Məhkəmə qərarları › İş №2(125)-769/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-769/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-769/2023 30.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeydə alınma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi doğumun qeydə alınma faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun *1 noyabr 1965-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olma faktı təyin olunması, doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X5, ana qrafasında X4 və milliyət qafasında azərbaycanlı yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, *1 noyabr 1965-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olması barədə doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, *1 noyabr 1965-ci il tarixdə Ermənistanın (o vaxtkı SSRİ-nin) Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olmuşdur. 1973-cü ildə ailəsi ilə birgə Azərbaycan Respublikasının Şəmkir rayonunun Çinarlı (o vaxtkı Leninkənd) qəsəbəsinə, 1985-ci ildə isə Gəncə şəhərinə köçmüşlər. Anadan olarkən doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasının (o vaxtkı SSRİ-nin) Krasnoselo rayonunun Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsi tərəfindən verilmişdir. Müəyyən bir müddət keçdikdən sonra hüquqi əhəmiyyətli faktın həyata keçirilməsi ilə əlaqədar onun doğum haqqında şəhadətnaməsi lazım olmuşdur. Evi axtararkən məlum olmuşdur ki, doğum haqqında şəhadətnaməsi itmişdir. Buna görə də Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə müraciət edərək ona yeni doğum haqqında şəhadətnamə verilməsini təmin etmələrini xahiş etmişdir. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin əməkdaşları ona Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etməyi məsləhət bilmişlər. O, sözügedən idarəyə də müraciət etmiş, lakin, onun arxiv məlumatları burada olmadığı üçün xahişi təmin edilməmişdir. Onun doğulduğu Ermənistan Respublikası ilə məlum hadisələrə görə əlaqələri olmadığı üçün oradan hər hansı bir məlumatın sorğu şəklində əldə olunması da mümkün deyildir. Ona görə də hesab edir ki, onun Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olması faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun xalası oğludur. O, *1 noyabr 1965-ci il tarixdə Göyçə mahalı Ağbulaq kəndində anadan olmuşdur. Hacıyev X9, sonra da Gəncə şəhərində yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi *1 noyabr 1965-ci il tarixdə Göyçə mahalı Ağbulaq kəndində anadan olmuş, o isə 25.1*.1967-ci ildə Göyçə mahalı Ağbulaq kəndində anadan olmuşdur. X1, anaları X3r. İşdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş *1.*3.2*22-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 *8.*6.2**6-cı il tarixdə ölmüşdür. İşdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş *1.*3.2*22-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 21.11.2*19-cu il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs *1.12.2*22-ci il tarixli məktubundan görünür ki, *1.11.1965-ci ildə Ermənistan Respublikası Krasnoselo kəndində doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəyə Maraqlı şəxsndə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabietinin 2**1-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi Ermənistan Respublikası Krasnoselo kəndində doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. İşdə olan Ağbulaq kənd sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1* 25.1*.1967-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. X2, anası X3r. İşdə olan Ağbulaq kənd sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 *4.11.195*-ci il tarixdə Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. X2, anası X3r. İşdə olan ASAN-Gəncə tərəfindən 19.*6.2*17-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi *1.11.1965-ci ildə Ermənistanın Krasnoselo kəndində doğulmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi X2 və anası X4 olmaqla *1.11.1965-ci ildə Ermənistan SSR, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. Ərizəçi anadan olanda Ermənistan SSR, Krasnoselo rayonu, Ağbulaq kəndində ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında ASAN-Gəncə şöbəsindən şəxsiyyət vəsiqəsi almışdır. Lakin, hazırda həmin sənədi bərpa edə bilmədiklərindən ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-22*, 233, 312-316 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi X2 və anası X4 olmaqla *1.11.1965-ci ildə Ermənistan SSR, Krasnoselo rayonu, Ağbulaq kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində Ərizəçi doğum yeri qrafasında Ermənistan SSR, Krasnoselo rayonu, Ağbulaq kəndi, doğum tarixi qrafasında “*1.11.1965-ci il”, “ata” qrafasında - “X5”, “ana” qrafasında - “X4” kimi qeyd edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar