Məhkəmə qərarları › İş №2-2(1-8)-208/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-208/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-208/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı birləşdirilmiş icraat üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv ediləsi və pul” tələblərinə dair, həmçinin iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair birləşdirilmiş icraat üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Təchizatçı İddiaçı MMC və alıcı Cavabdeh MMC arasında bağlanmış 2024-cü il # ##### tarixli * nömrəli müqavilə ilə təchizatçı öz dərman vasitələrini ilə alıcını Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının ərazisində təchiz etməyə, alıcı isə həmin dərman vasitələrini bu ərazidə tanıtımı, satışı və realizasiyasını həyata keçirməyi, müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, alıcı təchizatçıdan malların razılaşmanın qarşılıqlı şəkildə qəbul edilməsi ilə alır, Azerbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının ərazisində ancaq onun ekskluziv satmaq hüququ var. Digər ölkələrdə satışını Təchizatçımın təsdiqindən sonra həyata keçirilə bilər; - 1.6-cı bəndinə əsasən, müqavilənin dəyəri hər təqvim ili üçün onun ayrılmaz tərkib hissəsi sayılan əlavə 1 və əlavə 2-yə uyğun olaraq formulaşır; - 2.2-ci bəndinə əsasən, mal alıcının səlahiyyətli nümayəndəsi tərəfindən kəmiyyət, keyfiyyət və çeşid üzrə faktiki təhvil alınıb müvafiq faktura imzalandıqdan sonra təchizatçı öz müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş hesab edilir; - 2.3-cü bəndinə əsasən, mal üzərində mülkiyyət hüququ təchizatçı tərəfindən təqdim edilən hesab üzrə ödənişin edildiyi andan alıcıya keçir; - 2.4-cü bəndinə əsasən, mal təhvil verilərkən təchizatçı mah müşayiət edən aşağıdakı sənədləri alıcıya təqdim edir: 1. qaimə; 2. yeni mal təqdim olunarkən onun sertifikatı (daha öncədən olan mallar yeni seriyada təqdim olunarkən də sertifikat verilməlidir); 3.təhvil-təslim aktı; - 4.1-ci bəndinə əsasən, alıcı tərəfindən ödəmə təchizatçının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi yolu ilə həyata keçirilir; - 4.2-ci bəndinə əsasən, ödənişin 50%-i əvvəlcədən, qalan 50%-i isə mal hazır olduqdan 15 gün ərzində ödənilir; - 5.1-ci bəndinə əsasən, təchizatçı əlavə 1-də göstərilən malların Azərbaycan Respublikasında eksklüziv olaraq ancaq alıcıya salmağı öhdəsinə götürür. Alıcı isə öz növbəsində əlavə 1-də göstərilən malları ancaq təchizatçıdan almağı öhdəsinə götürür; - 5.2-ci bəndinə əsasən, alıcı əlavə 1-də olan qiymətlərlə malları almağa, əlavə 2də olan illik satış sayını sifariş etməyi öz öhdəsinə götürür; - 5.4-cü bəndinə əsasən, tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu halda kompensasiya 200 000 ABŞ dollar tələb edilə bilər; - 8.1-ci bəndinə əsasən, müqavilə tərəflər arasında imzalandığı andan etibarən qüvvəyə minir və 2028-ci il # ###### tarixinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsi tərəfləri icra edilməmiş ödəliklərini yerinə yetirilməsindən azad etmir, öhdəliklər icrası başa çatanadək müqavilə qüvvədə qalır; - 8.2-ci bəndinə əsasən, müqavilə müddətinin başa çatmasına ən azı 1 ay qalanadək tərəflərdən hər hansı biri digər tərəfi müddətin uzadılmayacağı barədə yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında eyni şərtlərlə uzadılır və bu qayda növbəti dəfələrdə də tətbiq edilir; - 8.3-cü bəndinə əsasən, bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə müqavilə müddətinin istənilən dövründə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi tərəflərin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəb ola bilər. Təchizatçı mal ilə təmin edə bilmir, alıcı əlavə 1 və əlavə 2-dəki öhdəlikləri yerinə yetirə bilmir, ödənişləri gecikdirir. Təşəbbüskar tərəf digər tərəfi ən azı 1 ay müddətinə əvvəldən yazılı xəbərdar etməlidir.

2. 2025-ci il ## ###### tarixli e-mail məktubu vasitəsi ilə Cavabdeh MMC-nin direktoru Ceyhun Isayev tərəfindən İddiaçı MMC-nin direktoruna 2025-ci il kvartallar üzrə sifarişlərə əsasən birinci kvartal üzrə 3 adda, ikinci kvartal üzrə dörd adda, üçüncü kvartal üzrə 6 adda, dördüncü kvartal üzrə 3 adda dərman preparatların sifarişlər cədvəli göndərilmiş və 1-ci kvartal üzrə ödənilməyən borc 318.807,49 manat, 2-ci kvartal üzrə ödənilməyən borcun 177.649 manat məbləğində olması göstərilmişdir.

3. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən mart ayında 10.000 ədəd, 48.600 manat məbləğində “paroxin”, aprel ayında 10.000 ədəd, 78.500 manat məbləğində “ezeros” və 10.000 ədəd 69.200 manat məbləğində “vebuten susp” sifariş verilmişdir.

4. İddiaçı MMC tərəfindən dəyəri aşağıda göstərilən məbləğlərdə mallar müvafiq təhvil-təslim aktları ilə Cavabdeh MMC-yə təhvil verilmiş, təhvil-təslim aktları İddiaçı MMCnin imza və möhürü ilə, Cavabdeh MMC-nin adından isə Məmmədov Buğdayı adlı şəxsin imzası ilə təsdiq edilmişdir: - 2024-cü il # ##### tarixli ********** nömrəli aktla 321.119,80 manat; - 2024-cü il ## ##### tarixli ********** nömrəli aktla 12.809,37 manat; - 2024-cü il # ### tarixli ********** nömrəli aktla 63.060,29 manat; - 2024-cü il ## #### tarixli ********** nömrəli aktla 36.045,19 manat; - 2024-cü il ## #### tarixli ********** nömrəli aktla 166.532,13 manat; - 2024-cü il # ###### tarixli ********** nömrəli aktla 54.274,57 manat; - 2024-cü il # ###### tarixli ********** nömrəli aktla 234.126,26 manat; - 2024-cü il ## ######## tarixli ********** nömrəli aktla 75.209,75 manat; - 2024-cü il # ###### tarixli ********** nömrəli aktla 57.330,80 manat; - 2024-cü il ## ###### tarixli ********** nömrəli aktla 58.208,22 manat; - 2024-cü il ## ###### tarixli ********** nömrəli aktla 62.208,14 manat məbləğində mallar təhvil verilmişdir.

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə malların təqdim edilməsi barədə aşağıda göstərilən məbləğlərdə e-qaimələr göndərilmişdir: - 2024-cü il # ##### tarixli EBEB****** nömrəli 321.124,52 manat; - 2024-cü il ## ##### tarixli MT************ nömrəli 12.809,37 manat; - 2024-cü il # ### tarixli MT************ nömrəli 63.063,86 manat; - 2024-cü il ## #### tarixli MT************ nömrəli 36.045,19 manat; - 2024-cü il ## #### tarixli MT************ nömrəli 166.535,67 manat; - 2024-cü il # ###### tarixli MT************ nömrəli 54.274,57 manat; - 2024-cü il ## ###### tarixli MT************ nömrəli 23.4126,27 manat; - 2024-cü il ## ######## tarixli MT************ nömrəli 75.174,93 manat; - 2024-cü il # ###### tarixli MT************ nömrəli 57.330,80 manat; - 2025-ci il ## ###### tarixli MT************ nömrəli 58.208,22 manat; - 2025-ci il ## ###### tarixli MT************ nömrəli 62.208,15 manat; - 2025-ci il # #### tarixli MT************ nömrəli 57.342,27 manat məbləğində eqaimələr göndərilmişdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2025-ci il ## #### tarixli AA************ nömrəli 22.136,33 manat məbləğində və 2025-ci il ## #### tarixində AA************ nömrəli 22.136,33 manat məbləğində alınmış avans ödənişləri barədə elektron qaimələr göndərilmişdir.

7. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə malların qaytarılması barədə 2024cü il ## #### tarixli MQ************ nömrəli 36.045,19 manat məbləğində, 2024-cü il ## #### tarixli MQ************ nömrəli 166.535,67 manat məbləğində e-qaimələr göndərilmişdir.

8. “L-lizin essinat” inyeksiya üçün 1mq/ml-5ml məhlul 7.290,66 manat məbləğində (2024-cü il ## #### tarixli gömrük bəyannaməsi); “rezistol” 50 ml məhlul – 1.000 qutu 11.388,73 manat məbləğində (2024-cü il ## ##### tarixli gömrük bəyannaməsi); “l-lizin essinat” inyeksiya üçün məhlul 1mq/ml-5ml 13477,12 manat məbləğində (2024-cü il ## ######## tarixli gömrük bəyannaməsi); “closprin” 75/100 mg 30 kapsul-22076 qutu 24314,20 manat məbləğində (2024-cü il ## ###### tarixli gömrük bəyannaməsi); “vebuten” 90 mg/5 ml 100 ml susp nömrə 1 - 6.188 qutu 12011,93 manat məbləğində (2024-cü il ## ###### tarixli gömrük bəyannaməsi); “l-lizin essinat” inyeksiya üçün məhlul 1mq/ml-5ml 11227,95 manat məbləğində (2025-ci il ## ###### tarixli gömrük bəyannaməsi); “closprin” 75/100 mg nömrə 30 - 30233 qutu 44.759,22 manat məbləğində (2025-ci il ## ##### tarixli gömrük bəyannaməsi) dərman vasitələri Gürcüstan Respublikasından İddiaçı MMC-nin adına idxal edilmişdir.

9. 2024-cü may –2025 il aprel tarixinə kimi olan ödəniş tapşırıqlarından görünür ki, ə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına cəmi 1.039.935,58 manat məbləğində ödəniş edilmişdir.

10. “xxxx” MMC-nin İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, 2024-cü il # #### tarixindən 2025-ci il # #### tarixinə kimi müxtəlif dərman vasitələrinin (clospirin, paroxin, ezeros, vebuten və s.) idxalını “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış XM-***/**** nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-dən rəsmi surətdə alınmışdır.

11. “xxxx” MMC-nin əmək müqaviləsi bildirişlərindən görünür ki, X2 “xxxx” MMC-də 2023-cü il # ##### tarixindən 2024-cü il ## #### tarixinə kimi marketinq direktoru vəzifəsində işləmişdir.

12. İddiaçı MMC tərəfindən 2025-ci il ## ##### tarixində Cavabdeh MMC-yə məktub ünvanlayaraq bildirilmişdir ki, 2025-ci il # #### tarixindən İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 2024-cü il # ##### tarixli * nömrəli müqavilənin 4.2 və 5.2-ci bəndlərinin pozulmasını nəzərə alaraq (tam ödəniləcək “velateb” və “closprin” məhsulları üzrə 270.000 manat, “paroxin” məhsulu üzrə 48.600 manat, “arterium” sifarişi üzrə 48.044 manat, sifarişin 50%-i olaraq “ezeros” 39.250 manat, “vebuten” 34.600 manat, cəmi 440.494 manat bu günə olan borc ödənilməmişdir), müqaviləyə xitam verdikləri və dərmanların satışının İddiaçı MMC tərəfindən həyata keçiriləcəyi bildirilmişdir. Məktub 2025-ci il ## ##### tarixində cavabdehə poçt vasitəsi ilə çatdırılmışdır.

13. İddiaçı MMC 2024-ci il ## ##### tarixində Cavabdeh MMC-yə pretenziya məktubu göndərək, 2024-cü il # ##### tarixli * nömrəli müqavilənin 4.2 və 5.2-ci bəndlərinin qeyd olunan öhdəliklərin icra edilmədiyi üçün müqavilənin ləğvi tələb olunmuşdur. Həmçinin 2024-cü il # ##### tarixli müqavilənin ləğvinə 10 iş günü ərzində baxılıb münasibət bildirilməsi və qısa zamanda 5.4-cü bəndində qeyd edilən 200.000 ABŞ dolları cərimə məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

14. Cavabdeh MMC cavab məktubu ilə İddiaçı MMC-yə müraciət edərək bildirmişdir ki, müqavilənin bəndləri tərəflərindən heç zaman pozulmamış və müqavilənin birtərəfli qaydada xitam verilməsi nəzərdə tutulmamışdır. Onlarla müqavilə bağlandıqdan sonra İddiaçı MMC-yə külli miqdarda pul ödənilsə də, tərəfinizdən müqavilənin bəndləri pozularaq ödənilən vəsaitlərə görə təhvil verilməsi nəzərdə tutulan mallar Cavabdeh MMC-yə verilməmişdir. Dəfələrlə şifahi qaydada bildirilməsinə baxmayaraq, bu günə qədər mallar təhvil verilməmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı MMC iddia ərizəsi ilə Cavabdeh MMC-yə qarşı məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 2024-cü il # ##### tarixli * nömrəli müqavilənin ləğv olunması, 340.000 manat cərimə məbləği və 630 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2024-cü il # ##### tarixli * nömrəli müqavilə, həmçinin 1 və * nömrəli əlavələr bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən, İddiaçı MMC dərman vasitələrini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının ərazisində Cavabdeh MMC-yə təchiz etməyi, sonuncu isə həmin dərman vasitələrinin bu ərazidə satışını və realizasiyasını həyata keçirməyi, malı qəbul etməyi, dəyərini ödəməyi, müqavilənin 5.2-ci bəndinə uyğun olaraq * nömrəli əlavədəki qiymətlərlə malları almağı, * nömrəli əlavədəki illik satış sayını sifariş verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən sifariş Cavabdeh MMC tərəfindən faks, e-mail və ya tərəflər arasında razılaşdırılmış digər vasitə ilə göndərilir. Müqavilənin 4.2-ci bəndinə görə sifarişin ödənişi 50%-i əvvəlcədən, qalan 50%-i isə mal hazır olduqdan 15 gün ərində ödənilir. Lakin Cavabdeh MMC qeyd olunan öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, 2025-ci il ## ###### tarixində illik rüblər üzrə sifariş cədvəlini elektron qaydada İddiaçı MMC-nin mail ünvanına göndərmişdir. Cədvəl illik sifariş üzrə rüblərə bölünmüş, yəni hər rüb hansı malları hansı sayda alacağını qeyd etmişdir. Sifariş cədvəlinə görə birinci rüb üzrə “klosprin” 30.000 ədəd, “velatab” 8.000 ədəd, ikinci rüb üzrə 2025-ci il ## #### tarixində isə “vebuten” 10.000 ədəd, “ezeroz” 10.000 ədəd, “paroksin 1a” 15.000 ədəd sifariş verildiyi halda nə 50%, nə də ki, mallar hazır olduqdan sonra tam ödəniş edilmişdir. Yuxarıda qeyd olunan mallar artıq İddiaçı MMC-nin anbarındadır. Cavabdeh MMC tərəfindən isə müqavilə üzrə öhdəliklər aşkar şəkildə icra edilməmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən, tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə 200.000 ABŞ dolları məbləğində cərimənin ödənilməsi tələb edilə bilər.

17. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC iddia ərizəsi ilə İddiaçı MMC-yə qarşı məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2024-cü il # ##### tarixli * nömrəli eksklüzivlik müqaviləsi üzrə müxtəlif vaxtlarda hissə-hissə İddiaçı MMC-yə ödənilmiş 1.039.935,58 manat pul (881.301,33 manat hissəsi dərmanlar üçün nəzərdə tutulan satış dəyəri + 158.634,25 manat hissəsi isə ƏDV məbləği olmaqla) və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1.311 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.041.246,58 manat pulun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 2024-cü il # ##### tarixli * nömrəli eksklüzivlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, təchizatçı kimi İddiaçı MMC Azərbaycan Respublikasının, eləcə də Naxçıvan Muxtar Respublikası ərazisində dərman vasitələri ilə Cavabdeh MMCni təchiz etməyi, alıcı Cavabdeh MMC isə bunun müqabilində, ona təhvil veriləcək malların razılaşdırılmış dəyərini ödəməyi (o cümlədən, dərman vasitələrinin tanıtımını, satışını həyata keçirmək və digər hərəkətlərin aparılmasını) öhdəsinə götürmüşdür. Cavabdeh MMC üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirərək, ümumilikdə ƏDV daxil olmaqla, 1.039.935,58 manat İddiaçı MMC-yə ödəniş etmiş olsa da, İddiaçı MMC pul vəsaitlərinin dəyəri üzrə olan dərman preparatları (mallar) ilə Cavabdeh MMC-ni təchiz etməmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndində əsasən, mal (dərman vasitələri) İddiaçı MMC-nin anbarından götürülməli olduğundan və bununla bağlı müvafiq təhviltəslimin həyata keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, İddiaçı MMC bu günə qədər üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair iş məhkəmənin icraatında olan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

20. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin olunmuş, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış * nömrəli 2024-cü il # ##### tarixli müqavilə 2025ci il ## ### tarixindən ləğv olunmuş hesab edilmiş, qalan hissədə həmin iddia rədd olunmuş və bu iddia üzrə dövlət rüsumunun əvəzi qismində 100 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə dövlət rüsumu İddiaçı MMC-nin özünə aid olunması qət edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin olunmuş, İddiaçı MMC-dən 44.272,66 manat pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmiş, qalan hissədə qarşılıqlı iddia rədd olunmuş, həmin iddia üzrə dövlət rüsumunun əvəzi qismində 223 manat pulun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi, qalan hissədə dövlət rüsumu Cavabdeh MMC-nin özünə aid olunması qət edilmişdir (hakim – G.Namazova).

21. Məhkəmə qeyd etmişdir ki, tərəflər aralarında elə bir müqavilə bağlamışlar ki, həmin müqavilə nəticəsində gözləntilərini sığortalamaq/möhkəmləndirmək və sahibkarlıq fəaliyyəti nəticəsində əldə edəcəkləri gəlirlərin sabitliyini və ehtimalını reallaşdırmaq üçün müqavilə üzrə müəyyən edilmiş dərmanların alış və satışını yalnız öz aralarında olacağını razılaşdırmışlar (müqavilənin 1.2 və 5.1-ci bəndləri). Başqa sözlə, müqaviləyə əlavələrdə və sifariş cədvəllərində müəyyən edilmiş dərmanları satıcı yalnız alıcıya sata bilər, alıcı isə həmin dərmanları yalnız satıcıdan ala bilər. Lakin Cavabdeh MMC-nin nümayəndəsinin məhkəməyə 2025-ci il ## ######## tarixində təqdim etdiyi 2025-ci il ## ###### tarixli yazılı etiraf yönlü izahatından, 2024-cü il ## ######## tarixli müqavilə, invois və e-qaimələrdən görünür ki, İddiaçı MMC ilə bağlanmış müqavilə üzrə alınacaq malların siyahısında müəyyən edilmiş bəzi malları (clospirin, zimond və s.) başqa şirkətdən (“xxxx” MMC-dən) də alışını həyata keçirmişdir.

22. Digər tərəfdən Cavabdeh MMC-nin direktorunun İddiaçı MMC-yə göndərdiyi kvartallar üzrə olunacaq sifarişlərin cədvəllərində göstərilən dərmanların hamısı plan üzrə sifariş edilməmiş və ödənişlər həyata keçirilməmişdir.

23. Məhkəmə araşdırılması zamanı İddiaçı MMC bildirmişdir ki, tərəflər arasında işgüzar münasibətlər elə formalaşmışdır ki, Cavabdeh MMC ödənişləri həyata keçirməyə hazır olduğunu bildirdikdən sonra e-qaimələr göndərilirdi və onların əsasında ödənişlər edilirdi. İddiaçı MMC tərəfindən müqavilə üzrə Cavabdeh MMC-yə satılacaq malların tərəflər arasında məhkəmə mübahisəsinin yaranmasına qədər hər-hansı üçüncü şəxsə satılması halı müəyyən edilməmişdir. Əksinə, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə məktub ünvanlanaraq bildirilmişdir ki, “2024-cü il # ##### tarixli * nömrəli müqavilənin 4.2 və 5.2-ci bəndlərinin pozulmasını nəzərə alaraq (tam ödəniləcək “velateb” və “closprin” məhsulları üzrə 270.000 manat, “paroxin” məhsulu üzrə 48.600 manat, “arterium” sifarişi üzrə 48.044 manat, sifarişin 50%-i olaraq “ezeros” 39.250 manat, “vebuten” 34.600 manat, cəmi 440.494 manat bu günə olan borc ödənilməmişdir) və bu səbəblə müqaviləyə xitam vermək niyyətindədirlər”. Məktub Cavabdeh MMC-yə 2025-ci il ## ##### tarixində poçt vasitəsi ilə çatdırılmışdır.

24. Məhkəmə yuxarıda qeyd edilənləri əsas götürməklə Cavabdeh MMC-nin müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilməsi, ilkin iddia müqavilənin ləğvi hissəsində təmin olunması, müqavilə 2025-ci il ## ### tarixindən ləğv edilmiş hesab olunması qənaətinə gəlmişdir. Belə ki, müqavilənin ləğvi ilə bağlı birinci məktub Cavabdeh MMC-yə 2025-ci il ## ##### tarixində çatdırılmışdır (müqavilənin 8.3-cü bəndinə əsasən 1 ay xəbərdarlıq müddəti nəzərə alınmaqla).

25. Məhkəmə ilkin iddianın digər tələbi olan “müqavilə üzrə Cavabdeh MMC-dən 340.000 manat cərimə məbləğinin tutulması” tələbini əsassız hesab edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə cərimə məbləği ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Sadəcə müqavilənin 5.4-cü bəndində qeyd edilmişdir ki, tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu halda kompensasiya 200.000 ABŞ dollar tələb edilə bilər.

26. Beləliklə, müqavilənin məzmunundan 200.000 ABŞ dollarının məhz dəbbə pulunun olması dəqiq olaraq anlaşılmır. Əksinə müqavilədə həmin məbləğ kompensasiya kimi göstərilmişdir. Kompensasiya isə dəymiş hər-hansı zərərin müqabilində ödənilməli olan pul məbləğidir. Ilkin iddiadan isə görünür ki, pretenziyada göstərilən məbləğlərin ödənilməməsi və s. bildirilsə də, ilkin iddia ilə müqavilə üzrə icra olunmamış hər-hansı ödənişin edilməsi və həmin ödənişin gecikdirilməsinə görə cərimənin tutulması tələb olunmamış, sadəcə müqavilənin ləğv edilməsi və 200.000 ABŞ dolları (=340.000 manat) cərimənin tutulması xahiş olunmuşdur. Belə olan halda, məhkəmə müqavilədə heç bir hüquqi əsas görməmiş, digər tərəfdən İddiaçı MMC həmin kompensasiya məbləğinin təmin edilməsi üçün Cavabdeh MMC-nin müqavilə şərtlərinin pozulmasına görə ona hərhansı zərərin dəyməsini sübuta yetirə bilməmişdir.

27. Qarşılıqlı tələbinə gəldikdə məhkəmə bu iddianın Cavabdeh MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə müxtəlif vaxtlarda hissə-hissə İddiaçı MMC-yə ödənilmiş 1.039.935,58 manat pulun geri qaytarılması” tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan ödəniş qəbzlərindən və məhkəmə iclasında iştirak edən tərəflərin qanuni nümayəndələrinin izahatlarından müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına e-qaimələr üzrə ƏDV daxil cəmi 1.039.935,58 manat məbləğində ödənişin edilməsi işin mübahisəsiz halıdır. Cavabdeh MMC bildirmişdir ki, onlar qaimələr üzrə mütəmadi olaraq ödənişlər etmişlər, lakin dəyəri ödənilən dərman vasitələri onlara təqdim olunmamışdır və İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi təhvil-təslim aktlarını qəbul etmirlər, çünki Cavabdeh MMC adından həmin aktları imzalamış Buğdayı Məmmədovun Cavabdeh MMC şirkətinə heç bir aidiyyəti yoxdur.

28. Əvvəla məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən 12 e-qaimədən 11-i Cavabdeh MMC tərəfindən şəxsən, biri isə sistem tərəfindən təsdiq edilmişdir. Əgər mallar təqdim olunmamışdırsa, həmin qaimələr 5 gün ərzində düzəliş üçün satıcıya geri qaytarıla və ya etiraz edilə bilərdi.

29. Bundan əlavə, iş materiallarından görünür ki, kifayət qədər böyük məbləğdə olan (1.039.935,58 manat) pul vəsaitinin ödənişləri mütəmadi olaraq 2024-cü il may ayından 2025-ci il aprel ayınadək edilmişdir. Yəni təxminən bir il ərzində edilən ödənişlərin müqabilində heç bir malın verilməməsi və alıcının bu müddət ərzində satıcı -İddiaçı MMCyə qarşı heç bir yazılı tələbin (pretenziyanın), məhkəməyə təqdim edilmiş telefon danışıqları zamanı ödənilən böyük həcmli pulun müqabilində heç bir malın verilməməsi ilə bağlı tələb və iradların bildirilməməsi və ya müqavilənin ləğvi ilə bağlı təşəbbüsün irəli sürülməməsi məhkəmədə Cavabdeh MMC-nin tələbinin tam əsassız və qanunsuz olduğu fikrini formalaşdırmışdır. Iş materiallarından görünür ki, yalnız İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən 2025-ci il ## ##### tarixli məktuba cavab olaraq 1.039.935,58 manat pulun geri qaytarılması tələb edilmişdir.

30. Məhkəmə Cavabdeh MMC-nin “e-qaimələrin qoşması olan təhvil-təslim aktlarının qəbul edilməməsi və onun adından malları qəbul edən M.Buğdayı adlı şəxsin MMC-yə heç bir aidiyyətinin olmaması” arqumentlərinə dair qeyd etmişdir ki, Cavabdeh MMC-nin direktoru olan X2 verdiyi izahatından və işdə olan materiallardan görünür ki, o, əvvəllər Cavabdeh MMC-nin yaradılmasından öncə “xxxx” MMC-də marketinq direktoru vəzifəsində işləmiş və Buğdayı Məmmədov da həmin şirkətin sürücüsü olmuşdur (bu işin mübahisəsiz halıdır). Bundan əlavə məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş İddiaçı MMC-nin anbardarı vəzifəsində işləyən X1 ifadəsində bildirmişdir ki, mübahisəli malların verilməsi ilə bağlı onunla Cavabdeh MMC-nin direktoru olan X2 mütəmadi əlaqə saxlamış və malların M.Buğdayıya verilməsi tapşırılmışdır. Həmçinin M.Buğdayı adlı şəxs İddiaçı MMC-nin anbarına gələrək məhz İddiaçı MMC-nin Cavabdeh MMC-yə göndərilən e-qaimələri təqdim edirdi, həmin e-qaimələrə əsasən mallar yığılıb təhvil verilirdi və eyni tarixli təhvil-təslim aktları imzalanırdı.

31. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin adından malları qəbul edən M.Buğdayının yalnız Cavabdeh MMC-nin rəsmi işçisi olmaması əsası ilə malların alıcıya verilməməsi kimi qiymətləndirilməsi əsassız və qanunsuz olardı. Məhkəmə bir daha vurğulamışdır ki, bir ilə yaxın müddət ərzində satıcı tərəfindən mütəmadi göndərilən e-qaimələri təsdiq edən alıcı pul vəsaitlərini ödədiyi halda, malları təhvil almaması və hərəkətsiz qalması arqumentinin tam əsassız olduğunu göstərmişdir.

32. Məhkəmə gedişatı zamanı hər e-qaimə üzrə araşdırma nəticəsi aşağıdakı kimi müəyyən edilmişdir: 2024-cü il # ##### tarixli EBEB****** nömrəli 321.124,52 manat, 2024-cü il ## ##### tarixli MT************ nömrəli 12.809,37 manat, 2024-cü il # ### tarixli MT************ nömrəli 63.063,86 manat, 2024-cü il # ###### tarixli MT************ nömrəli 54.274,57 manat, 2024-cü il ## ###### tarixli MT************ nömrəli 234126,27 manat, 2024-cü il ## ######## tarixli MT************ nömrəli 75.174,93 manat, 2024-cü il # ###### tarixli MT************ nömrəli 57.330,80 manat, 2025-ci il ## ###### tarixli MT************ nömrəli 58.208,22 manat, 2025-ci il ## ###### tarixli MT************ nömrəli 62.208,15 manat məbləğində e-qaimələr üzrə mallar verilmiş və təhvil-təslim aktları imzalanmışdır.

33. Satıcı tərəfindən alıcıya 2025-ci il # #### tarixli MT************ nömrəli 57.342,27 manat məbləğində də e-qaimə göndərilsə də, bu qaimə üzrə təhvil-təslim aktı imzalanmamışdır. Buna baxmayaraq məhkəmə bu qaimə üzrə də malların təhvil verilməsi nəticəsinə gəlmişdir. Belə ki, işin mübahisəsiz halına görə, bu qaimə sistem tərəfindən deyil, Cavabdeh MMC tərəfindən şəxsən təsdiq edilmişdir və qaimə üzrə ödənişlər də tamamlanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3-cü bəndinə əsasən, mal üzərində mülkiyyət hüququ təchizatçı tərəfindən təqdim olunan hesab üzrə ödənişin edildiyi andan alıcıya keçir. Bu qaimə üzrə də malların verilməməsi ilə bağlı alıcı – Cavabdeh MMC-nin yazılı və ya telefon danışığı zamanı şifahi tələb və ya iradların edilməsi iş materialları ilə müəyyən edilmir. Belə olan halda məhkəmə bu qaimədə göstərilən 57.342,27 manat məbləğində malların Cavabdeh MMC-yə təhvil verilməsi nəticəsinə gəlmişdir.

34. 2024-cü il ## #### tarixli MT************ nömrəli 36.045,19 manat, 2024-cü il ## #### tarixli MT************ nömrəli 166.535,67 manat məbləğində e-qaimələr göndərilsə də və təhvil-təslim aktları imzalansa da tərəflərin verdiyi izahatlarına əsasən müəyyən edilmişdir ki, bu iki e-qaimələr sırf yol verilmiş yanlışlığın (e-qaimənin malların satış kodu ilə deyil, xidmət kodu ilə göndərilməsi və malların həcmi ilə bağlı) aradan qaldırılması üçün Cavabdeh MMC-nin geri qaytardığı qaimələrin düzəldilməsi üçün yenidən Cavabdeh MMC-yə göndərilmişdir. Həmçinin İddiaçı MMC-nin direktorunun izahatına əsasən bu iki e-qaimə üzrə imzalanmış təhvil-təslim aktı üzrə mallar yenidən verilməmiş, sadəcə sənədləşmənin aparılması üçün imzalanmışdır.

35. Məhkəmə qarşılıqlı iddianı yalnız 44.272,66 manat məbləğinə dair hissədə əsaslı hesab edərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2025-ci il ## #### tarixli AA************ nömrəli 22.136,33 manat məbləğində və 2025-ci il ## #### tarixində AA************ nömrəli 22.136,33 manat məbləğində alınmış avans ödənişləri barədə elektron qaimələr göndərilmişdir. Həmin qaimələr üzrə ödənişlər həyata keçirilmişdir. Lakin, nə avans məbləği ödənilmiş malların Cavabdeh MMC-yə satışına dair e-qaimə, nə də ki, malların təhvil-təsliminə dair akt İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir, məhkəmə gedişatı zamanı sübuta yetirilməmişdir.

36. Məhkəmə qeyd etmişdir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra olunması üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir. Belə olan halda məhkəmə ödənilmiş avans məbləğləri (44.272,66 manat) İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi qənaətinə gəlmişdir.

37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 390.1, 399.1, 421.1, 421.2, 421.3, 423.1, 423.2, 425.1, 442, 443.1, 445.2.1, 462.1, 462.2, 462.3, 462.4, 462.5, 491.3, 567, 568.1, 575.1, 579.1, 599.1, 599.3, 599.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Cavabdeh MMC apellyasiya şikayəti verərək həmin qətnamənin onun iddiasının təmin olunmayan hissəsində ləğv edilməklə, bu hissədə iddianın tam təmin olunmasını və qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

40. Apellyasiya məhkəməsi şikayətin dəlillərində Cavabdeh MMC-nin adından malları qəbul edən M.Buğdayı adlı şəxsin şirkətə heç bir aidiyyətinin olmaması arqumentlərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh MMC-nin direktoru olan X2 verdiyi izahatından və işdə olan materiallardan müəyyən olunanlara görə, onun əvvəllər Cavabdeh MMC-nin yaradılmasından öncə “xxxx” MMC-də marketinq direktoru vəzifəsində işlədiyi və Buğdayı Məmmədovun da həmin şirkətin sürücüsü olması işin mübahisəsiz halıdır.

41. Bundan əlavə məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş İddiaçı MMC-nin anbardarı vəzifəsində işləyən X1 ifadəsində bildirmişdir ki, “mübahisəli malların verilməsi ilə bağlı onunla Cavabdeh MMC-nin direktoru olan X2 mütəmadi əlaqə saxlamış və malların M.Buğdayıya verilməsi tapşırılmışdır. M.Buğdayı adlı şəxs İddiaçı MMC-nin anbarına gələrək məhz İddiaçı MMC-nin Cavabdeh MMC-yə göndərilən e-qaimələri təqdim edirdi, həmin e-qaimələrə əsasən mallar yığılıb təhvil verilirdi və eyni tarixli təhviltəslim aktları imzalanırdı”.

42. Kollegiya qeyd etmişdir ki, bir ilə yaxın müddət ərzində satıcı tərəfindən mütəmadi göndərilən e-qaimələri təsdiq edən alıcı müqavilə 4.1-ci bəndinə əsasən malın dəyərinin 50%-ni əvvəldən avans kimi, qalan məbləği mal hazır olduqdan sonra ödəməsi şərtinə uyğun olaraq kifayət qədər yüksək məbləği müxtəlif vaxtlarda ödədiyi təqdirdə, məhsulların təhvil verilməsini tələb etməməsi işin hallarına uyğun olmamışdır.

43. Həmçinin, tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən mal üzərində mülkiyyət hüququ təchizatçı tərəfindən təqdim edilən hesab üzrə ödənişin edildiyi andan alıcıya keçir. Cavabdeh MMC kifayət qədər yüksək məbləğ ödədiyi təqdirdə malları təhvil almamışdırsa, İddiaçı MMC-dən əvvəl müqavilə şərtləri pozulduğu üçün İddiaçı MMC-yə pretenziya məktubu, xəbərdarlıq və s. göndərmək, ödənişdən imtina etmək, dayandırmaq imkanı olduğu halda, əksinə ödənişləri etməyə davam etmişdir.

44. Eyni zamanda İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbi ilə 2025-ci il # ### tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra 2025-ci il ## ### tarixində Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

45. Satıcı tərəfindən alıcıya 2025-ci il # #### tarixli MT************ nömrəli 5.7342,27 manat məbləğində də e-qaimə göndərilsə də, bu qaimə üzrə təhvil-təslim aktı imzalanmamışdır. Bu qaimə sistem tərəfindən deyil, Cavabdeh MMC tərəfindən şəxsən təsdiq edilmiş və qaimə üzrə ödənişlər də tamamlanmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən, mal üzərində mülkiyyət hüququ təchizatçı tərəfindən təqdim edilən hesab üzrə ödənişin edildiyi andan alıcıya keçir. Bu qaimə üzrə də malların verilməməsi ilə bağlı Cavabdeh MMC-nin yazılı və ya telefon danışığı zamanı şifahi tələb və ya iradların edilməsi iş materialları ilə müəyyən olunmamışdır. Belə olan halda məhkəmə haqlı olaraq bu qaimədə göstərilən 57342,27 manat məbləğində malların Cavabdeh MMC-yə təhvil verilməsi nəticəsinə gəlmişdir.

46. 2024-cü il ## #### tarixli MT************ nömrəli 36.045,19 manat, 2024-cü il ## #### tarixli MT************ nömrəli 166535,67 manat məbləğində e-qaimələr göndərilsə də, təhvil-təslim aktları imzalansa da tərəflərin verdiyi izahatlarına əsasən müəyyən edilmişdir ki, bu iki e-qaimələr sırf yol verilmiş yanlışlığın (e-qaimənin malların satış kodu ilə deyil, xidmət kodu ilə göndərilməsi və malların həcmi ilə bağlı) aradan qaldırılması üçün Cavabdeh MMC-nin geri qaytardığı qaimələrin düzəldilməsi üçün yenidən Cavabdeh MMC-yə göndərilmiş və İddiaçı MMC-nin direktorunun izahatına əsasən bu iki e-qaimə üzrə imzalanmış təhvil-təslim aktı üzrə mallar yenidən verilməmiş, sadəcə sənədləşmənin aparılması üçün imzalanmışdır.

47. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2025-ci il ## #### tarixli AA************ nömrəli 22.136,33 manat məbləğində və 2025-ci il ## #### tarixində AA************ nömrəli 22.136,33 manat məbləğində alınmış avans ödənişləri barədə elektron qaimələr göndərilmişdir. Həmin qaimələr üzrə ödənişlər həyata keçirilmişdir. Lakin nə avans məbləği ödənilmiş malların Cavabdeh MMC-yə satışına dair e-qaimə, nə də ki, malların təhvil-təsliminə dair akt İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə gedişatı zamanı sübuta yetirilməmişdir.

48. Belə olan halda məhkəmə mallar təhvil verilmədiyi təqdirdə ödənilmiş avans məbləği olan 44.272,66 manat pulun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

49. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 385.1, 386.1, 390.1, 404.1, 404.2, 425.1, 442, 445.2.1 və 448.1-ci maddələrinə, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 106.1 və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

50. Cavabdeh MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməklə, onun iddiasının tam təmin olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

Kassator şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələri,

51. MM-in 567, 568.1, 599.3 və 599.4-cü maddələri üzrə bildirir ki, iş üzrə apellyasiya şikayəti verilərkən faktiki hallar ətraflı şəkildə göstərilmiş, həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən bütün faktiki xüsusatlar tam, dolğun və aydın formada məhkəmənin diqqətinə çatdırılmışdır. Məhkəmənin qəbul etdiyi qətnamə Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərini pozmuşdur. Belə ki, mülkiyyətin toxunulmazlığı dövlət tərəfindən təmin olunsa da, mübahisə predmeti olan pul vəsaitləri üzərində Cavabdeh MMC-nin mülkiyyət hüquqları nəzərə alınmamışdır. Tərəflər arasında 2024-cü il # ##### tarixində bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, ödəniş edildiyi andan mallara mülkiyyət hüququ alıcıya keçir. İddiaçı MMC tərəfindən malların təqdim olunmaması MM-in 567-ci maddəsinə əsasən alıcının hüquqlarının pozulması və zərərin yaranması ilə nəticələnmişdir. Buna baxmayaraq, məhkəmə bu halları nəzərə almamış, yalnız İddiaçı MMC-nin mövqeyinə əsaslanaraq ehtimallarla nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi isə ümumiyyətlə müstəqil araşdırma aparmamış, birinci instansiya məhkəməsinin qətnaməsini mahiyyət etibarilə təkrar etmiş, apellyasiya şikayətində göstərilən çoxsaylı dəlillərə münasibət bildirməmişdir. Halbuki, şikayət kifayət qədər böyük həcmdə olmaqla maddi və prosessual hüquq normalarının pozuntularını əhatə etmişdir.

52. Bundan əlavə, məhkəmə iclasının təxirə salınması barədə vəsatətə baxmamış və işi tez yekunlaşdırılmışdır ki, bu da prosessual hüquqların pozulmasıdır.

53. Apellyasiya şikayətində əsaslandırıldığı kimi, birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin iddiasını əsassız olaraq qarşılıqlı iddia kimi qiymətləndirmişdir. Halbuki, hər iki tərəf müstəqil iddia ilə məhkəməyə müraciət etmiş və sonradan işlər bir icraatda birləşdirilmişdir. Bu yanlış hüquqi qiymətləndirmə iddianın mahiyyətinə təsir göstərmiş və düzgün hüquqi yanaşmanın formalaşmasına mane olmuşdur. Apellyasiya məhkəməsi də bu pozuntuya münasibət bildirməmişdir.

54. Eyni zamanda, birinci instansiya məhkəməsi bir il ərzində irad bildirilməməsini iddianın əsassızlığı kimi qiymətləndirmişdir. Halbuki, bu yanaşma nə qanunvericiliyə, nə də müqavilə şərtlərinə uyğundur. Apellyasiya məhkəməsi isə bu dəlilə qiymət vermək əvəzinə həmin mövqeni olduğu kimi təkrarlamışdır.

55. Qaimələr üzrə də mübahisə olmamasına, ödənişlərin həyata keçirilməsinin sübut edilməsinə baxmayaraq, məhkəmə bu halları düzgün qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi də bu məsələyə hüquqi qiymət verməmişdir.

56. Təhvil-təslim aktları ilə bağlı olaraq, həmin sənədlərdə göstərilən şəxsin Cavabdeh MMC ilə əlaqəsinin olmaması, bununla bağlı təqdim edilmiş sübutlar, həmçinin təqdim olunmuş səs yazılarının mübahisə ilə əlaqəsiz olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu sübutların əksəriyyətinin Cavabdeh MMC-nin yaradılmasından əvvəlki dövrə aid olmasına baxmayaraq, qeyd olunanlar nəzərə alınmamışdır.

57. Beləliklə, aşağı instansiya məhkəmələri sübutları düzgün araşdırmamışdır. Apellyasiya məhkəməsi isə müstəqil hüquqi qiymətləndirmə aparmadan, birinci instansiyanın qətnaməsini formal şəkildə təsdiq etmişdir. Nəticə etibarilə, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, Cavabdeh MMC-nin iddia tələbləri əsassız olaraq təmin olunmamışdır.

58. MM-in 385.1, 390.1, 399-1, 425.1, 4 4 2 , 443.1 və 445.2.1-ci maddələri üzrə - İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni təhvil verilməli olan malları təqdim etməmişdir. Bu hallar apellyasiya şikayətində tam və ətraflı şəkildə öz əksini tapmışdır.

59. Belə ki, Cavabdeh MMC tərəfindən 2025-ci il # #### tarixli MT************* nömrəli qaimə üzrə 57.342,27 manat məbləğin ödənilməsi mübahisəsizdir və bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin də təsdiq olunmuşdur. Həmçinin müqavilənin 2.3-cü bəndinə istinad edilərək mülkiyyət hüququnun ödəniş anından alıcıya keçdiyi göstərilmişdir.

60. Eyni zamanda, məhkəmə İddiaçı MMC tərəfindən Buğdayı Məmmədovla birgə tərtib edilmiş təhvil-təslim aktının təqdim olunmadığını qeyd etsə də, ziddiyyətli olaraq malların təhvil verildiyi nəticəsinə gəlmişdir. Bu nəticə məhkəməyə təqdim olunmuş səs yazılarında malların verilməməsi ilə bağlı iradların olmaması ilə əsaslandırılmışdır. Halbuki, həmin səs yazılarının işlə əlaqəsi yoxdur, onların aid olduğu dövrdə Cavabdeh MMC mövcud olmamış, eləcə də səs yazılarında malların təhvil verilməsinə dair hər hansı hal əksini tapmamış və bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. Beləliklə, məhkəmə ehtimallara əsaslanaraq əsassız nəticəyə gəlmişdir

61. Apellyasiya şikayətində göstərilmişdir ki, təhvil-təslim aktlarında imzası olan Buğdayı Məmmədovun şəxsiyyəti ilə Cavabdeh MMC tərəfindən təqdim edilmiş eyni adlı şəxsin şəxsiyyətlərinin eyniliyi məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan əlavə, məhkəmə malların təhvil verilməsi faktını təqdim olunmuş sübutlar əsasında deyil, ehtimallar əsasında müəyyən etmişdir. Apellyasiya məhkəməsi isə bu mühüm hallara hüquqi qiymət verməmişdir.

62. Cavabdeh MMC-nin iddia tələbləri üzrə iki qaiməyə dair ümumilikdə 44.272,66 manat məbləğində tələb birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və bunun əsaslandırılması kimi Cavabdeh MMC-yə malların satışına dair nə e-qaimənin təqdim olunmadığı, nə də ki İddiaçı MMC tərəfindən təhvil-təslim aktının məhkəməyə təqdim edilməməsi göstərilmişdir. Lakin analoji vəziyyətə malik 2025-ci il # #### tarixli MT************* nömrəli qaimə üzrə təhvil-təslim aktı mövcud olmadığı halda, bu dəfə malların təhvil verildiyi nəticəsinə gəlinmişdir. Bu isə məhkəmənin eyni hüquqi vəziyyətlərə ziddiyyətli yanaşdığını göstərir.

63. Beləliklə, məhkəmə bir halda təhvil-təslim aktının olmamasını iddianın təmin edilməsi üçün əsas saydığı halda, digər halda həmin sübutun olmamasına baxmayaraq əks nəticəyə gəlmişdir ki, bu da iddianın təmin olunmayan hissəsinin əsassız rədd olunduğunu təsdiq edir.

64. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsindəki ziddiyyətlər və hüquqi səhvlərin ətraflı göstərilməsinə baxmayaraq, həmin arqumentlərə münasibət bildirilməmiş, bu da hüquq normalarının pozuntusu ilə nəticələnmişdir.

65. MPM-in 14.1 və 14.2-ci maddələri üzrə - məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün şərait yaratmalı, yalnız tərəflərin təqdim etdiyi sübutları tədqiq edib qiymətləndirməlidir. Lakin işə baxan məhkəmə sübutların bir qisminə ümumiyyətlə istinad etməmiş, istinad etdiyi sübutların isə yalnız mövcudluğunu qeyd etməklə kifayətlənmişdir.

66. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı MMC-nin dəvəti ilə dindirilmiş şahidlər X4 və X5 əvvəllər Cavabdeh MMC-də əmək fəaliyyətinə dair təqdim olunmuş sənədlər birinci instansiya məhkəməsinin qətnaməsində əks olunmamışdır. Halbuki həmin sənədlər və şahid ifadələri təsdiq edir ki, onlar malların qəbulu və təhvilinə dair funksiyalar daşımamış, həmçinin malların təhvil verilməsi barədə məlumatsız olduqlarını bildirmişlər. Buna baxmayaraq, məhkəmə bu sübutları və izahatları qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi də bu prosessual pozuntulara münasibət bildirməmiş, MPM-in normalarını pozmuşdur.

67. Cavabdeh MMC tərəfindən təqdim edilmiş 2025-ci il # ####### tarixli arayışda elektron qaimələr, ödənişlərin xronologiyası və İddiaçı MMC tərəfindən təqdim olunmuş sənədlərin əsassızlığı geniş şəkildə göstərilsə də, birinci instansiya məhkəməsi bu arayışa ümumiyyətlə qiymət verməmişdir. Eyni zamanda, İddiaçı MMC-nin təqdim etdiyi arayış qətnamədə geniş əks etdirilmişdir. Bu hallar apellyasiya şikayətində qeyd edilsə də, apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

68. Iş üzrə digər mühüm sübutlar, o cümlədən Cavabdeh MMC-nin direktoru X2 ilə Buğdayı Məmmədovun əvvəllər “xxxx” MMC-də birgə fəaliyyət göstərməsinə dair sənədlər, eləcə də səs yazıları və texniki sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Halbuki həmin sübutlar göstərir ki, təqdim olunan səs yazıları mövcud mübahisə ilə bağlı deyil.

69. Birinci instansiya məhkəməsi İddiaçı MMC-nin mövqeyinə zidd olan sübutları nəzərə almamışdır. 2025-ci il # ####### tarixli arayışda elektron qaimələr və təhvil-təslim sənədlərinin etibarsızlığı əsaslandırılmışdır. Bu hallar apellyasiya şikayətində ətraflı göstərilsə də, məhkəmələr tərəfindən qiymətləndirilməmişdir.

70. Elektron qaimələr üzrə məbləğlər, onların qismən geri qaytarılması və düzəlişlər edilməsi faktları mövcud olduğu halda, İddiaçı MMC həm ilkin, həm də düzəliş olunmuş qaimələr üzrə təkrar təhvil-təslim aktları təqdim etmişdir ki, bu da ziddiyyətlidir. Məhkəmə özü də müəyyən etmişdir ki, bu aktlar faktiki təhvil verməni deyil, formal sənədləşməni əks etdirir, lakin bunu düzgün hüquqi qiymətləndirməmişdir. Bu hallar apellyasiya məhkəməsində də araşdırılmamış və qiymətləndirilməmişdir.

71. Məhkəmə şahid ifadələri kimi Emin Həsənov və İddiaçı MMC-nin icraçı direktoru X3 ifadələrinə də düzgün hüquqi qiymət verməmiş, nəticə etibarilə məhkəmələr maddi və prosessual hüquq normalarını pozmuş, təqdim edilmiş sübutlara qiymət verməmiş, apellyasiya şikayətinin dəlillərini araşdırmamış və birinci instansiya qətnaməsini formal şəkildə təkrarlamışdır. Bu isə prosessual hüquq normalarının ciddi pozuntusunu təşkil edir

72. MPM-in 217-ci və 376-cı maddələri üzrə - məhkəmə yalnız MPM-in 14-cü maddəsinin deyil, həmçinin 217-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Iddia tələbləri prosessual imkanlardan istifadə olunmaqla, tam və hərtərəfli araşdırılmadıqda, eləcə də sübutlar əldə edilərək qiymətləndirilmədikdə, qəbul olunmuş qətnamə qanuni və əsaslı hesab edilə bilməz.

73. Apellyasiya məhkəməsində ilk məhkəmə iclası 2026-cı il ## ###### tarixinə saat 12:10-a təyin edilmişdir. Həmin tarixdə saat 11:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində *(***)-****/**** nömrəli cinayət işi üzrə keçiriləcək məhkəmə iclasının əvvəlcədən təyin olunması səbəbindən nümayəndənin (vəkilin) apellyasiya baxışında fiziki iştirakı mümkün olmamışdır. Bu hal barədə 2026-cı il ## ###### tarixli rəsmi müraciətlə məhkəməyə məlumat verilmiş, həmçinin elektron məhkəmə sisteminə müvafiq təsdiqedici sənədlər əlavə olunmuşdur. Buna baxmayaraq, göstərilən vəsatət nəzərə alınmamış və işə bir iclasda baxaraq qətnamə qəbul edilmişdir. Qətnamədə məhkəmə iclasın təxirə salınması barədə vəsatətin verildiyini qeyd olunsa da, MPM-in 376.2-ci maddəsinə istinad edilərək işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, qətnamədə apellyasiya şikayətində irəli sürülmüş dəlillərə və xüsusatlara münasibət bildirilməmişdir.

74. Bundan əlavə, mübahisə predmeti 1.000.000 manatdan artıq məbləğ təşkil etdiyi, həmin vəsaitin tərəflər arasında qısa müddətdə deyil, bir il ərzində köçürüldüyü və bunu təsdiq edən bank və digər sənədlərin mövcud olduğu halda, işə yalnız bir iclasda baxılaraq nəticəyə gəlinməsi əsaslandırılmamışdır. Işə baxan hakim tərəfindən apellyasiya şikayətinin məzmunu, işin faktiki halları və təqdim olunmuş sübutlar üzrə hüquqi qiymətləndirmə aparılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

75.

76. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, 2025-ci il ## ###### tarixində illik rüblər üzrə sifariş cədvəlini elektron qaydada mail ünvanımıza göndərmişdir. Cədvəl illik sifariş üzrə rüblərə bölünmüşdür. Yəni hər rüb hansı malları hansı sayda alacağını qeyd edilmişdir. Sifariş cədvəlinə görə birinci rüb üzrə “klosprin” 30.000 ədəd, “velatab” 8.000 ədəd, ikinci rüb üzrə 2025-ci il ## #### tarixində isə “vebuten” 10.000 ədəd, “ezeroz” 10.000 ədəd, “paroksin 1a” 15.000 ədəd sifariş verdiyi halda nə 50%, nə də ki mallar hazır olduqdan sonra tam ödəniş etmişdir.

77. Cavabdeh MMC-nin direktoru olan X2 məhkəmədə verdiyi izahatından və işdə olan materiallardan görünür ki, o, əvvəllər Cavabdeh MMC-nin yaradılmasından qabaq “xxxx” MMC-də marketinq direktoru vəzifəsində işləmiş və Məmmədov Buğdayı da həmin şirkətin sürücüsü olmuşdur (bu işin mübahisəsiz halıdır). Bundan əlavə məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş İddiaçı MMC-nin anbardarı vəzifəsində işləyən X1 ifadəsində bildirmişdir ki, mübahisəli malların verilməsi ilə bağlı onunla Cavabdeh MMC-nin direktoru olan X2 mütəmadi əlaqə saxlamış və malların M.Buğdayıya verilməsi tapşırılmışdır. M.Buğdayı adlı şəxs İddiaçı MMC-nin anbarına gələrək məhz İddiaçı MMC-nin Cavabdeh MMC-yə göndərilən e-qaimələri təqdim edirdi, həmin eqaimələrə əsasən mallar yığılıb təhvil verilirdi və eyni tarixli təhvil-təslim aktları imzalanırdı.

78. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

79. Bundan başqa, iş apellyasiya məhkəməsində icraatda olarkən 2025-ci il # ###### tarixli bildirişlə tərəflərə məlumat verilmişdir ki, apellyasiya şikayətinə 2026-cı il ## ###### tarixində saat 12:10-da şifahi məhkəmə iclasında baxılacaqdır. Lakin Cavabdeh MMC-nin vəkili 2026-cı il ## ###### tarixində məhkəməyə ərizə ilə müraciət edərək, 2026-cı il ## ###### tarixdəki iclasa gələ bilməyəcəyinin səbəbini daha əvvəl Bakı Ağır Cinayətlər məhkəməsindəki prosesin təyin olunmasını əsas gətirmişdir. İddiaçı MMC Cinayət Prosessual Məcəllənin 298.2.1-ci maddəsinə istinad edir və bildirir ki, apellyasiya məhkəməsinin 2026-cı il ## ###### tarixinə təyin olunmuş baxış iclası daha əvvəl təyin olunmuşdur. Odur ki, cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi üzrlü hesab edilə bilməz.

Kassasiya baxışının hədləri

80. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

81. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

82. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri ... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”

“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...”

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

83. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 106. Işdə iştirak edən şəxslərin izahatları 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. ... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

85. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırkı iş üzrə Cavabdeh MMC tərəfindən irəli sürülmüş iddia tələbinin yalnız təmin olunan hissədə qanuni əsası aşağı instansiya məhkəmələrində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmişdir.

86. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir).

87. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

88. Apellyasiya instansiya məhkəməsi qanunvericilik normalarına uyğun olaraq işin hallarını araşdırmaqla qənaətə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

89. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

90. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.

91. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

92. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

93. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar