Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-936/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinə qarşı “torpaq sahəsinin verilməsi və sair” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən *.*271 ha torpaq sahəsinin yerində ölçülüb verilməsinə, bu mümkün olmadıqda, alqı-satqı müqaviləsinin ləğvi və Nizami Rayon bələdiyyəsinin hesabına ödədiyi 18*1 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən *.*271 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 1521**8941 qeydiyyat npömrəli, 16.*3.2*21-cu il tarixli çıxarışla tam mülkiyyət hüquq əsasında Gəncə şəhər Nizami Ryon bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Gəncə şəhəri 5 saylı notiriat kontorunda onunla Cavabdeh adından X6 arasında *8 may 2*21-ci il tarixli AN-1 *932*71 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bunun müqabilində o, müxtəlif vaxtlarda ümumilikdə Nizami Rayon bələdiyyəsinin hesabına 18*1 manat pul köçürmüş və bu barədə əlində qəbzlər də vardır. Həmin alqı-satqı müqaviləsi ilə o, mülkiyyətə dair çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri, Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etmişdir. Oradan işçilər həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün yerində oldular. Lakin ona bildirləri ki, həmin torpaq sahahəsi başqa adama verilmişdir. O, dələlərlə Cavabdehndən torpağın ölçülüb verilməsinə dair yazılı və şifahi müraciət etsə də, nə torpaq sahəsini ala bilirəm, nə də qəbzlə keçirdiyi pulları ala bilmir. O, bundan əvvəl məhkəməyə müraciət etmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi hazırki tələblə mübahisənin məhkəmədən kənar həll edilməsini bələdiyyəyə müraciət etməklə mümkün olduğunu bildirdiyindən Gəncə Şəhər Məhkəməsinin 26.*8.2*22-ci il tarixli qəraddadı ilə iddia ərizəm baxılmamış saxlanılmışdır. Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinin *4 may 2*21-ci il tarixli *9 saylı iclasının *2 saylı qərarı ilə *.*271 ha torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilmişdir. Lakin ona həmin qərarla verilmiş torpaq sahəsi yerində ölçülüb verilməmişdir. Məhkəmə qərardadından sonra dəfələrlə bələdiyyəyə ərizə ilə müraciət etsə də, nəticəsi olmamışdır. Ərizəsi əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin 22.11.2*22-ci il tarixli, №İ-682 saylı cavab məktubu ilə bildirilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Odur ki, məcbur olub yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (57*). Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər (596). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Mülki Məcəlləyə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1). Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir... (144.1). Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir... (144.2). Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır... (144.3). Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur (144.4). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2). Mülki Məcəlləyə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (424.2). Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır (424.3). Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin *9.*2.2*23-cü il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri Nizami Bələdiyyəsi iclasının 26.*8.2*2*-ci il tarixli, 12 nömrəli protokolundan çıxarış, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə-Tədqiqat İdarəsinin 16.*9.2*2*-ci il tarixli Torpaq sahəsinin kadastr göstəricələri”, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 1*.11.2*2*-ci il tarixli 31 saylı məktubu, Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi Şöbəsinin *4.*3.2*21-ci il tarixli rəyi və 28.*1.2*21ci il tarixli Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən baxış aktı”na əsasən Gəncə şəhəri, Tofiq Bağırov küçəsi 2*A ünvanda yerləşən *,*271 ha torpaq sahəsi Cavabdeh adına 16.*3.2*21-ci il tarixli, 2*1*12**2*47 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin *8.*5.2*21-ci il tarixli, 4Ə-644 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən torpaq sahəsi Gəncə şəhəri Nizami Bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı adına 16.11.2*21-ci il tarixli 2*1*13*1*158 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən 16.11.2*21-ci il tarixli, 1521*3*55* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi 2*A ünvanda yerləşən *,*271 ha torpaq sahəsi İddiaçı xüsusi müıkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan *8.*5.2*21-ci il tarixli, AN-İ *932*71 saylı Daşınmaz Əmlakın Alqı-Satqısı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi 2*A ünvanda yerləşən *,*271 ha torpaq sahəsi Gəncə şəhəri Nizami rayon Bələdiyyəsi tərəfindən İddiaçı 1365 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən 16.*3.2*21-ci il tarixli, 1521**8941 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi 2*A ünvanda yerləşən *,*271 ha torpaq sahəsi Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinin bələdiyyə müıkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 28.*1.2*21-ci il tarixli Torpaq sahəsinin faktiki vəziyyətinin əks etdirən baxış aktının surətindən görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planına əsasən ölçüsü 271.* kv.m-dir. Torpaq sahəsinin yerləşdiyi ərazi və torpaq sahəsinin naturada təsviri Nizami rayonu, Gülüstan qəsəbəsi ərazisində, 28 nömrəli binanın cənub tərəfində yerləşir. İstifadəsizdir, tikinti və əkin, mübahisə yara biləcək hallaırn mövcudluğu barədə məlumat, zəbt olunma halları yoxdur. İş materiallarında olan Gəncə şəhər Nizami bələdiyyəsinin sədr müavini X3, Gəncə regional Ədliyyə idarəsinin rəis müavini X8, Gəncə şəhər Nizami bələdiyyəsinin hüquqşünası X4,Gəncə şəhər Nizami bələdiyyəsinin bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri X7, bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin məsləhətçisi X9, Gəncə şəhər Nizami rayon 2 saylı ərazi icra nümayəndəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X14, 3 saylı ərazi idarəsinin nümayəndəsi mühəndis X1*, 3 saylı reyestr idarəsinin mühəndisi ismayılzadə Elvin Elbrus oğlu, bələdiyyənin ümumi şöbəsinin müdiri X11 tərəfindən imzalarıyla təsdiqlənmiş 18.11.2*22-ciil tarixli akta əsasən, Gəncə şəhəri Nizami bələdiyyəsinin *4 may 2*21-ci il tarixli *9 saylı protokolun 2 saylı qərarı ilə X1 ayrılmış torpaq sahəsinə yerində baxış keçirilmişdir. Tapdıq İsgəndərov ona ayrılmış torpaq sahəsinin qərarda göstərilən 271 kv.m dən az olduğu barədə müxtəlif orqanlara müraciət etsədə müəyyən edildiki bələdiyyənin həmin qərar ilə vətəndaşa ayrılmış 271 kv.m torpaq sahəsi naturada mövcuddur. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış *8.*5.2*21-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, Gəncə şəhəri Nizami rayon Bələdiyyəsi tərəfindən Gəncə şəhəri, Tofiq Bağırov küçəsi 2*A ünvanda yerləşən *,*271 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, sonuncu, həmin əmlakın dəyəri olan 1365 manata pulu ödəmişdir. Həmin torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsini ölçülərini mübahisələndirərək müqavilənin ləvğini tələb etsə də, barəsində alqı-satqı müqaviləsi bağlanmış ölçülərdə torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd edilən faktiki əsas müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması üçün əsas hesab edilə bilməz. Bununla yanaşı, iddiaçının hazırkı iş üzrə eyni tələblə cavabdehə daha əvvəl müraciəti əsasında aparılmış aradırma və tərtib edilmiş akta əsasən, iddiaçıya ayrılmış 271 kv.m torpaq sahəsinin naturada mövcudluğu müəyyən edilmişdir. Bundan başqa, iddiaçı alqı-satqı müqaviləsi bağlandıqdan həmin torpaq sahəsinin başqa şəxsə məxsus olduğunun aşkara çıxdığına istinad etsə də, bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Habelə mötəbər sübutlarla həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin cavabdeh, sonrakı mülkiyyətçisinin iddiaçı olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, sübuta yetirilmədiyi üçün əsassız olan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 357-36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinə qarşı “torpaq sahəsinin verilməsi və sair” tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-936/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-936/2023
09.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver