Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-943/2022 25.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus olan yataq mebeli dəsti (2 nəfərlik çarpayı 1 ədəd, dolabca - 2 ədəd, güzgülü termo -1 ədəd, şifoner-1 ədəd), qonaq dəsti (servant-1 ədəd, güzgülü şkaf - 1 ədəd, televizor altı -1 ədəd), divan dəsti (divan -1 ədəd, kreslo 2 ədəd), gəvə (1 ədəd-1,5 x 2 ölçüdə, 1 ədəd 2x3 ölçüdə, 1 ədəd yumru gəvə 0.70x0.70 ölçüdə), stol dəsti (qabaq stolu - 1 ədəd, oturacaq stulu 8 ədəd), uşaq çarpayısı 1 ədəd, yığma mətbəx mebeli 1 dəst, soyuducu Holdman markalı -1 ədəd, yorğan-döşək dəstindən (1 ədəd 2 nəfərlik döşək, 1 ədəd yorğan və 2 ədəd balınc) ibarət cehiz əşyalarının onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il qeydiyyat tarixli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdehlə oğlu Atakişiyev Ceyhun 2017-ci ilin sentyabr ayında ailə qurmuş, cavabdeh onun evinə gəlin köçmüş, cehiz şeylərini onun evinə gətirmişdir. Cavabdehin bağışlanmaz səhvlərinə görə oğlu ilə onun ailə münasibətləri pozulmuş, Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən onların nikahları ləğv edilmişdir. Nikahları ləğv edildikdən sonra cavabdeh onun ailə üzvü sırasından çıxdığına görə, Cavabdeh onun evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilmişdir. Bundan sonra Cavabdeh onun keçmiş ailə üzvü sayıldığına görə, Mənzil Məcəlləsinin 30.4-cu maddəsinin tələbinə əsasən onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmadığına görə cavabdeh onun evini birdəfəlik tərk etməli olduğu halda, bundan imtina etmiş, cehiz əşyalarını onun evində saxlayaraq müvəqqəti atası evinə getmişdir. Qeydiyyatdan çıxmaqdan və cehiz əşyalarını götürməkdən imtina edir. Yuxarıda da, qeyd etdiyi kimi Cavabdeh gəlin qismində onun mülkiyyətində olan evə köçüb qeydiyyata alınsa da, 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən oğlu ilə boşanandan sonra ailə üzvü sayılmadığına görə konpensassiya almaq hüququ əldə etməmişdir. Cavabdeh Nizami Rayon Məhkəməsində cavabdeh qismində ona və oğluna qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia qaldırmış, məhkəmədən ona iddiasının keçərli olmadığı bildirildiyinə görə, o məhkəmədən iddia sənədlərini geri götürmüşdür. Bu barədə Nizami Rayon Məhkəməsinin 2(044)-231/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı vardır. Hazırda cavabdeh öz valideynlərinin yanında yaşayır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmaraq gəlməmişdir. Lakin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli ******* saylı çıxarışdan görünür ki, ünvan 1 İddiaçı adına qeyd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 141 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 nikah pozulmasından sonra Cavabdeh himayəsində saxlanılması,iddiaçı X2 xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh qızının xeyrinə tutulması qət edilmişdir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddianın cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi hissəsinə qərardadla xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 1 fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. xx.xx.2017-ci il tarixdə X3 ilə Cavabdeh rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Mədinə adlı bir uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2017ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 141 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 nikah pozulmasından sonra Cavabdeh himayəsində saxlanılması,iddiaçı X2 xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh qızının xeyrinə tutulması qət edilmişdir. Birgə nikah dövründə Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yaşamışdır. Nikah pozulduqdan sonra isə öz valideynlərinin evində yaşayır. Lakin onun iddia ərizəsində qeyd edilən adda cehiz əşyaları iddiaçıya məxsus evdədir. Hazırda Cavabdeh həmin ünvanda yaşamadığından məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən evdən çıxarılmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus yataq mebeli dəsti (2 nəfərlik çarpayı 1 ədəd, dolabca - 2 ədəd, güzgülü termo -1 ədəd, şifoner-1 ədəd), qonaq dəsti (servant-1 ədəd, güzgülü şkaf - 1 ədəd, televizor altı -1 ədəd), divan dəsti (divan -1 ədəd, kreslo 2 ədəd), gəvə (1 ədəd-1,5 x 2 ölçüdə, 1 ədəd 2x3 ölçüdə, 1 ədəd yumru gəvə 0.70x0.70 ölçüdə), stol dəsti (qabaq stolu - 1 ədəd, oturacaq stulu 8 ədəd), uşaq çarpayısı 1 ədəd, yığma mətbəx mebeli 1 dəst, soyuducu Holdman markalı -1 ədəd, yorğan-döşək dəstindən(1 ədəd 2 nəfərlik döşək, 1 ədəd yorğan və 2 ədəd balınc) ibarət cehiz əşyaları iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən evdən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-943/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-943/2022
25.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver