Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-92/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X40 Şakir oğlunun sədrliyi, X17 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «uşağın yaşayış yerinin ananın yanında müəyyən edilməklə ananın himayəsinə verilməsi və aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «uşağın yaşayış yerinin ananın yanında müəyyən edilməklə ananın himayəsinə verilməsi və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş X6, X7 və X5 cavabdehdən alınaraq onun himayəsinə verilməsinə, cavabdehlə birgə nikahından anadan olmuş övladlarının saxlanılması üçün hər ay cavabdehdən hər bir uşaq üçün 220 manat alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 adında üç uşaqları dünyaya gəlmişdir. Cavabdeh ilə münasibətləri normal olsa da, sonrada onunla münasibətləri pisləşdiyindən cavabdeh ilə aralarında olan nikah 18 mart 2019-cu il tarixli Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Bundan sonra cavabdeh övladlarını ondan almaq üçün şəhəri Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etdikdən sonra həmin məhkəmənin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə övladları cavabdehin himayəsinə verilmişdir. Hazırda övladları onun himayəsindədir. Cavabdehlə birgə nikahlarından anadan olmuş övladları onun əlindən alınmışdır. Hesab edir ki, hazırda övladlarının onun himayəsində olması baxımından uşaqların saxlanılması üçün də cavabde tərəfindən alimentin ödənilməsi təmin edilməlidir. Cavabdehin özü mebel sexində günə muzd işləyir, həmçinin təqaüddə alır və hazırda uşaqların saxlanılmasını təmin etmək üçün kifayət qədər maddi vəsaitə malikdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, uşaqlar 2021-ci il tarixdən onun yanında qalırlar, hal-hazırda da Cavabdeh ilə birgə nikahlarından anadan olmuş Tamerlan, Nilufər və Anaxanım adlı uşaqlar onun yanındadırlar. Özü cavabdehlə nikahı pozulduqdan sonra Türkiyə Respublikasının vətəndaşı ilə qeyri-rəsmi nikaha daxil olmuş və 1 uşağı dünyaya gəlmişdir. Bir ana olaraq uşaqların onun himayəsinə verilməsini istəyir. Cavabdeh ilə birgə nikahdan anadan olmuş uşaqlar da onun himayəsində qalmaq istəyirlər. Həmçinin, uşaqlar böyüdükləri üçün tələbatları da günü-gündən artır, bu səbəbdən uşaqlar onun himayəsinə veriləcəyi təqdirdə həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən aliment tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2641/2019 nömrəli, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə, xx.xx.2011-ci il tarixdə anadan olmuş X14, xx.xx.2012-ci il tarixdə anadan olmuş X15 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 onun himayəsinə verilməsi qət edilmişdir. Lakin, hal-hazırda uşaqlar iddiaçı olan anaları İddiaçı himayəsindədirlər. Buna baxmayaraq, uşaqların saxlanılmaları üçün hər ay pul göndərmiş və onların tələbatlarının ödənilməsi üçün əlindən gələni etmiş və hal-hazırda da edir. Tamerlan, Nilufər və Anaxanım adlı uşaqların iddiaçı olan analarının himayəsinə verilməsinə razı deyildir. Hesab edir ki, bu uşaqların gələcəyi və mənafeləri baxımından yolverilməzdir. İddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaqlar iddiaçı olan analarının yanında saxlanılacağı təqdirdə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Belə ki, ikinci dəfə ailə həyatı qurmuş və həmin evlilikdən də 1 uşağı doğulmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə Cavabdeh ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında xx.xx.2011-ci il təvəllüdlü X14 fikri öyrənilən zaman bildirdi ki, 7-ci sinifdə təhsil alır. Anası İddiaçı ilə birlikdə yaşayır. O, anasının yanında özünü daha rahat hiss edir. Atası Cavabdeh ilə də ünsiyyət saxlayır. Anası İddiaçı himayəsində qalmaq istəyir. Məhkəmə iclasında xx.xx.2012-ci il təvəllüdlü X15 fikri öyrənilən zaman bildirdi ki, 6-cı sinifdə təhsil alır və Bakıda anası ilə birlikdə yaşayır. Atası ilə görüşür və ünsiyyət saxlayır. Anası İddiaçı ona, bacısı və qardaşına çox yaxşı baxır, istədikləri hər şeyi alır. Anası İddiaçı himayəsində qalmaq istəyir. Məhkəmə iclasında xx.xx.2014-cü il təvəllüdlü X12 fikri öyrənilən zaman sonuncu bildirdi ki, 4-cü sinifdə təhsil alır, bacısı, qardaşı və anası İddiaçı ilə birlikdə Bakı şəhərində yaşayırlar. Atası Cavabdeh çox istəyir. Lakin, anası İddiaçı ilə qalmaq istəyir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-101/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 134 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 20 iyul 2011-ci il tarixdə anadan olmuş X14, 07 avqust 2012-ci il tarixdə anadan olmuş X15 və 12 fevral 2014-cü il tarixdə anadan olmuş X12 nikah pozulduqdan sonra iddiaçı Cavabdeh himayəsində saxlanılmaları qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2641/2019 nömrəli, 13 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, xx.xx.2011ci il tarixdə anadan olmuş X14, xx.xx.2012-ci il tarixdə anadan olmuş X15 və xx.xx.2014cü il tarixdə anadan olmuş X12 cavabdehlər X3 və İddiaçı alınaraq, iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. AZ-İV seriyalı, 694552 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 07 iyun 2019-cu il tarixdə doğulmuşdur. Atası – X22, anası - İddiaçıdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/1-03524 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “uşağın yaşayış yerinin müəyyən edilməsi, alimentin verilməsi, uşağın xaricə çıxarılması və birgə nikah dövründə əldə edilmiş evin bölünməsi, atalıq faktının təsdiq edilməsi” tələbi ilə bağlı 06 avqust 2022-ci il tarixində 10:15 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiyaya dair xərci tam ödəmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, İddiaçı ona, yəni Cavabdeh qarşı övladları X6, X7 və X5 ondan alınaraq onun himayəsinə verilməsinə, onların saxlanılması üçün hər ay ondan hər bir uşaq üçün 220 manat sabit məbləğdə alimentin tutulub ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbinə etiraz edir. Bildirmişdir ki, xx.xx.2011-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X14, xx.xx.2012-ci il tarixdə X15, xx.xx.2014-cü il tarixdə isə X12 anadan olmuşlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2641/2019 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdehlər X3 və İddiaçı alınaraq ona verilməsi qət edilmişdir. İddiaçı Türkiyə Respublikasında yaşadığından keçmiş qaynX1 onu aldadaraq, uşaqların məktəbə getməsi bəhanəsi ilə onları müvəqqəti olaraq ondan almış, lakin sonradan övladlarını ona qaytarmamışdır. O, həmişə övladlarını istəmiş, dəfələrlə onların dalınca getmiş ki, onları öz evinə gətirsin, lakin İddiaçı dəfələrlə səs-küy salaraq, ona hədə-qorxu gəlmiş, özünü öldürəcəyini bildirərək, onu yaşadıqları evdən qovmuşdur. Onu da qeyd etmək istəyir ki, keçmiş həyat yoldaşı mağazada satıcı işləyir. X1 vəfat etmişdir. Hal-hazırda uşaqlarına baxan, onların tərbiyəsi ilə məşğul olan, onların gələcəyini fikirləşən yoxdur. Övladları xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdehlər X3 və İddiaçı alınaraq ona verilməsi ilə bağlı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-264/2019 saylı qətnaməsi mövcuddur. Məhkəmənin qəbul etdiyi qətnaməni heç kim mübahisələndirməmiş, apellyasiya şikayəti verilməmişdir. Sözügedən məhkəmə aktı qanuni qüvvəsini alaraq, icra olunması üçün Gəncə şəhər İcra şöbəsinə göndərilmişdir. İddiaçı övladlarını ona qaytarmaq istəmədiyini görüb dəfələrlə Gəncə şəhər İcra şöbəsinə müraciət etmişdir. Lakin icra məmurları tərəfindən şikayətlərinə baxılmamış, uşaqları ona qaytarılmamışdır. Qeyd etmək istəyir ki, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından 4 yaşlı Zahid adlı oğlu vardır. Həyat yoldaşı da birinci nikahından olan uşaqları öz övladları kimi qəbul edir. Yaşadıqları evin yaxınlığında orta məktəb inşa edilmişdir. Uşaqlarının orada təhsil alması üçün heç bir problem yoxdur. Övladları - xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 gələcək taleləri, sağlam böyümələri, normal təhsil almaları onu çox maraqlandırır. Bu səbəbdən onların ona qaytarılmasını istəyir. İddiaçı iddia tələbinin əsassız və qanunsuz olduğu üçün təmin olunmamasını, övladlarının - xx.xx.2011ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 ona qaytarılmasını xahiş etmişdir. AZ-İİ seriyalı, 377291 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 04 dekabr 2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 dekabr 2019-cu il tarixdə 4971 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Dadaşov”, arvada “Dadaşova” soyadı verilmişdir. AZ-İV seriyalı, 384356 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 13 dekabr 2019-cu il tarixdə doğulmuşdur. Atası - Cavabdeh, anası – X9r. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3199/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərardadından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının işə cəlb edilməsi və İddiaçı Cavabdeh qarşı «uşağın yaşayış yerinin ananın yanında müəyyən edilməklə ananın himayəsinə verilməsi və aliment» tələbinə dair mülki iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 ataları və ya analarının yanında qalmalarının onların mənafeyinə uyğun olması, uşağın valideynlərindən anaları İddiaçı və ataları Cavabdeh həyat şəraiti barədə müayinə aktları və mübahisəyə dair əsaslandırılmış rəy verilməsi üçün zəruri olan sənədlərin surətinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 21 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Komissiya üzvləri məsələ ilə əlaqədar İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinə dəvət etmiş və onunla fərdi söhbət aparmışdır. Söhbət zamanı İddiaçı bildirmişdir ki, 2011-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları anadan olmuşdur. İddiaçı sözlərinə görə cavabdehlə aralarında olan nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra cavabdeh məhkəməyə müraciət edərək uşaqların onun himayəsinə verilməsini xahiş etmişdir. Məhkəmə iddianı təmin etmiş, uşaqlar Cavabdeh himayəsinə verilmişdir. İddiaçı bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən uşaqlar cavabdehin himayəsində olasalar da, uşaqlara iddiaçının mərhum anası Sücayət xanım baxmışdır. İddiaçı hazırda uşaqların onun yanında olmasını bildirərək övladlarının onun himayəsinə verilməsini xahiş etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri Tamerlan, Nilufər və Anaxanım Dadaşova ilə fərdi söhbət aparmış, hər üçü anaları ilə birlikdə yaşadığını bildirmişdir. Onlar təmiz və səliqəli geyimləri, rahat ünsiyyətə girmələri ilə komissiya üzvlərinin diqqətini çəkmişdir. Uşaqların anasına bağlı olduqları müşahidə olunmuşdur. Onlar tamamilə ana qayğısı ilə əhatə olunmuşdurlar. Tamerlan, Nilufər və Anaxanım atalarının onlara qarşı şiddət göstərdiyini, yemək vermədiyini, Fərmanın evlədiyi qadının onları döydüyünü bildirmişdir. Komissiya üzvləri məsələ ilə əlaqədar Cavabdeh Bakı şəhərində yaşadığı üçün onunla telefon vasitəsilə söhbət aparmışdır. Vətəndaşın sözlərinə görə, nikahlarının pozulmasının əsas səbəbi İddiaçı xəyanəti, övladlarına biganə yanaşması, onları nənələrinin yanında ataraq Türkiyə Respublikasına getməsi olmuşdur. Dadaşov qeyd etmişdir ki, uşaqlarının hal-hazırda harada olmaları barədə heç bir məlumati yoxdur. İddiaçı X10 həyat şəraitinin müəyyən edilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, X18 hazırda ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır. Mənzil 2 (iki) yaşayış otağından, mətbəxdən və sanitar qovşağından ibarət olmaqla, təmirlidir. Mənzil tam kommunal şəraitli, su, işıq, qaz və internetlə təchiz olunmuşdur. Ev bütün növ məişət avadanlıqlan ilə təmin olumuşdur. Vətəndaş Cavabdeh həyat şəraitinin müəyyən edilməsi məqsədilə Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçüiük sovxozunda yerləşən evə baxış keçirilmişdir. Ev iki yaşayış otaqdan və köməkçi sahələrdən ibarətdir, orta təmirlidir, su, təbii qaz və elektrik enerjisi ilə təchiz edilmişdir. Bu məsələ Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında müzakirə olunmuşdur. Komissiya üzvləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsini rəhbər tutaraq, uşaqların fikrini və gələcək mənafeyini nəzərə alaraq, xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 anası İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 04 avqust 2023-cü il tarixli müayinə aktından görünür ki, imza edənlər X24 – Xəzər Rayon İcra Hakimiyyətinin məsul katibi, X31 – komissiyanın üzvü, X20 – Xəzər Rayon İcra Hakimiyyətinin məsləhətçisi bu aktı ona görə tərtib etmişlər ki, həqiqətən komissiya üzvləri Gəncə Şəhər İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-1/2-03/1646/2023 saylı məktubun icrası ilə əlaqədar olaraq Cavabdeh hazırda yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən yeni yaşayış sahələrində inşa edilmiş mənzilə baxış keçirərək vətəndaşın yaşayış səviyyəsi ilə tanış olmuşlar. Müəyyən edilmişdir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşayırlar. Mənzil 1 mərtəbəli həyət evidir. 2 yaşayış otağı və köməkçi sahədən ibarətdir. Otaqların təmiri orta vəziyyətdə olub yaşayış üçün yararlıdır. Otaqların təmiri orta vəziyyətdə olub, yaşayış üçün yararlıdır. Su işıq və qaz daimidir. Mənzil səliqəlidir, mebel və digər məişət əşyaları ilə təmin olunmuşdur. Mənzil kombi istilik sistemi vasitəsi ilə qızdırılır. Cavabdeh yaşadığı ərazidə qonşuları tərəfindən müsbət xarakterizə olunur. Psixoloji durumu normaldır. Özünün bildirdiyinə görə Xəzər rayon MKTB-də fəhlə işləyir. Stabil aylıq qazancı vardır. F.X2 ilə ikinci dəfə ailə həyatı qurmuşdur. X35 hazırda həm atasının, həm də B.Dadaşovanın diqqət və nəzarəti altındadır. Cavabdeh üzərinə düşən valideynlik hüquq və vəzifələrindən tam məlumatlıdır. Müayinə olunan ünvanda azyaşlı uşaqların sağlam ailə şəraitində böyüməsi üçün şərait qənaətbəxşdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş və onların birgə ailə münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 adlı üç uşaqları doğulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-101/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 134 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 20 iyul 2011-ci il tarixdə anadan olmuş X14, 07 avqust 2012-ci il tarixdə anadan olmuş X15 və 12 fevral 2014-cü il tarixdə anadan olmuş X12 nikah pozulduqdan sonra Cavabdeh himayəsində saxlanılmaları qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2641/2019 nömrəli, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, xx.xx.2011-ci il tarixdə anadan olmuş X14, xx.xx.2012-ci il tarixdə anadan olmuş X15 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X12 cavabdehlər X3 və İddiaçı alınaraq, iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Hal-hazırda tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlar iddiaçı olan analarının yanındadır. İddiaçı Cavabdeh ilə birgə nikahlarından anadan olmuş X6, X7 və X5 cavabdehdən alınaraq onun himayəsinə verilməsinə, cavabdehlə birgə nikahından anadan olmuş övladlarının saxlanılması üçün hər ay cavabdehdən hər bir uşaq üçün 220 manat alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 21 noyabr 2023-cü il tarixli rəyinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları İddiaçı himayəsinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. Bundan başqa tərəflərin birgə nikahlarından doğulmuş Tamerlan, Nilufər və Anaxanım adlı uşaqlar 10 yaşına çatmış olduqlarından və onlar haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduqlarından, uşaqlar məhkəmədə dinlənilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə görə, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Avropa Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66-cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağı fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 hal-hazırda analarının (iddiaçının) yanında yaşamalarını, uşaqların ana qayğısına daha çox ehtiyacı və ona bağlı olmalarını, uşaqların özünün anaları ilə qalmaq barədə fikrini və digər hüquq və mənafelərini, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 faktiki vəziyyətə uyğun olaraq iddiaçı olan anaları İddiaçı himayəsində saxlanılmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi və uşaqların təminatının mümkün qədər maksimal saxlanılmasını nəzərə almaqla, cavabdehdən sabit pul məbləğində tutulacaq aliment məbləğinin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, uşaqlar hal-hazırda iddiaçı olan analarının himayəsində olduqlarından alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 28 mart 2023-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. İddia tələbi alimentə dair qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu və mediasiya xərcini tələb etmədiyindən həmin məbləğlər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 iddiaçı (anaları) İddiaçı himayəsində saxlanılsınlar. 28 mart 2023-cü il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2012ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia tələbi alimentə dair qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-92/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-92/2024
15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver