Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-117/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı ASC x1nın cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsinin ləğvi və onun hüquqi nəticələrinin tətbiqi, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ASC x1nın cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. ASC x1 (bundan sonra - “iddiaçı” və ya “Bank”) ilə X2 (bundan sonra - “üçüncü şəxs” və ya “borcalan”) arasında bağlanmış ## ######## 2019-cu il tarixli *************** №-li kredit müqaviləsinə əsasən: - bank tərəfindən borcalana Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində 4 ha müasir istixana kompleksinin tikintisi və tərəvəz məhsullarının istehsalı məqsədi üçün 120 ay müddətinə, kreditdən istifadəyə görə illik 4% ödənilməsi şərtilə, 4.000.000 manat məbləğində kredit verilir (1.1 və 1.2-ci bəndlər); - kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin ödənilməsi kreditin verildiyi təqvim ayından etibarən, əsas borc məbləğinin qaytarılması isə kreditləşmə müddətinin ilk 60 ayını əhatə edən güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq qalan müddət ərzində bərabər hissələrlə hər təqvim ayının sonuncu günü həyata keçirilməlidir (2.3 və 2.4-cü bəndlər və * №-li əlavə olan ödəniş cədvəli); - borcalan tərəfindən ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı bir hissəsinin qaytarılmaması və ya hesablanmış faizlərin ödənilməsinin 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirilməsi (3.4.3.1), bu Müqavilənin 3.1.1-ci yarımbəndində göstərilən əsaslar mövcud olduqda (3.4.3.2), kreditdən Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsədlər üçün istifadə edilməməsi (3.4.3.3) hallarında bankın kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini borcalandan tələb etmək hüququ yaranır. Bu zaman müvafiq tələbi aldığı tarixdən ən geci 10 bank günü ərzində krediti banka qaytarmaq və ödənilmə anınadək hesablanmış faizləri ödəmək borcalanın vəzifəsidir (3.4.3-cü bənd); - borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan penya ödəyir (6.2-ci bənd). - qüvvədə olan qanunvericilik və ya həmin kredit müqaviləsi əsasında yaranmış hüququna müvafiq olaraq bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb etdikdə, borcalan isə 3.4.3-cü yarımbənddə müəyyən olunan müddətdə kredit üzrə əsas borcu və hesablanmış faizləri tam həcmdə ödəmədikdə, qeyd olunan müddətin bitdiyi andan bank kredit üzrə cari tarixə mövcud olan əsas borc məbləğini vaxtı keçmiş əsas borc kateqoriyasına aid etmək hüququna malikdir. Bu hal baş verdikdə borcalan həmin məbləğə kreditdən istifadəyə görə müəyyən edilmiş adi faizlərlə yanaşı 6.2-ci bəndlə müəyyənləşdirilən miqdarda və qaydada penya ödəməlidir (6.5-ci bənd).
2. Bankla borcalan və Cavabdeh (bundan sonra-“ipoteka qoyan” və ya “cavabdeh”) arasında bağlanmış ## ######## 2019-cu il tarixli ***************/IM №-li ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binası (bundan sonra – “ipoteka predmeti”) kredit müqaviləsi üzrə öhdəliyin icrasını təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
3. Azərbaycan Respublikasının Sahibkarlığın Inkişafı Fondu (bundan sonra – “Fond”) tərəfindən banka ünvanlanmış ## ### 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Fondun əməkdaşları tərəfindən bankın sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı ürzə istifadə olunmadığı müəyyən edilmişdir. Təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4.000.000 manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin 10 gün ərzində Fonda ödənilməsi təmin edilməlidir.
4. Bundan sonra bank tərəfindən borcalana və ipoteka qoyana ünvanlanmış ##.##.2023-cü il tarixli məktubla bildirmişdir ki, Fond tərəfindən banka ## ### 2023-cü il tarixli təyinatı üzrə istifadə edilməyən vəsaitin geri qaytarılmasına dair müraciət ünvanlanmışdır. Kredit müqaviləsinin 3.4.3 və 3.4.3.3-cü bəndlərinə əsasən ən geci 10 bank günü ərzində kredit banka qaytarılaraq, ödənilmə anınadək hesablanmış faizlər ödənilməlidir. Əks halda ipoteka predmetinə tutma yönəldiləcəkdir. “xxxx” MMC-nin 30 may 2023-cu il tarixli aktında qeyd olunub ki, bildiriş ## ### 2023-cü il tarixində bildiriş ünvana çatdırılması üçün götürülüb, ünvana aparılmış, həmin ünvanda məktubu qəbul etmədikləri üçün məktubu çatdırmaq mümkün olmadı. Bu səbəbdən məktub geri qaytarılır.
5. Fondun qərarı borcalan tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə iddia rədd olunmuş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə isə borcalanın kassasiya şikayəti təmin edilərək, apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Bank tərəfindən məhkəməyə müraciət olunması barədə borcalana və ipoteka qoyana elektron sistem vasitəsilə ## ###### 2024-cü il bildiriş ünvanlanmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
7. Iddiaçı cavabdehə qarşı ##.##.2024-cü il tarixində iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, son olaraq ##.##.2019-cu il tarixli ***************/IM №-li ipoteka müqaviləsi üzrə cavabdehə məxsus ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin obyektin satışından əldə olunan vəsait hesabına borcalanın ##.##.2019-cu il tarixli *************** №-li kredit müqaviləsi üzrə bank qarşısındakı 889.808,46 manat əsas borcu, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 299.445,43 manat əldən çıxmış faydanın əvəzi və ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 30% dərəcəsi ilə hesablanmış 1.479.877,18 manat penya olmaqla, cəmi 2.669.131,07 manat məbləğində pul vəsaitinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 manat və iddia ərizəsinin verilməsinə görə 2748,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, borcalan öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğinin və ona hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Buna görə də, kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən bankın əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilmədini vaxtından əvvəl tələb etmək və öz tələblərini ipoteka predmeti hesabına təmin etmək hüququ yaranmışdır. Bununla bağlı bank tərəfindən borcalana ## ### 2023-cü il tarixli bildiriş ünvanlanmış, bununla da Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına müvafiq olaraq müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmişdir. Həmin tarixə borcalanın bank qarşısında 4.000.000 vaxtı keçmiş əsas borcu və 11.555,57 manat gecikmiş faiz borcu olmuşdur. Eyni zamanda müqavilənin 6.2-ci bəndinə əsasən 29 avqust 2024-cü il tarixinə 1.062.738,30 manat penya borcu və müqaviləyə xitam verildiyi ## ### 2023-cü il tarixindən ## ###### 2024-cü il tarixinədək 204.074,31 manat illik 5%lə hesablanmış əldən çıxmış fayda borcu yaranmışdır.
9. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, borcalanın ## ###### 2024-cü il tarixinə iddiaçıya olan borcu ümumilikdə 2.178.320,59 manat məbləğində müəyyən edilir, o cümlədən: ## ###### 2024-cü il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 2.176.627,66 manat, faiz borcu üzrə 1.692,93 manat. Hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, borcalan tərəfindən ## ###### 2024-cü il tarixindən sonra 100.000,00 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi ## ###### 2024-sü il tarixə göstərildiyindən, 100.000,00 manat məbləğində ödəniş nəzərə alınmadı. Kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən ## ###### 2024-cü il tarixinədək kredit müqaviləsi üzrə ödənilməli olan əsas məbləğ 133.333,34 manat, faiz məbləği isə 829.096,10 manat müəyyən edilir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, borcalanın ## ### 2025-ci il tarixə iddiaçıya olan borcu əsas borc üzrə 1.710.529,60 manat, faiz borcu üzrə 0.00 manat məbləğində müəyyən edilir. Hazırki ekspertiza zamanı ödəniş qəbzləri və hesabdan çıxarış məlumatlarından göründüyü kimi, borcalan tərəfindən ## ### 2025-ci il tarixindən sonra 200.000 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi ## ### 2025-ci il tarixə göstərildiyindən 200.000 manat məbləğində ödəniş nəzərə alınmadı. Kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən ## ### 2025-ci il tarixinədək kredit müqaviləsi üzrə ödənilməli olan əsas məbləğ 466.666,69 manat, faiz məbləği isə 891.288,69 manat müəyyən edilir. Bundan başqa bildirilir ki, kredit müqaviləsi üzrə borclu tərəfindən ## ### 2025-ci il tarixədək əsas və faiz borcu üzrə ümumilikdə 3.103.865,34 manat məbləğində ödəniş aparılmışdır.
11. “xxxx” MMC-nin ## ### 2025-ci il tarixli, QCM/M **-***/** nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ipoteka predmetinin bazar dəyəri 9.650.000 manat, likvid dəyəri 8.500.000 manat təşkil edir.
12. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyindən görünür ki, ipoteka predmetinin 2025-ci il üzrə müqayisə metodu üzrə-9.211.256.58 manat, gəlir metodu üzrə-8.316.321.43 manat təşkil edir. Qiymətlərə ümumi düzəliş etməklə nəticələrin doğruluğunu 80% müqayisə metoduna, 20% gəlir metoduna tətbiq etdikdə ümumi 2025-ci il üçün orta bazar dəyəri təqribən 9.032.269 manat, likvid dəyəri isə 8.211.154 manat təşkil edir.
13. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim K.Hüseynov).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli ilk məqam qeyd edilmiş kredit müqaviləsi üzrə borcun olub-olmamasıdır. Iş üzrə təyin edilmiş sonuncu məhkəməmühasibatlıq ekspertizası üzrə, Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ## ### 2025-ci il kredit müqaviləsi üzrə əsas borc 1.710.529,60 manat təşkil edir, faiz borcu isə yoxdur. Ekspert rəyindən həmçinin görünür ki, 200.000 manat məbləğində pul qərardadda göstərilmiş tarixdən sonra, yəni ## #### 2025-ci il tarixində edildiyindən, hesablama aparılarkən nəzərə alınmamışdır.
15. Bundan başqa, cavabdeh tərəfindən işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixində 340.000 manat, ## ###### 2025-ci il tarixində isə 170.000 manat məbləğində pul ödənilmişdir. Həmçinin iddiaçı tərəfin özü iddia tələbini azaldaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə cəmi 889.808,46 manat əsas borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı tərəfdən qeyd edilmiş əsas borcun hansı tarixədək hesablanması dəqiqləşdirilmiş, iddiaçı tərəf də, kredit müqaviləsinin son tarixinədək hesablanmış borcun olduğunu qeyd etmişdir.
16. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə hazırkı tarixə borc yoxdur. Belə ki, işə əlavə edilmiş kredit müqaviləsinin ödəniş qrafikindən də göründüyü kimi, kreditin qaytarılmasının qrafikdə əks olunmuş son müddəti 2029-cü il ## ######## tarixidir və hətta ## ###### 2025-ci il tarixinədək ödənilməli pulu hesablasaq görünür ki, borclu tərəfindən 733.333,37 (66.666,67x11) ödənilməli idi. Ancaq hazırkı halda borclu tərəf qrafikdə nəzərdə tutulmuş tarixdən kifayət qədər sonrakı tarixləri belə, təxmini 2 milyon manatdan artıq vəsaiti sonrakı tarixlər üçün ödəmişdir. Ona görə də, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur və qeyd edilən iddia izah edilə bilən deyildir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269.5, 317.1, 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 8.200.000 manat müəyyən edilməklə açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalanın ## ######## 2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 500.529 manat məbləğində əsas borcu, 300.000 manat məbləğində dəbbə pulu borcu olmaqla, cəmi 800.529 manat məbləğində pul vəsaitinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 manat məbləğində çəkilmiş xərcin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə 2748,49 manat məbləğində dövlət rüsumunun əvəzi və apellyasiya şikayətinin verilməsinə görə 1374,21 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 200 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim S.Cəfərov, hakimlər E.Həsənov və T.Qocayev).
20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh (borcalan) müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmiş, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
21. Işin materiallarına əlavə edilmiş ## ###### 2024-cü il, 08 oktyvabr 2024-cü il, ## ###### 2024-cü il, ## ###### 2024-cü il, ## ### 2025-ci il və ## ###### 2025-ci il tarixli maliyyə cədvəllərindən görünür ki, borcalan kredit üzrə ödənişlərini ardıcıl olaraq gecikmələrlə (## ###### 2023-cü il tarixində - 53 gün, ## ###### 2023-cü il tarixində - 23 gün, ## #### 2023-cü il tarixində - 21 gün, ## ##### 2023-cü il tarixində - 34 gün, ## ### 2023-cü il tarixində - 35 gün) həyata keçirmişdir. Göründüyü kimi, borcalanın ödəniş cədvəlində nəzərdə tutulmuş müddətdə kredit ödənişlərini etməməsi banka əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vermişdir. ## ### 2023-cü il tarixində bank borcalana bildiriş göndərərək, ona müvafiq tələbi aldığı tarixdən ən geci 10 bank günü ərzində krediti banka qaytarmaq və ödənilmə anınadək hesablanmış faizləri ödəmək barədə xəbərdarlıq etmiş, lakin borcalan həmin xəbərdarlığa baxmayaraq müqavilə üzrə öz öhdəliklərini pozmaqda davam etmişdir. Bu səbəbdən də, iddiaçının öz tələblərini təmin etmək üçün tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 5.4.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddianın əsaslarından biri də odur ki, borcalan kredit ödənişlərini ödəniş cədvəlində nəzərdə tutulmuş müddətdə icra etmək öhdəliyi ilə yanaşı, kreditdən təyinatı üzrə, yəni müqavilənin 1.2-ci bəndində göstərilən məqsədlər üçün istifadə etmək öhdəliyini də pozmuşdur. Belə ki, Fond tərəfindən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə həyata keçirilən monitorinq nəticəsində kreditdən təyinatı üzrə istifadə edilmədiyi halı aşkar olunduğundan, ona verilmiş güzəştli kredit və faiz borcu bank tərəfindən Fonda köçürülmüş və kredit müqaviləsinin 3.4.3.3-cü yarımbəndinə əsasən bankın kredit üzrə borc məbləğini vaxtından əvvəl tələb etməsi üçün əsaslar yaranmışdır.
23. Cavabdeh tərəfindən Fondun ## ### 2023-cü il tarixli məktubu mübahisələndirilərək, hazırda məhkəmə qaydasında baxılmaqda olsa da, həmin işin nəticəsindən asılı olmayaraq kredit müqaviləsinin 3.1.3-cü yarımbəndi ilə borcalan tərəfindən ödəniş cədvəlində (* №-li Əlavə) nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı bir hissəsinin qaytarılmaması və ya hesablanmış faizlərin ödənilməsinin 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirilməsi (3.4.3.1) əsası ilə tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 5.4.1-ci bəndinə uyğun olaraq iddiaçının öz tələblərini təmin etmək üçün ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır.
24. Kollegiya iddianın “kredit müqaviləsi üzrə 889.808,46 manat əsas borcun tutulması” hissəsinə münasibətdə vurğulamışdır ki, iş üzrə təyin edilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ## ### 2025-ci il tarixinə qeyd edilmiş kredit müqaviləsi üzrə əsas borc 1.710.529,60 manat təşkil edir, faiz borcu isə yoxdur. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, borcalan tərəfindən ## ### 2025-ci il tarixindən sonra 200.000 manat məbləğində ödəniş aparılmış, lakin ekspert qarşısında qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi ## ### 2025-ci il tarixinə kimi göstərildiyindən, həmin ödəniş nəzərə alınmamışdır. Həmçinin, tərəflərin izahatlarından və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, qeyd edilmiş kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixində 200.000 manat, ## #### 2025-ci il tarixində 200.000 manat, ## #### 2025-ci il tarixində 340.000 manat, ## ###### 2025-ci il tarixində 170.000 manat, ## ######## 2025-ci il tarixində 200.000 manat və ## ####### 2025-ci il tarixində 100.000 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə ödənilməyən əsas borc məbləği hazırda 500.529 manat təşkil edir.
25. Məhkəmə kollegiyası tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 30% dərəcəsi ilə hesablanmış 1.479.877,18 manat) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq, cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 300.000 manat məbləğində müəyyən edilməlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcundan xeyli hissəsini qaytardığını və borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır.
26. ## ### 2023-cü il tarixindən ## ###### 2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 299.445,43 manat əldən çıxmış fayda şəklində zərərin tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müvafiq zərərdən daha artıq məbləğdə - 300.000 manat məbləğində dəbbə pulu müəyyən edildiyindən və zərərin dəbbə pulu çatmamış hissəsi olmadığından, iddia həmin hissədə təmin edilməməlidir.
27. Kollegiya borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, “Ipoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməlidir. Ipoteka predmetinin ilkin satış qiyməti isə 8.200.000 manat məbləğində (sonuncu olaraq verilmiş “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən) müəyyən edilməlidir.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.4, 269.5, 270.1, 317.1, 385.1, 442, 739.1 və 741-ci maddələrinə, “Ipoteka haqqında” Qanunun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3 və 41.1-ci maddələrinə və MPM-in 14.1, 14.2 və 77.1-ci maddələrinə və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il ## #### tarixli Qərardadına istinadla əsaslandırmışdır.
29. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməsi və kassasiya şikayətinin verilməsinə görə 1374,21 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilmişdir.
30. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri
a) Iddiaçının kassasiya şikayətinin dəlilləri
31.
32. MM-in 445-ci maddəsi üzrə - apellyasiya məhkəməsi iddia tələbini ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzinin tutulması hissəsində rədd edərkən də haqlı olmamışdır. Bankın bu tələbi MM-in 21 və 443-cü maddələrindən, Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli və ## #### 2023-cü il tarixli qərarlarında nəzərdə tutulmuş hüquqi mövqelərdən və kredit müqaviləsinin 6.1-ci bəndindən irəli gəlir.
33. MPM-in 88, 101.3, 103.1-ci maddələri üzrə - ekspert tədqiqat apararkən kredit müqaviləsinin şərtlərini nəzərə almamışdır. Belə ki, ekspertiza qarşısında qoyulan birinci sual üzrə ekspertin də təqdim etdiyi rəydə qeyd etdiyi kimi 2024-cü il ## ###### tarixinədək kredit müqaviləsi üzrə 133.333.34 manat əsas, 829.096.10 manat faiz borcu ödənilməsi müəyyən edilib. Lakin buna baxmayaraq, ekspert hesablamalar zamanı yekunda öz fikrini təkzib edərək əsas borc üzrə 1.823.372.34 manat, faiz borcu üzrə isə 778.249.19 manat silindiyini qeyd etmişdir. Bundan əlavə kredit müqaviləsinin 6.2-ci bəndinə uyğun olaraq borcalan vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə cərimə (penya) ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinin qeyd edilən bəndinə uyğun olaraq ## ###### 2024-cü il tarixinədək aparılan ödənişlərin 201.689.51 manat cərimə borcu üzrə silinmişdir. Ekspertiza qarşısında cərimə borcu ilə bağlı sual qoyulmadığından ekspert tərəfindən cərimə borcuna münasibət bildirilməmiş və həmçinin cərimə borcu üzrə bank tərəfindən silinmiş ödənişləri əsas və faiz borcundan silindiyi kimi göstərmişdir. Nəticədə isə belə uyğunsuzluqlara görə yekun məbləğlərdə fərq yaranmışdır. Məhz ekspertin səhv rəyi əsasında da apellyasiya məhkəməsi sözügedən kredit müqaviləsi əsas borcun 500.529 manat məbləğində olmasına dair əsassız nəticəyə gəlmişdir. Əslində isə borcalanın kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə iddiaçı qarşısındakı əsas borcu 589.808,46 manat təşkil edir. 34.
b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
35. MM-in 5.3, 6.2, 16.1, 324.4, 357, 360.1, 360.2, 355.2, 390.1, 425.1, 427.1, 442, 560-cı, “Ipoteka haqqında” Qanunun 10.5, 36.1-ci maddələri və Konstitusiya Məhkəməsi Plenumunun “vəkil1nın şikayəti üzrə” 2023-cü il # #### tarixli Qərarı üzrə bankla borclu arasında dəfələrlə görüşlər keçirilməsinə rəğmən gecikmələrlə bağlı iddiaçı tərəfindən borcluya hər hansı yazılı bildiriş və ya pretenziya verilməmişdir. Həmin bildirişlərin alınması barədə hər hansı sübut yoxdur (klassik metod qapı bağlı idi). Borclu həftədə 1 dəfə danışıqlarda olmuş, vəkili də həmin görüşlərin bir qismində iştirak etmişdir. bankın məhkəməyə təqdim etdiyi ##.##.2023-cü il tarixli bildirişin mövcudluğu ciddi şübhələr yaradır. Belə ki, “xxxx” MMC-nin Sadaylı.İ adlı qanuni təmsilçisi yoxdur. Tərəflərindən 344871 seriyalı mədaxil qəbzinin surətini tələb edərək belə bir şirkətdə 34487 seriya ilə başlayan qəbzin hansı tarixdə yazıldığını müəyyən etməklə bankın bildirişinin hansı tarixdə tərtib edilməsini müqayisə etmək niyyəti ilə cəmiyyətə ünvanlanmış vəkil sorğusuna cavab məktubunda bu seriya ilə mədaxil qəbzlərinin olmadığını bildirmişlər. Göründüyü kimi təqdim edilmiş cavabdan aydın olmuşdur ki, 344871 seriyalı mədaxil qəbzi “xxxx” MMC-yə adi deyildir və ümumiyyətlə, şirkətlərində qeydiyyata alınmamışdır.
36. Bundan başqa, bank və borcalan sahibkarlıq subyektləri olmaqla Dövlət Vergi Xidməti tərəfindən verilmiş elektron kabinet vasitəsilə rəsmi yazışmalarını, o, cümlədən pretenziyalarını göndərə bilirlər. Necə ki, ##.##.2024-cü il tarixli pretenziya elektron poçt vasitəsilə verilmişdir. Digər tərəfdən müqavilədə tərəflər razılaşmışlar ki, yazışmaları elektron poçt üzərindən həyata keçirsinlər. Borcalanın e-mail: samiq-ismayıelektron ünvan 1, bankın e-mail:elektron ünvan 2 mailləri müqavilədə qeyd edilmişdir. Lakin mail vasitəsilə də belə bir bildiriş göndərilməmişdir. Əgər bank borclu ilə razılaşmamışdırsa və ##.##.2023-cü il tarixli bildirişlə 10 gün müddətində ödənişləri borcludan tələb edirdisə nə üçün pretenziyanı şübhəli kuryer sənədindən fərqli olaraq bu dəfə elektron poçt vasitəsilə ##.##.2024-cü il tarixdə, yəni 2 il 3 ay sonra borcluya göndərirdi. Tərəflər arasında təsdiqlənmiş ##.##.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən ##.##.2024-cü il tarixə yalnız 1-ci ay 2666,67 manat olmaqla, sonrakı ödənişlər 59 ay isə 13333,33 manat olmaqla ümumilikdə 789.333,14 manat faiz borcunun ödənilməsi şərtləndirilmişdir. Lakin borcalan tərəfindən həmin tarixə 2154.144,21 manat ödəniş həyata keçirilmişdir. Yəni pretenziya verilən tarixdə borcalanın 1364.811,07 manat artıq ödəməsi olmuşdur. 37.
38. Göründüyü kimi Fondun vəsaiti hesabına krediti götürən və parniklərin inşası üzrə sifarişçi borcalanın mövqeyi öyrənilmədiyindən, o, çıxılmaz vəziyyətə düşmüşdür. Yalnış və hüquqazidd qərar qəbul edən Fond 2022-ci ilin oktyabr ayında monitorinq keçirib işlərin yekunlaşdırılmadığı qənaətinə gəlmişdir. Halbuki, Fondun qanunsuz qərarı olmasa idi, 2022-ci ilin may ayında parniklər təhvil alınmalı və istehsala başlamalı idi. Obyektiv səbəblərdən istehsala başlaya bilməyən borcalan öz vəsaiti hesabına 75% hazır edilmiş parnikləri yekunlaşdırıb istehsala başlamaq istəməsi, lakin Fond bu şansı tanımaması, tərəflər arasında mübahisəli danışıqların davam etməsi üzrlü səbəblər yaratmış, gecikmələr olmuşdur.
39. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.4-cü bəndinə əsasən bu Müqavilə üzrə bütün yazışmalar poçt göndərişləri, kuryer (sürətli poçt) xidmətləri, faks, elektron poçt, teleks vasitəsilə həyata keçirilə bilər. Tərəflər sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxs olduqlarından onların Dövlət Vergi Xidmətində elektron poçtları mövcuddur. Eyni zamanda, mobil telefona məxsus olduqlarından sms xidməti vardır. Halhazırda vahid məhkəmə təcrübəsinə əsasən pretenziya həmin elektron poçt vasitəsilə təqdim edilməyəndə iddialar geri qaytarılır. Tərəflərindən Fondun qərarının qanunsuz hesab edilməsi barədə 2023-cü il ## #### tarixdə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edilmiş və iddia təmin edilməmiş, apellyasiya instansiyası həmin qərarı qüvvədə saxlamış, Ali Məhkəmənin Inzibati Kollegiyasının 2025-ci il # #### tarixli, *-*(***)-***/**** saylı Qərarı ilə kassasiya şikayəti təmin edilmiş, iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. Ali Məhkəmənin qərarı ilə tanış olduqda borcalanın nə qədər haqlı olduğu, Fondun vəsaitləri geri tələb etməsinin hüquqazidd olduğu açıq-aydın bilinməkdədir.
40. ##.##.2023-cü il tarixdə tərəflər arasında bankın nümayəndəsinin əlyazması ilə tərtib etdiyi razılaşma borcalanın və bankın nümayəndələri tərəfindən imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən yalnız əsas borc ödənilməli idi. Həmin gün 500.000 manat ödənilmiş, bu ödəniş yalnız əsas borcdan silinmiş və əsas borcun yerdə qalan 3.500.000 hissəsi isə hə 3 aydan bir 437.500 ödənilməklə həyata keçirilməli idi. Borcalan qeyd edilən razılaşma şərtlərinə əməl etmiş, ödənişləri vaxtında həyata keçirmişdir. Lakin bank 1 il sonra razılaşdığı şərtə əlavə faiz hesablanması şərtini irəli sürəndə tərəflər arasında narazılıq yaranmışdır. Apellyasiya instansiyası tərəflər arasındakı bu razılaşma barəsində cavabdehin təqdim etdiyi yazılı sübut barəsində qətnamədə cavabdehin mövqeyi tərəfdən qeyd etsə də, bu razılaşmaya münasibət bildirməmişdir.
41. Tərəflər arasında mübahisə 2024-cü ilin iyul-avqust aylarında yaranmışdır. Həmin tarixədək hər hansı bir narazılıq olmamış, bank tərəfindən borcluya “müqavilədən imtina” barəsində hər hansı bir bildiriş, pretenziya göndədilməmişdir. Yəni apellyasiya məhkəməsinin istinad etdiyi tarixlərdə tərəflər arasında hər hansı bir mübahisə olmamış, iddiaçı müqavilənin birtərəfli ləğvi barədə borcluya və cavabdehə hər hansı bir pretenziya irəli sürməmiş, məhkəmədə iddia qaldırmamışdır. Qeyd edilənlərə sübut olaraq bankın nümayəndələri ilə borclunun nümayəndələri Samiq Ismayılov və vəkili vəkil1la whatsapp yazışmaları mövcuddur. 42.
c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
46. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 317. Ipoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. ...” “Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları … 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. …”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”
“Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. ...” “Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
47. “Ipoteka haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1. Əsas anlayışlar ... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.”
“Maddə 34. Ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
“Maddə 39. Ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ...”
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» ## #### 2023-cü il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: ...Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. ...kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. ...kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
49. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”
“Maddə 209. Işə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. Işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.”
“Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.”
“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”
“Maddə 380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Tərəflər arasındakı hazırkı mübahisə, kredit müqaviləsinin ləğvi və onun hüquqi nəticələrinin tətbiqi ilə bağlıdır. Iddiaçı Bank borcalanın müqavilədən irəli gələn öhdəliyini pozduğuna istinadla, müqavilə üzrə əsas borcun və onun gecikdirilməsinə görə cərimənin, habelə əldən çıxmış fayda kimi zərər tələbinin təmin olunması üçün tutmanın ipoteka predmetinə yönəldilməsi barədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd olunmuş, borclu tərəfindən qrafikdə nəzərdə tutulmuş tarixdən kifayət qədər sonrakı tarixlərin belə, təxmini 2 milyon manatdan artıq vəsaitin sonrakı tarixlər üçün ödənildiyi, kredit müqaviləsi üzrə hazırki tarixə borcunun olmaması göstərilməklə, ipoteka predmetinə tutmanın yönədilməsi üçün əsasın olmamasına istinad olunmuşdur. Apellyasiya instansiya məhkəməsi isə bu nəticə ilə razılaşmayaraq, qətnaməni ləğv etmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarmışdır.
51. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağı qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin olunan hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar üzrə tam və hərtərəfli hüquqi qiymətləndirmə aparılmamışdır.
52. Kollegiya hesab edir ki, mübahisənin düzgün hüquqi həlli üçün, ilk növbədə iddiaçının birtərəfli qaydada tərəflər arasında bağlanmış kredit müqaviləsini ləğv etmək hüququnun yaranıb-yaranmadığı, MM-in 421-ci maddəsinin tələbi baxımından cavabdeh tərəfin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozub-pozmaması istiqamətində hüquqi dəyərləndirmə aparılmalıdır. 53.
54. Baxılan işdə, iddiaçı həm məhkəməyəqədərki yazışmalarında, həm də iddia ərizəsində kredit müqaviləsinin 3.4.3.3-cü yarımbəndinə əsasən, yəni borcalanın kredit vəsaitindən müqavilədə nəzərdə tutulmuş məqsəd üzrə istifadə etmədiyinə, cavabdehə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini 2023-cü ilin ## ### tarixində çatırmasına əsaslanmaqla hesab edir ki, həmin tarixdən müqavilə məhkəmədənkənar qaydada ləğv edilmişdir.
55. Bununla bağlı iddiaçının cavabdehə ünvanlanmış 2023-cü il ## ### tarixli məktubunda göstərilmişdir ki, Bank və Azərbaycan Respublikasının X3 birlikdə həyata keçirdiyi monitorinq nəticəsində borcalana verilən güzəştli kredit vəsaitinin sonuncu tərəfindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandığı üçün qüvvədə olan qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq, Fond tərəfindən Banka 2023-cü il ## ### tarixli «Təyinatı üzrə istifadə edilməyən vəsaitin geri qaytarılmasına dair» müraciət ünvanlanmışdır.
56. Lakin işin materiallarından görünür ki, cavabdehlə kredit müqaviləsinin məhkəmədənkənar qaydada ləğv edilməsi üçün əsas götürülən həmin hal- X3 apardığı monitorinqin nəticələri borcalan tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmiş, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi borcalanın kassasiya şikayəti əsasında kassasiya instansiyası tərəfindən ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi həmin iş üzrə müəyyən etdiyi hüquqi mövqeyi nəzərə alınmaqla işi təkrar apellyasiya baxışına göndərərək qeyd etmişdir ki, «işin materiallarında olan Azərbaycan Respublikasının Sahibkarlığın Inkişafı Fondu tərəfindən tərtib edilmiş 2023-cü il ## ##### tarixli monitorinq aktına baxış zamanı iddiaçıya ayrılan vəsaitin hər hansı digər layihə üzrə və ya hər hansı digər məqsədlər üçün istifadə edilməsi müəyyən edilmir. Eyni zamanda vəsaitin iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilmədiyinə dair hər hansı sübut təqdim olunmamışdır».
57. Göründüyü kimi, iddiaçının müqaviləyə məhkəmədənkənar qaydada ləğv etməsi üçün əsas kimi göstərdiyi kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halının hüquqi taleyi yekun şəkildə müəyyən olunmamışdır.
58. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi üçün yeni bir əsasa-müqavilənin 3.4.3.1-ci yarımbəndinə, yəni faiz ödənişlərinin üç ardıcıl ay ərzində iki dəfə gecikdirilməsi halına istinad etmişdir. Halbuki işin materiallarından görünür ki, nə ## ### 2023-cü il tarixli bildirişdə, nə də sonradan göndərilmiş ## ###### 2024-cü il tarixli bildirişdə bank müqavilədən imtinanın əsası kimi həmin halı göstərməmişdir.
59. MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.
60. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə əsaslandırmanın təqdim olunması isə işin materiallarından görünmür.
61. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bankın müqaviləni ləğv etmək hüququnun yaranması əsaslandırılarkən birinci instansiya məhkəməsində araşdırılmamış hala-kredit müqaviləsinin 3.4.3.1-ci yarımbəndinə, yəni faiz ödənişlərinin üç ardıcıl ay ərzində iki dəfə gecikdirilməsinə istinad edilərkən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
62. Bundan başqa, bankın müqaviləyə xitam verilməsi tarixi kimi göstərdiyi ## ### 2023-cü il tarixində borcalanın əsas borcun qaytarılması üzrə öhdəliyinin icra müddəti hələ başlamamışdı. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əsas borcun ödənilməsinə yalnız güzəşt müddəti başa çatdıqdan sonra başlanmalı idi.
63. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan Banka vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% (otuz faiz) dərəcəsi ilə hesablanan peniya ödəyir.
64. Iddiaçı Bank tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 2025-ci il ## ###### tarixli vəsatətindən aydın olur ki, cavabdeh tərəfindən aparılan ödənişlərdən 316.579,18 manat məbləği tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinin tələbi üzrə cərimə üzrə borca silinmişdir. Iddiaçı kassasiya şikayətində kredit müqaviləsinin qeyd edilən bəndinə uyğun olaraq ## ###### 2024-cü il tarixinədək aparılan ödənişlərin 201.689.51 manat hissəsinin cərimə borcu üzrə silindiyini göstərmişdir.
65. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə görə müqavilə ləğv edildikdən sonra kreditor müqavilə üzrə nəzərdə tutulmuş cəriməni tələb edə bilməz (bax yuxarıda §48). Hazırki halda, iddiaçı kredit müqaviləsinin 2023-cü il ## ### tarixindən məhkəmədənkənar qaydada ləğv edilməsini iddia edərək hazırki iddianı qaldırsa da, məhkəmə araşdırması gedişində müqavilə münasibətlərinin davam etdirməklə, cavabdeh tərəfindən kredit öhdəliyi üzrə aparılan ödənişləri həmin müqavilə şərtlərinə əsaslanmaqla cərimə borcuna silmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə qiymətləndirmə apararkən, qeyd olunan halla bağlı hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.
66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin apellyasiya baxışı zamanı, yuxarıda ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, MM-in 421ci maddəsinin tələbi baxımından cavabdeh tərəfin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozub-pozmaması, nəticədə ipoteka predmetinə tutmanın yönədilməsi üçün hüquqi əsasların mövcud olub-olmamasına yenidən qiymət verilməli, qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
67. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).
68. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münsibətdə isə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi üçün əsas vermir. Belə ki, şikayətdə göstərilən hallar qətnamənin həmin hissəsində maddi və ya prosessual hüquq normalarının pozulmasını təsdiq etmir, iş üzrə müəyyən edilmiş faktiki hallar və toplanmış sübutlar isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız hesab edilməsi üçün kifayət etmir.
69. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qismən - iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.
70. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi qismən-iddianın qismən təmin edilən hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.