Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7742/2023 04.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi Gəncə şəhər 1 saylı notariat kontoruna qarşı şəhadətnamədə düzəliş edilməsi və şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi Gəncə şəhər 1 saylı notariat kontoruna qarşı şəhadətnamədə düzəliş edilməsi və şəxsin eyni şəxs olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə mmüraciət edərək, Ərizəçi məxsus doğum haqqında şəhadətnamədə və səxsiyyət vəsiqəsində ata qrafasında “Şamo” sözü, X1 aid ölüm haqqında şəhadətnamədə qeyd edilən “Şamoy” sözü kimi oxunması və “Şamo” ilə “Şamoy” eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X2 23 fevral 2*21-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 39, mənzil 15 və Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 1 a, mənzil 56 miras qalmışdır. Həmin mirasın ünvan 1 ünvanda yerləşən mirası atası sağ olarkən ona vəsiyyətnamə vermişdir. Digərinə isə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 39, mənzil 15-də yerləşən mirası əmlakı faktiki olaraq qəbul etmişdir. Hal-hazırda o, yaşadığı evin sənədləşdirilməsi ilə bağlı (vərəslik) onun şəxsiyyət vəsiqəsində olan atasının ata adının yazılmasında yol verilmiş yanlışlıqla bağlı problemlərlə üzləşir. Çünki atasına aid bütün sənədlərdə və ərizəçiyə verilən vəsiyyətnamədə atasının adı Şamoy qeyd edilmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Gəncə 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamədə qeydində atasının adı olan “Şamoy” olması və müddət ötürülməsi səbəbindən imtina olunmuşdur. Odur ki, Ərizəçi məxsus doğum haqqında şəhadətnamədə və səxsiyyət vəsiqəsində ata qrafasında “Şamo” sözü, X1 aid ölüm haqqında şəhadətnamədə qeyd edilən “Şamoy” sözü kimi oxunması və “Şamo” ilə “Şamoy” eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarından görünür ki, ərzəçinin doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində ata adı düzgün yazılmamışdır. Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarında edilmiş qeydə düzəliş edilməsi bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olduğu halda şəhatənamədə düzəliş edilməsi və şəxsin eyni şəxs olması faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçilərə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi Gəncə şəhər 1 saylı notariat kontoruna qarşı şəhadətnamədə düzəliş edilməsi və şəxsin eyni şəxs olması faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə izah olunmalıdır ki, vətəndaşlıq vəziyyəti aktlarında edilmiş qeydə düzəliş edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, imtina verildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi Gəncə şəhər 1 saylı notariat kontoruna qarşı şəhadətnamədə düzəliş edilməsi və şəxsin eyni şəxs olması faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, vətəndaşlıq vəziyyəti aktlarında edilmiş qeydə düzəliş edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, imtina verildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi vaxtdan 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-7742/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7742/2023
04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver