Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-86/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar Nümayəndə, İddiaçı1 Rəşad qızının və İddiaçı2 Rəşad oğlunun Cavabdeh qarşı “əmlaka payın naturada ayrılması” barədə tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar Nümayəndə, İddiaçı1 Rəşad qızı və İddiaçı2 Rəşad oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, ev 32 "B"-nin 3/6 hissədə onlara, 3/6 hissədə isə cavabdehə münasibətdə naturada bölgüsünün aparılması, bölgü mümkün olmadıqda mülkün açıq hərracda satılmaqla pulun aralarında bölünməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mülk paylı mülkiyyət hüququ ilə ona və nümayəndəsi olduğu uşaqlara və cavabdehə məxsusdur. Onların cavabdehlə münasibətləri normal deyildir. Ona görə də mülkün bölgüsünün aparılmasına zəruri ehtiyac yaranmışdır. Mülkün hərracda bölgüsü mümkün olmasa mülk hərracda satılmalı və dəyəri paylara uyğun olaraq bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək, mübahisəli evə dair ekspert rəyi üzrə müəyyən edilmiş dəyərin yarısının ödənilməsi barədə cavabdehə təklif ünvanlandığını, lakin bu təklifə müsbət cavab verilmədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, iddiaçı tərəfin məxsus payın dəyərini ödəməyə və ya ona məxsus payın satılmasına və ya mübahisəli evin hərracdan satılmasına razı deyil, bundan başqa, iş üzrə verilmiş ekspert rəyində mübahisəli evin qiyməti şişirdilmişdir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 3/6 hissəsi Cavabdeh, 1/6 hissəsi İddiaçı1 Rəşad qızına, 1/6 hissəsi İddiaçı2 Rəşad oğluna və 1/6 hissəsi Nümayəndə xx.xx.2022-ci ildən məxsusdur. İş materiallarında olan Gəncə “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Rəşad oğlu xx.xx.2016-cı ildə Göygöl rayonunda doğulmuşdur. X1 ilə Nümayəndədır. İş materiallarında olan Gəncə “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Rəşad qızı xx.xx.2014-cü ildə Göygöl rayonunda doğulmuşdur. X1 ilə X3r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3304 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən 32B nömrəli fərdi yaşayış evindən X2 1/6 hissədə, X4 1/6 hissədə və İddiaçı2 Rəşad oğluna 1/6 hissədə paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/85xx-xx/8274 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, ev 32”B” nömrəli fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 79200.0 manat (1075 x 73,7), 10% azalma əmsalı tətbiq edilməklə həmin tikilinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (79200-10%) 71280,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, mübahisəli əmlak paylı mülkiyyət hüququ əsasında iddiaçılar və cavabdehə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan yaşayış sahəsinə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmişdir. Tərəflər payın müqabilində kompensasiyanın verilməsi barədə də razılığa gələ bilməmişdir. Belə ki, iddiaçı tərəfdən ünvanlanmış təklifə cavabdeh hər hansı cavab verməmiş, belə olan halda təkliflə razılaşmamışdır. Belə ki, Mülki Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi mümkün olmamışdır. Belə olan halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitin tərəflərin paylarına uyğun bölünməsi yolu ilə mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Nümayəndə 1/6 hissədə, İddiaçı1 Rəşad qızının 1/6 hissədə, İddiaçı2 Rəşad oğlunun 1/6 hissədə və Cavabdeh 3/6 hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, ev 32 "B" nömrəli fərdi yaşayış evi açıq hərracda satılaraq satışdan əldə edilən pul Nümayəndə, İddiaçı1 Rəşad qızının, İddiaçı2 Rəşad oğlunun və Cavabdeh paylarına mütənasib surətdə onların arasında bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-86/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-86/2024
23.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver