Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-792/2024 22.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı «alqı-satqı müqailəsinin bağlanmış hesab edilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən və cavabdehə məxsus olan 18 kvadrat metr örtülü eyvandan və 15 kvadrat metr zirzəmidən ibarət olan mülkə dair cavabdehlə aralarında alqı-satqı müqailəsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X6 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, onunla Cavabdeh arasında ünvan 2 ünvanına dair 1989-cu ildə alqı-satqı müqaviləsi bağlansa da, həmin müqavilə notariat qaydasında təsdiq olunmamışdır. Qeyd olunan hal yazılı qəbzlə təsbit olunur və onun xatırlamasına görə həmin qəbzi ona Cavabdeh qohumu Zəruni adında qadın vermişdir. O, 1989-cu il tarixdən həmin mənzildə yaşayır və mənzilə dair bütün kommunal ödənişləri özü aparır. Lakin iradəsindən asılı olmayan səbəbdən əqdi rəsmiləşdirə və ünvan 2 ünvanına dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilmir. X2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, əvvəllər Gəncə şəhəri, Ağa Sultanov küçəsi, 16 ünvanında İddiaçı ilə qonşu kimi yaşamışdır. Təxminən 7-8 il bundan əvvəl o, ailəsi ilə birlikdə həmin ünvandan köçmüş və Gəncə şəhəri, Cavadxan qəsəbəsində yeni tikilən fərdi yaşayış evində yaşamağa başlamışdır. O və ailəsi Gəncə şəhəri, Ağa Sultanov küçəsində İddiaçı hazırda yaşadığı evin qonşuluğundakı fərdi yaşayış evini 1988-ci ildə almışdır. İddiaçı isə həmin evi bundan 1 il sonra X3 əmisi arvadı Zərunidən almışdır. X10 1990-cı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərin intensiv mərhələsi başa çatandan sonra da uzun müddət Azərbaycan Respublikasında yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, 1988-ci ildə Gəncə şəhəri, Ağa Sultanov küçəsi, 16 ünvanında yerləşən fərdi yaşayış evini X4 almışdır. 2009-cu ilədək o, ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, 2009-cu ildə isə Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Behbudxan Cavanşir küçəsində yeni inşa etdiyi fərdi yaşayış evinə köçüb, Gəncə şəhəri, Ağa Sultanov küçəsindəki evi satmışdır. X17 onların Gəncə şəhəri, Ağa Sultanov küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evini almasından 1 il sonra 1989-1990-cı illərdə qonşuluqdakı evə köçüb, orada yaşamağa başlamışlar. X3 anasının milliyəti rus, atasının milliyəti isə erməni olmuşdur. O, sonuncu dəfə ya 1990, ya da 1991-ci ilin yay aylarında X5 «Gəncə Univermağı»nın yaxınlığında hərbi formada görmüşdür. X10 hərbiçi olmuş, hətta 1990-cı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərin intensiv mərhələsində hərbiçi kimi işləmişdir. O, X3 1993-cü ilədək Gəncə şəhərində yaşadığını bilsə də, həmin tarixdən sonra X10 haqqında hər hansı məlumatı olmamışdır. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli 4/556 nömrəli rəyindən görünür ki, mülki işin 6-cı vərəqində olan xx.xx.1989-cu il tarixli qəbzdə «Зеленина М.Р» yazıları önündəki imza ilə xx.xx.1989-cu il tarixdə notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsinin (договор) kserosurətində «Подписи: 1. Зеленина Мариета» qrafasında əks olunan imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport, «Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin müddətsiz istifadəyə verilməsi barədə» Kirovabad şəhər 1 saylı Dövlət notariat kontorunun xx.xx.1956-cı il tarixli, 8543 reyestr nömrəli müqaviləsi, Kirovabad şəhər sovetinin tikinti və memarlıq işləri şöbəsinin xx.xx.1956-cı il tarixli layihəsinə əsasən X11 adına xx.xx.1988-ci il tarixli, 526 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 3 saylı Dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 3-296 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, X14 X11 vərəsəsi tanınaraq, vərəsənin adına xx.xx.1989-cu il tarixli, 526 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-4-595 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən, X14 evin bir hissəsini (liter «B» tikildə mövcud olan 1 otağı sahəsi 19,3 m2, örtülü eyvan 16 m2, çardaq 15 m2 öz mülkiyyətində saxlamaq şərti ilə liter «A» tikilidə mövcud olan 2 otağı sahəsi 21,2 m2, örtülü eyvan 18,9 m2, çardaq 11,4 m2 satılan hissə) X1. X9 çatacaq hissəyə ünvanı Gəncə şəhəri, Ağa Sultanov küçəsi, 16 kimi göstərilməklə adına xx.xx.1989-cu il tarixli, 1812 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, yerdə qalan hissəyə dair ünvanı Gəncə şəhəri, Ağa Sultanov küçəsi, 18 kimi göstərilməklə X7 adına xx.xx.1989-cu il tarixli, 526 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən və cavabdehə məxsus olan 18 kvadrat metr örtülü eyvandan və 15 kvadrat metr zirzəmidən ibarət olan mülkə dair cavabdehlə aralarında alqı-satqı müqailəsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı öz izahatında Cavabdeh tərəfindən deyil, sonuncunun qohumu Zəruni tərəfindən alqı-satqıya dair qəbzin verildiyini bildirmiş, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 və X12 oxşar məzmunlu ifadələr vermişlər. Halbuki, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin xx.xx.2005-ci il tarixə kimi qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. «S.Əliyevanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alqısatqının bağlanmış hesab edilməsi üçün tərəflər arasında həqiqi əqdin bağlanması müəyyən olunmalıdır. Lakin hazırki halda iddiaçının təqdim etdiyi qəbzdəki imzanın cavabdehə məxsusluğu məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli 4/556 nömrəli rəyi ilə təkzib olunmuş, həmçinin iddiaçı öz izahatında qəbzin ona Zəruni adında şəxs tərəfindən verildiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri qismində 110 manat məbləğində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbi barədə iddiası təmin edilməsin. İddiaçı məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri qismində 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyevv
Məhkəmə qərarları › İş №2(125)-792/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-792/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver