Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-955/2025 12.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbi barədə iddiasına dair mülki işə işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı İddiaçı Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli (hazırda Gəncə şəhəri, Əliyerbəyli küçəsi, ev 15A) fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh İddiaçı qarşı «İddiaçı ona məxsus evdə olan istifadə hüququnun məhkəmə qaydası ilə itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6464/2024 (yeni iş nömrəsi 2(125)-410/2025) nömrəli qərardadına əsasən Cavabdeh İddiaçı qarşı «cavabdehin ona məxsus evdə olan istifadə hüququnun məhkəmə qaydası ilə itirilmiş hesab edilməsi» tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili Vəkil Gəncə Şəhər Məhkəməsinin icraatında olan sözügedən mülki işlərin bir icraata birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və iddiaçının vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair hazırki mülki işin Gəncə Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı «cavabdehin ona məxsus evdə olan istifadə hüququnun məhkəmə qaydası ilə itirilmiş hesab edilməsi» tələbinə dair 2(125)-410/2025 mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmələri məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-ci maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 43.1 və 43.2-ci maddəsinə görə isə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair hazırki mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı «cavabdehin ona məxsus evdə olan istifadə hüququnun məhkəmə qaydası ilə itirilmiş hesab edilməsi» tələbinə dair 2(125)-410/2025 mülki işlə birlikdə bir icraatda baxılması üçün həmin mülki işə birləşdirilsin və həmin mülki işə 2(125)-410/2025 statik nömrəsi təyin edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-955/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-955/2025
12.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver