Məhkəmə qərarları › İş №2(125)-828/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-828/2024

08.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-828/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 6 saylı notariat ofisinə və Cavabdeh2 qarşı «miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı iddiaçının mərhum əri X7 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməsini, iddiaçının mərhum əri X7 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması, Cavabdeh2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən (½ hissədə) etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı Oleqnovna və X7 nikahları xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinin vətəndaşlıq vəziyyətinin qeydə alınma aktı idarəsində 3 nömrəli nikah sarayında qeydə alınmışdır. Rusiya Federasiyası hərbi komissarlığı tərəfindən X10 hərbi xidmətə çağrılaraq, Rusiya Federasiyası və Ukrayna Respublikası arasında gedən müharibəyə göndərilmişdir. N.T.Quliyev həmin müharibədəki döyüşlərdən birində həlak olmuş və həmin şəxsin ölümü Gəncə şəhər Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixdə 721 nömrə ilə qeydə alınmışdır. İddiaçı ərinin vərəsəsi olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Gəncə şəhər 6 saylı notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Lakin Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli cavabında məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçının mərhum əri X7 Gəncə şəhəri, Sürəyya Qacar küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evi miras qalmışdır. N.T.Quliyevin ölümü haqqında şəhadətnamə Luqansk Xalq Respublikası tərəfindən verildiyi, Azərbaycan Respublikası qanunvericiliyi ilə tanınmadığı və yenidən şəhadətnamənin verilməsindən Gəncə «ASAN Xidmət» mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün N.T.Quliyevdən qalmış mirasın rəsmi qəbul müddəti uzanmışdır. Hətta N.T.Quliyevin ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina olunmuşdur. Nəhayət N.Cavabdeh2 anası Cavabdeh2 müraciəti əsasında Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə N.T.Quliyevin ölməsi faktı müəyyən edilmiş və Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən N.T.Quliyevin ölümü haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Cavabdeh2 həmin şəhadətnamə əsasında xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət edərkən, Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasından xəbərdar olumuşdur və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, hazırda mübahisə edilən Gəncə şəhəri, Sürəyya Qacar küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evi əvvəllər onun mərhum əri Teyyub Quliyevin adına olmuşdur. Teyyub Quliyevin vəfatından sonra həmin əmlak ona miras qalmış, 2013-cü ildə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra isə həmin əmlak onun tərəfindən xx.xx.2021-cü il tarixdə Gəncə şəhəri 3 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsi əsasında mərhum oğlu X9 hədiyyə olunmuşdur. Lakin N.T.Quliyev Rusiya Federasiyası və Ukrayna Respublikası arasında gedən müharibədəki döyüşlərdən birində həlak olmuş, onun özünün əvvəllər hədiyyə etdiyi əmlak N.T.Quliyevdən miras qalmış və Gəncə şəhəri 6 notariat ofisində həmin miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi İddiaçı Oleqnovanın hazırda miras əmlak kimi mübahisələndirdiyi əmlak onun adına rəsmiləşdirilməmişdən əvvəl məhz onun özünün mərhum əri Teyyub Quliyevin adına olmuş, Teyyub Quliyevin ölümündən sonra miras qismində onun mülkiyyətinə daxil olmuş, sonra o, həmin əmlakı mərhum oğlu X9 bağışlamış və X7 ölümündən sonra həmin əmlak ona geri qayıtmışdır. Buna görə də İddiaçı N.T.Quliyevdən miras qalmış əmlakda vərəsə ola bilməz. Bundan başqa, mülki qanunvericiliyin tələbinə görə ölmüş şəxsin əmlakı başqa şəxslərə qanuna üzrə və vəsiyyət üzrə, yaxud hər iki əsasla keçir. Hazırki iş üzrə iddiaçı miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması tələbi ilə çıxış edir. İddiaçı Oleqnovanın onun mərhum oğlu N.T.Quliyevlə rəsmi nikahda olduğu və özünü vərəsəsi hesab etdiyini fərz edilsə belə İddiaçı Oleqnovanın mübahisə edilən miras əmlakın qəbul edilməsi ilə bağlılığının olmaması müəyyən ediləcəkdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməsini iddia ərizəsində özü də etiraf edir, bunun səbəbini isə müxtəlif bəhanələr gətirməklə əsaslandırmağa çalışır. Lakin İddiaçı nədənsə onun bu ailə ilə ümumiyyətlə əlaqəsinin olmamasını, heç kimin, xüsusilə onun özünün İddiaçı ailə üzvü kimi qəbul etməmələrini unutmuşdur. Bütün ailə üzvlərinə, qohumlarına və qonşularına, iddiaçı ilə mərhum oğlu rəsmi nikahda olsa da, onların nikahının formal xarakterli olduğu məlum olmuşdur. Belə ki, N.T.Quliyev Rusiya Federasiyasına işləmək üçün getiyinə görə N.T.Quliyevin orada rəsmi yaşayış hüququnun tanınması üçün Rusiya Federasiyası vətəndaşı olan qadınla nikaha girməsi vacib olmuşdur. Məhz qeyd olunan səbəbdən N.T.Quliyev İddiaçı Oleqnova ilə nikaha girmişdir. Həmçinin N.T.Quliyev Rusiya Federasiyası ərazisində törətdiyi cinayətlərlə əlaqədar uzun müddət cəzaçəkmə müəssisələrində cəza çəkmiş, sonuncu dəfə cəzaçəkmə müəssisəsində olarkən «Vaqnerlər» adlanan muzdlu döyüşçülərdən ibarət dəstənin təklifi ilə iştirak etdiyi döyüşlərdən birində həlak olmuşdur. İddiaçı Oleqnovanın başqasının mülkiyyətində olan əmlakı ələ keçirməsi xəyalları qəbul edilməməli və bu onun qanunla qorunan mülkiyyət hüququnun pozulmasına səbəb olmamalıdır. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh2 izahatını müdafiə edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini), Cavabdeh2 və onun nümayəndəsini (vəkilini), habelə şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o, Cavabdeh2 qonşusu olsa da, X13 tanımamışdır. Cavabdeh2 oğlu X5 Federasiyasına gedib-gəlmiş, orda qeydiyyata düşmək üçün başqa qadınlarla yaşamışdır. O, özü də Rusiya Federasiyasına gedib-gəlmiş, N.T.Quliyevin faktiki olaraq, tatar milliyətindən başqa bir qadınla nikahda olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, 1972-ci ildən Cavabdeh2 qonşuluğunda yerləşən fərdi yaşayış evin köçmüş və orada yaşamışdır. Lakin Cavabdeh2 oğlu X7 İddiaçı Oleqnovna ilə nikahda olduğunu bilməmişdir. O, İddiaçı Oleqnovanı tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Cavabdeh2 ilə qonşuluqda yaşayır və onlar bir-birlərinin yaşadıqları evə gedib-gəlirlər. Cavabdeh2 nəvəsinin toyu olmuş, lakin İddiaçı Oleqnovanı orada görməmişdir. O, X7 Rusiya Federasiyasında nikaha girməsindən məlumatsız olmuşdur. İş materiallarında olan İİİ-ЖГ seriyalı 400006 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuşdur. N.T.Quliyevin atası X15, anası isə Cavabdeh2dır. İşdə olan İİİ-MЮ seriyalı 802724 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X16 arasında olan nikah xx.xx.2009-cu ildə X14 VVAQ İdarəsinin 3 saylı Nikah sarayında 5161 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3166/2023 nömrəli arayışından görünür ki, Vəkil1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X9 və ya digər şəxsin adına verilmiş mülkiyyət hüquqverici sənədin (çıxarış və s.) surətinin verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-33/1-3099/2023 nömrəli məktublarınıza «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-197 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən X8 bağışlanmışdır və sonuncunun adına xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən İddiaçı Oleqnovanın etibarnamə üzrə nümayəndəsi Vəkil1 ünvanlanmış xx.xx.22023-cü il tarixli 3-16-5/8/15xx-xx/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü ildə X10 barəsində ölüm haqqında şəhadətnamənın alınması ilə bağlı 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. X10 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(0125)- 4000/2023 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı Oleqnovnanın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)- 1636/2023 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı Oleqnovanın nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(0125)-4000/2023 nömrəli qərardadı ləğv edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 4000/2023 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı Oleqnovanın (maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3821/2023 nömrəli qətnamədən görünür ki, Cavabdeh2 ərizəsi təmin edilmiş, X7 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetsk şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan İ-BB seriyalı 210378 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci ildə Donetsk şəhərində vəfat etmişdir. İşdə olan AZ-İİ seriyalı 241719 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci ildə Ukrayna Respublikası Donetsk vilayətində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlaka Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X7 ünvan 5 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət **********13-10301 reyestr nömrəli daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 miras qalmış ünvan 5 ünvanında yerləşən 0,0432 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 tam hissədə payı qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 1209 nömrəli məktubundan görünür ki, X9 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair Gəncə şəhəri 3 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-80 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə onun anası Cavabdeh2 verilmişdir. Buna görə də İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İşdə olan Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportun surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportu İddiaçı xx.xx.2013-cü il tarixdə verilmiş, İddiaçı 2014, 2015, 2016 və 2023-cü illərdə hər il bir neçə dəfə olmaqla, Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı X2 ailə üzvləri, eləcə də N.T.Quliyevin anası Cavabdeh2 ilə görüşmüş və fotoşəkil çəkdirmişlər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağı və həmin torpaq sahəsində yerləşən 78,50 kvadrat metr tikintidən ibarət **********13-10301 reyestr nömrəli daşınmaz əmlak X7 mülkiyyətində olmuşdur. N.Cavabdeh2 vəfat etməsindən sonra qeyd olunan fərdi yaşayış evində onun qanun üzrə birinci növbədə vərəsələri N.Cavabdeh2 anası Cavabdeh2 və arvadı İddiaçı yaşamışdır. X10 və X16 arasında olan nikah xx.xx.2009-cu ildə X14 VVAQ İdarəsinin 3 saylı Nikah sarayında 5161 nömrəsi ilə qeydə alınmışdır. N.T.Quliyev xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetsk şəhərində vəfat etmiş və ölümü haqqında olan X17 Respublikası tərəfindən İ-BB seriyalı 210378 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamənin Azərbaycan Respublikasında hüquqi qüvvəsi olmadığına görə İddiaçı Oleqnovna xx.xx.2023-cü ildə X10 barəsində ölüm haqqında şəhadətnamənın alınması ilə bağlı 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş, İddiaçı X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bundan sonra İddiaçı Oleqnova N.T.Quliyevin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(0125)-4000/2023 nömrəli qərardadı ilə ərizəçi İddiaçı Oleqnovnanın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1636/2023 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(0125)-4000/2023 nömrəli qərardadı ləğv edilmiş, daha sonra Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 4000/2023 nömrəli qərardadı ilə ərizəçi İddiaçı Oleqnovanın (maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3821/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, X7 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetsk şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 miras qalmış ünvan 5 ünvanında yerləşən 0,0432 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 tam hissədə payı müəyyən edilmişdir. İddiaçı Gəncə şəhəri 6 saylı notariat ofisinə müraciət edərək, N.T.Quliyevdən miras qalmış əmlakda payının müəyyən edilməsi üçün müraciət etmiş, Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 1209 nömrəli məktubu ilə X9 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair Gəncə şəhəri 3 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-80 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə onun anası Cavabdeh2 verildiyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı Oleqnovnanın cavabdehlər Gəncə şəhəri 6 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı «miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək, onun təmin olunmamasını məhkəmədən xahiş etmiş, etirazının əsası kimi İddiaçı X3 ilə faktiki deyil, yalnız formal nikahda olduğunu və mirası qəbul etmə müddətinin ötürülməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1 və 440.2-ci maddələrinə görə Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçilir. Həmin Məcəllənin 443.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasnın məhkəmələri xarici şəxslərin iştirakı olan, vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işlərinə baxmağa haqlıdır. Məhkəmə İddiaçı Rusiya Federasiyası vətəndaşı, cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərməsini, digər Cavabdeh2 Azərbaycan Respublikası vətəndaşı olmasını nəzərə alaraq, hesab edir ki, tərəflər arasındakı vərəsəlik münasibətlərindən irəli gələn hazırki məhkəmə işi üzrə işə baxan məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Məhkəmə Cavabdeh2 iddia tələbinə etirazının əsası kimi İddiaçı X3 ilə faktiki deyil, yalnız formal nikahda olmasına və mirası qəbul etmə müddətinin ötürülməsinə dair xüsusatları, eləcə də şahid qismində dindirilmiş Ə.Q.Qasımovun, S.Y.Zeynalovanın və Şahid2 ifadələrini məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, şahid qismində dindirilmiş Ə.Q.Qasımovun, S.Y.Zeynalovanın və Şahid2 ifadələri həqiqətə uyğun olmadığına görə, sübutlar siyahısından çıxarılmalı, Cavabdeh2 etirazının əsasları kimi göstərdiyi hallar isə iddianın rədd olunması üçün əsas hesab olunmamalıdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və mülki işin məhkəmə iclasında tədqiq olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı Azərbaycan Respublikasında dəfələrlə X7 ailə üzvləri ilə görüşmüş, hətta Cavabdeh2 ilə birlikdə fotoşəkillər çəkdirmişdir. Bundan başqa, Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportu İddiaçı xx.xx.2013-cü il tarixdə verilmiş, İddiaçı 2014, 2015, 2016 və 2023-cü illərdə hər il bir neçə dəfə olmaqla, Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan xüsusatlar İddiaçı N.T.Quliyevlə həm rəsmi, həm də faktiki nikahda olmasını təsdiq edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 148.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublilasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar olmadıqda), Azərbaycan Respublikasında etibarlı hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəylər ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras xx.xx.2022-ci ildə açıldığından və mirasla əlaqədar mübahisə həmin tarixdən sonra yarandığından həmin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. İddiaçı N.T.Quliyevdən miras qalmış əmlakın dairəsinin müəyyənləşdirilməsi üçün mirasın açılmasından, yəni X7 xx.xx.2022-ci ildə ölümündən 4 ay 11 gün sonra - xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsinə, 4 ay 18 gün sonra - xx.xx.2024-cü il tarixdə N.T.Quliyevin ölümü haqqında şəhadətnamə almaq üçün Gəncə şəhər qeydiyyat şöbəsinə, 5 ay 13 gün sonra xx.xx.2023-cü il tarixdə N.T.Quliyevin ölməsi faktının müəyyən edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Hətta İddiaçı N.T.Quliyevin ölməsi faktının müəyyən edilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəni həmin faktın müəyyən olunmasının N.T.Quliyevdən qalmış mirasın rəsmi qəbulu üçün ona lazım olması ilə əsaslandırmış, həmin xüsusat Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-4000/2023 nömrəli qərardadında da göstərilmişdir. Qeyd olunan hallar N.T.Quliyevdən qalmış mirasın qəbul edilməsinə dair İddiaçı iradəsi və həmin iradənin aşkar bəyanını özündə ehtiva etmişdir. Bununla da N.T.Quliyevdən qalmış mirasın İddiaçı tərəfindən qəbul edilmə müddəti ötürülməmişdir. Digər tərəfdən N.T.Quliyevin qanun üzrə digər vərəsəsi - anası Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2023-cü il tarixdə, yəni N.T.Quliyevin ölümündən 9 ay 14 gün sonra ərizə ilə Gəncə şəhər 3 saylı notariat ofisinə müraciət etmiş, həmin tarixdə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi miras açıldığı tarixdən 6 ay sonra Cavabdeh2 tərəfindən miras əmlak rəsmi olaraq, qəbul edilmişdir. Belə olan halda qanun üzrə bir vərəsəyə münasibətdə (Cavabdeh2 münasibətdə) mirasın qəbul edilmə müddətinin nəzərə alınmaması, digər vərəsəyə münasibətdə isə (İddiaçı münasibətdə) nəzərə alınması bərabərlik hüququnun və hüququn müəyyənliyi prinsipinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə Hamı qanun və məhkəmə qarşısında bərabərdir. «N.Əbilovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 3.2 və 3.3-cü maddələrinə görə əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, həmçinin digər dövlətlər qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla torpaq münasibətlərinin iştirakçıları ola bilərlər Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 245-ci və Torpaq Məcəlləsinin 245-ci maddələrinə görə satılan əmlakdakı daşınmaz əmlaka mülkiyyət hüququ əldə edənə keçir. Lakin Torpaq Məcəlləsinə görə tikililər, qurğular və müəssisələr əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir (T.M. 88.4). Belə olan halda əmlak ilə üzərindəki daşınmazların hüquqi statusları ayrı-ayrılıqda tənzimlənir (torpağa görə ayrı, üzərindəki daşınmazlara görə ayrı). Beləliklə, Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə əcnəbilər və digərləri Azərbaycan Respublikasında torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər (T.M. 48.3, 86.4). Torpaq Məcəlləsinin 60.2-ci maddəsinə əsasən əcnəbi, vətəndaşı olmayan şəxs yaxud xarici hüquqi şəxs xüsusi əmlak üzərində sahibliyi həmin əmlakı satmaq hüququ olmadan, icarəyə götürmək yolu ilə əldə edə bilər. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır (T.M. 49.4). Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, ünvan 5 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət **********13-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə qismən, yəni ½ hissədə etibarsız hesab edilməli, X6 miras qalmış ünvan 5 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət (**********13-10301 reyestr nömrəli daşınmaz əmlak) miras əmlakın ½ hissəsinə İddiaçı, həmin miras əmlakın digər ½ hissəsinə Cavabdeh2 payı müəyyən edilməli, İddiaçıya 1 il müddətində həmin daşınmaz əmlakın tərkib hissəsi olan torpaq sahəsini özgəninkiləşdirmək vəzifəsi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. ünvan 5 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət **********13-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə qismən, yəni ½ hissədə etibarsız hesab edilsin. X6 miras qalmış ünvan 5 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət (**********13-10301 reyestr nömrəli daşınmaz əmlak) miras əmlakın ½ hissəsinə İddiaçı və həmin miras əmlakın digər ½ hissəsinə Cavabdeh2 payı müəyyən edilsin. İddiaçı X1 ona miras qalmış ünvan 5 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət (**********13-10301 reyestr nömrəli daşınmaz əmlak) daşınmaz əmlakın ½ hissəsinə aid torpaq sahəsini 1 (bir) il müddətində özgəninkiləşdirmək vəzifəsi izah olunsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar