Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-105/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “xxxx” Bankı ASC-nin cavabdehlər cavabdeh7, cavabdeh10, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh2, cavabdeh8, cavabdeh9 MMC, cavabdeh5 MMC və cavabdeh3 MMC-yə (“xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” Bankı ASC-nin cavabdehlər cavabdeh7, cavabdeh10, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh2, cavabdeh8, cavabdeh9 MMC, cavabdeh5 MMC və cavabdeh3 MMC-yə qarşı (“xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) girov predmetlərinə tutmanın yönəldilməsi və digər tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “xxxx” Bankı ASC ilə borcalan “xxxx” MMC arasında 2012-ci il # ###### tarixli ************ nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə, illik 6 % faiz ödəmək şərti ilə 3.000.000 manat məbləğində kreditə verilmişdir. Müqaviləyə görə borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda, borcalan banka vaxtı keçmiş borc məbləğinə gecikdirmənin hər günü üçün borc məbləğinin tam qaytarılmasına qədər 0,1% faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri (penya) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə: - 2013-cü il ## ##### tarixli * nömrəli əlavə sazişlə tərəflər kredit məbləğinə dəyişiklik etmiş, bank borcalana 5.000.000 manat pulu 84 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % faiz ödənilmək şərti ilə kreditə verməyi öhdəsinə götürmüşdür; - 2015-ci il ## ######## tarixli * nömrəli əlavə sazişlə bu tarixə kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq məbləğinin 5.000.000 manat təşkil etdiyi razılaşdırılmışdır; - 2016-cı il ## ###### tarixli * nömrəli əlavə sazişlə tərəflər cərimə məbləğinin hesablanma faizinə dəyişiklik etmiş, borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanan penya ödəməyi öhdəsinə götürmüşdür.
2. “xxxx” Bankı ASC ilə borcalan “xxxx” MMC arasında 2014-cü il ## ### tarixli *************** nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə, illik 6 % faiz ödəmək şərti ilə 3.000.000 manat pulu kreditə verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə görə borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün bu müqavilənin 1.1-ci bəndilə müəyyənləşdirilmiş faiz dərəcəsinə 30 faiz əlavə edilməklə illik 36 % faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öhdəsinə götürmüşdür.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı “xxxx” Bankı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh7, cavabdeh10, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh2, cavabdeh8, cavabdeh9 MMC, cavabdeh5 MMC və cavabdeh3 MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı (“xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək: - tutmanın ərizədə göstərilən ipoteka və girov predmetlərinə yönəldilməsi, ipoteka və girov predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan “xxxx” MMC-nin 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 3.462.281,54 manat əsas borcu, 2019-cu il # ###### tarixindən 2023-cü il ## ######## tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 662.993,43 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 2023-cü il ## ######## tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0,1% dərəcəsi ilə hesablanmış 2.971.004,54 manat cərimə faizləri olmaqla, cəmi 7.096.279,51 manat pulun və 2023-cü il ## ######## tarixindən başlayaraq birinci kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka və girov predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün 0,1% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 210 manat çəkilmiş xərclərin ərizədə göstərilən ipoteka və girov predmetlərinin dəyərindən ödənilməsi; - tutmanın ərizədə göstərilən predmetlərə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borcalan “xxxx” MMC-nin 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 2.449.626,37 manat əsas borcu 2021-ci il ## ### tarixindən 2023-cü il ## ######## tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 311.340,10 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 2023cü il ## ######## tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 30 % dərəcəsi ilə hesablanmış 2.120.280,02 manat cərimə faizləri olmaqla, cəmi 4.881.246,49 manat pulun və 2023-cü il ## ######## tarixindən başlayaraq ikinci kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın əvəzi, illik 30 % dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat çəkilmiş xərclərin ərizədə göstərilən ipoteka predmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulması; - ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun və iddia ərizəsinin verilməsinə görə 6.778,76 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Iddia tələbi işin halları, müqavilə üzrə öhdəliyin pozulması və yaranmış borcun ödənilməməsi ilə əsaslandırılmışdır. Iddiaçı bundan çıxış edərək, əsas borc, faiz borcu, cərimə borcu və gecikdirilmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsi məqsədilə tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsini xahiş etmişdir.
5. Üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili vəkil2 izahatında iddiaçının tələb etdiyi məbləğlər ilə qismən razı olduqlarını, yenidən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## ####### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək; - 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə “xxxx” MMC-nin iddiaçı qarşısındakı öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə 2013-cü il # ### tarixli *********** nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh9 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsində istifadədə olan 0.03084 ha torpaq sahəsində yerləşən, 1643.6 kv.m ümumi, 308.4 kv.m. tikintialtı sahədən ibarət, 4 mərtəbəli, 37 C nömrəli qeyriyaşayış binasına, 2016-cı il ## ###### tarixli ************/IM-* nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0181 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 428.53 kv.m ümumi, 236.56 kv.m. yaşayış, 191.97 kv.m yardımçı sahədən ibarət 7 otaqlı, ** nömrəli fərdi yaşayış evinə, 2012-ci il ## ###### tarixli ******/****/**/** nömrəli girov müqaviləsi üzrə girov predmeti olan cavabdeh5 MMC-nin Abşeron rayonu, * nömrəli Zeytun sovxozu ərazisində yerləşən, sahəsi 4.327822 hektar olan torpaq sahəsi üzərindəki icarə hüququna, 2012ci il ## ###### tarixli ******/****/**/** nömrəli girov müqaviləsi üzrə girov predmeti olan cavabdeh5 MMC-nin Abşeron rayonu, * nömrəli Zeytun sovxozu ərazisində yerləşən, sahəsi 1.90806 hektar olan torpaq sahəsi üzərindəki icarə hüququna, 2012-ci il ## ###### tarixli ******/****/**/** nömrəli girov müqaviləsi üzrə girov predmeti olan cavabdeh3 MMC-nin Abşeron rayonu, * nömrəli Qala Zeytunçuluq sovxozu ərazisində yerləşən, sahəsi 0.875379 hektar olan torpaq sahəsi üzərindəki icarə hüququna, 2012ci il ## ###### tarixli ******/****/**/** nömrəli girov müqaviləsi üzrə girov predmeti olan cavabdeh3 MMC-nin Abşeron rayonu, * nömrəli Qala Zeytunçuluq sovxozu ərazisində yerləşən, sahəsi 2.774612 hektar olan torpaq sahəsi üzərindəki icarə hüququna və 2012ci il # ###### tarixli ******/****/**/** nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh10 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 5 ünvanında olan 1,87 ha torpaq sahəsində yerləşən 1 687,3 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, ipoteka və girov predmetləri açıq hərracda satılması; - ipoteka predmetləri olan Bakı şəhəri, Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsində istifadədə olan 0.03084 ha torpaq sahəsində yerləşən, 1643.6 kv.m ümumi, 308.4 kv.m. tikintialtı sahədən ibarət, 4 mərtəbəli, 37 C nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 3.080.000 manat; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0181 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 428.53 kv.m. ümumi, 236.56 kv.m. yaşayış, 191.97 kv.m yardımçı sahədən ibarət 7 otaqlı, ** nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 880.000 manat və Bakı şəhəri, Binəqədi şossesi, 5 ünvanında olan 1,87 ha torpaq sahəsində yerləşən 1 687,3 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 2.970.000 manat müəyyən edilməsi; - həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan “xxxx” MMC-nin 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 2.660.203,91 manat əsas borcu, 2019-cu il # ###### tarixindən 2023-cü il ## ######## tarixinə kimi əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 554.313,23 manat əldən çıxmış fayda, 130.000 manat dəbbə pulu, cəmi 3.344.517,14 manat pul və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 210 manat pulun tutularaq iddiaçıya ödənilməsi; - 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə “xxxx” MMC-nin iddiaçı qarşısındakı öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə 2014-cü il ## ### tarixli ***************/IM-* nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh7 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu torpaqlarına, məqsədli istifadə növünə görə isə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinə, 2014-cü il ## ### tarixli ***************/IM-* nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.03026 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 144.2 kv.m yaşayış, 226.7 kv.m. köməkçi sahədən ibarət 6 otaqlı, *** nömrəli bağ evinə, 2014-cü il ## ### tarixli ***************/IM-* nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.0213 ha torpaq sahəsinə yerləşən, 2 mərtəbəli, 177.62 kv.m. ümumi, 45.51 kv.m. yaşayış, 132.11 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı, *** nömrəli bağ evinə, 2014-cü il ## #### tarixli ***************/SIM-* nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllədə istifadədə olan 0.01697 ha torpaq sahəsində yerləşən, 3 mərtəbəli, 227.2 kv.m. yaşayış, 175.6 kv.m. köməkçi sahədən ibarət 6 otaqlı, ** nömrəli fərdi yaşayış evinə, cavabdeh9 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsində istifadədə olan 0.03084 ha torpaq sahəsində yerləşən, 1643.6 kv.m. ümumi, 308.4 kv.m. tikintialtı sahədən ibarət, 4 mərtəbəli, 37 C nömrəli qeyri-yaşayış binasına və 2014-cü il ## ### tarixli ***************/SIM-* nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh10 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 5 ünvanında olan 1,87 ha torpaq sahəsində yerləşən 1 687,3 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərrac satılması; - ipoteka predmetləri olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu torpaqlarına, məqsədli istifadə növünə görə isə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinin ilkin satış qiymətinin 1.100.000 manat; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.03026 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 144.2 kv.m yaşayış, 226.7 kv.m. köməkçi sahədən ibarət 6 otaqlı, *** nömrəli bağ evinin ilkin satış qiymətinin 440.000 manat; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.0213 ha torpaq sahəsinə yerləşən, 2 mərtəbəli, 177.62 kv.m. ümumi, 45.51 kv.m. yaşayış, 132.11 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı, *** nömrəli bağ evinin ilkin satış qiymətinin 176.000 manat, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllədə istifadədə olan 0.01697 ha torpaq sahəsində yerləşən, 3 mərtəbəli, 227.2 kv.m. yaşayış, 175.6 kv.m. köməkçi sahədən ibarət 6 otaqlı, ** nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 2.200.000 manat, Bakı şəhəri, Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsində istifadədə olan 0.03084 ha torpaq sahəsində yerləşən, 1643.6 kv.m. ümumi, 308.4 kv.m. tikintialtı sahədən ibarət, 4 mərtəbəli, 37 C nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 3.080.000 manat və Bakı şəhəri, Binəqədi şossesi, 5 ünvanında olan 1,87 ha torpaq sahəsində yerləşən 1 687,3 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 2.970.000 manat müəyyən edilməsi; - həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan “xxxx” MMC-nin 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 2.130.503,65 manat əsas borcu, 2021-ci il ## ### tarixindən 2023-cü il ## ######## tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 290.903,96 manat əldən çıxmış fayda, 100.000 manat dəbbə pulu, cəmi 2.521.407,61 manat pulun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat pulun tutularaq iddiaçıya ödənilməsi; - ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evi satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdeh6 və cavabdeh8, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.03026 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 144.2 kv.m yaşayış, 226.7 kv.m. köməkçi sahədən ibarət 6 otaqlı, *** nömrəli bağ evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.0213 ha torpaq sahəsinə yerləşən, 2 mərtəbəli, 177.62 kv.m. ümumi, 45.51 kv.m yaşayış, 132.11 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, *** nömrəli bağ evi satıldıqdan sonra həmin yaşayış sahələrində yaşayan cavabdeh4 və cavabdeh2, həmçinin Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllədə istifadədə olan 0.01697 ha torpaq sahəsində yerləşən, 3 mərtəbəli, 227.2 kv.m yaşayış, 175.6 kv.m. köməkçi sahədən ibarət 6 otaqlı, ** nömrəli fərdi yaşayış evi satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdeh1 yaşayış sahələrini 1 ay ərzində tərk etmədiyi halda həmin sahələrdən məcburi qaydada çıxarılması; - qalan hissədə iddianın rədd olunması, mediasiya xərclərinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3.300 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən iddia verilərkən artıq ödənilmiş 400 manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 550 manat pulun 275 manat hissəsinin cavabdehlərdən, 275 manat hissəsinin isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
7. Məhkəmə müqavilələr üzrə cərimə borcu tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə kredit borcuna görə 2.971.004,54 manat və 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə isə kredit borcuna görə 2.120.280,02 manat dəbbə pulu hesablamışdır. Mülki qanunvericiliyə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Kredit müqavilələri ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən olunduğundan, tərəflər arasında bağlanmış müqavilələrdə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur.
8. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, ipoteka predmeti hesabına tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğin azaldılaraq 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə 130.000 manat və 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə 100.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 386, 442, 443.1, 448.1, 462.1 və 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iddianın tam təmin olunmasını xahiş etmişdir.
11. Üçüncü şəxs “xxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək: - birinci instansiya məhkəməsinin qətnaməsi “2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə 2016-cı il ## ###### tarixli ************/IM-* nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0181 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 428.53 kv.m ümumi, 236.56 kv.m. yaşayış, 191.97 kv.m yardımçı sahədən ibarət 7 otaqlı, ** nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 880.000 manat müəyyən edilməsi, həmin fərdi yaşayış evi satıldıqdan sonra yaşayış sahəsində yaşayan cavabdeh6 və cavabdeh8 yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda həmin sahədən məcburi çıxarılması; 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə 2014-cü il ## ### tarixli ***************/IM- * nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.03026 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 144.2 kv.m yaşayış, 226.7 kv.m. köməkçi sahədən ibarət 6 otaqlı, *** nömrəli bağ evinə tutma yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması, həmin bağ evinin ilkin satış qiymətinin 440.000 manat müəyyən edilməsi, 2014-cü il ## ### tarixli ***************/IM-* nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.0213 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 177.62 kv.m. ümumi, 45.51 kv.m. yaşayış, 132.11 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı, *** nömrəli bağ evinə tutma yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması, həmin bağ evinin ilkin satış qiymətinin 176.000 manat müəyyən edilməsi, həmin bağ evləri satıldıqdan sonra yaşayış sahələrində yaşayan cavabdeh4 və cavabdeh2 bağ evlərini 1 ay ərzində tərk etmədikləri halda həmin sahədən məcburi çıxarılması; 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə 2014-cü il ## #### tarixli ***************/SIM-* nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllədə istifadədə olan 0.01697 ha torpaq sahəsində yerləşən, 3 mərtəbəli, 227.2 kv.m. yaşayış, 175.6 kv.m. köməkçi sahədən ibarət 6 otaqlı, ** nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 2.200.000 manat müəyyən edilməsi, həmin fərdi yaşayış evi satıldıqdan sonra yaşayış sahəsində yaşayan cavabdeh1 yaşayış sahəsini 1 ay ərzində tərk etmədiyi halda həmin sahədən məcburi çıxarılması” hissəsində ləğv olunmaqla, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin olunmamış; - qətnamə “Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsində istifadədə olan 0.03084 ha torpaq sahəsində yerləşən, 1643.6 kv.m. ümumi, 308.4 kv.m. tikintialtı sahədən ibarət, 4 mərtəbəli, 37 C nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 3.080.000 manat, Bakı şəhəri, Binəqədi şossesi, 5 ünvanında olan 1,87 ha torpaq sahəsində yerləşən 1 687,3 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 2.970.000 manat, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu torpaqlarına, məqsədli istifadə növünə görə isə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinin ilkin satış qiymətinin 1.100.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilmiş; - Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsində istifadədə olan 0.03084 ha torpaq sahəsində yerləşən, 1643.6 kv.m. ümumi, 308.4 kv.m. tikintialtı sahədən ibarət, 4 mərtəbəli, 37 C nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 2.830.200 manat, Bakı şəhəri, Binəqədi şossesi, 5 ünvanında olan 1,87 ha torpaq sahəsində yerləşən 1 687,3 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 3.064.700 manat, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu torpaqlarına, məqsədli istifadə növünə görə isə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinin ilkin satış qiymətinin 900.000 manat müəyyən olunması qət edilmiş; - qətnamə “həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan “xxxx” MMC-nin 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 2.660.203,91 manat əsas borcu, 2019-cu il # ###### tarixindən 2023-cü il ## ######## tarixinə kimi əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 554.313,23 manat əldən çıxmış fayda, 130.000 manat dəbbə pulu, cəmi 3.344.517,14 manat pulun; həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borcalan “xxxx” MMC-nin 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 2.130.503,65 manat əsas borcu, 2021-ci il ## ### tarixindən 2023-cü il ## ######## tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 290.903,96 manat əldən çıxmış fayda, 100.000 manat dəbbə pulu, cəmi 2.521.407,61 manat pulun tutularaq iddiaçıya” hissəsində dəyişdirilmiş; - mülkiyyət hüququ ilə cavabdeh9 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsində istifadədə olan 0.03084 ha torpaq sahəsində yerləşən, 1643.6 kv.m. ümumi, 308.4 kv.m. tikintialtı sahədən ibarət, 4 mərtəbəli, 37 C nömrəli qeyri-yaşayış binasının, cavabdeh5 MMC-nin Abşeron rayonu, * nömrəli Zeytun sovxozu ərazisində yerləşən, sahəsi 4.327822 hektar olan torpaq sahəsi üzərindəki icarə hüququnun, cavabdeh5 MMC-nin Abşeron rayonu, * nömrəli Zeytun sovxozu ərazisində yerləşən, sahəsi 1.90806 hektar olan torpaq sahəsi üzərindəki icarə hüququnun, cavabdeh3 MMC-nin Abşeron rayonu, * nömrəli Qala Zeytunçuluq sovxozu ərazisində yerləşən, sahəsi 0.875379 hektar olan torpaq sahəsi üzərindəki icarə hüququnun, cavabdeh3 MMC-nin Abşeron rayonu, * nömrəli Qala Zeytunçuluq sovxozu ərazisində yerləşən, sahəsi 2.774612 hektar olan torpaq sahəsi üzərindəki icarə hüququnun və mülkiyyət hüququ ilə cavabdeh10 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 5 ünvanında olan 1,87 ha torpaq sahəsində yerləşən 1 687,3 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin satışından əldə olunan vəsaitlər hesabına borcalan “xxxx” MMC-nin 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 2.042.105,54 manat əsas borcu, 2019-cu il # ###### tarixindən 2023-cü il ## ######## tarixinə kimi əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 662.985,28 manat əldən çıxmış fayda, 130.000 manat dəbbə pulu olmaqla, cəmi 2.835.090,82 manat pulun tutularaq iddiaçıya ödənilməsi; - mülkiyyət hüququ ilə cavabdeh7 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu torpaqlarına, məqsədli istifadə növünə görə isə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinin, cavabdeh9 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsində istifadədə olan 0.03084 ha torpaq sahəsində yerləşən, 1643.6 kv.m. ümumi, 308.4 kv.m. tikintialtı sahədən ibarət, 4 mərtəbəli, 37 C nömrəli qeyri-yaşayış binasının və cavabdeh10 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 5 ünvanında olan 1,87 ha torpaq sahəsində yerləşən 1 687,3 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin satışından əldə olunan vəsaitlər hesabına borcalan “xxxx” MMC-nin 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 360.626,03 manat əsas borcu, 2021-ci il ## ### tarixindən 2023-cü il ## ######## tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 311.340,10 manat əldən çıxmış fayda, 70.000 manat dəbbə pulu olmaqla, cəmi 741.966,13 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş; - qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatlarının dəyəri olan 700 manat pulun 350 manat hissəsinin cavabdehlərdən, 350 manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorların özlərinə aid olunması qət edilmişdir (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).
13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, şikayətlərin dəlilləri üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il ## #### tarixli rəy verilmişdir. Bu verilmiş rəylə birinci instansiya məhkəməsində verilmiş rəylər arasında kəskin fərqlər və ziddiyyətlər olduğundan, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2025-ci il ## #### tarixli rəy verilmişdir.
14. Daha sonra iş üzrə təyin edilmiş ekspert rəyləri, hesabdan çıxarış məlumatları və iddiaçının təqdim etdiyi maliyyə arayışı arasında kəskin fərqlər olduğundan, ekspert rəylərində cərimə üzrə borc və ödənişlərin cərimədən silinməsi nəzərə alınmadığından, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi tərəflərin razılığı ilə Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir.
15. “xxxx” MMC-nin 2025-ci il ## ######## tarixli rəyində göstərilmişdir ki, “xxxx” MMC-nin 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə 2019-cu il # ###### tarixinə olan əsas borcu 3.521.000,00 manat, faiz borcu 262.053,48 manat, cərimə borcu 1.171.731,79 manat, 2022-ci il ## ####### tarixinə olan əldən çıxmış fayda üzrə borcu 506.220,86 manat, 2023-cü il ## ######## tarixinə olan əldən çıxmış fayda üzrə borcu 662.985,28 manat; 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə 2021-ci il ## ### tarixinə olan əsas borcu 2.740.713,65 manat, faiz borcu 0,00 manat, cərimə borcu 437.507,45 manat, 2022-ci il ## ####### tarixinə olan əldən çıxmış fayda üzrə borcu 193.660,83 manat, 2023-cü il ## ######## tarixinə olan əldən çıxmış fayda üzrə borcu 311.680,033 manat müəyyən edilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir. Sonuncu ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından, yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud olmamışdır.
17. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 2025-ci il ## ######## tarixli audit rəyini, iddia tələbinin həddini araşdıraraq və MM-in 739-cu maddəsinə əsaslanan kollegiya, “xxxx” MMC-nin 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə əsas borcunun 2.042.105,54 manat, 2019-cu il # ###### tarixindən 2023-cü il ## ######## tarixinə kimi əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın 662.985,28 manat, dəbbə pulunun 130.000 manat; 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə isə əsas borcunun 360.626,03 manat, 2021-ci il ## ### tarixindən 2023-cü il ## ######## tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın 311.340,10 manat, dəbbə pulunun 70.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.
18. Kollegiya birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırkı işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borclarının məbləğlərini mütənasib şəkildə azaltmışdır. Yalnız kreditorun mənafeyi deyil, həm də borclunun əmlak vəziyyəti nəzərə alınmalı, cərimə borcunun məbləği əsas borca mütənasib olmalı və onun sosial vəziyyətinə mənfi təsir göstərməməlidir.
19. Eyni zamanda, işin hallarına əsasən 2023-cü il ## ######## tarixindən sonra edilmiş ödənişin 30.000 manatı 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə cərimə borcundan silindiyindən, kollegiya 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə cərimə borcunun 70.000 manat (100.000 – 30.000 = 70.000) müəyyən edilməsi qənaətinə gəlmişdir.
20. Apellyasiya məhkəməsi cərimənin məbləği ilə bağlı gəldiyi nəticəni MM-in 5.3, 385, 386.1, 390.2, 425, 442, 445.2.1, 448.1, 462.1, 465.2 və 467-ci maddələrinə, MPMin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun cərimə borcuna dair hissədə ləğv edilməsi və iddianın həmin hissədə tam təmin olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 467-ci maddəsi üzrə - apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyənləşdirilmiş dəbbə pulunu azaltmaqda haqlı olmamışdır. Belə ki, MM-in 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. MM-in 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində MM-in 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Eyni ilə iddiaçı və borc alan “xxxx” MMC sərbəst şəkildə öz iradə ifadələrini bildirərək, kredit müqavilələrinin “tərəflərin məsuliyyəti” adlı 6-cı bəndində penyanın hesablanması barədə razılığa gəlmişlər. Apellyasiya məhkəməsi isə bu halı nəzərə almamışdır.
23. Digər tərəfdən apellyasiya məhkəməsi iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almamışdır. Belə ki, MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin normanın tələbinə görə, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin hazırkı halda məhkəmə iddiaçının 2012-ci il # ###### tarixli kredit müqaviləsi üzrə 2.971.004,54 manat və 2014-cü il ## ### tarixli kredit müqaviləsi üzrə 2.120.280,02 manat məbləğində penya tələbini azaldaraq, müvafiq olaraq 130.000 manat və 70.000 manat hissədə təmin etməklə bunun əksini etmişdir. Göründüyü kimi, məhkəmə cərimənin tənasübsüzlüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, yalnız cavabdehin mənafelərini nəzərə almışdır. Halbuki sözügedən müddəa imperativ xarakter daşıyır. Bu hal isə MMin 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını təsdiq edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni cərimə borcunun tutulması barədə tələblərin təmin edilmədiyi hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il ## ###### tarixli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir).”
“Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
28.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 29.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 30.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 31.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
32. Əlavə olaraq MM-in 467-ci maddəsinin tələblərinin pozulmasına dair qeyd edilir ki, MM-in 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı MM-in 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. 33.Işə mahiyyəti üzrə baxan məhkəmə də öz səlahiyyətləri daxilində MM-in 467-ci maddəsini tətbiq etmiş və dəbbə pulunu azaltmışdır. Bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən həmin maddənin tələblərinin pozulması barədə nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir. 34.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 35.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.