Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-802/2024 21.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh3, onun nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhər 2 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X4 və X11) qarşı «etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi, mənzildən çıxarılma və xüsusi qərardad çıxarılması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh2 tərəfindən Cavabdeh3 Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi və Cavabdeh3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, İddiaçı mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı Notariat Ofisini cavabdeh qismində işə cəlb etməklə Cavabdeh2 tərəfindən Cavabdeh3 Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilərək, ləğv edilməsi və xüsusi qərardad çıxarılması, Cavabdeh3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh2 ilə 2005-ci ildə faktiki olaraq nikaha daxil olaraq, nikahını 2008-ci il tarixdə qeydə aldırmışdır. Onlar birgə yaşdıqları dövrdə, təxminən 2007-2008-ci illər ərzində birgə vəsaitləri hesabına ev tikmək məqsədilə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ümumi sahəsi 225 kv.m olan torpaq sahəsi almış və həmin torpaq sahəsində ev inşa etmişlər. Həmin evdə o, Cavabdeh2lə təxminən 2022-ci ilin ortalarına qədər 14 il müddətində birlikdə yaşayıb, birgə təsərüffat aparmışdır. Hətta o, Cavabdeh2lə birgə inşa etdiyi evin yerləşdiyi ərazi üzrə ev təsərüffatlarının uçotu kitabında qeydiyyata alınmışdır. Cavabdeh2 ilə aralarında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və 2022-ci ilin iyun ayında M.Ə.Məmmədov onu döyərək birgə tikdikləri evdən qovmuşdur. Qeyd olunan evi M.Ə.Məmmədovun başqa şəxslərə satdığı ona daha sonra məlum olmuşdur. Bununla bağlı o, Göygöl Rayon Məhkəməsində iddia qaldırmış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun yarısı olan 13.380 manat pulun Cavabdeh2 alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnaməni hazırki tarixə qədər icra etməmiş və icra etməkdən də boyun qaçırmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini icra etmədiyinə görə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 3(043)-400/2022 nömrəli qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 8 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətiq edilmişdir. Bundan sonra o, Göygöl Rayon Məhkəməsinin qətnaməsinin icra olunmamasına, həmçinin 1-ci dərəcəli əlil olmasına və kirayə haqqına pul çatdıra bilməməsinə görə Gəncə Şəhər Məhkəməsində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evə köçürülməsinə dair iddia qaldırmış və iddiası təmin olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evi o, cavabdehlə birgə inşa etmiş və gələcəkdə onun oradan gözlənilən mülkiyyət hüququ olduğundan, evə dair pulun yarısı ona ödənmədiyindən məcbur olub məhkəməyə yenidən müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi (vəkili) X12 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə mübahisə predmeti olan evi 22.000 manat ödəniş etməklə Cavabdeh2 almış və bundan İddiaçı da məlumatı olmuşdur. Cavabdeh3 həmin evi aldıqdan sonra ailəsi ilə həmin evə köçərək təmir-tikinti işləri aparmış və tanışı Elgünün adına rəsmiləşdirmişdir. Cavabdeh3 2023-cü ilin dekabr ayında məlum olmuşdur ki, İddiaçı evə köçmək hüququ əldə etmiş və evin kilidini dəyişdirmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi ilə evin qiyməti 26.760 manat məbləğində dəyərləndirilmiş və həmin məbləğin 1/2 hissəsinin İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi icra oluna bilmədiyindən evə dair yenidən iddia qaldırdığını qeyd etsə də, bunun cavabdehlərə heç bir aidiyyəti yoxdur. Belə ki, bu birbaşa vicdanlı alıcı hesab edilən Cavabdeh3 maraqlarına toxunur. Əgər Cavabdeh2 Göygöl Rayon Məhkəməsinin qətnaməsini icra etməkdən boyun qaçırırsa, bunda digər cavabdeh sayılan Cavabdeh3 hər hansı bir təqsiri yoxdur. Cavabdeh2 barəsində müvafiq tədbirlər görmək lazımdır ki, məhkəmə qətnaməsi icra olunsun. Sonda cavabdehin nümayəndəsi (vəkili) X12 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi (vəkili) X12 ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Gəncə şəhər 2 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin və ya nümayəndələrinin iştirak etməməklərinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X4 və X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, Cavabdeh3 və onun nümayəndəsi (vəkili) X8 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1539/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 və İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Göygöl rayon qeydiyyat şöbəsində 167 akt nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 006660 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz olaraq 1-ci dərəcəli əlildir. İşdə olan xx.xx.1993-cü il tarixli, 117 nömrəli arayışın surətindən görünür ki, X3 Gəncə şəhəri, Quşçuluq Fabriki ərazisində xx.xx.1993-cü il tarixli Gəncə şəhər İcra Hakimiyyəti başçısının 154 saylı sərəncamı əsasında bağ yeri üçün 450 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan aktın surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə pula ehtiyacı olduğu üçün ona məxsus olan ümumi sahəsi 450 kv/m olan torpaq sahəsinin yarısını Cavabdeh2 satmışdır. İşdə olan Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli, 7E-05-1495 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X1 şəhəri, Quşçuluq Fabriki ərazisində yerləşən ümumi sahəsi 225 kv.m olan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ediləcək evə dair Cavabdeh2 etibarnamə vermişdir. İş materiallarında olan Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Quşçuluq Fabriki ərazisində yerləşən ümumi sahəsi 225 kv/m olan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ediləcək evə dair Cavabdeh3 etibaredilmişi etibaretmə qaydasında etibarnamə vermişdir. İşdə olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun 1/2 hissəsi olan 13.380 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3083/2021 nömrəli qətnaməsindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən özünə məxsus bəzi yaralı vəziyyətdə olan əşyaları Cavabdeh2 evindən çıxarmışdır və hazırda Cavabdeh2 ona 18.623 manat məbləğində borcu qalmaqdadır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3675/2023 nömrəli qiyabi qətnaməsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh2 qarşı «evə köçürülmə» tələbi barədə iddiasına dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 21-3-33/2-3175/2023 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh2 və İddiaçı adlarına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən qeydiyyata alınmış torpaq sahəsi və fərdi yaşayış evi aşkar edilməmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsini və tikiləcək evi 22.000 manat məbləğinə Cavabdeh3 satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********79 reyestr nömrəli elektron çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 məxsusdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 və İddiaçı birgə nikahı dövründə Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsi xx.xx.2008-ci il tarixdə X2 alınmış, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa olunmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1539/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 və İddiaçı arasında olan nikah pozulmuşdur. Daha sonra İddiaçı Cavabdeh2 qarşı ona məxsus cehiz əşyalarının və ya onların dəyəri olan 9.179 manat pulun alınıb ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 30.000 manat məbləğində pul vəsaitinin 2/3 hissəsinin, yəni 20.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lakin İddiaçı sonradan Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh3 Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi və xüsusi qərardad çıxarılması, Cavabdeh3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmiş, bununla da İddiaçı hazırki iddia tələbini təşkil edən əmlak üzərində subyektiv hüququ aradan qalxmışdır. Lakin İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı qeyd olunan əmlaka dair tələb hüququ aradan qalxsa da, həmin əmlakın ½ hissəsinin dəyəri qismində 13.380 manat manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq, ona ödənilməsi qət edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsinin icrasını tələb hüququ vardır. Həmin qətnamənin icrası isə yalnız icra tədbirləri ilə təmin edilməli və onun icra edilməməsi əsası ilə digər şəxslərin mülkiyyət hüquqları pozulmamalıdır. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına əsasən İddiaçı iddia tələbi üzrə subyektiv hüququnun olmamasını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhər 2 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X4 və X11) qarşı «etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi və mənzildən çıxarılma» tələbi, eləcə də həmin tələbə bağlı «xüsusi qərardad çıxarılması» əlavə tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhər 2 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X4 və X11) qarşı «etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi, mənzildən çıxarılma və xüsusi qərardad çıxarılması» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-802/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-802/2024
21.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver