Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-23/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, zərərin ödənilməsi, qanunsuz sahiblikdən geri tələb etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə) “icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Lənkəran rayonu, Istisu qəsəbəsində 2,11 ha, 5,57 ha və 3,51 ha torpaq sahələri müvafiq olaraq 2020-ci il ## ###### və 2020-ci il ## ###### tarixlərindən İddiaçı mülkiyyətindədir.
2. Icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 2021-ci il # ####### tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən Lənkəran rayonu, Istisu qəsəbəsi ünvanında yerləşən, sahəsi 5,57 ha və 3,51 ha olan torpaq sahələrini 15 il müddətinə icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verənə hər bir torpaq sahəsinə görə illik 2.000 manat olmaqla, ümumilikdə illik 4.000 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür.
3. Ağdaş Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası qismən təmin olunaraq, İddiaçı mülkiyyətində olan, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,06 ha (HDQ haqqında seriya RX № ******* saylı Çıxarış – qeydiyyat tarixi: 2014-cü il ## #######, qeydiyyat nömrəsi: 2214006041, reyestr nömrəsi: 802013059588) həyətyanı torpaq sahəsinin, Lənkəran rayonunun Havzova kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,34 ha (HDQ haqqında seriya RX № ******* saylı Çıxarış – qeydiyyat tarixi: 2019-cu il ## ######, qeydiyyat nömrəsi: 2219000430, reyestr nömrəsi: 802013081086) torpaq sahəsinin, Lənkəran rayonunun Istisu qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2,11 ha (HDQ haqqında Çıxarış – qeydiyyat tarixi: 2020-ci il ## ######, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: 802013001529) torpaq sahəsinin, kənd təsərrüfatı təyinatlı 3,51 ha (HDQ haqqında Çıxarış – qeydiyyat tarixi: 2020-ci il ## ######, qeydiyyat nömrəsi: 2220001374, reyestr nömrəsi: 802013131934) torpaq sahəsinin və kənd təsərrüfatı təyinatlı 5,57 ha (HDQ haqqında Çıxarış – qeydiyyat tarixi: 2020-ci il ## ######, qeydiyyat nömrəsi: 2220001539, reyestr nömrəsi: 802013001531) torpaq sahələrinin və Lənkəran rayonunun Ütəmurdov kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1/2 hissədə payının müəyyən edilməsi, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı və ödənilmiş dövlət rüsumunun 50 manatı İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il ## #### tarixli, 2(107) ***/**** nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2024-cü il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il ## #### tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il # ####### tarixli icarə müqavilələrinin ləğv edilməsi, cavabdehin icarəyə götürdüyü Lənkəran rayonunun Istisu qəsəbəsində yerləşən 5,57 ha və 3.51 ha torpaq sahələrindən və zəbt edilmiş 2.11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması, icarə müqavilələri üzrə iki il üzrə ödənilməmiş 8.000 manat icarə haqlarının, icarəyə götürülmüş torpaq sahələrindəki məhv edilən meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2.000 manat zərərin, zəbt edilmiş torpaq sahəsindəki ağacların meyvələrinin toplanmasına görə vurulan 20.000 manat zərərin, habelə, iddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2.000 manat və dövlət rüsumu üçün ödədiyi 187 manat olmaqla, ümumilikdə 32.187 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, müqavilələrin bağlanmasından 2 ildən artıq müddət keçməsinə baxmayaraq, icarəçi öhdəliklərini yerinə yetirməmiş və indiyədək heç bir icarə haqqı ödəməmişdir. Icarəyə verən tərəfindən dəfələrlə şifahi və yazılı müraciətlər edilərək icarə haqlarının ödənilməsi və torpaq sahələrinin qaytarılması tələb olunsa da, icarəçi bu tələblərə məhəl qoymamış, nə ödəniş etmiş, nə də torpaq sahələrini qaytarmışdır. Onun davranışı icarə öhdəliklərini gələcəkdə də yerinə yetirməyəcəyini göstərir. Bundan əlavə, icarəçi icarə müqavilələrinin 8-ci bəndini pozaraq icarəyə verənin razılığı olmadan həmin torpaq sahələrində icazəsiz tikinti, qazıntı və digər işlər aparmışdır. Həmçinin, 2020-ci il ## ###### tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsus olan, Lənkəran rayonu, Istisu qəsəbəsində yerləşən 2,11 ha torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilərək istifadə olunur. 2022-ci ilin oktyabr ayından etibarən iddiaçı cavabdehə telefon və teleqram vasitəsilə müraciət edərək həmin sahədən çıxmasını və torpağı qaytarmasını tələb etsə də, cavabdeh bu tələbləri yerinə yetirməmişdir. Eyni zamanda, həmin sahədə də iddiaçının razılığı olmadan göl yeri qazılmış və digər işlər aparılmışdır. Cavabdeh həm icarəyə götürdüyü, həm də zəbt etdiyi torpaq sahələrində iddiaçıya məxsus limon və narıngi ağaclarının (hərəsi 1 ha-dan az olmayan sahədən) məhsullarını yığaraq satmış, bununla da torpaq sahələrindən qanunsuz faydalanmışdır. Nəticədə iddiaçı əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, iddiaçı icarəyə verilmiş torpaq sahələrindən ən azı 2.000 manat, zəbt olunmuş torpaq sahəsindən isə azı 20.000 manat xalis gəlir əldə edə bilərdi. Qeyd olunmalıdır ki, yalnız zəbt edilmiş sahədə 730 ədəd narıngi və 655 ədəd limon ağacı mövcuddur. Iddiaçı cavabdehə pretenziya məktubu göndərərək icarəyə götürülmüş 5,57 ha və 3,51 ha, eləcə də zəbt edilmiş 2,11 ha torpaq sahələrindən çıxmasını, həmin sahələrin əvvəlki vəziyyətinə gətirilərək qaytarılmasını, ödənilməmiş icarə haqlarının hesablanaraq ödənilməsini və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Lakin cavabdeh bu müraciətə cavab verməmişdir. Cavabdeh iddiaçını torpaq sahələrinə buraxmadığından, qanunsuz işlərin fotoşəkillərinin təqdim edilməsi mümkün olmamış, lakin bu hallar “Google Maps” materialları ilə təsdiq edilərək ərizəyə əlavə edilmişdir.
8. Sonradan iddiaçı bir neçə dəfə iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizələr vermiş, yekunda cavabdehə qarşı irəli sürdüyü tələb aşağıdakılardan ibarət olmuşdur: cavabdeh ilə arasında bağlanmış 2021-ci il # ####### tarixli icarə müqavilələrinin 2022-ci il ## ###### tarixindən ləğv edilmiş hesab edilsin, cavabdeh iddiaçıya məxsus Lənkəran rayonunun Istisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha və 2,11 ha torpaq sahələrindən çıxarılsın, həmin torpaq sahələri cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılsın; icarə müqavilələri üzrə 1 il 2 ay üzrə ödənilməmiş icarə haqlarına görə 4.666 manat, 2023cü ildə 3,51 ha kivi və 5,57 ha feyxoa bağının məhsullarının və 2022-ci və 2023-cü illərdə 1.0 ha limon və 1.1 ha narıngi bağının məhsullarının toplanmasından vurulan zərərə (əldən çıxmış faydaya) görə 288.124 manat, iddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2.000 manat və dövlət rüsumu üçün ödədiyi 587 manat olmaqla, ümumilikdə 295.377 manat cavabdehdən tutularaq ödəniş gününə bank uçot dərəcəsinə uyğun indeksasiya edilməklə iddiaçıya ödənilsin.
9. Iddianın yekun tələbi onunla əsaslandırılmışdır ki, icarə haqqı ilə bağlı olaraq, iddiaçı 2022-ci il ## ###### tarixində cavabdehə icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahələrinin boşaldılması barədə teleqram göndərmişdir. Müqavilələr 2021-ci il # ####### tarixində bağlanıb 2022-ci il ## ###### tarixində ləğv edildiyindən icarə müddəti 1 il 2 ay təşkil etmişdir. Illik icarə haqqı 4.000 AZN olduğundan, aylıq 333 AZN hesablanmaqla, qeyd olunan müddət üzrə cəmi 4.666 AZN icarə haqqı ödənilməli idi. Əldən çıxmış fayda ilə bağlı olaraq, cavabdeh 3,51 ha (kivi bağı) və 5,57 ha (feyxoa bağı) torpaq sahələrindən müqavilə 2022-ci il ## ###### tarixində ləğv edilməsinə baxmayaraq 2023-cü il ərzində istifadə etmiş, məhsulları yığaraq satmış və bununla iddiaçıya zərər vurmuş, onun əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Bundan əlavə, cavabdeh iddiaçıya məxsus 2,11 ha torpaq sahəsində yerləşən 1,0 ha limon və 1,1 ha narıngi bağlarını icarə müqaviləsi olmadan 2022 və 2023-cü illər ərzində istifadə etmiş, məhsullarını yığaraq satmışdır. Həmin bağların 2019-cu ildə salınması və subsidiyalar alması, eləcə də yaş göstəriciləri Kənd Təsərrüfatı Nazirliyinin X1 Sistemində qeyd edilmişdir. Cavabdeh özü müsahibəsində 2022-ci ildə həmin bağdan 40 ton kivi yığaraq kiloqramını 1,5 AZN-dən satdığını və 60.000 AZN gəlir əldə etdiyini göstərmiş, həmçinin kivi bağının məhsuldarlığının ilbəil artdığını və 10 illik olduqda hektardan 40–50 ton məhsul verdiyini təsdiqləmişdir. Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumatlara əsasən, iddiaçıya vurulan zərər (əldən çıxmış fayda, cavabdehin həmin ərazilərdən gəlirləri) 2022-ci və 2023-cü illər üçün ümumilikdə: 183.222 + 378.760 + 1.169 + 4.590 + 3.118 + 5.390 = 576.249 manat. Cavabdeh məhsulları əslində daha baha satıb və bağdan əlavə gəlirlər əldə edib. Belə ki, cavabdeh bağdan yığılan meyvələrdən kütləvi istehsal vasitəsilə kompot, mürəbbə və turşu hazırlayıb (ölkənin əsas market və restoranlarında satılır) və həmin məhsulları daha yüksək qiymətə satır. Cavabdeh həmin bağın ərazisindən aqroturizm obyekti, təndirxana, satış stendi və restoran kimi də istifadə edərək gələn qonaqlara meyvələri pərakəndə qiymətlərlə satır. Cavabdehin istehsal və satış fəaliyyəti barədə məlumatda giriş haqqı ölkə vətəndaşı üçün 5 AZN, xarici üçün 7 AZN, habelə restoran menyusu göstərilmişdir. Cavabdehin verdiyi müsahibəyə əsasən (səs yazısı mövcuddur), həmin bağlarda 2022-ci ildə 12.000 turist qəbul edilib və turist sayı ilbəil artır. Ağdaş Rayon Məhkəməsinin iş №*(014)-70/2024 üzrə qüvvəyə minmiş 2024-cü il ## ###### tarixli qətnaməsinə əsasən, iddiaçıya məxsus ərazilərdə iddiaçının keçmiş həyat yoldaşının 50% payı müəyyən edilib, qalan 50% pay isə iddiaçı üçün müəyyən edilib. Bunu nəzərə alaraq, cavabdehin birbaşa iddiaçıya vurduğu zərər (əldən çıxmış fayda): 576.249 × 50% = 288.124 AZN. Iddiaçı 2021-ci il # ####### tarixli icarə müqavilələrinin ləğvi ilə bağlı cavabdehə 2022-ci il ## ###### tarixində teleqram göndərməklə həmin müqavilələri birtərəfli qaydada ləğv edib. Cavabdeh icarə müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyib, habelə ekspert rəyinə əsasən, icarəyə götürdüyü sahədə icazəsiz tikinti və qazıntı işləri aparmaqla müqaviləni əhəmiyyətli dərəcədə pozub. Buna görə də, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqavilələri 2022-ci il ## ###### tarixindən birtərəfli qaydada ləğv edilib. Cavabdeh müqavilələrin ləğv edilməsindən imtina etsə belə, bu, ləğvə təsir etməyəcək. Müqavilələrin ləğvindən sonra cavabdeh icarəyə götürdüyü torpaq sahələrindən qanunsuz istifadə etməklə iddiaçıya yuxarıda göstərilən həcmdə zərər vurub. Müqavilə ilə müəyyən olunmuş icarə haqqını ödəməkdən imtina etməsi, ödənişləri gecikdirməsi və ümumiyyətlə ödəməməsi iddiaçıya maddi zərər vurur. Gecikdirilən məbləğ isə qanuna uyğun olaraq bank uçot dərəcəsi ilə indeksasiya edilməlidir.
10. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Abbasov).
11. Məhkəmə iş materiallarında olan sənədləri və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – “üçüncü
15. şəxs”) iddiaçıya qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmiş halları nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə iddiaçının hazırki tələb irəli sürə bilməsi üçün subyektiv hüququnun mövcudluğu ilə bağlı məsələnin araşdırılması zəruridir. Məhkəmə bildirmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən, baxılan iş üzrə üçüncü şəxsin mübahisəli icarə obyekti olan torpaq sahələrinə 1/2 hissədə payının mövcud olması müəyyən edilmişdir. Bununla da, mübahisələndirilən icarə müqavilələrinin obyekti olan torpaq sahələrinin üzərində iddiaçı və iş üzrə üçüncü şəxsin bərabər paylarda mülkiyyət hüquqlarının olduğu, digər ifadə ilə sözügedən torpaq sahələrinin paylı mülkiyyət hüququ ilə qeyd olunan şəxslərə məxsus olması işin mübahisəsiz hallarını təşkil etmişdir. Buna görə də, iddiaçının hazırki tələb irəli sürə bilməsi üçün subyektiv hüququnun mövcud olubolmaması
12. ilə bağlı hüquqi dəyərləndirmə, əşya üzərində paylı mülkiyyətin mülkiyyətçilərinin hüquq və vəzifələrinə dair mülki qanunvericilikdə yer alan normativ tənzimləmələr nəzərə alınmaqla həyata keçirilməlidir.
13. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, icarə obyekti olan torpaq sahələri üzərində paylı mülkiyyət hüququnun olduğu təsbit edilmiş iş üzrə üçüncü şəxsin həmin icarə müqavilələrinin bağlanmasından məlumatlı olması, müqavilələrin bağlanmasına hər hansı bir etirazının olmaması və hazırda iş üzrə cavabdehlə icarə hüquq münasibətlərinin davam etdirilməsini istəməsi mübahisəsiz hallardır. Aşkara çıxarılması tələb olunan və baxılan iş üzrə ən əsas əhəmiyyət kəsb edən hal, icarə obyekti olan torpaq sahələrinin paylı mülkiyyətçisi olan iddiaçının, həmin torpaq sahələrinin digər paylı mülkiyyətçisinin razılığı olmadan, həmin torpaq sahələrinin icarədə olması ilə əlaqədar məsələlərə dair tələb irəli sürə bilməsi imkanının, həmçinin bu iddianın uğurluluq ehtimallarının araşdırılması halıdır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı icarə obyektinin bütününə münasibətdə sərəncam vermə hüququna istinadən iddia irəli sürməkdə haqlı olmamışdır. Belə ki, icarə müqavilələri bağlanan zaman icarəçi qismində yalnız iddiaçı çıxış etsə də, birgə nikah dövründə əldə edilmiş icarə obyekti olan torpaq sahələrinin digər mülkiyyətçisi iş üzrə üçüncü şəxsin həmin icarə müqavilələrinin bağlanmasına razılığının olması həm prezumpsiya kimi qəbul edilir, həm də işin hallarına və iş üzrə üçüncü şəxsin izahatına əsasən müəyyən olunur. Belə olan halda, icarə müqaviləsi üzrə münasibətlərə son verilməsi tələbi formasında icarə obyektinə dair sərəncam verilməsi də, bütün payçıların, baxılan işdə isə iddiaçı ilə bərabər üçüncü şəxsin birgə qərarına əsasən həyata keçirilə bilərdi. Iş üzrə üçüncü şəxs izahatında cavabdehlə icarə münasibətlərinin davam etdirilməsinə dair iradəsini ifadə etdiyinə görə, iddiaçının bütün əşyaya dair iddia irəli sürə bilməsi üçün subyektiv hüququnun olmadığı aşkar olunur. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi əldən çıxmış fayda şəklində zərərin ödənilməsi, cavabdehin iddiaçıya məxsus torpaq sahələrindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması hissələrində həm də ona görə təmin edilə bilməz ki, iddiaçı və iş üzrə üçüncü şəxsin icarə obyekti olan torpaq sahələri üzərində payları naturada müəyyən olunmadığına görə, həmin torpaq sahələrinin məhz hansı hissələrinin iddiaçıya məxsus olmasını hazırda müəyyən etmək mümkün deyildir. Bu hal yalnız əşyanın paylı mülkiyyətçilərinin qarşılıqlı razılığı və ya məhkəmə qaydasında həyata keçirilə bilər. Payların naturada bölünməsi və ya müəyyən edilməsi isə baxılan işin predmeti xaricindədir. Icarə obyekti olan torpaq sahələrinin hansı hissəsinin iddiaçıya məxsus olması müəyyən olunmadığına görə, qanunsuz olduğu iddia edilən tikililərin, süni göllərin məhz iddiaçıya məxsus olan sahədə yerləşməsi də müəyyən edilə bilməz. Eyni şəkildə, əldən çıxmış faydaya səbəb olduğu iddia edilən ağac və bitkilərin hansılarının, hansı sayda və növdə olmaqla iddiaçıya məxsus olan torpaq sahəsi hissəsində yerləşməsi qeyrimüəyyəndir.
16. Məhkəmə, hazırki halda iddiaçının iddia irəli sürə bilməsi üçün subyektiv hüququnun olmadığı nəticəsinə gəlməklə yanaşı bildirmişdir ki, iddiaçının icarə obyekti olan torpaq sahələri üzərində payı naturada müəyyən edildikdən sonra eyni tələblə çıxış etmək hüququ vardır.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 213.1, 213.2, 213.5, 215.1, 215.2, 215.5, 215.6, 220.1, 220.2 və 220.3cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 88, 106.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Kərimov, hakimlər – C.Imanov və Q.Əliyev).
20. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək, qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, MM-in 213.1, 213.2, 213.5, 215.1, 215.2, 215.5, 215.6, 216, 220.1, 220.2 və 220.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələri və, MM-in 14, 16.1, 21, 1097.1, 152, 157, 213, 215.3, 216 və 421-ci maddələri üzrə - iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək paylı mülkiyyətində olan torpaq sahələrinin cavabdehin qanunsuz sahibliyindən geri alınması və həmin müddət ərzində onun götürdüyü və ya götürməli olduğu gəlirlərin öz payına düşən hissəsinin qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Lakin məhkəmə iddianı rədd etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Iddiaçı qeyd edilən torpaq sahələrinin başqasının sahibliyinə, istifadəsinə və ya tam mülkiyyətinə verilməsini deyil, əksinə, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə paylı mülkiyyətçilərin özlərinin sahibliyinə və istifadəsinə qaytarılmasını tələb etmişdir. Buna görə də iddia tələbi həmin əmlakların hüquqi aqibəti həllinə yönələn hərəkətlər kimi hesab edilə bilməz. Məhkəmənin üçüncü şəxsin mövqeyinə əsaslanaraq, iddia tələblərini rədd etməsi qeyd olunan torpaq sahələri üzərində paylı mülkiyyətə malik olan iddiaçının həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını pozmuşdur. Iddiaçı əldən çıxmış faydanın yalnız özünə aid olan hissəsini, yəni, məhkəmə qətnaməsi ilə həmin torpaq sahələrinə pay hüququnun ½ hissədə müəyyən edildiyini nəzərə alaraq, həmin zərərin yarısını tələb etmişdir ki, bu da qanunun tələblərinə tam uyğundur. Iddiaçı, hazırki iş üzrə mübahisə predmeti olan əmlaklar üzərində 50 faiz paya sahib olduğu halda, məhkəmə həmin əmlaklarla bağlı pozulmuş mükiyyət hüquqlarının müdafiəsinə dair tələbini, həmin əmlakların paylı mülkiyyətdə olduğuna istinad edərək, digər payçının razılığ olmadan irəli sürməkdə subyektiv hüquqa malik olmadığı barədə əsassız nəticəyə gəlmişdir. Tərəflər arasında torpaq sahələrinə dair 2020-ci il ## ###### tarixli iki icarə müqaviləsi bağlanılmış və müvafiq öhdəliklər götürülmüşdür. Lakin cavabdeh icarə haqlarını ödəməməklə, həmin müqavilələr üzrə öhdəliklərini kobud qaydada pozmuşdur. Bundan başqa cavabdeh iddiaçıya məxsus, Lənkəran rayonu, Istisu qəsəbəsi ünvanında yerləşən 2,11 hektardan ibarət digər torpaq sahəsini də zəbt etmiş və həmin torpaq sahəsindən qanunsuz istifadə edərək müəyyən qazanc əldə etmişdir.
24. MPM-in 217.1, 217.3 və 220.4-cü maddələri üzrə - məhkəmə icarə haqlarının ödənilməsinə aid olan hissədə də iddia tələbini rədd etmiş, lakin buna dair mövqeyini ümumiyyətlə əsaslandırmamışdır. Yəni, məhkəmə iddiaçının icarə müqavilələri əsasında cavabdehin ödəməli olduğu icarə haqqlarını tələb etmək hüququnun olmadığına, yaxud bu tələbin əsassız olduğuna dair qətnaməsində heç nə bildirməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili 2023-cü il ## ###### tarixində keçirilən məhkəmə iclasında müqavilənin ləğv edilmiş hesab olunması hissəsində iddia tələbi ilə razı olduğunu və bunu qəbul etdiyini bildirmiş, lakin hakim cavabdehin nümayəndəsindən bu etirafdan çəkinməsini israrla tələb etmişdir. Bu fakt həmin məhkəmə iclasının video yazısında da mövcuddur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.”
“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həminhərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.”
“Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.”
“Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.”
“Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.”
“Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
25. Belə ki, aşağı instansiya məhkəmələri mübahisəli torpaq sahələrinin paylı mülkiyyət hüququ əsasında iddiaçı və üçüncü şəxsə məxsus olduğunu, digər paylı mülkiyyətçinin isə cavabdehlə mövcud münasibətlərin davam etdirilməsində maraqlı olduğunu nəzərə alaraq belə nəticəyə gəlmişlər ki, iddiaçının icarə münasibətlərinə xitam verilməsi və torpaq sahələrinin qaytarılması ilə bağlı tələblərin irəli sürülməsi üçün subyektiv hüququ mövcud deyildir.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə işin müəyyən edilmiş halları üzrə tətbiq edilməli maddi hüquq normalarına uyğun deyildir.
27. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə ## ###### 2012-ci il tarixli Qərarları).
28. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüququn olmaması o hallarda mövcüd olur ki, iddiaçı ilə mübahisəli hüquq münasibəti arasında hüquqi bağlılıq ümumiyyətlə mövcud olmasın. Yəni şəxs mübahisəli hüquq münasibətinin tərəfi və ya mübahisə predmetinə dair hər hansı əşya və ya tələb hüququna malik olmur. Belə hallarda iddia maddi hüquqi marağın və ya müdafiə olunmalı hüququn olmaması səbəbindən rədd edilir. Məsələn, subyektiv hüququn olmadığı hallar aşağıdakılar ola bilər: - şəxs hər hansı əşya və ya tələb hüququ olmayan əmlak barədə tələb irəli sürdükdə; - şəxs müqavilənin tərəfi olmadığı halda həmin müqavilədən irəli gələn tələbləri irəli sürdükdə; - şəxsin hüquqi mənafeyinə toxunmayan münasibətlərlə bağlı iddia qaldırıldıqda.
29. Bunun əksinə olaraq, şəxs mübahisəli hüquq münasibətinin subyekti olmaqla əmlaka dair əşya hüquqlarına və ya müqavilə tərəfi kimi tələb hüquqlarına malikdirsə, artıq onun subyektiv hüququnun mövcudluğu birmənalı qəbul edilir. Bu halda mübahisə hüququn olub-olmaması barədə deyil, həmin hüququn pozulubpozulmaması və hansı həcmdə müdafiə edilməli olması barədə olur.
24. Aşağı instansiya məhkəmələri isə “subyektiv hüquq” anlayışını düzgün təfsir etməmiş və hazırkı mübahisə üzrə səhv tətbiq etmişlər. Belə ki, məhkəmələr iddiaçının icarə müqaviləsinin tərəfi olmaqla mübahisəli hüquq münasibətinin iştirakçısı və mübahisəli torpaq sahələrinin paylı mülkiyyətçisi olmasını nəzərə almadan, digər paylı mülkiyyətçinin iradəsinə istinad etməklə iddiaçının ümumiyyətlə subyektiv hüquqa malik olmaması barədə səhv nəticəyə gəlmişlər.
25. Belə ki, hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hər hansı kənar şəxs deyil, məhz mübahisəli torpaq sahələrinin paylı mülkiyyətçilərindən biridir. Eyni zamanda o, icarə müqaviləsi üzrə irəli sürdüyü digər tələblərə münasibətdə cavabdehlə bağlanmış icarə müqaviləsi üzrə birbaşa icarəyə verən şəxs qismində çıxış etmişdir. Mübahisəli müqavilə bilavasitə iddiaçı ilə cavabdeh arasında bağlanmış və cavabdehin həmin müqavilədən irəli gəldiyi öhdəliklərinin icra etmək vəzifəsi də bilavasitə iddiaçı qarşısında mövcud olmuşdur.
26. Bu halda mübahisə subyektiv hüququn mövcud olub-olmaması ilə bağlı deyil, həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmaması, habelə onun hansı həcmdə və qaydada müdafiə edilməli olması ilə bağlıdır.
27. Mübahisəli torpaq sahələrinin digər paylı mülkiyyətçisi olan üçüncü şəxsin işin halları ilə bağlı bildirdiyi hallar və irəli sürülmüş iddia tələblərinə dair mövqeyi isə heç bir halda iddiaçının ümumiyyətlə subyektiv hüquqa malik olmaması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Bu hallar yalnız iddiaçının istinad etdiyi halların və irəli sürdüyü iddia tələblərin əsaslı olub-olmamasının qiymətləndirilməsi zamanı nəzərə alına bilər.
28. Mübahisəli torpaq sahələrinin paylı mülkiyyətçiləri arasında naturada bölgünün həyata keçirilməməsi də iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gəlmək üçün əsas ola bilməz.
29. Belə ki, paylı mülkiyyət münasibətlərində payların naturada ayrılmaması ümumi mülkiyyət hüququnu aradan qaldırmır. Əksinə, naturada bölgü həyata keçirilənədək hər bir paylı mülkiyyətçi ümumi əmlakın hər bir hissəsi üzərində öz payına uyğun hüquqa malik olur. Bu səbəbdən də, torpaq sahələrinin naturada bölünməməsi iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyətçi statusunu və mülkiyyət hüququnun müdafiəsi vasitələrindən istifadə etmək imkanını istisna etmir.
30. MM-in 213.6-cı maddəsindən də görünür ki, qanunverici ümumi mülkiyyətin hər bir mülkiyyətçisinin ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı müdafiə vasitələrindən istifadə etmək hüququnu tanımış, belə tələblərin irəli sürülməsini digər paylı mülkiyyətçilərinin ayrıca razılığı ilə şərtləndirməmişdir.
31. Eyni zamanda, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlandıqdan sonra həmin əşyaya dair payların müəyyən edilməsi nə müqavilə tərəflərinin hüquqlarının məhdudlaşdırılmasına, nə də onların öhdəliklərinin xitamına səbəb olmur. Çünki belə qayda nə MM-in “Öhdəlik hüququnun ümumi hissəsi” adlı altıncı bölməsində və ya “Əmlak kirayəsi” və “Icarə” adlı 33-34cü fəsillərində, nə də xüsusi qanunvericilik olan “Torpaq icarəsi haqqında” və “Icarə haqqında” Qanunlarda nəzərdə tutulmuşdur.
32. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, iddiaçı zəbt edildiyi iddia edilən mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçisi olduğuna görə mütləq hüquqlar hesab edilən əşya hüququndan irəli gələn tələbləri, cavabdehlə bağlanmış icarə müqaviləsinin tərəfi olduğuna görə isə nisbi hüquqlar hesab edilən öhdəlik hüququndan irəli gələn tələbləri irəli sürmək üçün zəruri olan subyektiv hüquqa malikdir.
33. Ona görə də, aşağı instansiya məhkəmələrinin paylı mülkiyyət münasibətlərinin mövcudluğuna və torpaq sahələrinin naturada bölünməməsinə istinad etməklə iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlmələri maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir.
34. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.