Məhkəmə qərarları › İş №2-2(1-8)-133/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-133/2026

15.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-133/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xxxx “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh ləğv prosesində olan qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta müqaviləsi, sığorta ödənişi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Işin halları

1. Mercedes Benz markalı **-JS-*** dövlət qeydiyyat nömrəli avtomobil (ban nömrəsi: WDD2120761A990323, buraxılış ili 2014, rəngi qara) xxxx ASC-nin mülkiyyətindədir.

2. Sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı xxxx ASC arasında bağlamış KSK********** nömrəli şəhadətnamə ilə həmin avtomobil 2023cü il ## #### tarixindən 2026-cı il ## #### tarixinədək 80.000 manat sığorta məbləğində, 4.696 manat sığorta haqqı və 300 manat azadolma məbləği müəyyən edilməklə sığorta olunmuşdur. Şəhadətnaməyə əsasən avtomobil həm də yanğın və partlayış risklərindən sığortalanmışdır.

3. xxxx ASC, X4 və X1 bağlanmış 2023-cü il ## ###### tarixli, LM-***-*/** nömrəli “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, həmin avtomobilə dair 2023-cü il ## #### tarixli, ***/** nömrəli “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər X4 ötürülmüş və avtomobil lizinq predmeti kimi sonuncunun sahiblik və istifadəsinə verilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4.

5. Iddia onunla əsaslandırılmışdır ki, avtomobil X4 və istifadəsində olduğu müddətdə 2024-cü il # #### tarixində gecə saat 1 radələrində hərəkətdə olduğu zaman alışıb yanmağa başlamışdır. Yanğın kənar şəxslərin köməkliyi ilə söndürülmüş və polis çağırılmışdır. X4 xəsarət dəymədiyi üçün avtomobil evakuatr çağırılaraq aparılmışdır. Avtomobilin təmiri X4 öz şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Avtomobilə vurulmuş ziyana görə təmir xərci ümumilikdə 33.200 manat təşkil etmişdir. Bununla bağlı sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət edilmiş, lakin sığorta ödənişi verilməmişdir.

6. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, hadisənin baş verməsinə dair hər hansısa bir sənəd cavabdeh tərəfə təqdim edilməmişdir. Keçən il iyun ayında hadisə ilə bağlı Gəncə Regional Idarəsinə yəni FHN-nə sorğu ünvanlanmışdır. Hadisə baş verdiyi halda səlahiyyətli qurum tərəfindən sənəd təqdim edilməli idi. Sənəd xxxx tərəfindən təqdim edilmədiyindən hadisənin baş verməsi təsdiq edilə bilinməmişdir. Bu səbəblə xxxx tərəfə ödəniş edilməmişdir. Cavabdeh tərəfindən sorğu göndərilmişdir, lakin yanğın hadisəsi müəyyən edilməmişdir və səlahiyyətli orqan tərəfindən verilmiş sənəd yoxdur. Əlavə olaraq, nəqliyyat vasitəsini sığorta müqaviləsi qüvvədə olduğu müddətdə şəxs başqa şəxsə lizinqə vermişdir. Bu halda de-facto özgəninkiləşdirmə olmuşdur və qanunvericiliyin tələblərinə əsasən 5 gün müddətində xxxx tərəf cavabehə məlumat verməli idi. Iddia ərizəsində heç hadisənin harada baş verməsi qeyd edilməmişdir. xxxxnın nümayəndəsi tərəfindən sonuncu baxış iclasında təqdim edilən arayış forma 3 arayışıdır. Bu arayışın, yolda polis avtomobili saxladıqda avtomobilin niyə zədəli halda idarə edildiyinə dair açıqlama olması məqsədi ilə verilir. xxxx tərəf isə forma 4 arayışı təqdim etməli idi. Bu arayışlar üçün möhür vurulmalıdır. Əlavə olaraq isə sənədlərin 2025-ci il ## ###### tarixində əldə edilməsinə dair xxxx tərəfin hansı sübutu vardır. Tərəf ilk gündən nümayəndə kimi işə qoşulmuşdur. Lakin qüsur aktını belə sübut kimi işə əlavə etməmişdir. 34.000 manata yaxın tələb vardır və buna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim – G.Namazova).

8. Məhkəmə cavabdehin arqumentləri ilə razılaşaraq qeyd etmişdir ki, iddia ərizəsinə sığorta hadisəsinin (yanğın) baş verməsini təsdiq edən hər-hansı sübut və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 933-cü maddəsində nəzərdə tutulmuş tələblərə riayyət edilməsi xxxx tərəfindən sübuta yetirilməmişdir. Əksinə, cavabdehin sorğusu nəticəsində müəyyən edilmişdir ki, 2024-cü il # #### tarixində “Mercedes Benz E63 AMG” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın hadisəsinin baş verməsi Gəncə regional X2 Idarəsində qeydiyyata alınmamışdır.

9. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iş materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, xxxxnın və onun vəkilinin EMIS-də yaradılmış elektron kabinetləri mövcuddur. Məhkəmə tərəfindən iş üzrə ilk hazırlıq iclası 2025-ci il ## #### tarixinə təyin edilmişdir və tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə bildiriş göndərilmişdir. 2025-ci il ## #### tarixində xxxx şirkət ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə hazırlıq iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə buna baxmayaraq, hazırlıq iclasını bir dəfə də 2025-ci il ## ###### tarixinə təxirə salmışdır. xxxxnın nümayəndəsi ikinci hazırlıq iclasında da iştirak etməmişdir və iş 2025-ci il ## ###### tarixinə məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxış iclasında xxxxnın nümayəndəsi/vəkili (hansının ki, etibarnaməsi 2025-ci il ## ### tarixinə, vəkil orderi 2025-ci il ## #### tarixinə, yəni iddianın məhkəməyə verildiyi tarixdən əvvələ təsadüf etmiş və iddia məhkəməyə verilən zaman belə vəkil qismində göstərilmiş) iştirak edərək, sübutların təqdim edilməsi və sənədlərin araşdırılması üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən qısa müddətə xxxxnın nümayəndəsinə vaxt verilmişdir. Təyin edilmiş ikinci məhkəmə baxış iclasında xxxxnın nümayəndəsi “Nəqliyyat vasitəsinin zədələnməsi” adlı Arayışı və CD-diski (boş, heç bir məlumat əlavə edilməyən) sübut qismində məhkəməyə təqdim etmişdir.

10. Baxış mərhələsində təqdim edilən (tarixi, nömrəsi, möhürü olmayan) Gəncə şəhər BPI-nin ƏYPXB-nün (YNH) tərəfindən X4 verilmiş Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayış iddianın təmin edilməsi üçün mötəbər və təkzibolunmaz sübut qismində qiymətləndirilə bilməz, sübut qismində qiymətləndirildiyi halda belə, məhkəmə qeyd etmişdir ki, həmin arayışdan sığortalanmış nəqliyyat vasitəsində yanğın hadisəsinin baş verməsi halı müəyyən edilməmişdir.

11. Beləliklə, yuxarıda qeyd edilən bütün faktiki halları və qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə təminat verilmiş risklərdən hər-hansı birinin baş verməsi xxxx tərəfindən sübuta yetirilmədiyi üçün iddia təmin edilə bilməz.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 883.1, 884.1, 884.3, 884.6, 922.1, 922.2, 922.3, 923.1, 923.2, 923.3, 923.4, 926.1, 933.1.1-933.1.3, 935.1.1- 935.1.10-cu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 76.1, 77.1, 78.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 13.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, hazırkı işdə MM-in 933.1-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, hazırkı iş üzrə sübutetmə yükü xxxxnın üzərinə düşdüyü halda o, yanğın hadisəsinin baş verməsini və həmin hadisənin sığorta hadisəsi olub-olmamasını kifayətedici aydınlıqla sübut edə bilməmişdir.

16. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Gəncə şəhər BPI-nin ƏYPXB-nün (YNH) tərəfindən X4 verilmiş Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayış iddianın təmin edilməsi üçün mötəbər və təkzibolunmaz sübut qismində qiymətləndirilə bilməz. Sübut qismində qiymətləndirildiyi halda belə, məhkəmə qeyd etmişdir ki, həmin arayışdan sığortalanmış nəqliyyat vasitəsində yanğın hadisəsinin baş verməsi halı müəyyən edilmir.

17. Eyni zamanda kollegiya qeyd etmişdir ki, hazırkı işdə xxxx yanğın hadisəsi barədə sığortaçıya ən qısa müddət ərzində hər hansı vasitə ilə xəbər verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 385.1, 386.1, 442, 448.1, 883.1, 904.1, 904.2, 922, 923.1-923.4, 925.1-925.3, 926.1, 927.1, 933.1, 934.1, 935.1-ci maddələrinə; MPM-in 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. xxxx kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. MPM-in 14-cü maddəsi üzrə - həm birinci instansiya, həm də apellyasiya məhkəməsi tərəfindən iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, xxxx tərəfindən məhkəməyə təqdim edilmiş CD-diskin boş olduğu bildirilmiş, apellyasiya məhkəməsində təqdim etdikləri flaş karta isə ümumiyyətlə baxılmamışdır. Yanğın hadisəsinin baş verməsi ilə bağlı video görüntülər əllərində olan yeganə sübutdur. Həmin video görüntülərin təqdim edilən zaman araşdırılmaması, ümumiyyətlə baxılmaması məhkəmə tərəfindən qeyd olunan maddənin tələblərinin pozulması ilə nəticələnmişdir.

21. MPM-in 78.1-ci maddəsi üzrə - avtomobildə yanğın hadisəsinin baş verməsi ilə bağlı video görüntüləri əks etdirən CD-diski və Gəncə şəhər BPI nin ƏYPXB-nün verdiyi arayışı məhkəmə baxış iclasında təqdim etmələrinin səbəbi həmin sübutları gec əldə etmələri olmuşdur. CD diskdə texniki problem olduğundan həmin görüntülər diskdə görünməmişdir. Bu səbəbdən təkrarən apellyasiya məhkəməsinə video görüntülər flaş karta yüklənərək təqdim edilmişdir. Məhkəmə tərəfindən isə flaş karta ümumiyyətlə baxılmamışdır.

22. MPM-in 78.2-ci maddəsi üzrə - yanğın hadisəsinin baş verib-verməməsini aydınlaşdırmaq üçün məhkəmənin sorğu verərək məlumat əldə etmək imkanı olduğu halda, məhkəmə tərəfindən bu imkandan istifadə edilməmişdir. Digər tərəfdən flaş karta yanğının baş verməsi ilə bağlı video görüntülər yazılaraq apellyasiya məhkəməsinə təqdim edilmişdir. Lakin məhkəmənin işi kompleks araşdırmaq imkanı olduğu halda yenə də işi araşdırmaq marağı olmamışdır.

23. MPM-in 87.2-ci maddəsi üzrə - X4 tərəfindən idarə edilən avtomobildə yanğın hadisəsi baş verən zaman X5 və X3 adlı şəxslər olmuşlar, həmin şəxslər eyni zamanda yanğın hadisəsinin söndürülməsində iştirak etmişlər. Həmin şəxslərin şahid qismində dindirilməsi ilə bağlı məhkəməyə vəsatət verilmiş, lakin həmin vəsatət də qərəzli olaraq təmin edilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi

9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.”

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.” 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.”

“Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması

78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər

218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri

372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu

392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 28.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 29.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 30.Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xxxxnın təqdim etdiyi CD-disk tədqiq edilmiş və həmin daşıyıcının boş olduğu, yəni hər hansı məlumat daşımadığı məhkəmə qətnaməsində öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi isə xxxxnın təqdim etdiyi sübutları araşdıraraq onların sübutetmə predmetinə aidliyi, mötəbərliyi və kifayətliliyi barədə hüquqi qiymətləndirmə vermişdir. Apellyasiya baxışında təqdim edilmiş yeni sübutların qəbul edilməməsi isə MPM-in 372.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur. 31.Məhkəmə tərəfindən sorğu göndərilməməsi barədə dəlillərə dair qeyd edilir ki, mülki prosesdə sübutetmə vəzifəsi tam olaraq tərəflərin, yəni xxxx və cavabdehin üzərinə düşdüyünə görə sübutların təqdim edilməsi vəzifəsi də onların üzərinə düşür (MPM 14.2, 77.1, 78.1). Məhkəmənin müstəqil olaraq sübut toplamaq və ondan istifadə etmək səlahiyyəti yoxdur (MPM 9.1, 9.3). 32.Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, xxxxnın istinad etdiyi dəlillərə və prosessual qanunvericiliyə uyğun təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 33.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 34.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

xxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar