Məhkəmə qərarları › İş №2(125)-944/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-944/2022

25.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-944/2022 25.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanda yerləşən evə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 1 ev ona məxsusdur. Cavabdeh onun oğludur. 2005-ci ildən Cavabdeh ailə quraraq ona məxsus evdən çıxmışdır, daimi yaşamaq üşün Rusiya Federasiyasına köçüb getmişdir. Hazırda onun yaşadığı ünvanı bilmir. Cavabdeh ona məxsus evdə pasport qeydiyyatındadır və cavabdehin ona məxsus evdə formal olaraq pasport qeydiyyatında qalması əlavə komunal xərclərin ödənilməsinə və onun mülkiyyət üzərində olan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. O, cavabdehi qeydiyyatdan çıxarmaq üçün Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət etmiş, lakin oradan ona bu tələblə məhkəməyə müracət olunması tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdeh faktiki olaraq üzün müddət ona məxsus olan evdə yaşamadığına görə evdən istifadə hüququnu itirmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh ünvan 2 ünvandan pasport qeydiyyatdan çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. İş materiallarında olan AZEMİS portalından xx.xx.2022-ci il tarixdə çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilir ki, xx.xx.1977-ci ildə Gəncə şəhərində doğulmuş Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır, ona ASAN-Gəncə 3 tərəfindən xx.xx.2016-cı il tarixdə AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan AZEMİS portalından xx.xx.2022-ci il tarixdə çıxarılmış sürücülük vəsiqəsi məlumatlarından müəyyən edilir ki, xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində Cavabdeh adına AB 775964 saylı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan AZEMİS portalından xx.xx.2022-ci il tarixdə çıxarılmış Cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2016-cı il tarixdə qeydə alınmış ərizəsindən müəyyən edilir ki, o, atası X1 xx.xx.2016-cı il tarixdə vəfat etdiyini, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli, 409 nömrəli sərancamına əsasən mərhum X2 Gəncə şəhəri Cavadxan Qəsəbəsində 600.0 kv.m torpaq sahəsində fərdi yaşayış evinin layihələndirilməsinə icazə verildiyini, həmin sərəncamla bu torpaq sahəsində ev tikilmədiyini, həmin sərəncamdan imtina etdiyini və sərəncamın ləğv olunmasına heç bir etirazının olmamasını, gələcəkdə bu sərəncamla bağlı heç bir iddia və tələbinin də olmayacağını bildirmişdir. Beləliklə, məhkəmə ilk öncə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək, cavabdehin mübahisəli evə hüquqi və faktiki bağlılığı ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh iddiaçının ailə üzvüdür və o, həmin ünvanda yaşamaqla pasport qeydiyyatına alınmışdır. İddiaçı Cavabdeh ona məxsus ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etmiş, Cavabdeh mübahisəli ünvanda 2005-ci ildə ailə quraraq ona məxsus evdən çıxdığını, daimi yaşamaq üşün Rusiya Federasiyasına köçüb getdiyini və geri qayıtmadığını bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, araşdırma zamanı Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən evdə istifadə hüququnun olması, onun həmin mənzildən istifadə hüququnun itirilməsinə dair əsasların mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində Cavabdeh adına AB 775964 saylı sürücülük vəsiqəsi, xx.xx.2016-cı il tarixdə ASAN-Gəncə 3 tərəfindən AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi verilmiş, həmçinin xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən Gəncə şəhər 5 saylı notariat ofisinə ərizə təqdim edilmişdir. İddiaçı cavabdehin 2005-ci ildə ailə quraraq ona məxsus evdən çıxdığını, daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüb getdiyini və geri qayıtmadığını bildirsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehin isitifadə hüququnun itirilməsini tələb etsə də, hüququn xitamı üçün hər hansı bir məbləğdə kompensasiya məbləği təklif etməmişdir. Belə bir vəziyyətdə isə məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanda olan istifadə hüququ itirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evə olan istifadə hüququnun itirilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar