Məhkəmə qərarları › İş №2(125)-885/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-885/2023

20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-885/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X1 12 may 2*21 -ci ildə vəfatından sonra miras qalmış ünvan 1 mülklə bağlı vərəsəliyin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Ərizəçi məhkəməyə ərizə təqdim edərək nənəsi X3 miras qalmış Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 1-ci döngədə yerləşən 17 saylı mülkün onun tərəfindən vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib izahatında göstərdi ki, ünvan 1 ünvanda yerləşən mülk mərhum X1 mülkiyyətindədir. X1 yalnız bir övladı olmuş, əri X4 ilə 1* iyun 1994-cü ildə boşanmışdır. Nənəsinin övladı 23 iyul 1962-ci ildə doğulmuş X11 olmuşdur. X11 onun atası olmuş, atası 17 fevral 1984-cü ildə anası X17 ilə evlənmiş, birgə nikahlarından 3 övladları o, Toğrul və Taleh anadan olmuşdur. X5 *8.12.2*19-cu ildə, nənəsi X8 isə 12.*5.2*21-ci ildə vəfat etmişdir. Nənəsi vəfat etdikdən sonra nəvələrindən başqa onun başqa varisi olmamışdır. X2 və X13 notariat qaydasında vərəsəlikdən imtina etmişdir. O, vərəsəliyin qəbul edilməsi üçün notariat kontoruna müraciət etdikdə ona bildirmişlər ki, qanunla vərəsəliyin qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürdüyüdən həmin müddətin uzadılması üçün məhkəməyə müraciət etməlidir. Notariat kontorunun bu barədə məktub yazmasının səbəbi onun həmin ünvanda pasport qeydiyyatında olmaması olmuşdur. Lakin həmin ünvanda pasport qeydiyyatında olmasa da, lakin faktiki olaraq vərəsəliyi qəbul etmişdir. Hazırda evi idarə etməklə kommunal xərclərini ödəməklə avtodayanacaqda işləyən bir şəxsə kirayəyə vermişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- *6.1*.1998-ci il tarixli, 13133 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 yerləşən 17 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X6 adına qeydə alınmışdır. 18.*5.2*21-ci il tarixli, AZ-İİ 177**6 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 12.*5.2*21-ci il tarixdə ölmüşdür. İT-JQ 33773* seriyalı boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva (Abdullayeva) Lətifə Süleyman qızı ilə X4 arasında olan nikah 16.*6.1994-cü il tarixdə ləğv edilmişdir. 19.1*.2*22-ci il tarixli, *5/435 nömrəli doğum haqqında arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 23.*7.1962-ci il tarixdə anadan olmuş X7 ana qrafasında X8 qeyd edilmiş, ata qrafasında isə qeydiyyat aparılmamışdır. 11.*1.2*22-ci il tarixli, AZ-İİ 238953 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 *8.12.2*19-cu il tarixdə ölmüşdür. Xİ-373772 seriyalı, Xİİ-JQ 34*717 seriyalı və XV-JQ 31*531 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X7 xx.xx.1986-cı il tarixdə Ərizəçi, 3*.1*.1987-ci il tarixdə X12 və 17.*7.199*-cı il tarixdə X13 adlı uşaqları anadan olmuşdur. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.*1.2*22-ci il tarixli, 38 nömrəli arayışdan görünür ki, 12.*5.2*21-ci il tarixdə vəfat etmiş X6 ailə üzvləri oğlu X11, gəlini X17, nəvələri Ərizəçi, X12 və X1*r. *8.*9.2*21-ci il tarixli 8İ-2757 saylı və 17.*1.2*22-ci il tarixli, 8İ-128 saylı notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X12 və X13 nənələrindən miras qalmış əmlakdan imtina etmişlər. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinin 25.*4.2*22-ci il tarixli, 985 saylı məktubundan görünür ki, mirası qəbul etməsi müddətini keçirdiyi üçün ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *9.*3.2*21-ci il tarixli, 2(*43)-642/2*21 saylı qətnaməsindən görünür ki, X6 etibarnamə üzrə nümayəndəsi Ərizəçi ünvan 3 yerləşən 17 saylı evdən sudan istifadəyə görə hesablanmış su borcunun silinməsi barədə məhkəməyə müraciət etmişdir. Əzirəçi tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, ünvan 3 ünvanında yerləşən 17 saylı evə dair olan kommunal xərclər X6 ölümündən sonra ərizəçi tərəfindən ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri X25 küçəsi 1-ci döngədə yerləşən 17 saylı ev ərizəçinin mərhum nənəsi X3 miras qalmışdır. Ərizəçinin nənəsi X8 12.*5.2*21-ci il tarixdə öləndən sonra vərəsəsi olan nəvəsi Ərizəçi miras əmlakı faktiki olaraq qəbul edərək həmin mirası idarə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iddia tələbinə hüquq normaları baxımından qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir.Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və başqa hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2*22-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçi mərhum nənəsindən miras qalmış əmlaka sahiblik və ondan istifadə etməklə mrası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 3*7.2.9) Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi mərhum nənəsi X3 miras qalmış Gəncə şəhəri X25 küçəsi 1-ci döngədə yerləşən 17 saylı evi vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi mərhum nənəsi X3 miras qalmış Gəncə şəhəri, X25 küçəsi, 1-ci döngədə yerləşən 17 saylı evi vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar