Məhkəmə qərarları › İş №2(125)-93/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-93/2025

15.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-93/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mənzil X47 və Cavabdeh2nə qarşı cavabdehlərə məxsus binanın ona məxsus torpaq sahəsinə düşən hissəsinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mənzil X47 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə məxsus binanın mərhum anası X17 qanuni varisi kimi ona xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,9 kv.m ölçüdə torpaq sahəsinə düşən hissəsinin sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 004211 nömrəli və xx.xx.2009-cu il tarixli 001804 nömrəli şəhadətnamələrinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mərhum anası X1 və müvafiq olaraq onun xüsusi mülkiyyətinə keçmişdir. Obyekt və torpaq sahəsinə dair texniki pasport tərtib olunaraq ona təqdim edilmişdir. Obyekt uzun müddət fəaliyyət göstərərək vergi və digər sosial odənişlər edilmişdir. Lakin 2009-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən zorakı üsulla obyekt sökülərək əmlak məhv edilmiş, torpaq sahəsi isə istifadəsiz vəziyyətdə qalmışdır. Bunun nəticəsində anası X53 ciddi sarsıntı keçirmiş və ağır xəstəliyə düçar olaraq vaxtsız vəfat etmişdir. Vərəsəlik və mülkiyyət hüquqlarına əsasən, inzibati qanunvericiliyə uyğun olaraq, yuxarıda qeyd olunan hüquq müəyyənedici və onlara əlavə edilmiş sənədlərlə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi xahişi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra - 3 saylı Gəncə Ərazi İdarəsi) müraciət etmişdir. 3 saylı Gəncə Ərazi İdarəsi müraciətinə müccərəd şəkildə absurd cavab verərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin naturada müəyyən edilməsinin mümkün olmaması, həmçinin həmin sahənin bir hissəsinin cavabdehlər Mənzil X47 və Cavabdeh2nə məxsus çoxmənzilli binanın bir hissəsi ilə ilə üst-üstə düşdüyü səbəbindən qeydiyyatdan imtina etmişdir. Bundan sonra həmin binanı idarə edən işçilərə şifahi müraciət edərək binanın yerləşdiyi torpaq sahəsinin bir hissəsinin onun xüsusi mülkiyyətində olduğunu bildirmişdir. Lakin onlar da binanın cavabdehlərə aid olduğunu bildirmişlər. Beləliklə də, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsi tam zəbt olunaraq bir hissəsində onların qanunsuz tikintisinin olması məlum olmuşdur. Odur ki, hazırkı iddia ilə məkəməyə müraciət etmişdir. Məhkəmə gedişində mübahisəli ünvanda inşa edilmiş binada yaşayan şəxslər - X37, X3, X38, X18, X101, X25, X63, X81, X39, X7, X8, X82, X26, X102, X54, X64, X55, X40, X41, X4, X42, X56, X12, X9, X27, X83, X84, X28, X19, X13, X5, X65, X43, X85, X20, X86, X87, X10, X44, X29, X66, X67, X21, Kazımlı Eltun Hicran oğlu, X88, X89, X30, X68, X14, X90, X103, X69, X31, X32, X70, X57, X45, X71, X72, X15, X22, X73, X11 və X58 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəy ilə razı deyil. Torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər ola-ola ekspert yeri müəyyən edə bilməyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddia əsassızdır. Belə ki, ünvan 3 ünvanda yerləşən 6,23 ha-dan ibarət torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada digər cavabdeh Azərbaycan Respublikasının Mənzil X36 ayrılmış, orada çoxmərtəbəli binalar inşa edilmişdir. Hətta 5ci binanın sakinləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb olunsalar belə iddia öz təsdiqini tapmamışdır. Həmçinin ekspert rəyi ilə tanış olmuşdur, rəyə etirazı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Mənzil X80, Cavabdeh2 və digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin həmin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırma Bürosunun 002192 nömrəli, 20 oktyabr 2008-ci il tarixli “müəssisə və obyektin daşınmaz əmlakının texniki pasportundan” və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi, ümumilikdə qeyri-yaşayış sahəsi -1 saylı ticarət obyektinin balans saxlayıcısı və ya mülkiyyətçisi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatın alınması məqsədilə X24 verilmiş 004211 nömrəli, xx.xx.2008-ci il tarixli “daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamədən görünür ki, X53 həqiqətən ünvan 2 ünvanında yerləşən 1 saylı ticarət obyektini qanunvericiliklə müəyyən edilmiş qaydada almışdır, alınmış əmlakən tərkibi 1 saylı ticarət obyekti (ümumi sahəsi – 35,6 kv.m), əmlakın ümumi satış qiyməti 1538 manat təşkil etmiş, dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdadı **********944 nömrəli tranzit manat hesab ünvanlı dövlət büdcəsinə 1538 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatın alıması məqsədilə X24 verilmiş 001804 nömrəli, xx.xx.2009-cu il tarixli “özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamədən görünür ki, X2 şəhəri T.Arani küçəsi ünvanında yerləşən 1 saylı ticarət obyektinin yerləşdiyi 42,9 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış, torpaq sahəsinin ümumi satış qiyməti 139 manat təşkil edir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 651198 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X53 29 oktyabr 2013-cü il tarixdə “kəskin qaraciyər çatmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş, xx.xx.1981-ci il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı, 318910 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.1974-cü ildə Kirovabad şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü il tarixdə 2821 nömrəli akt qeydi aparılmışdır. X6 atası Əliyev Vilayət, anası X46r. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Çoxmənzilli binaların və yeni 1170 yerlik tam orta məktəb binasının tikintisi ilə əlaqədar Gəncə şəhər 28 və 46 nömrəli tam orta məktəblərinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Mənzil X36 sərəncamına verilməsi” barədə 07 iyun 2019-cu il tarixli, 394 s nömrəli sərəncamına əsasən "Azərbaycan Respublikasının Mənzil X36 yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanının 10.1-ci bəndinə əsasən əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi məqsədilə çoxmənzilli binaların və 1170 yerlik tam orta məktəb binasının tikintisi üçün Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yerləşən, əsaslı təmirə ehtiyacı olan 28 və 46 nömrəli tam orta məktəb binalarının yerləşdiyi 6,23 ha torpaq sahəsinin təqdim edilmiş yerquruluşu planına uyğun olaraq Azərbaycan Respublikası Mənzil X36 sərəncamına verilməsi barədə həmin Agentliyin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi qəbul edilməli, Azərbaycan Respublikasının Mənzil X80 bu Sərəncamın 1-ci hissəsində göstərilən 28 və 46 nömrəli məktəb binalarının mərhələli şəkildə sökülərək, həmin ərazidə Agentliyin vəsaiti hesabına 1170 yerlik tam orta məktəb binasının tikintisini və onun istismara yararlı vəziyyətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansına verilməsini təmin etməlidir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 6,23 ha torpaq sahəsi Azərbaycan Respublikası Mənzil X36 xüsusi mülkiyyətindədir və bu barədə **********58 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 4 ünvanda yerləşən 6,23 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 14706/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, 2(125)- 2957/2024 nömrəli mülki iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi Elmar Aslanov tərəfindən iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Ərazidə olarkən İddiaçı mübahisəli ərazidə onun faktiki istifadə sahəsinin olmadığını bildirmişdir. 001804 qeydiyyat nömrəli, xx.xx.2009 cu il tarixli “özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamədə qeyd olunan 42,9 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmamışdır. Yuxarıda qeyd olunan hallar səbəbindən, mülki işin qərardad sualları üzrə araşdırma aparılması mümkün olmamışdır. Qeyd edilmişdir ki, əraziyə keçirilən baxış zamanı Cavabdeh2 nümayəndəsinin naturada təqdim etdiyi binalar xx.xx.2020-ci il qeydiyyat tarixli, **********58 reyestr nömrəli çıxarışa əsasən “Azərbaycan Respublikası Mənzil X80”nin mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçı iddia edir ki, cavabdehlər, xüsusi mülkiyyət hüququ ilə mərhum anası X24 məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,9 kv.m ölçüdə olan torpaq sahəsini zəbt edərək orada çoxmənzilli binalar inşa edərək onun mülkiyyət hüquqlarını pozmuşlar. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatın alıması məqsədilə iddiaçının anası, mərhum X24 verilmiş 001804 nömrəli, xx.xx.2009-cu il tarixli “özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnaməyə əsasən X2 şəhəri T.Arani küçəsi ünvanında yerləşən 1 saylı ticarət obyektinin yerləşdiyi 42,9 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın alsa da torpağa dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin məhkəmə hesab edir ki, mərhum X17 birinci növbədə vərəsəsi olan iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququna gözləntisi vardır və miras əmlakı qəbul edəcəyi, eləcə də zəbt olunduğunu sübuta yetirə biləcəyi halda iddiaçı həmin torpaq sahəsini başqa şəxslərin qanunsuz sahibliyindən geri tələb edə bilər. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi «X91rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun sözügedən torpaq sahəsinə gözlənti mülkiyyət hüququ olduğundan hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsində deyilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsi müəyyən edir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.2 və 152.3). Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 152.9-cu maddəsinə əsasən, əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 111.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Məcəllənin 110-cu maddəsində göstərilir ki, torpaq sahələrinin özbaşına tutulmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məslələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi halların mövcud olub-olmadığını müəyyən etmək üçün xüsusi bilik tələb olunan bir sıra suallara cavab verilməsi zərurəti yarandığından məhkəmənin müvafiq qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə tikinti-texniki ekspertizasının 10/446 nömrəli, xx.xx.2025ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-33/2-14706/2024 nömrəli məktubuna əsasən qeyd olunmuşdur ki, mütəxəssis tərəfindən əraziyə baxış keçirilərkən İddiaçı mübahisəli ərazidə onun faktiki istifadə sahəsinin olmadığını bildirmişdir. 001804 qeydiyyat nömrəli, xx.xx.2009 cu il tarixli “özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamədə qeyd olunan 42,9 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmamışdır. Yuxarıda qeyd olunan hallar səbəbindən, mülki işin qərardad sualları üzrə araşdırma aparılması mümkün olmamışdır. Qeyd edilmişdir ki, əraziyə keçirilən baxış zamanı Cavabdeh2 nümayəndəsinin naturada təqdim etdiyi binalar xx.xx.2020-ci il qeydiyyat tarixli, **********58 reyestr nömrəli çıxarışa əsasən “Azərbaycan Respublikası Mənzil X80”nin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin (MPM) 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər əsasında ekspertiza keçirilmişdir. Ekspertizanın rəyinə əsasən əraziyə keçirilən baxış zamanı Cavabdeh2 nümayəndəsinin naturada təqdim etdiyi binalar xx.xx.2020-ci il qeydiyyat tarixli, **********58 reyestr nömrəli çıxarışa əsasən “Azərbaycan Respublikası Mənzil X80”nin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi isnad etdiyi hallar, yəni onun mərhum anası X24 ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi, cavabdehlər tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində tikili inşa etmələri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Həmçinin, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, başqa sözlə iddiaçıya məxsus torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi sübut olunmadığından İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mənzil X47 və Cavabdeh2nə qarşı cavabdehlərə məxsus binanın ona məxsus torpaq sahəsinə düşən hissəsinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin olunmamalıdır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 manat pul iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mənzil X47 və Cavabdeh2nə qarşı cavabdehlərə məxsus binanın ona məxsus torpaq sahəsinə düşən hissəsinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X16; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar