixoloji rəyini 5-1/2-452/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə göndərmişdir. Komissiya üzvləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsini rəhbər tutaraq, uşaqların fikrini və gələcək mənafeyini nəzərə alaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010cu il təvəllüdlü X4 ataları İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu tərəfindən tərtib edilmiş psixoloji rəydən görünür ki, psixoloji konsultasiya zamanı yetkinlik yaşına çatmayan Bəhruz və ömər ilə aparılmış söhbət nəticəsində müəyyən olunmuşdur ki, anası Cavabdeh artıq uzun müddətdir ki, övladlarının təlim və tərbiyəsi ilə maraqlanmır. Onlara qayğı və sevgisini əsirgəyərək valideyn-övlad münasibətlərini pozmuşdur. Bu cür hallar ailədə uşaqların valideyninə qarşı inamsızlığın yaranmasına gətirib çıxarır. Aparılmış söhbət nəticəsində müəyyən olundu ki, yetkinlik yaşına çatmayanlar anası Cavabdeh qarşı hissi-emosional olaraq bağlı deyillər. Valideynləri ayrıldıqdan sonra onlar öz istəklərinə əsasən atası İddiaçı yanında qalmaq və anası Cavabdeh ilə ilə görüşüb ünsiyyətdə olmaq istəmədiklərini bildirmişlər. Odur ki, yetkinlik yaşına çatmayanlar xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 istəyini nəzərə alaraq atası İddiaçı yanında qalmaları onların gələcək mənafeyi üçün məqsədə uyğun hesab olunmuşdur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, iddiaçının həyat şəraitinin müəyyən edilməsi məqsədilə onun hazırda yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, cavabdehin atası X2 evin mülkiyyət hüququ ilə özünə məxsus olduğunu bildirərək, 13830 nömrəli qeydiyyat vəsiqəsi təqdim etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, A.Yusibov yuxarıda qeyd edilən mənzildə ailə tərkibi beş (özü, arvadı Nümayəndə, oğlu İddiaçı və nəvələri X11, X7) nəfərdən ibarət olmaqla yaşadıqlarını bildirmişdir. Mənzil 4 (üç) yaşayış otağı, mətbəx və hamamdan ibarətdir, sahəsi 80 kv.metrdir. Mənzil təmirlidir, məişət şəraiti qənaətbəxşdir. Mənzil zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz və elektrik enerjisi ilə təchiz edilib, ev kombi sistemi ilə isidilir. Evdə azyaşlı uşaqların təlim-tərbiyəsi ilə məşğul olunması və normal mühitdə böyüməsi üçün hər bir şərait var. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, cavabdehin həyat şəraitinin müəyyən edilməsi məqsədilə onun ünvan 2 ünvanına baxış keçirilmiş, iddiaçının anası X8 evin mülkiyyət hüququ ilə əri X6 məxsus olduğunu bildirsə də, heç bir hüquqverici sənəd təqdim etməmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Z.Abbasovanın dediyinə görə yuxarıda qeyd olunan ünvanda ailə tərkibi üç nəfərdən (özü, əri X9 və qızı Cavabdeh) ibarət olmaqla yaşayırlar. Ev iki mərtəbəli olmaqla 1 (zal) 4 (dörd) otaq, mətbəx və hamamdan ibarətdir, sahəsi təxminən 160 kv.metrdir. torpaq sahəsi 0,16 hektardır. Ev təmirlidir, məişət şəraiti qənaətbəxşdir. Ev zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz və elektrik enerjisi ilə təchiz edilib, ev qaz sobası ilə isidilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Konstitusiyanın 34-cü maddəsində göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biribirindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş Bəhruz və Ömərin onun himayəsində qalmasının müəyyən edilməsi və onların saxlanması üçün aliment tələbinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həll edilməsi baxımından ilk növbədə, yetkinlik yaşına çatmayan Bəhruz və Ömərin hüquq və mənafelərinin qorunması və daha üstün tutulması, tərəflərin maddi və həyat şəraiti, ailədə davranışı, valideynlərin uşaqlarla münasibətləri, uşaqların təhsili, mənzil şəraiti ilə bağlı olan hallar araşdırılmaqla mübahisəyə qiymət verilməlidir. Tərəflərin birgə nikahından doğulmuş Bəhruz və Ömər onların haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan, onlar, məhkəmədə dinlənilmişdir. Belə ki, məhkəmə iclasında, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsləhətçi-psixoloqu X3 iştirakı ilə dinlənilmiş xx.xx.2008-ci il təvəllüdlü X7 bildirmişdir ki, 16 yaşı var, Gəncə şəhər 14 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyur. 1-ci sinifdən 4-cü sinfə kimi isə Gəncə şəhər 12 nömrəli tam orta məktəbdə oxumuş, ata və anası boşanandan sonra Gəncə şəhər 14 nömrəli tam orta məktəbə keçmişdir. Bakı Dövlət Universitetində kompüter mühəndisliyi və ya informasiya təhlükəsizliyi ixtisaslarından birinə qəbul olmaq istəyir. Riyaziyyat, ingilis dili və Azərbaycan dili fənlərini sevir. Dörd ildir ki, atasının yanındadır. Qəbul imtahanı üçün hazırlıqlara gedir. Anasının evində, yəni nənəsigildə ailə istiliyi və rahatçılıq yoxdur, onlara yad kimi baxırdılar. Anasıgildə qalan vaxt anası Gəncə şəhər 28 nömrəli tam orta məktəbə xadimə kimi işləyirdi, səhər gedib, axşam gəlirdi, demək olar ki, onun üzünü görmürdü. Ataları onların qayğısına qalır, hazırlıqları və dərsləri ilə maraqlanır. Anası isə bunların heç birini etmirdi. Hazırda anası Sumqayıtda yaşayır. Dörd ildir ki, anası onun telefonuna bir dəfə də olsun, zəng etməyib. Buna görə də atası ilə qalmaq istəyir. Məhkəmə iclasında fikri dinlənilmiş xx.xx.2010-cu il təvəllüdlü X11 bildirmişdir ki, 1 ay sonra 15 yaşı tamam olacaq, Gəncə şəhər 14 nömrəli tam orta məktəbin 9A sinfində oxuyur. Ən çox sevdiyi fənn ingilis dilidir. Həmçinin riyaziyyat və azərbaycan dili fənlərini də yaxşı oxuyur. Gələcəkdə İ qrup üzrə imtahan verib kompüter mütəxəssisi olmaq istəyir. 6-cı sinifdə oxuyana kimi anası ilə bir yerdə qalmışdır. 6-cı sinfə kimi dərslərinə çox fikir verməmişdir. Anasının yanında, yəni nənəsigildə qalanda anası səhər gedib, axşam gəlirdi. Anası dərslərinə diqqətsiz yanaşırdı. Atası dərsləri ilə maraqlanır, ancaq atasından da çox ata nənəsi dərslərinə diqqətlə yanaşır. 3 il 2 aydır ki, atasının yanında qalır. Buna görə də atası ilə qalmaq istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci və 49.3-cü maddələrinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 7.4-cü bəndində qeyd edilir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə baxışının nəticəsi olaraq müəyyən edildi ki, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 məhkəmənin qətnaməsinə əsasən anası Cavabdeh yanında qalması qət edilsə də hazırda faktiki olaraq atası ilə yaşayırlar. xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X11 həm məhkəmədə, həm qəyyumluq və himayə orqanında fikri dinlənilərkən atası ilə qalmaq istədiklərini demişlər. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 atası ilə qalmalarının uşaqların mənafeyinə uyğun olması barədə rəy vermişdir. Qeyd edilməlidir ki, həmin rəyində Komissiya göstərmişdir ki, komissiyanın psixoloqu X22 və Ömərlə fərdi söhbət aparmış, söhbət zamanı psixoloqun kimin yanında qalmaq istəyirsən sualına Bəhruz və Ömər atasının yanında cavabını vermişlər. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından doğulmuş Bəhruz və Ömər adlı uşaqların hazırda atalarının (iddiaçının) yanında yaşamalarını, atalarının həyat şəraitinin qənaətbəxş olmasını, xüsusən uşaqların fikrini və digər hüquq və mənafelərini, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəyini, hazırda atalaına daha çox bağlı olmasını, atalarının yanında qalmaq qərarına gəlməsini və bunun uşaqların hüquq və mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X11 faktiki vəziyyətə uyğun olaraq iddiaçı (ataları) ilə qalmalıdır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçının yanında qaldığı müəyyən edildiyindən, iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş etdiyindən, habelə cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçı sübut təqdim etmədiyindən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Alimentin sabit pul məbləğində tutulması əsasları və qaydası Ailə Məcəlləsinin 78.1ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd edilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa 150 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli aliment barədə ərizənin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilə bilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, qiymətləndirilməyən hazırkı iddia əsaslı olduğundan iddiaçı tərəfindən məhkəməyə dövlət rüsumu üçün ümumilikdə ödənilmiş 50 manatın əvəzi, habelə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X11 ataları İddiaçı yanında qalsın. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar