Məhkəmə qərarları › İş №2(125)-847/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-847/2025

05.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-847/2025 05.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vəzifəyə təyin edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh kimi qeyd etdiyi Qasımov Qasıma qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Elm və elmi xidmət aid olan qulluqçu vəzifənin X32”nın xüsusiyyətlərinə uyğun olaraq müdir müavini vəzifəsinə təyin edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsində texniki səhvə yol verilərək cavabdehin adı Qasımov Qasım kimi qeyd edilmişdir. Tələbini dəqiqləşdirərək cavabdehin Cavabdeh kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən təkilf edilsə də cavabdehin əvəz edilməsini istəməmiş, Cavabdeh qarşı iddia tələbinə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bu vəzifəyə iddiasının əsas məqsədi onun 1998-2002-ci illərdə bakalavr pilləsini fərqlənmə ilə bitirib, 2002-2004-cü illərdə magistraturaya qəbul olunub həmin pilləni fərqlənmə diplomu ilə bitirməsidir. Eyni zamanda “X17” laboratoriyasında 21 il iş təcrübəsi var. Ali Attestasiya Komissiyası Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, İddiaçı Gəncə Dövlət Universitetinin “Boilogiya” fakültəsinin həm bakalavr, həm də magistr pilləsini bitirib müvafiq diplomlar almışdır. İddia ərizəsində o göstərir ki, Ali Attestasiya Komissiyası Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarı ilə biologiya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. İddiaçı əsas iş yeri Gəncə şəhər 18 saylı tam orta məktəbdir. Həmin məktəbdə biologiya müəllimi vəzifəsində işləyir. İddiaçı hazırda onun direktor əvəzi vəzifəsində işlədiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun (Gəncə) laboratoriyasında 0.5 ştat vahidi ilə əvəzçiliklə 2-ci əlavə iş yeri kimi elmi işçi vəzifəsində işləyir. Onun iddia tələbində qoyduğu, elm və elmi xidmətə aid olan qulluqçu vəzifəsinin X32nın xüsusiyətlərinə uyğun olaraq, direktor müavini vəzifəsinə təyin edilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etməsi qanunvericiliyin tələblərinə əsasən tam əsassız və qanunsuzdur. Ona görə ki, iddiaçının məhkəmədə qaldırdığı iddia tələbi hazırkı məhkəmənin səlahiyyətlərinə aid olan tələb deyildir. Hesab edir ki, həmin tələblə bağlı iddiaçının hüquqi əsası olan sübutları vardırsa o, həmin tələblə bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldıra bilər. İddiaçı əsas iş yeri Gəncə şəhəri 18 nömrəli tam orta məktəb olduğundan ondan dəfələrlə onun əlavə 0.5 ştat üzrə əlavə işdə işləmək üçün məktəb direktorundan razılıq məktubu və təsdiq olunmuş dərs cədvəlini tələb etsələr də, müxtəlif bəhanələrlə iddiaçı bundan yayınmışdır. Həmçinin, iddiaçının nəzərinə çatdırılmışdır ki, əks halda yeni 2025-ci ildə onunla əmək müqaviləsinin müddəti uzadılmaya bilər. Onun rəhbərlik etdiyi institutda iddiaçı labaratoriyanın 0.5 ştat vahidi üzrə əvəzçiliklə 2-ci əlavə iş yeri kimi elmi işçi vəzifəsində işləməsini, onun qadın olmasını nəzərə alıb işləyib, inkişaf edib, irəli çəkilməsinə şərait yaratsalar da, o işlədiyi müddət ərzində ona tapşırılmış vəzifəsini layiqincə yerinə yetirmədiyi, işdə olduğu müddətdə iş yoldaşları ilə sağlam münasibət qurmadığı, institutun fəaliyyətini yalnız pozmaqla məşğul olduğu aşkar edilmişdir. İddiaçı İnstitutda işlədiyi müddət ərzində kollektivin rəğbətini qazanmamış, ona tapşırılmış vəzifəyə laqeyd münasibət bəsləmiş, dəfələrlə son vaxtlar elmi fəaliyyəti ilə bağlı Bakı şəhərinə getmək üçün ondan icazə alıb, Bakı şəhərinə getsə də, sonradan rəhbərliyə məlum olmuşdur ki, o elmi işi ilə əlaqədər deyil, Bakı şəhərinə institutun rəhbərliyindən Təhsil Nazirliyinə, eləcə də digər yuxarı dövlət orqanlarına şikayət etmək üçün rəhbərliyi, yəni onları aldatmışdır. İddiaçı son illərdə əvəzçiliklə 2-ci iş yeri kimi labaratoriyada elmi işçi vəzifəsini layiqincə yerinə yetirməmiş, işində olan nöqsanlarla bağlı dəfələrlə şifahi xəbərdarlıqlar etmişdir. Bunlardan nəticə çıxarıb fəaliyyətində dönüş yaratmaq əvəzinə institutun digər işçiləri ilə də lazımsız yerə münasibətlərini pozmuşdur. Ona görə də onun hərəkətləri aktlaşdırılmışdır. İddiaçının “Elm və elmi xidmətə aid olan qulluqçu vəzifəsinin X32”nın xüsusiyyətlərinə uyğun olaraq elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi tələbi ilə bağlı qeyd edir ki, institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə əvvəllər institutda X17 Labaratoriyasında 0.5 ştat vahidi ilə kiçik elmi işçi vəzifəsində işləmiş, Xəzər Universitetinin “Tibbi biologiya” fakültəsində 1999-2004-cü illərdə əyani təhsil alaraq xx.xx.2005-ci il tarixdə Dövlət İmtahan Komissiyasının qərarı ilə AB-İ 086820 nömrəli, 696 qeydiyyat nömrəli Diplom almış, hazırda fəlsəfə doktoru hazırlığı üzrə 2414.01 “Mikrobiologiya” ixtisası üzrə dissertanturaya qəbul olunmuş X22 01 aprel 2024-cü il tarixdə, 13 nömrəli əmr əsasında təyin olunmuş, həmin vaxtdan hazıra kimi də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunda (Gəncə) elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir. İşinin öhdəsindən layiqincə gəlir. Günel Tomiyeva bir neçə dəfə X7 iştirak etmiş, məruzələri ilə bağlı sertifikatlar almış, xarici ölkələrdə elmi məqalələri nəşr olunmuşdur, yaxın vaxtlarda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün ilkin müdafiəyə hazırlaşır. O birinci dəfədir ki, iş başında olub, tapşırılmış vəzifəni layiqincə yerinə yetirmiş şəxsi işdən çıxartdırıb yerinə özünü təyin etdirmək istəyən birisini görür. Odur ki, cavabdeh etirazında iddiaçının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutuna (Gəncə) elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunması tələbini etiraz ərizəsində qeyd etdiyi əsas və səbəblərə görə əsassız hesab etməklə, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq ərizə də təqdim etməklə bildirdi ki, 2024-cü ilin yanvar ayının 9-da kiçik elmi işçi kimi müdafiə etmiş, 2024-cü ilin sentyabr ayının 2-də ona “fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir. Hələ 2024-cü ilin yanvar ayında o vəzifədə artım üçün iddia etmiş, bu məqsədlə cavabdehə yaxınlaşmışdır. 2004-cü ildə fərqlənmə diplomu ilə magistr pilləsini bitirmişdir. Belə ki, əvvəlcə böyük laborant, mühəndis işləmiş, 15 il 2 aydır ki isə kiçik elmi işçi işləyir. İnstitutda bu yaxında direktor müavini vəzifəsinə təyinat olmuşdur. Ümumiyyətlə direktor müavini vəzifəsinə təyin olunma üçün kriteriyalar “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6”nda müəyyən olunur. Əvvəl bu tələblə inzibati məhkəməyə müraciət etsə də, ona şifahi qaydada tələbə inzibati məhkəmədə baxılmalı olmadığını bildirilmişdir. 2023-cü ilin fevral ayının 26-dan aprel ayının 17-dək X2muş, aprel ayının 18-də işə çıxmışdır. Aralarındakı mübahisə 2023-cü ilin aprel ayının 18-də onun qeyri-qanuni işdən azad edilməsi ilə başlamış, bugünədək davam etmiş, dözülməz hal almışdır. Əmək Müfəttişliyinə müraciətindən sonra işə bərpa edilmişdir. 2023-cü ilin iyun ayında işə bərpa olunarkən o müdafiə ərəfəsində olmuşdur, bu zaman ona sənədlər lazım olmuş, müvəqqəti direktor tərəfindən olmasa da, onun havadarları tərəfindən təzyiqlə üzləşmişdir. O, 2024-cü ilin yanvar ayında müdafiəyə yollanarkən direktora da bildirmişdir ki, kiçik elmi işçinin müdafiəyə göndərilməsi qanun pozuntusudur. Müdafiə etdikdən sonra da o cavabdehə bildirmişdir ki, müdafiə etməsinə baxmayaraq hələ də kiçik elmi işçidir, buna görə də xahiş etmişdir ki, vəzifəsi qaldırılsın. Onu 2 ay gözlətdikdən sonra, o elmi işçi vəzifəsinə təyin olunsa da, ixtisası və təhsili heç bir cəhətdən uyğun olmayan insanlar daha böyük vəzifələrə təyin olunmuşdur. Bir müddət keçdikdən sonra İnstitutda təyinatların olması ilə əlaqədar vəzifə artımı üçün yenidən dəfələrlə müvəqqəti direktora müraciət etsə də, müvəqqəti direktor və onun havadarları tərəfindən iclaslar təşkil edilmiş, iclasda, guya onun əl çəkmədiyi, öz iddiasında qaldığı, Amerikaya gedib-gələndən sonra onlara demokratiya dərsi keçdiyi səsləndirilmişdir. O isə cavabında Azərbaycan Respublikasının vətəndaşı olduğunu, tələb etdiyi vəzifənin isə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğunu bildirmişdir. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Azı 3 ay daha yüksək dərəcə üzrə işləmiş və ya ixtisas imtahanlarını vermiş işçinin ona yüksək ixtisas dərəcəsi verilməsini işəgötürəndən tələb etmək hüququ vardır. İşçilərin bu tələbi işəgötürən tərəfindən təmin olunmalıdır. Onun əvəzinə direktor müavini təyin olunan Günel Tomiyevanın bu il 5 il stajı tamam olacaq, hələ fəlsəfə doktorluğu üzrə təhsil alır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, Bioresurslar İnstitutunun (Gəncə) Nizamnaməsinin 4.7.6-cı bəndinə görə direktor institutun işçilərinin (direktor müavini istisna olmaqla), onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların rəhbərlərinin Nazirliklə razılaşdırılmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir. Həmin ərəfələrdə direktor müavini vəzifəsi boş olduğundan və Nazirliyin tabeliyində olan digər üç qurumda direktor müavini vəzifəsinə təyinat olduğundan Nazirlik tərəfindən tələb edilmişdir ki, direktor müvavini vəzifəsi boş qalmasın. Bundan sonra X3 Şuranın iclası keçirilmiş, yekun namizəd X22 olmuşdur. İddiaçının dediklərindən belə bəlli olur ki, tələbi bundan ibarətdir ki, aprelin 1-də verilmiş əmr ləğv olunmalı, İddiaçı X13 yerinə təyin olunmalıdır. İddiaçı 2024-cü ilin müxtəlif aylarında icazə alaraq Bakı şəhərində olmuşdur. İddiaçı heç vaxt vəzifə iddiasında olmamışdır, əsas istəyi kiçik elmi işçi olduğundan elmi işçi təyin olunması olmuşdur. İddiaçının uzunmüddətli X11 getməsi ilə əlaqədar Universitetdən İnstitutun bölmə rəhbərinin adına məktub gəlmişdi. İddiaçıya ona icazə verilməsi üçün Nazirlikdən sənəd gətirilməli olduğu bildirilmiş, o həmin sənədi Nazirlikdən alacağını qeyd etsə də, həmin sənədi gətirməmişdir. Ona həmçinin ərizəsinə dərkənar vurulmalı olduğu, bundan sonra gedə biləcəyi bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh ərizə yazıb ərizəsinə dərkənar qeyd etdirmədən X11 getmişdir. O, X1yıtdıqdan sonra ondan söz-söhbət olmaması üçün ərizəsinə dərkənar qeyd etdirmədən X11 getməsi barədə izahat yazmasını tələb etmişdir. 2024-cü ilin aprel ayının 1-də Günel Tomiyeva direktor müavini vəzifəsinə təyin olunmuşdur, iddiaçı 2024-cü ilin sentyabr ayında fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra direktor müavini vəzifəsinə iddia etmişdir. Günel Tomiyeva hazırda işinin öhdəsindən layiqincə gəlir, o bir neçə dəfə X7 iştirak etmiş, məruzələri ilə bağlı sertifikatlar almış, xarici ölkələrdə elmi məqalələri nəşr olunmuşdur, yaxın vaxtlarda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün ilkin müdafiəyə hazırlaşır. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 09 iyul 2000-ci il tarixli, A seriyalı 104183 nömrəli diplomun ksero surətindən görünür ki, dövlət attestasiya komissiyasının 09 iyul 2000-ci il tarixli qərarına əsasən, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası tərəfindən İddiaçı baytarlıq ixtisası üzrə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsinin barədə fərqlənmə diplomu verilmişdir. 22 iyun 2004-cü il tarixli, MNA seriyalı 014538 nömrəli diplomun ksero surətindən görünür ki, ixtisaslaşdırılmış elmi şuranın 22 iyun 2004-cü il tarixli qərarına əsasən, Gəncə Dövlət Universiteti tərəfindən İddiaçı biologiya istiqamətinin genetika ixtisaslaşması üzrə magistr dərəcəsi verilməsinin barədə fərqlənmə diplomu verilmişdir. 21 iyun 2010-cu il tarixli, B seriyalı 201916 nömrəli diplomun ksero surətindən görünür ki, dövlət attestasiya komissiyasının 21 iyun 2010-cu il tarixli qərarına əsasən, Gəncə Dövlət Universiteti tərəfindən İddiaçı maarif, kimya-biologiya ixtisası üzrə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsinin barədə fərqlənmə diplomu verilmişdir. xx.xx.2024-cü il tarixli, FD seriyalı 13427 nömrəli diplomun ksero surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 02 sentyabr 2024-cü il tarixli qərarına əsasən, İddiaçı Bitki fiziologiyası ixtisasında biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi barədə fərqlənmə diplomu verilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6”nda elmi müəssisənin (təşkilatın) rəhbərinin müavininə dair ödəniş dərəcələrinə ixtisas tələbləri magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili qeyd edilmişdir. a) elm və ya elmi xidmət sahəsi üzrə- 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; b) təsərrüfat işləri üzrə- 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; Elmi müəssisənin (təşkilatın) rəhbərinin elm və ya elmi xidmət sahəsi üzrə müavininin aylıq vəzifə maaşı həmin müəssisə (təşkilat) rəhbərinin vəzifə maaşından 10 faiz aşağı, təsərrüfat işləri üzrə müavininin aylıq vəzifə maaşı isə 15-20 faiz aşağı məbləğdə müəyyən olunur. İş materiallarına İddiaçı verilmiş “Technology Literacy for Educators – 21st X25” adlı tədbirdə iştirakına dair xx.xx.2024-cü il tarixli sertifikat, 3-4 iyun 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetində keçirilən Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29)- Yaşıl Dünya və insan sağlamlığı” adlı Beynəlxalq Elmi-Praktiki Konfransda iştirakına görə sertifikat, həmçinin İddiaçı məqaləsinin dərc olunduğu həmin konfransın materialları, İddiaçı məqaləsinin dərc olunduğu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutu tərəfindən təşkil edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Boyaq bitki xammalları və tullantılarının emalı” mövzusunda Respublika Konfransının materialları, İddiaçı məqaləsinin dərc olunduğu “Bulletin of Science and Practice” elmi jurnalı, həmçinin sertifikatı əlavə edilmişdir. İş materiallarında olan iddiaçı cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2024-cü il tarixində ona biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinin nəzərə alınaraq onun laboratoriya müdiri, elmi katib, direktor müavini vəzifələrindən birini tutmasına köməklik edilməsini xahiş etmişdir. Cavabdeh, X23, X14, X5, X12, X19 və X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilmişdir ki, həqiqətən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun (Gəncə) 0,5 ştat vahidi ilə 2-ci, əlavə iş yeri olan “X17” laboratoriyasının əməkdaşı İddiaçı dəfələrlə diqqətinə çatdırılsa da ki, “Sənin siman sənin imzandan” keçib növbəti 2025-ci ildə əmək fəaliyyətini davam etdirməlisən, məlum əmək Müqaviləsinin elektron versiyası üçün mütləqdir, vacibdir. İddiaçı qəti şəkildə rədd etdiyini, əmək Müqaviləsinin şərtlərini qəbul etmədiyini, imtina da etməyəcəyini söyləmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində təkrarən bu məsələ ilə institutun baş mühasibi X30 Hacıyevaya müraciət etsə də, əvvəlki mövqeyində qalıb müraciəti rədd etmişdir. İmtinasını sms vasitəsilə mobil telefonla da yazıb bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun direktoru Cavabdeh, AMEA Gəncə Bölməsinin işlər müdiri X15, və ‘‘X17” laboratoriyasının böyük elmi işçisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, həqiqətən Bioresurslar İnstitutu “X17” laboratoriyasının kiçik elmi işçisi İddiaçı “X27’ müsabiqəsinin qalibi olaraq xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi institutun heç bir əsası və icazəsi olmadan X9 Vaşinqton şəhərində olmuşdur. Müsabiqədə qalib olmuş İddiaçı işə başlamasının onun təqdim etdiyi Azərbaycan Diplomatiya Akademiyasının məktubunun hüquqi əsasının olmadığı qalibin nəzərinə çatdırılmışdır. İddiaçı 2 (iki) ay ərzində işdə olmamasına aid “İzahat” yazması və yaxud Elm və Təhsil Nazirliyindən əsaslandırılmış müvafiq arayış təqdim etməsi tələb olunmuşdur. Yalnız bundan sonra onunla əmək müqaviləsinin bağlanmasının mümkünlüyü nəzərinə çatdırılmışdır. Buna baxmayaraq İddiaçı işə davam edir. Qeyd olunan sənədlərin yaxın günlərdə Elm və Təhsil Nazirliyi tərəfindən göndəriləcəyini bildirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X21 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-H- 22317/2023 nömrəli iddiaçıya cavab məktubunda qeyd edilmişdir ki, müraciətə baxılması zamanı iddiaçının ADA Universiteti tərəfindən təşkil olunmuş “X27” ixtisasartırma təhsil proqramının Vaşinqton modulu üçün imtahandan keçərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək proqramda iştirak etdiyi, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin (VÖEN **********) tabeliyində olan Bioresusrlar İnstitutunun işçilərinin əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində (bundan sonra-EİS) qüvvədən düşdüyü, eyni zamanda bu bildirişlərin Bioresurlar İnstitutu (VÖEN **********) tərəfindən EİS-nə daxil edildiyi, lakin Sizin əmək müqaviləsi bildirişinizin EİS-nə daxil edilmədiyi məlum olmuşdur. İnstitut tərəfindən iddiaçının icazəsiz olaraq ölkə xaricində olduğu üçün onunla yazılı əmək müqaviləsi bağlanmadığından əmək müqaviləsi bildirişinin EİS-nə daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla əlaqədar İnstitut rəhbərliyinə onun əmək müqaviləsi bildirişinin EİS-nə daxil edilməsi üçün xx.xx.2023-cü il tarixli 3-17-5/2-20103/2023 nömrəli göstəriş xarakterli məktub ünvanlanmışdır. İnstitutun xx.xx.2023-cü il tarixli 014 nömrəli cavab məktubuna baxılarkən göstərişə uyğun olaraq iddiaçının əmək müqaviləsi bildirişinin EİS-nə daxil edildiyi məlum olmuşdur. Eyni zamanda iddiaçı müraciətə baxılmasında iştirak etməyi məqsədilə şöbəyə dəvət olunmuş, xx.xx.2023-cü il tarixli yazılı izahatında müraciətindən sonra şikayətinin təmin olunduğunu, qanunvericiliyin tələblərinin ona izah olunduğunu, müraciəti ilə bağlı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunur ki, iddiaçı, “Elm və elmi xidmət aid olan qulluqçu vəzifənin X32”nın xüsusiyyətlərinə uyğun olaraq özünün Bioresurslar İnstitutunun müdir müavini vəzifəsinə təyin edilməli olmasını bildirərək, müəssisənin direktoru Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bioresurslar İnstitutu hüququ şəxsdir və o məhkəmədə cavabdeh olmaq hüququna malikdir. Azərbaycan Respublkasının Ədliyyə Nazirliyində 24 fevral 2023-cü il tarixində 1123-QK13-0091 nömrəsi ilə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş Bioresurslar İnstitutunun (Gəncə) Nizamnaməsinin 4.6-cı bəndinə əsasən institutun fəaliyyətinə elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Həmin nizamnamənin 4.7.1-ci bəndinə görə institutun cari fəaliyyətinə rəhbərlik etmək və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşımaq direktorun səlahiyyətlərinə daxildir. Nizamnamənin 4.7.6-cı bəndinə görə direktor institutun işçilərinin (direktor müavini istisna olmaqla), onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların rəhbərlərinin Nazirliklə razılaşdırılmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir. İddiaçının cavadeh kimi göstərdiyi Cavabdeh isə müəssisənin adından çıxış edə biləcək vəzifəli şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (50.1). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iclasları zamanı İddiaçı tələbini Cavabdeh qarşı irəli sürdüyünü israr etməklə, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməmişdir. Odur ki, iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olduğundan, ona qarşı verilmiş iddia tələbi də təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə görə əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı ümumiyyətlə başqa şəxsin tutduğu vəzifəyə onun təyin edilməli olmasının məhz cavabdehin vəzifəsi olduğunu, başqa sözlə hazırkı iş üzrə tələbinin əsaslılığını hər hansı mötəbər dəlillərlə əsaslandıra bilməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «vəzifəyə təyin edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «vəzifəyə təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar