Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-962/2025 09.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs1) «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı Azərbaycan Respublikası vətəndaşı 1925-ci il təvəllüdlü X7 Samux rayonu, Çobanabdallı kəndində ev şəraitində anadan olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi məhkəməyə ərizənin dəqiqləşməsinə dair ərizə təqdim edərək bacısı 1925-ci il təvəllüdlü X8 Samux rayonu, Çobanabdallı kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, bildirdi ki, mərhum X15 onun bacısıdır. T.Y.Əliyeva 1925-ci il tarixdə Samux rayonunun, Çobanabdallı kəndində anadan olmuş, xx.xx.2014-cü il tarixdə isə vəfat etmişdir. T.Y.Əliyeva heç vaxt nikaha girməmiş və uşaqları olmamış, vəfat etdiyi tarixədək onunla birlikdə yaşamışdır. T.Y.Əliyevanın əvvəllər doğum haqqında şəhadətnaməsi olmuş, məhz onun əsasında əvvəlcə SSRİ-nin ümumvətəndaş paspostu, daha sonra isə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. Lakin sonradan həmin doğum haqqında şəhadətnaməni itirmiş və onun bərpası mümkün olmamışdır. O, Samux rayonu, Çobanabdallı kəndində yerləşən torpaq sahəsinə dair sənədləşmə işlərini aparmaq istəsə də, həmin torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ əsasında X8 da payı olduğundan buna nail ola bilməmişdir. Bununla əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün T.Y.Əliyevanın doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. O, Maraqlı şəxs1nə müraciət etsə də qeydiyyat şöbəsində doğum akt qeydinin aşkar olunmadığı və doğum akt qeydlərinin bərpasının mümkün olmadığı bildirilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X4 ərizəçin xahişinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Ərizəçi arvadıdır və onlar 1978-ci ildə nikaha girmişlər. Ərizəçilə nikaha girdikdən sonra o, Samux rayonu, Çobanabdallı kəndinə gəlin köçmüş, həmin evdə o və Ərizəçi başqa X15 yaşamışdır. Ərizəçi və X15 doğma bacı-qardaş olmuş, həmin şəxslər ögey olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Ərizəçi qızıdır və anadan olduğu vaxtdan Samux rayonunun Çobanabdallı kəndində yaşamışdır. Həmin evdə onun valideynləri, bacısı X9 və bibisi X15 birlikdə yaşamışlar. X15 və Ərizəçi doğma bacı-qardaş olmuşlar. İşdə olan AЗ seriyalı 518952 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1944-cü il tarixdə Xanlar rayonunun, Çobanabdallı kəndində anadan olmuş Ərizəçi atası X23, anası X16 olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 392988 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2014-cü il tarixdə Samux rayonun, Çobanabdallı kəndində ölmüşdür. İşdə olan Samux rayon İcra Hakimiyyət Başçısının Çobanabdallı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 73 nömrəli arayışın surətindən görünür ki, Samux rayonu, Çobanabdallı kənd sakini X15 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, ölən günədək Samux rayonunun Çobanabdallı kəndində qeydiyyatda olub və yaşamışdır.Öləndən sonra onun təsərrüfatında qalan ailə üzvləri qardaşı xx.xx.1944-cü il təvəllüdlü Ərizəçi olmuşdur. Mərhum ölən günədək həmin ailə üzvləri ilə birgə yaşamışdır. Mərhumun valideyinlərindən sağ qalanı yoxdur. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-N-12-xx/xx/2023 nömrəli arayışın surətindən görünür ki, Maraqlı şəxs1 arxivində saxlanılan 1940-1959-cu illər üzrə doğum haqqında bərpa akt qeydləri yoxlanılmış, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs1 arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/201036- 24 nömrəli arayışın surətindən görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1925-ci il təvəllüdlü Samux rayonu, Çobanabdallı kəndində anadan olmuş X11 aid xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. T.Y.Əliyeva öldüyü xx.xx.2014-cü il tarixədək subay olmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/015953-24 nömrəli arayışın surətindən görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1925-ci il təvəllüdlü Samux rayonu, Çobanabdallı kəndində anadan olmuş X8 ailə tərkibi anası X16 (xx.xx.1900-xx.xx.1979); bacısı X13 (xx.xx.1929-xx.xx.2007); X17 (xx.xx.1940-xx.xx.2001) və qardaşı Ərizəçidur (xx.xx.1944). İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********97 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Çobanabdallı kəndində yerləşən ümumi sahəsi 1,0772 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X5,X3, X10 və X11 məxsusdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********96 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Çobanabdallı kəndində yerləşən ümumi sahəsi 0,3518 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X5, X3, X10 və X11 məxsusdur. İşdə olan AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarının surətindən görünür ki, 1925-ci il tarixdə Göygöl rayonu, Çobanabdallı kəndində anadan olmuş X2 rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-4/2-239/2025 nömrəli məktubun surətindən görünür ki, X15 barəsində olan sorğuya əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 14 fevral tarixli, 47 nömrəli Qərarı ilə təsdiq olunmuş «Milli arxiv fondu sənədlərindən istifadə Qaydası»nın 3.1-ci maddəsinə əsasən müraciətdə qeyd edilən şəxsə aid olan müvafiq hadisə, fakt haqqında axtarış məlumatları (burada: tələb olunan şəxsin doğum və nikah tarixləri, faktların qeydiyyata alındığı inzibatı ərazi vahidliyi) göstərilmədiyinə görə sorğunu icra etmək imkan xaricindədir. Bundan başqa «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivlərinə yalnız 1947-ci ilə qədər təhvil verilmişdir. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-59/25 nömrəli məktubun surətindən görünür ki, X8 doğum və nikah haqqında akt qeydləri Maraqlı şəxs1 arxivində aşkar olunmamışdır. İş materiallarənda olan xx.xx.2024-cü il tarixli, 38 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, 1925-ci il tarixdə anadan olmuş X15 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixıi, 3-16-5/8-13-386/2025 nömrəli məktubun surətindən görünür ki, 1925-ci il tarixdə Samux rayonu, Çobanabdallı kəndində anadan olmuş X15 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və xx.xx.2014-cü il tarixdə Samux rayon Çobanabdallı icra nümayəndəliyində ölüm qeydiyyatı aparılmışdır. Gəncə şəhər Qeydiyyat şöbəsinin arxivində X11 aid vətəndaşlıq vəziyyəti akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan Samux rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-39RA/2-Q-56/2025 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X11 aid vətəndaşlıq vəziyyəti akt qeydləri (doğum, ölüm, nikah) mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-57/2-4641/2025 nömrəli məktubun surətindən görünür ki, X8 şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildidiyindən təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-4TA/2-32/2025 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış «Azərbaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri» fondunun sənədlərində Gəncə şəhəri üzrə 1925-ci ilə dair doğum aktlarının qeydiyyat kitablarında X8 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-325//8/2025 nömrəli məktubun surətindən görünür ki, 1925-ci il tarixdə Xanlar (Göygöl) rayonu Çobanabdallı kəndində anadan olmuş və xx.xx.2014-cü il tarixdə vəfat etmiş vətəndaş X8 Xanlar (Göygöl) rayonunun doğum, ölüm və nikah akt qeydləri filiala təhvil verilməmişdir. Belə ki, Samux və Xanlar rayonları üzrə Qeydiyyat şöbəsinin sənədləri Dövlət mühafizəsinə 1934-cü ildən təhvil verilmişdir. Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 962/2025 saylı, 1925-ci il təvəllüdlü X8 doğum aktı qeydi barədə sorğusunda vətəndaşın Xanlar (Göygöl) rayonunda anadan olması göstərilmədiyi və Gəncə şəhər Qeydiyyat şöbəsinin 1925-ci ilə aid sənədləri Azərbaycan Dövlət Tarix Arxivində mühafizə olunduğu üçün tərəfimizdən aidiyyəti üzrə cavablandırılması üçün X26 göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/2-15331/2025 nömrəli məktubun surətindən görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Tamara Əliyevanın ölümündən başqa digər vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilməmişdir. İşdə olan Samux rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli. 3-48- 39RA/2-Q-75/2025 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum X8 1925-ci il tarixdə Samux rayon (keçmiş Xanlar) Çobanabdallı kəndində anadan olması barədə vətəndaşlıq vəziyyəti akt qeydləri (doğum, ölüm, nikah) mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinı təhvil verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-13-131/25 nömrəli məktubun surətinfən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 barəsində Maraqlı şəxs1ndə xx.xx.2014-cü il tarixli, 38 nömrəli akt qeydi tərtib olunmuş və onun şəxsiyyətini təsdiq edən sənəd «Vətəndaşlıq vəziyyəti Aktlarının dövlət qeydiyyatı qaydaları»nın 8.12-ci maddəsinə əsasən ölüm qeydə alındıqdan sonra aidiyyatı üzrə Polis şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X20 1925-ci il tarixdə Göygöl rayonunun Çobanabdallı kəndində anadan olmuş və onun doğumu qeydə alınmışdır. Ona SSRİ vətəndaşının pasportu (Xİİİ-ZQ 567141) və daha sonra Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Ş/V Fin: 59E9DV8) verilmişdir. T.Y.Əliyeva xx.xx.2014-cü il tarixdə ölmüş və bu barədə Maraqlı şəxs1 ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 38 nömrəsi ilə qeydə alınmışdır. Lakin T.Y.Həsənovadan miras qalmış əmlakın rəsmi qəbulu ilə əlaqədar doğum akt qeydlərinin yoxlanılması zamanı doğum akt qeydlərinin tapılması mümkün olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, X8 XX.XX.1925-ci il tarixdə Göygöl rayonunun Çobanabdallı kəndində doğulmasının və doğum akt qeydində anasının X16, atasının isə X23 qeyd olunması faktı müəyyən edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. X8 XX.XX.1925-ci il tarixdə Göygöl rayonunun Çobanabdallı kəndində doğulmasının və doğum akt qeydində anasının X16, atasının isə X23 qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-962/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-962/2025
09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver