Məhkəmə qərarları › İş №2-2(1-8)-136/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-136/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-136/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə Cavabdeh MMC ## ### 2016-cı il tarixdə “Radiotezliklərin və radioelektron vasitələrinin qeydiyyatı, qanunvericiliyə uyğun istifadə olunması və ödənişlərin tənzimlənməsi haqqında” müqavilə bağlamışlar.

2. Həmin müqavilə ilə icraçı qismində Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı, sifarişçi qismində isə Cavabdeh MMC olmaqla, tərəflərin qarşılıq öhdəlikləri müəyyən edilmişdir.

3. Sözügedən müqavilə şərtlərinə görə, icraçı sifarişçinin rəsmi müraciətini nəzərə alaraq simsiz internet və RRX rabitəsi üçün tezlikləri təyin edərək, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir.

4. Icraçı tərəfindən tərtib edilmiş ## ###### 2023-cü il tarixli hesab-fakturada sifarişçinin cəmi 123.455 manat məbləğində borcu olduğu göstərilmişdir.

5. Bundan sonra, sifarişçi tərəfindən həmin məbləğin bir qismi icra edilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il ## ###### tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2016-ci il ## ### tarixli *** nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” üzrə 2023-cü il üçün 82.356 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 395 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqaviləyə uyğun olaraq istismar etdiyi radioelektron vasitələrinin anketlərini iddiaçıya təqdim etmiş, anketlərə əsasən tezlik və radioelektron vasitələrindən istifadəyə görə cavabdehə 2023-cü il ## ###### tarixində 123.455 manat məbləğində hesab göndərmişdir, lakin o, müqavilə üzrə öhdəliklərini tam icra etmədiyi üçün qeyd edilən hesab üzrə borcun çox hissəsi qalmaqdadır.

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən göndərilən 2023-cü il ## ###### tarixli hesab üzrə ödəniləcək istismar haqqının məbləği həqiqəti əks etdirmir. Çünki istismar haqqı olan 123.455 manat “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın tələblərinə uyğun olaraq hesablanmamışdır, bu səbəbdən də ödəniş edilməmişdir. Lakin iddiaçının pretenziya məktubu MMC-yə təqdim olunduqdan sonra metodikanın tələblərinə uyğun istismar haqqını hesablamaqla ödəniş etmişlər, məbləğin qalan hissəni isə qəbul etmir.

9. Birinci instansiya məhkəməsi tərəfindən Mütəxəssis səlahiyyətli nümayəndəsi mütəxəssis qismində izahatında göstərmişdir ki, iddiaçının hesablaması Metodikaya uyğun aparılmışdır. Metodikanın 3-cü bəndinə əsasən, müddətli ödəniş qeyd olunmuş əmsalların bir-birinə vurulması yolu ilə müəyyən edilir. Əmsal sonradan REV-lərin sayına ədalətliliyi təmin etmək üçün vurulur, çünki hər bir şirkət fərqli sayda avadanlıq istifadə edir. Metodikanın 3.1-ci bəndində REV-lərin sayına vurulması birbaşa olaraq ona görə qeyd olunmamışdır ki, hər bir istifadəçinin müxtəlif sayda REV-ləri olur. M2 əmsalı bu metodikanın * nömrəli əlavəsinə uyğun tətbiq edilir. REV-lərin sayı nəzərə alınmasa, bütün şirkətlərdən eyni ödəniş məbləği alınar və bu ədalətli olmaz. Metodikaya sonradan əlavə və dəyişiklik olunmamışdır. Metodikanın tətbiqi ilə bağlı Nazirliyə bu günə qədər heç bir şikayət daxil olmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 82.356 manat məbləğində pul və 337 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim - Ü.T.Həsənova).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş hesab fakturada cavabdeh yalnız 2023-cü il # ###### tarixindən 2024-cü il # ###### tarixinədək olan dövr üzrə simsiz radiorabitə sistemi-5 QHs üçün müəyyən edilmiş 108.000 manat vəsaiti mübahisələndirmişdir.

12. Iddiaçı tərəfindən təqdim edilmiş hesablama qaydasından görünür ki, həmin hesablama aşağıdakı qaydada aparılmışdır: M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8, yəni M=2*2*8*4*1*0,9*2,5*1=288. 288 manat * 375 ədəd Wi-Fi RRX=108.000 manat.

13. Cavabdeh tərəf hesablama ilə yalnız 288 manat hissədə razılaşdıqlarını, həmin hissədə hesablamanın metodikaya əsasən aparıldığını göstərmiş, iddiaçının alınan həmin rəqəmi daha sonra REV-lərin sayına vurulması ilə bağlı mövqeyi ilə razılaşmamışlar.

14. Məhkəmə həmin hesablama zamanı REV-lərin sayının nəzərə alınmalı olmaması barədə dəlili əsassız saymışdır. Belə ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən, radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir.

15. Mütəxəssis Kollegiyasının 2022-ci il ## ######## tarixli KQ-**/** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın 3.1-ci bəndinə əsasən müddətli ödəniş icazə verilmiş (təyin edilmiş) radiotezliklərdən (radiotezlik kanallarından) istifadəyə görə aşağıdakı formula əsasında hesablanır: M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8. Burada ... M2 – radiotezliklərin və eyni şəbəkədə işləyən REV-lərin sayını nəzərə alan əmsaldır.

16. Məhkəmə yuxarıda göstərilən normaları və mütəxəssis rəyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin müddətli ödənişin iddiaçı tərəfindən yanlış hesablanması barədə dəlili əsassız olmuşdur.

17. Tərəflər arasında bağlanmış 2016-ci il ## ### tarixli müqaviləyə əsasən cavabdehin 2023-cü il üçün tezlik və radioelektron vasitələrinə görə istismar haqqı olaraq 123.455 manat borcu yaranmış, həmin borc üzrə cavabdeh qismən, 41.099 manat ödəniş etmiş, hazırda qalıq borcu 82.356 manat təşkil etmişdir. Bu səbəbdən, iddiaçı göstərilən borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməklə haqlı olmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 398.1, 442 və 445.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sənədlərin texniki ekspertizası təyin edilməklə, ekspert qarşısına radiotezlik spektrindən və radioelektron vasitələrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və illik) ödənişlərin hesablanması metodikasının hansı formul əsasında hesablanması, ## ### 2016-cı il tarixli müqaviləyə əsasən 2023-cü il tezlik və radioelektron vasitələrindən istifadəyə görə Cavabdeh MMC-nin istismar haqqı üzrə birdəfəlik və müddətli (aylıq və illik) məbləğin nə qədər təşkil etməsi, radiorele xətti sistemi üçün M2 əmsalının hesablanması qaydası ilə bağlı suallar qoyulmuşdur.

21. Ekspert rəyində Mütəxəssis Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması metodikası”na istinad edilərək göstərilmişdir ki, radiotezlik spektrindən və radioelektron vasitələrindən istifadəyə görə birdəfəlik ödənişlərin hesablanması metodikası aşağıdakı kimidir: birdəfəlik ödəniş icazə verilmiş (təyin edilmiş) hər bir radiotezlik kanalı üzrə ayrı-ayrılıqda aşağıdakı formula əsasında hesablanır: V = B1 x B2 x B3 x B4 x B5, müddətli ödəniş icazə verilmiş (təyin edilmiş) radiotezliklərdən (radiotezlik kanallarından) istifadəyə görə aşağıdakı formula əsasında hesablanır: M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8. Rəydə növbəti suala cavab olaraq göstərilmişdir ki, qeyd olunan formulda (M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8 və V = B1 x B2 x B3 x B4 x B5 ) əks olunan hər bir tarif bəndinin, coğrafi ərazinin, radiotezlik zolağının və sair göstəricilərin düzgün olubolmaması

22. məhkəmə-mühasibat ekspertizasının həll etdiyi məsələlər dairəsi olmadığından 2016-ci il # ### tarixli *** nömrəli müqaviləyə əsasən 2023-cü il üçün tezlik və radioelektron vasitələrindən istifadəyə görə cavabdehin istismar haqqı üzrə birdəfəlik və müddətli (aylıq və ya illik) məbləğin nə qədər təşkil edilib-edilməməsi üzrə tədqiqat aparılmamışdır. Digər sual üzrə bildirilmişdir ki, Mütəxəssis Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli ödənişlərin hesablanması metodikası”na əsasən Radiorole xətti (RRX) sistemi üçün M2 əmsalı 1 və ya 2-dən fərqli ola bilər.

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.A.Şirinov, hakimlər – T.N.Mahmudova və L.R.Əliyeva).

24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğuna görə və formal mülahizələrdən ibarət apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə qətnamənin ləğvi üçün əsaslar mövcud deyil. Iddiaçı tərəfindən 2016-ci il ## ### tarixli *** nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqaviləyə əsasən tezlik və radioelektron vasitələrinə görə istismar haqqının hesablanması “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”na və “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları" əsas götürülməklə düzgün həyata keçirilmişdir.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 442 və 445.2-ci maddələrinə, “Telekommunikasiya haqqında” 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 13.1 və 13.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nın 2.25 və 3.1-ci bəndlərinə, Mütəxəssis Kollegiyasının 2022-ci il ## ######## tarixli KQ-**/** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın 3.1-ci bəndinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh tərəfindən şəmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış, nəticədə cavabdehin qərəzsiz məhkəmə araşdırılması hüququ pozulmuşdur, bu səbəbdən həmin qətnamə qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmələr iddiaçı tərəfindən təqdim edilmiş hesablamanı hüquqi təhlil aparmadan qəbul etmiş, ödənişin hesablanma mexanizminin qanunauyğunluğunu araşdırmamış, nəticə etibarilə metodikada birbaşa nəzərdə tutulmayan əlavə əmsalların tətbiqi cavabdeh üçün proqnozlaşdırılmayan maliyyə yükü yaratmışdır. Metodikanın sistemli təhlili göstərir ki, REV-lərin sayının ayrıca vurulması yalnız normativ olaraq göstərilən hallarda mümkündür. Əks yanaşma həm milli normativ aktlara, həm də beynəlxalq tələblərə ziddir. Apellyasiya məhkəməsi bu bəndləri izolyasiya edilmiş formada tətbiq etməklə normanın mahiyyətini təhrif etmişdir.

28. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən MM-in 422, 442 və 449-cu maddələrinin tələbləri də pozulmuşdur. Belə ki, öhdəliyin icrası faktiki xidmətin göstərilməsi ilə təsdiqlənməlidir. Işin materiallarında iddiaçı tərəfindən göstərilən xidmətlərin həcmini və faktını təsdiq edən qəbul-təhvil aktları mövcud deyildir. Məhkəmə iddiaçının mövqeyinin əsaslandırmadan qəbul etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, ekspert rəyini təhrif etmiş, həmçinin maddi və prosessual hüquq normalarını pozmuşdur. Sübutetmə yükü əsassız olaraq cavabdehin üzərinə qoyulmuş, cavabdeh tərəfindən təqdim edilmiş alternativ hesablamalar və rəylər ümumiyyətlə nəzərə alınmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

30. Etiraz onunla əsaslandırılmışdır ki, hesablama tam olaraq qanunvericiliyin tələblərinə uyğun qaydada, cavabdehin özünün istifadə etdiyi radioelektron vasitələrinin imzalayıb möhürlədiyi anket materialları əsasında aparılmış, heç bir pozuntuya və ya yanlışlığa yol verilməmişdir.

Kassasiya baxışının hədləri

31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...”

34. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“ M a d d ə 1 0 . Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi

10.1. Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. .... “

“Maddə 13. Radiotezliklərdən istifadənin təşkili 13.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyənləşdirilmiş hədlərdə, radioelektron vasitələrinin və ya yüksək tezlikli qurğuların işləməsi üçün istifadə oluna bilən radiotezliklər dövlətə məxsusdur və onların tənzimlənməsi dövlətin müstəsna hüququdur. ... 13.6. Radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. ...”

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“2. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi ... 2.25. Təqdim olunmuş anket materiallarına əsasən hər bir radiorabitə vasitəsi üçün ödəniş aparıldıqdan sonra, həmin radiorabitə vasitələri DRI-də qeydiyyata alınır və onların istifadəsinə icazə vərəqələri verilir. ...”

“3. Tariflərin müəyyən olunması 3.1. Mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan REV nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir. ...”

36. Mütəxəssis Kollegiyasının 2022-ci il ## ######## tarixli KQ-**/** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“3. Müddətli ödənişin hesablanması

3.1. Müddətli ödəniş icazə verilmiş (təyin edilmiş) radiotezliklərdə (radiotezlik kanallarında) işləyən hər bir REV-dən istifadəyə görə ayrı-ayrılıqda aşağıdakı formula əsasında hesablanır: (2025-ci il # ###### tarixli Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı bu abzasda “radiotezliklərdən (radiotezlik kanallarından) istifadəyə görə” sözləri “radiotezliklərdə (radiotezlik kanallarında) işləyən hər bir REV-dən istifadəyə görə ayrı-ayrılıqda” sözləri ilə əvəz edilmişdir). M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8.... “

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Baxılan iş üzrə mübahisə, tərəflər arasında müqavilə münasibətlərindən yaranmaqla, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin tam və lazımınca icra edilmədiyinə istinad edərək iddia olunan borcun ödənilməsini tələb edir.

39. Tərəflərin ## ### 2016-cı il tarixdə bağladıqları müqavilənin predmetini dövlətə məxsus olan və dövlətin müstəsna tənzimləmə hüququ ilə əhatə edilən radiotezlik spektri və radioelektron vasitələrindən istifadə təşkil edir. Iddiaçı, Azərbaycan Respublikasının ərazisində mülki məqsədlər üçün nəzərdə tutulan radiotezlik spektrinin idarə olunması, həmin tezliklərdə istismar olunan radioelektron vasitələrin maneəsiz istifadəsinin təmin edilməsi və onlar işi üzərində radiotexniki nəzarətin həyata keçirilməsi üzrə müstəsna səlahiyyətli subyekt kimi cavabdehin rəsmi müraciətini nəzərə alaraq simsiz internet və RRX rabitəsi üçün tezlikləri təyin edərək, radiorabitə avadanlıqlarının istismarı üçün icazə vermişdir.

40. Sözügedən müqavilədə sifarişçinin radiorabitə şəbəkəsinin yaradılması üçün tələb edilən sənədləri və istifadə ediləcək radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim etmək və Azərbaycan Respublikası Tarif Şurası tərəfindən təsdiq edilmiş ## #### 2004-cü il tarixli “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin etmək öhdəlikləri müəyyən edilmişdir.

41. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq tərtib etdiyi anketləri iddiaçıya təqdim etmiş, iddiaçı isə bunun müqabilində istismar haqqını hesablamaqla icra üçün cavabdehə göndərmişdir. Cavabdeh hesablamanın düzgün aparılmadığını göstərməklə, borcun bir hissəsinin ödənilməsindən etmişdir. Iddiaçı isə hazırda məbləğin tam ödənilməsini tələb edir.

42. Işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı təmin edərkən mövqelərini belə əsaslandırmışlar ki, hesablama sahəvi normativ hüquqi aktlara uyğun aparılmış, hər hansı yanlışlığa yol verilməmişdir, cavabdehin arqumentləri tamamilə əsassızdır.

43. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

44. Müqavilənin qiyməti öhdəliyin iqtisadi ekvivalentini və tərəflərin risklərinin həddini müəyyən edən ən mühüm (mütləq) şərtlərdən biridir.

45. Mülki Məcəllənin 398-ci maddəsinin tələblərinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

46. Istinad olunan maddənin məzmunundan göründüyü kimi, istər tərəflərin sərbəst iradəsi ilə müəyyən edilən, istərsə də qanunvericiliklə dövlət tərəfindən tənzimlənən tariflər əsasında formalaşan qiymət mülki dövriyyə iştirakçıları üçün tam hüquqi müəyyənlik və proqnozlaşdırıla bilənlik (legitim gözlənti) təmin etməlidir. Müqavilə bağlandıqdan sonra qiymətin birtərəfli qaydada dəyişdirilməsinə yol verilməməklə, istisna kimi qanunla müəyyən edilmiş hallar çıxış edir.

47. Baxılan işdə, tərəflərinin bağladıqları müqavilənin qiyməti, həmin müqaviləyə əsasən göstərilən xidmətin xarakterindən irəli gələrək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilməklə tənzimlənir.

48. Müqavilənin “Hesablaşma qaydaları” adlanan 3-cü bəndində göstərilmişdir ki, sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir.

49. Müqavilədə adı çəkilən normativ hüquqi akt ## ######## 2022-ci il tarixinədək qüvvədə olmuş, həmin tarixdə radiotezliklərlə bağlı mövcud tarifləri Mütəxəssis Kollegiyasının KQ-**/** nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası” təsdiq edilmişdir.

50. Hazırki mübahisə də məhz həmin dövrdən sonra radioelektron vasitələrin istismar haqqı ilə bağlı yaranmışdır. Iddiaçı yeni Metodikanın müddəalarına uyğun 2023-cü il üçün (1 illik) istismar haqqının 123.455 manat təşkil etdiyini, cavabdeh isə iddiaçı tərəfindən hesablamanın yanlış aparıldığını bildirir.

51. Metodikanın 3.1-ci bəndinə əsasən, müddətli ödəniş icazə verilmiş (təyin edilmiş) radiotezliklərdən (radiotezlik kanallarından) istifadəyə görə aşağıdakı formula əsasında hesablanır: M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8.

52. Iddiaçının təqdim etdiyi hesablamadan görünür ki, ilkin hesablama həmin formulaya uyğun aparılmışdır: M = 2 × 2 × 8 × 4 × 1 × 0.9 × 2.5 × 1 =288 manat. Lakin bundan sonra, alınmış rəqəm cavabdehin istifadəsində olan 375 ədəd REV sayına vurularaq yekun məbləği 108.000 manat (288 × 375) müəyyən edilmişdir.

53. Iddiaçı qiymətin məhz bu cür hesablanmalı olduğunu, təqdim olunmuş hesabın və tətbiq edilmiş düsturun rəsmi sahəvi normativ hüquqi akta tamamilə uyğun olduğunu bildirmişdir.

54. Cavabdeh isə Metodikada müddətli ödənişin radioelektron vasitələrinin (REV) sayına vurulmasını nəzərdə tutan hər hansı müddəanın təsbit edilmədiyini, qeyd olunan Metodikada nəzərdə tutulmayan əlavə əmsalların tətbiqinin cavabdeh üçün əsassız maliyyə yükü yaratdığını bildirmişdir.

55. Odur ki, işin mübahisəli halı, istinad olunan Metodikanın 3.1-ci bəndində göstərilən «M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8» formul əsasında iddia olunan borcun hesablanması zamanı cavabdehin faktiki istifadə etdiyi avadanlığın (REV) sayının nəzərə alınıb-alınmaması təşkil edir.

56. Bununla bağlı birinci instansiya məhkəməsində mütəxəssis qismində çıxış etmiş Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji inkişaf şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev izahatında bildirmişdir ki, Metodikanın 3-cü bəndinə əsasən, müddətli ödəniş qeyd olunmuş əmsalların bir-birinə vurulması yolu ilə müəyyən edilir və əmsal sonradan REV-lərin sayına ədalətliliyi təmin etmək üçün vurulur. Çünki hər bir şirkət fərqli sayda avadanlıq istifadə edir. Metodikanın 3.1-ci bəndində REV-lərin sayına vurulması birbaşa olaraq ona görə qeyd olunmamışdır ki, hər bir istifadəçinin müxtəlif sayda REV-ləri olur. REV-lərin sayı nəzərə alınmasa, bütün şirkətlərdən eyni ödəniş məbləği alınar və bu ədalətli olmaz. Mütəxəssis onu da vurğulamışdır ki, Metodikaya sonradan əlavə və dəyişiklik olunmamışdır.

57. Göründüyü kimi, iş üzrə mütəxəssis qismində çıxış etmiş Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, mübahisəli hesablama zamanı sözügedən Metodikanın konkret maddəsi və ya bəndinə istinad etməmiş, məhz ədalətliyini təmini məqsədi ilə REV-lərin sayının nəzərə alındığını vurğulamışdır.

58. Lakin işə baxan məhkəmələr tərəfindən qeyd olunan hallar üzrə zəruri hüquqi qiymətləndirmələr aparılmamışdır.

59. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, işə apellyasiya qaydasında baxıldığı dövrdə Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2025-ci il ## ###### tarixli *-**/*-*- **/**** nömrəli qərarı ilə sözügedən Metodikanın hazırki mübahisənin yaranmasına səbəb olan 3.1-ci bəndinə dəyişiklik edilmiş, “radiotezliklərdən (radiotezlik kanallarından) istifadəyə görə” sözləri “radiotezliklərdə (radiotezlik kanallarında) işləyən hər bir REV-dən istifadəyə görə ayrı-ayrılıqda” sözləri ilə əvəz edilmişdir.

60. Qeyd olunan bəndin əvvəlki və hazırki redaksiyasının birgə təhlili belə qənaətə gəlməyə əsas verir ki, iddia olunan dövrdə-2023-cü ildə radiotezliklərdən (radiotezlik kanallarından) istifadəyə haqqının hesablanması zamanı radiotezliklərdə (radiotezlik kanallarında) işləyən REV-lərinin sayının nəzərə alınması bilavasitə qeyd olunmamışdır. Məhz səlahiyyətli dövlət orqanı tərəfindən sözügedən Metodikanın radiotezlliklərdən istifadəyə görə müddətli ödənişin hesablanmasını tənzimləyən 3.1-ci bəndinə hazırda qüvvədə olan dəyişikliyin edilməsi də özü-özlüyündə mübahisəli halın normativ tənzimləməsinin zəruriliyindən irəli gəlmişdir.

61. Nəzərə alınmalıdır ki, istinad olunan Metodikanın mübahisəli dövrdə-2023-cü ildə, zamana görə qüvvədə olan redaksiyasında «M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8» formul üzrə, REV-lərin sayını nəzərə alan yalnız əmsal (simpleks rabitəsi üçün 1, dubleks rabitəsi üçün 2) müəyyən edilmişdir.

62. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 87-ci maddəsi və Mülki Məcəllənin 7-ci maddəsi birgə təfsirinə görə, mülki qanunvericilik aktlarının, habelə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran, onlara yeni maliyyə öhdəlikləri yaradan normaların geriyə qüvvəsi yoxdur və onlar yalnız qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

63. Xüsusilə vurğulanmalıdır ki, hüququn aliliyi və legitim gözləntilərin müdafiəsi prinsiplərinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilərkən, normativ sənədlərdəki mübahisəli məqamlar ödəyicinin xeyrinə şərh edilməlidir.

64. Apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən xüsusatlar barədə cavabdehin dəlilləri üzrə hüquqi qiymətləndirmə aparılmamış, istinad olunan Metodikanın müvafiq bəndlərini mübahisəli hüquq münasibətinə düzgün tətbiq etməmişdir

65. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).

66. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

67. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar