Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-833/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi anası X7 məxsus ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının və ərizəçinin vərəsəlik hüququnun müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi anası X7 məxsus ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının və ərizəçinin vərəsəlik hüququnun müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 8, mənzil 1-də yerləşən mülkün 1/3 hissəsinə mülkiyyət hüququ ərizəçinin mərhum anası X7 məxsusdur. Ərizəçinin valideynləri X10 və X11 25 dekabr 1975-ci ildə nikahlarını qeydə aldırmış, həmin şəxslərin birgə nikahlarından 06 iyul 1980-ci ildə X5 və 06 iyul 1980-ci ildə Ərizəçi anadan olmuşdur. X5 03 sentyabr 1988-ci ildə, X10 22 aprel 1998-ci ildə və X11 isə 30 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin anası X11 vəfat etdikdən sonra R.B.Səidovanın vərəsəsi kimi təkcə Ərizəçi qalmışdır. X11 vəfat edəndən bir ay sonra Ərizəçi Gəncə notariat kontoruna anasından miras qalmış əmlakı qəbul etmək barədə müraciət etsə də, 06 aydan sonra müraciət etməli olduğu Ərizəçi bildirilmişdir. Ərizəçi 06 aydan sonra notariat ofisinə müraciət etdikdə isə miras əmlakı qəbul etmə müddətini buraxdığı Ərizəçi izah olunmuş və Gəncə «Asan Xidmət» Mərkəzində yerləşən notariat ofisi tərəfindən 12 may 2022-ci ildə Ərizəçi xahişinin icrasından imtina edilmişdir. Buna görə də Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Sonda Nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. 11 avqust 2022-ci ildə tarixdə məhkəməyə daxil olmuş ərizəsində maraqlı şəxs 1 saylı Gəncə Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Zülfiqar Ağcayev mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirak olmadan baxılmasını xahiş etmiş və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Ərizəçi atası X10 ilə dost olmuşdur. Buna görə də o, istər X10 vəfat etməmişdən, istərsə də vəfat etdikdən sonra İ.M.Səidovun aillə üzvləri ilə daim yaxşı münasibətdə olmuş və həmin şəxslərlə daim əlaqə saxlamışdır. İ.M.Səidovun arvadı və Ərizəçi anası X11 30 dekabr 2017-ci il tarixdə vəfat etdikdən sonra o, bir neçə dəfə ünvan 1 ünvanına getmiş və orada Ərizəçila görüşmüşdür. Qeyd olunan səbəbdən də o, A.İ.X1 vəfat etməsindən sonra da ünvan 1 ünvanında yaşadığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsində yerləşən 8 saylı evin 1 saylı mənzilinin 1/3 hissəsinə X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində 27 vərəqində qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli 05/Q-942/70 nömrəli arayışdan görünür ki, X10 və Səfərova (Səidova) Rəqibə Bəbir qızı nikahlarını 25 dekabr 1975-ci ildə qeydə aldırmışlar. İşdə olan Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli, 05/Q-69 nömrəli arayışda görünür ki, 29 iyul 1954-cü ildə Gəncə şəhərində anadan olmuş və 30 dekabr 2017-ci ildə vəfat etmiş X6 09 avqust 1981-ci ildə anadan olmuş Ərizəçi, 06 iyul 1980-ci ildə anadan olmuş və 03 sentyabr 1988-ci ildə vəfat etmiş X5 adlı 2 uşağı vardır. İş materiallarında olan AZ-İİ seriyalı 274563 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 dekabr 2017-ci ildə ölmüşdür. İşdə olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli 05/Q-944/70 nömrəli arayışdan görünür ki, X5 03 sentyabr 1988-ci ildə ölmüşdür. İşdə materiallarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli 05/Q-942/70 nömrəli arayışdan görünür ki, X10 22 aprel 1998-ci ildə ölmüşdür. İşdə olan AZ-T seriyalı 196110 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 09 avqust 1981-ci ildə anadan olmuşdur. Ərizəçi atası X10, anası X8r. İş materiallarında olan 1 saylı Gəncə Regional «Asan Xidmət» mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 12 may 2022-ci il tarixli 1129 nömrəli məktubdan görünür ki, Ərizəçi 30 dekabr 2017-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış miras əmlaka mirasın qəbulu müddətini ötürməyinə baxmayaraq, adına vərəsəlik haqqında şəhadətnamə verilməsinə dair xahişinə baxılmışdır. Ərizəçi müddətin uzadılması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin valideynləri X10 və Səfərova (Səidova) Rəqibə Bəbir qızı nikahlarını 25 dekabr 1975-ci ildə qeydə aldırmışlar. Həmin şəxslərin birgə nikahından 09 avqust 1981-ci ildə Ərizəçi və 06 iyul 1980-ci ildə X5 anadan olmuşdur. X5 03 sentyabr 1988-ci ildə, X10 22 aprel 1998-ci ildə, X11 isə 30 dekabr 2017ci ildə ölmüşdür. Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsində yerləşən 8 saylı evin 1 saylı mənzilinin 1/3 hissəsinə mülkiyyət hüququ X7 məxsus olmuş və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində 27 vərəqində qeydə alınmışdır. X6 ölümündən sonra X6 vərəsəsi Ərizəçi həmin miras əmlakı qəbul edərək əmlaka faktik sahiblik və idarəçilik etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, ərizəçi öz anasından miras qalmış evi faktik qəbul edərək həmin evi öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər ərizəçinin atası ilə dost olduqlarını və X6 ölümündən sonra Ərizəçi Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsində yerləşən 8 saylı evin 1 saylı mənzildə yaşadığını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq, X6 ölməsi ilə həmin miras əmlak onun vərəsəsi Ərizəçi tərəfindən qəbul edilmiş və o, əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışdır. Qeyd olunanlar iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Buna görə də ərizə təmin edilməli və Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsində yerləşən 8 saylı evin 1 saylı mənzilin 1/3 hissəsindən ibarət olan miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Ərizəçi X6 adına qeydə alınmış, Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsində yerləşən 8 saylı evin 1 saylı mənzilin 1/3 hissəsindən ibarət olan əmlakı miras qismində qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-833/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-833/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver