Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-130/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı “X7” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRAR Açar sözlər: qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “X7” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “X7” ASC ilə cavabdeh Cavabdeh arasında 2014-cü il ## ######## tarixli **ISMLI/** saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ipoteka qoyan, əsas kredit müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı kimi, Azərbaycan Respublikası ƏMDKY DƏDRX * saylı Ərazi Idarəsi tərəfindən 2014-cü il ## ###### tarixində qeydiyyata alınmış, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsini ipoteka ilə yükləmişdir. Həmin ipoteka müqaviləsi müqavilə iştirakçıları tərəfindən imzalanmış, möhürlənmiş və etibarsız hesab edilməmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünə əsasən, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi 2014-cü il ## ###### tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.
3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 başçısının 2014-cü il ## ###### tarixli *** nömrəli sərəncamına əsasən, Cavabdeh ərizəsi və mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış nəzərə alınaraq, Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,03 ha torpaq sahəsində, Mingəçevir şəhər “xxxx” MMC tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Idarəsi, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən verilmiş rəylərlə razılaşdırılmış layihə əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir.
4. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Memarlıq və Tikinti şöbəsinin 2014-cü il ## ###### tarixli “tikinti işlərinə başlanılması üçün əsas olan” Xüsusi Nişanına əsasən, Cavabdeh Qəbələ rayonu Hacıalılı kəndində qeyri-yaşayış (ticarət) obyektinin tikintisinə razılıq verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş AZE ***** nömrəli şəhadətnaməyə əsasən, həmin ünvanda yerləşən ticarət obyekti 2015-ci il # ##### tarixdə Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmış və obyektə müvafiq kod verilmişdir.
5. Qəbələ Rayon Məhkəməsinin 2016-cı il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı “X7” ASC cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Cavabdeh, X5, X4, X1 və X3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbi qismən təmin edilmiş, borcun tutulması və tutmanın Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması və əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır.
6. 2018-ci il # #### tarixli, ** nömrəli hərracın yekunları barədə protokola əsasən, Cavabdeh məxsus ipoteka predmeti olan Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi 11 156,25 manat qiymətlə “X7” ASC-yə satılmış, protokol hərracın sifarişçisi və təşkilatçısı tərəfindən imzalanmışdır. Həmin tarixli hərracın yekunlarına dair alqı-satqı müqaviləsinə əsasən də göstərilən torpaq sahəsi eyni qiymətlə “X7” ASC-nin mülkiyyətinə keçirilmişdir.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi “X7” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyəti kimi 2018-ci il ## ##### tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
8. Iddiaçı “X7” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsi (bundan sonra – “torpaq sahəsi”) üzərində cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi, həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Iddia onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahəsi hərrac yolu ilə iddiaçı tərəfindən əldə edilmiş, 2018-ci il ## ##### tarixdə dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz tikili inşa olunmuş və istifadə davam etdirilməklə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.
10. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim - E.Hüseynova).
11. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi hərrac vasitəsilə satılıb 2018-ci il ## ##### tarixdə iddiaçının mülkiyyətinə keçdikdə həmin torpaq sahəsində tikintisinə icazə verilmiş ticarət obyekti artıq mövcud olmuşdur. Iddiaçıya qeyd edilən torpaq sahəsinin mülkiyyətinə dair çıxarış verildikdə orada tikilmiş ticarət obyektinin olmasından xəbərsiz olması qeyri-mümkündür.
12. Belə ki, hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin ərizəyə torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi əlavə edilir.
13. Bununla da məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı torpaq sahəsində tikilmiş mübahisə predmeti olan tikili barədə riskin olduğunu bilmiş və ya bilməli olmuşdur.
14. Məhkəmə daha sonra qeyd etmişdir ki, qeyri-yaşayış obyektinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks halda, cavabdeh əvvəl mülkiyyətində olmuş torpaq sahəsində qanuni əsasla tikdiyi tikintinin boşaldılaraq sökülməsi, cavabdehin qanuni müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 152, 157, 180, 269, 323, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14, 77, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
b)Apellyasiya instansiya məhkəməsindəki icraat
17. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinin 2025-ci il ## ####### tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən, cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış tikilisi tam şəkildə (0,03 ha hissədə) 2018-ci il ## ##### tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. Bu hal tikilinin özgə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini və mülkiyyət hüququnun pozulduğunu təsdiq edən əsas sübut kimi qiymətləndirilir. Eyni zamanda, rəyə görə sözügedən tikili ümumi istifadədə olan yolun kənarında yerləşir, lakin həmin yolun normal istifadəsinə hər hansı maneə yaratmır. Bundan əlavə, tikilinin mövcud vəziyyətində istifadə edilməsi üçün zəruri olan torpaq sahəsinin faktiki olaraq mövcud olduğu qeyd edilmişdir. Ekspert tərəfindən həm torpaq sahəsinin, həm də tikilinin ümumi situasiyada yerləşmə mövqeyi müəyyən edilmiş və bu yerləşmə plan üzrə də əks etdirilmişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər – E.Hüseynov, Z.Sadiqov).
19. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə iclasları zamanı iddiaçının mübahisələndiriyi tikilinin (qeyri-yaşayış sahəsinin) məhz iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyini etiraf etmişdir. Odur ki, cavabdehin tikdiyi tikintinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi cavabdeh tərəfindən etiraf edildiyindən mütəxəssis rəyinin alınmasına zərurət qalmamışdır.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin (obyektin) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsində yerləşməsi (hansı ölçüdə olması), həmin tikiliyə (obyektə) gedən yolun ölçüləri və tikilidən (obyektdən) normal istifadə üçün hansı ölçülərdə torpaq sahəsinin zəruri olması (zəruri keçidlə) ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi alınmadığından məhkəmə kollegiyası tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmişdir.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilən mütəxəssis rəyinə istinadən hesab etmişdir ki, sözü gedən rəyə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir.
22. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mütəxəssis tərəfindən təqdim edilmiş rəydə aydınlaşdırılmalı məqamlar olduğundan, rəyi vermiş mütəxəssislər məhkəmə iclasına dəvət edilərək izahatları alınmışdır.
23. Məhkəmə kollegiyasının iclasında dindirilmiş X2 izahat verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsində şöbə müdiri vəzifəsində işləyir. Hazırki iş üzrə rəy onun tərəfindən verilmişdir. Rəy tərəflərin hüquqmüəyyənedici sənədlərindəki kordinatlar nəzərə alınmaqla verilmişdir. Onlar tərəfindən mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi 2014-cü il ## ###### tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Hazırda isə, torpaq sahəsi iddiaçının mülkiyyəti kimi 2018-ci il ## ##### tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdir. Bildirir ki, iddiaçıya məxsus olmuş torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qeyri yaşayış sahəsi iddiaçıya məxsus olan və qonşuluqda yerləşən 0.03 ha torpaq sahəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi vahid əmlakdır (yəni, bir obyektdir). Əlavə olaraq bildirir ki, tikili 0.03 ha torpaq sahəsini tam əhatə edir və tikilinin altında qalan torpaq sahəsindən əlavə hər hansı torpaq sahəsi qalmamaqdadır.
24. Məhkəmə bildirmişdir ki, həm ekspertiza rəyinə həm də məhkəmə iclasında dindirilmiş mütəxəssislərin izahatlarına əsasən, hazırda iddiaçıya məxsus olmuş 0.03 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olan və qonşuluqda yerləşən 0.03 ha torpaq sahəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən inşa edilmiş qeyriyaşayış sahəsi vahid əmlakdır (yəni, bir obyektdir).
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı vəziyyətdə obyekt sökülə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili özbaşına tikinti olmamış və həmin tikili torpaq sahəsi cavabdeh tərəfin mülkiyyətində olan zaman və müvafiq razılıqlar alınmaqla inşa edilmişdir.
26. Kollegiya xüsusilə bir məqamı da qeyd etmişdir ki, əgər tikinti altında qalan torpaq sahəsindən əlavə torpaq sahəsi qalardısa iddia tələbi torpaqdan çıxarılma hissədə təmin edilə bilərdi. Hazırkı halda isə, cavabdeh tərəfindən inşa edilmiş qeyriyaşayış sahəsi 0.03 ha torpaq sahəsi tamamilə əhatə edir və əlavə torpaq sahəsi qalmamaqdadır.
27. Belə olan halda isə iddia tələbi torpaqdan çıxarılmaya aid hissədə də təmin edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tikili torpaq sahəsini tam əhatə etməkdədir. Odur ki, gələcəkdə qətnamənin icra edilməmiş qalmaması üçün iddia tələbi həmin hissədə də təmin edilə bilməz.
28. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, inşa edilmiş tikili 0.03 ha torpaq sahəsinə münasibətdə onu tam əhatə etdiyindən, əlavə hər hansı ərazi qalmadığından və yola birbaşa çıxış olduğundan cavabdeh tərəfə zəruri keçidin verilməsi ilə bağlıda araşdırma aparılmamış və hazırkı nəticəyə gəlinmişdir.
29. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin tikilinin reyestrdə qeydiyyatdan keçməməsi və bu səbəbdən tikilinin sökülməli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır.
30. Kollegiya bildirmişdir ki, doğrudan da, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin, bu hal mübahisəli tikilinin qanunsuz olması və birmənalı sökülməli olması anlamına gələ bilməz.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tikilinin özbaşına olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili özbaşına tikinti olmamışdır. Belə ki, həmin tikili torpaq sahəsi cavabdeh tərəfin mülkiyyətində olan zaman və müvafiq razılıqlar alınmaqla tikilmişdir.
32. Kollegiya bir daha xatırlatmışdır ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi ipotekaya qoyulsa da, cavabdeh mübahisəli tikilini torpaq sahəsi öz mülkiyyətində olan zaman müvafiq icazələr və razılıqlar almaqla inşa etdirmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin servitut və ya digər qaydada razılıq olmadan cavabdehin tikilidən istifadəsinin qanunsuz olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
34. Məhkəmə kollegiyası vurğulamışdır ki, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu barədə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməli və servitutla bağlı hüquq qeydə alınmalıdır. Əgər servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, tikilinin sökülməsi hüquqi baxımdan məqsədəuyğun hesab edilməsə də, tərəflərin hüquqlarının balanslı qorunması məqsədilə tərəflər arasında istifadəyə dair münasibətlərin (kompensasiya, servitut və ya digər qaydalarla) müəyyən olunması zəruridir. Işdən isə görünür ki, iddiaçı tərəf belə bir tələb irəli sürməmiş, ancaq tikilinin sökülməsini tələb etmişdir.
36. Bundan başqa məhkəmə kollegiyası xüsusilə bir məqamı da qeyd etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2016-cı il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qəbul edilən zaman cavabdehə məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin qiyməti 17500 manat müəyyən edilmişdir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilən zaman yalnız torpaq sahəsi qiymətləndirilmiş, onun üzərində olan tikilinin dəyəri isə nəzərə alınmamışdır.
37. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, ipoteka predmetinə tutma yönəldilən zaman və daha sonra həmin əmlak hərracda satılan zaman yalnız torpaq sahəsi kimi qiymətləndirilmiş və qiymətidə ancaq torpaq sahəsinin dəyəri kimi götürülmüşdür.
38. Kollegiya qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ipoteka ilə yüklü edilən zaman üzərində tikili olmamış, cavabdeh daha sonra ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada həmin torpaqda bina tikmişdir.
39. Bundan başqa, hətta iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması müddətindən götürülsə belə cavabdeh tərəf 2018-ci ildən 2025-ci ilədək, təxminən yeddi il ərzində həmin əmlakdan fasiləsiz istifadə etmiş və ona qarşı iddiaçı tərəfindən hər hansı irad bildirilməmiş və iddiaçı tərəfdə belə bir etirazın irəli sürülməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir.
40. Bununla belə, hər iki mənafe arasında ədalətli tarazlıq baxımından torpağın əvvəlki mülkiyyətçisi öz hüququndan istifadə edərək müvafiq vəsait qoymaqla tikinti inşa etdiyindən həmin şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır.
41. Bundan başqa, birinci instansiya məhkəməsi də torpaq sahəsində cavabdeh tərəfindən öz vəsaiti hesabına tikinti işlərinin aparılması və inşa etdikləri tikililərdən uzun müddət istifadə etmələrini nəzərə alınaraq cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinin vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağı nəticəsinə gəlməklə doğru mövqedən çıxış etmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29maddələrinə, MM-in 139.1, 152.1, 152.2, 152.5, 157.1, 157.2, 157.4, 157.5, 157.6, cu 42. 157.7, 157.8, 180.1, 238.1, 239.2, 240.1, 241.1, 241.3, 243.1, 269.4, 269.5, 323, 560.1, 560.2, 560.3, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 49.2, 55, 66.1, 66.2, 82, 84.1, 111-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.5, 75.1, 75.2-ci maddələrinə, “Ipoteka haqqında” Qanunun 51 və 52-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1, 10.2, 10.2.1, 10.2.2, 10.2.3, 10.2.4cü maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 17-ci maddəsinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
43. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
44. MM-in 139.1, 152.1, 152.5, 157.2, 180.4-cü maddələri və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsi üzrə - cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmamış tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi və həmin sahədən faktiki istifadə edilməsi bankın mülkiyyət hüquqlarını pozur. Apellyasiya instansiya məhkəməsinin tikilinin əvvəlki mülkiyyətçi tərəfindən inşa olunmasına, icra hakimiyyətinin razılığına və ya cavabdehin uzunmüddətli istifadəsinə istinad etməsi hüquqi əhəmiyyət kəsb etmir, çünki torpaq sahəsi bankın mülkiyyətindədir və başqasının qanunsuz istifadəsində qala bilməz.
45. Eyni zamanda, tikilinin istismarına icazə sənədi, habelə torpaq sahəsi üzərində cavabdehin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər mövcud deyildir, servitut hüququ da dövlət qeydiyyatına alınmamış və tərəflər arasında bu barədə saziş bağlanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilmədiyindən cavabdehin tikiliyə dair hüquqi iddiası əsassızdır. Bu səbəbdən, mübahisəli tikili qanunvericiliyin tələblərinə uyğun olmayan özbaşına tikili hesab edilməli, sökülməli və torpaq sahəsi mülkiyyətçi banka qaytarılmalıdır.
46. Iddiaçı kassasiya şikayətində MPM-in 9.1, 14, 88-ci maddələrinə istinad edərək bildirmişdir ki, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
48. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.”
“Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.”
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ...”
“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. ... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (2015-ci il ## ######## tarixli ****-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 152.5-ci maddəsində “qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə” sözləri “qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir). ...”
“Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. ...”
“Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. ...”
“Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. ...”
“Maddə 239. Torpaq sahəsinə buraxılma ... 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. ...”
“Maddə 240. Torpaq sahəsində tikinti 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. ...”
“Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. ... 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. ...”
“Maddə 243. Daşınmaz əmlak mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. ...”
“Maddə 269. Girov və ipoteka hüququ anlayışı ... 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur ...”
“Maddə 323. Əşya yüklülüyü Daşınmaz əşya elə yüklü edilə bilər ki, xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə müəyyən vaxtaşırı öhdəliklər icra edilməli olar.”
“Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. ... 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; ...”
52. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ 49.1 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2 Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. ...”
“Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.”
“Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir ...”
“Maddə 82. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.” “Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.”
53. “Ipoteka haqqında“ Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 51. Ipoteka qoyanın bina, tikili və qurğularının yerləşdiyi torpaq sahəsinin ipotekası 51.1. Ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. 51.3. Ipoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir.”
“Maddə 52. Ipoteka qoyulmuş torpaq sahəsində tikinti Ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.”
54. “Torpaq islahatı haqqında“ Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 17. Mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqları Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır (2020-ci il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 17-ci maddəsinin birinci və 18-ci maddəsinin ikinci hissələrində “girov” sözü “ipoteka” sözü ilə əvəz edilmişdir). Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.”
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
57. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
58. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
59. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
60. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.
61. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.