Məhkəmə qərarları › İş №2(125)-770/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-770/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-770/2025 17.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Maraqlı şəxs2) «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Maraqlı şəxs2) xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum anası X2 miras qalmış "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsi müəssisəsində olan 562 manat 30 qəpik pul vəsaitindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında göstərdi ki, mərhum anası X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və anasından pul vəsaiti miras qalmışdır. Onun mərhum anası "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsinin işçisi olub və halhazırda həmin müəssisənin mərhum anasına 562 manat 30 qəpik məbləğində pul vəsaiti borcu qalmışdır Həmin pul vəsaitini almaq üçün notariusun vərəsəlik sənədi tələb olunmuşdur. Lakin mirası qəbul müddətini ötürməsi əsası ilə ona imtina məktubu vermişdir. Halbuki onun anası X2 yalnız pul vəsaiti deyil, həmçinin qızıl-zinət əşyaları da miras qalmış, o, S.S.İsmayılovadan qalmış mirası faktiki olaraq qəbul etmişdir və bu barədə mübahisə yoxdur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu mülki işə onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə qərarının qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, maraqlı şəxsi və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun X1nın qızıdır, yəni o, Ərizəçi xalasıdır. X1 7-8 il bundan öncə vəfat etmişdir. Mərhum S.S.İsmayılovanın qızıl-zinət əşyaları olmuş, vəfat etdikdən sonra həmin qızıl-zinət əşyalarını qızı Ərizəçi istifadə etdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun X1nın qızıdır, yəni o, Ərizəçi dayısıdır. S.S.İsmayılova təxminən 7-8 il bundan öncə onkoloji xəstəlik səbəbi ilə vəfat etmişdir. Mərhum bacısı vəfat etdikdən sonra qızıl-zinət əşyaları yəni nişan üzüyü və yaşadığı ev miras qalmışdır. İş materiallarında olan AZ-İ seriyalı 790309 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan İİİ-ЖГ seriyalı 474168 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 və X7 arasında olan nikah xx.xx.1986-cı il tarixdə 228 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan olan Xİİ-ЖГ seriyalı 342858 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Süleymanova (Məhərrəmova) Azadə Şahin qızı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Süleymanova (Məhərrəmova) Azadə Şahin qızının atası Maraqlı şəxs2, anası X4r. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-5-3/2-0146/2024 nömrəli arayışından görünür ki, X7 "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsinin işçisi olub və hazırda müəssisənin X5 562 manat 30 qəpik borcu qalmışdır. İşdə olan 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mirasın qəbulu müddətini keçirməsi ilə əlaqədar Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/007998-25 nömrəli arayışdan görünür ki, X3 (xx.xx.1954xx.xx.2016) ailə tərkibi atası X9 (xx.xx.1926-xx.xx.2009); anası X6 (xx.xx.1927xx.xx.1999); əri Maraqlı şəxs2 (xx.xx.1943) və qızı Ərizəçidır (xx.xx.1988). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, Ərizəçi anası X3 ölümündən sonra miras qalmış 562 manat 30 qəpik məbləğində pul vəsaitindən ibarət mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada (notarius tərəfindən) müəyyən edilməsi imkanı mövcud deyildir. Ərizəçi anası X2 miras qalmış qızılzinət əşyalarını qəbul etməklə, mirasın digər hissəsi "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsi müəssisəsində olan 562 manat 30 qəpik məbləğində pul vəsaitini qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X2 miras qalmış "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsi müəssisəsində olan 562 manat 30 qəpik məbləğində pul vəsaitindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsi müəssisəsində olan 562 (beş yüz altmış iki) manat 30 (otuz) qəpik məbləğində pul vəsaitindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar