Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-258/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı MMC-nin cavabdeh CavabdehMMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC) “borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli 2-2(103)- **/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 2022ci il # #### tarixli podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən təqdim edilmiş xidmət sifarişinə əsasən GROP-a dair tikinti və quraşdırma işlərini öhdəsinə götürür, sifarişçi isə işlərin yerinə yetirilməsi müqabilində müqaviləyə * saylı qoşmada müəyyən edilən qiymətlərinə əsasən xidmət sifarişində və/və ya hazırkı müqavilənin əlavəsində qeyd olunan xidmətləri və işləri qəbul edir.
2. Cavabdeh MMC-nin əməkdaşı olan Vüqar Mahmudov tərəfindən verilmiş 2023cü il # ###### tarixli PO-** saylı (purchase order) alış sifarişinə əsasən Xaçmaz rayonunda görüləcək işlərinin dəyəri ƏDV daxil 70.800 manat, 2023-cü il ## ### tarixli PO-*** saylı (purchase order) alış sifarişinə görə Xaçmaz rayonunda görüləcək işlərinin dəyəri ƏDV daxil 53.100 manat təşkil edir.
3. İddiaçı MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında bağlanmış 2023-cü il ## ###### tarixli müqavilənin 1.1ci bəndinə əsasən sonuncu GPON-a dair tikinti və quraşdırma işlərini görməyi, İddiaçı MMC isə işlərin yerinə yetirilməsi müqabilində müqaviləyə * saylı qoşmada müəyyən edilən qiymətlərinə əsasən xidmət və işləri qəbul etməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında bağlanmış 2023-cü il # #### tarixli müqavilənin 1.1-ci bəndinə görə sonuncu GPON-a dair tikinti və quraşdırma işlərini görməyi, İddiaçı MMC isə işlərin yerinə yetirilməsi müqabilində müqaviləyə * saylı qoşmada müəyyən edilən qiymətlərinə əsasən xidmət və işləri qəbul etməyi öhdəsinə götürmüşdür.
5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC tərəfindən İddiaçı MMC-yə 2023-cü il ## ### tarixli dəyəri 8.750 manat olan EBDF ****** saylı və dəyəri 3.020,5 manat olan EBDF ****** saylı elektron qaimələr göndərilmiş, 2023-cü il ## ##### tarixli və 2023-cü il ## ### tarixli ödəniş qəbzlərindən görünür ki, göndərilmiş elektron qaimələr üzrə İddiaçı MMC tərəfindən müvafiq olaraq 8.750 və 3.020,5 manat məbləğində pul ödənilmişdir.
6. 2023-cü il ## ##### tarixli və 2023-cü il ## ### tarixli ödəniş qəbzlərindən görünür ki, göndərilmiş elektron qaimələr üzrə İddiaçı MMC tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 müvafiq olaraq 9.000 və 8.785,32 manat məbləğində pul ödənilmişdir.
7. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC tərəfindən İddiaçı MMC-yə dirəklərin quraşdırıması ilə bağlı işlərin icrasına dair 2023-cü il ## ### tarixli EBDG ****** saylı dəyəri 11.993,52 manat olan elektron qaimə göndərilmişdir.
8. 2023-cü il ## #### tarixli və 2023-cü il ## ##### tarixli ödəniş qəbzlərindən görünür ki, elektron qaimədə qeyd edilmiş məbləğ öncədən müvafiq olaraq 5.000 manat və 5.164,22 manat olmaqla ödənilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə və alış sifarişləri üzrə ƏDV daxil 325.940,66 manat borcun və 16.297,03 manat gecikdirilmiş vaxt üçün faiz olmaqla ümumilikdə, 342.237,69 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehin direktoru Rizvan Səfərovun sifarişinə əsasən və tərəflərin arasında bağlanmış müqaviləyə əsasən tikinti və quraşdırma işləri görmüşdür. Görülən işlər Sabunçu rayonu Savalan 2 (PO-26) dəyəri ƏDV daxil 119.309,45 manat, Sabunçu rayonu Yeni Ramana (PO-25) dəyəri ƏDV daxil 65.699,77 manat, Xaçmaz rayonu (PO 73 və PO 159) dəyəri ƏDV daxil 140.973,24 manat olan layihələrdən ibarətdir. Həmin layihələrdən Sabunçu rayonu Savalan 2 və Sabunçu rayonu Yeni Ramana layihələri cavabdeh tərəfindən qəbul edilərək təhvil alınmışdır. Sonuncu Xaçmaz rayonu (PO 73 və PO 159) dəyəri 140.973,24 manat olan layihəni baxmayaraq ki, iddiaçı başa çatdıraraq işlərini görüb, lakin cavabdehin vəzifəli şəxsləri təhvil təslim aktına qəsdən imza atmır.
11. Iddiaçının əməkdaşı olmuş Elvin Pənahlı tərəfindən 2023-cü il ## #### tarixdə elektron poçt üzərindən Kənan Hacıyevə (elektron ünvan 1), Vüqar Mahmudova (elektron ünvan 2), Ismayıl Əfəndiyevə (elektron ünvan 3) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə xəritədə qeyd edilmiş ərazinin boruların basdırılmasın bitməsi cavabdehə bildirilmişdir.
12. Elvin Pənahlı tərəfindən 2023-cü il ## #### tarixdə elektron poçt üzərindən Kənan Hacıyevə (elektron ünvan 1), Vüqar Mahmudova (elektron ünvan 2), Ismayıl Əfəndiyevə (elektron ünvan 3) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə sadalanmış malların 2023-cü il # ##### tarixinədək verilməsi xahiş olunmuşdur.
13. Kənan Hacıyev (elektron ünvan 1) tərəfindən iddiaçının əməkdaşı olmuş Elvin Pənahlıya (e.penahlı@abccompany.az), Vüqar Mahmudova (elektron ünvan 2), Ismayıl Əfəndiyevə (elektron ünvan 3) ünvanlamış məktubdan görünür ki, İddiaçı MMC –nin işlərin sürətli aparılması məqsədi ilə davamlı mal-material tələbi irəli sürməsi təqdir edilmiş və hesabatların doldurulub göndərilməsi xahiş olunmuşdur.
14. Elvin Pənahlı (iddiaçının əməkdaşı) tərəfindən 2023-cü il # ##### tarixdə, 2023-cü il ## ##### tarixdə, 2023-cü il ## ##### tarixdə, 2023-cü il ## ##### tarixdə elektron poçt üzərindən Kənan Hacıyevə (elektron ünvan 1), Vüqar Mahmudova (elektron ünvan 2), Ismayıl Əfəndiyevə (elektron ünvan 3) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, görülmüş işlərə dair həftəlik hesabatlar cavabdehə təqdim edilmişdir.
15. 2024-cü il # ###### tarixdə məhkəmə hazırlıq iclasında müzakirə edilmiş, elektron sistemə 2024-cü il # ###### tarixdə əlavə edilmiş elektron poçt üzərindən aparılan 2023-cü il # ##### tarixli, 2023-cü il ## ##### tarixli, 2023-cü il ## ##### tarixli, 2023-cü il # ### tarixli yazışmalardan görünür ki, Abbas Murtuzayev (elektron ünvan 4) və Elvin Pənahlı (e.penahlı@abccompany.az) tərəfindən Kənan Hacıyevə (elektron ünvan 1), Vüqar Mahmudova (elektron ünvan 2) və digər şəxslərə ünvanlanmış məktubla iddiaçı tərəfindən cavabdehdən Xaçmaz layihəsi ilə bağlı malmaterial istəyi olmuşdur.
16. Kənan Hacıyevə (elektron ünvan 1) ünvanlanmış poçt üzərindən aparılan 2023cü il # ##### tarixli yazışmadan görünür ki, Xaçmaz layihəsi üzrə əlavə 80 k (80.000) manat məbləğində PO açılmasına dəstək verilməsi xahiş olunmuşdur.
17. Kənan Hacıyev (elektron ünvan 1) tərəfindən, Elvin Pənahlıya (e.penahlı@abccompany.az), Vüqar Mahmudova (elektron ünvan 2), Ismayıl Əfəndiyevə (elektron ünvan 3) ünvanlanmış 2023-cü il # ### tarixli məktubdan görünür ki, cavabdehə Xaçmaz üzrə rəqəmin PO məbləğini keçməsi halı və ərazi üzrə forma 2nin hazırlanmasına başlanılması və icra edilmiş ərazi üzrə forma 2-nin təqdim edilməsi bildirilmişdir.
18. 2023-cü il # ###### tarixdə iddiaçının əməkdaşı olan Nərmin M. (elektron ünvan 5) ünvanından Gaukhar Kuzinaya (elektron ünvan 6), Rizvan Səfərova (elektron ünvan 7) ünvanlanmış məktubdan görünür ki, Xaçmaz rayonu üzrə 2 PO-nun göndərildiyi və göndərilmiş PO üzrə işlərin icra edildiyi, ancaq ödəniş aktının imzalanmadığı bildirilmiş və ödəniş üçün dəstək verilməsi xahiş olunmuşdur.
19. 2023-cü il ## ###### tarixdə Nərmin M. (elektron ünvan 5) ünvanından Gaukhar Kuzinaya (elektron ünvan 6), Rizvan Səfərova (elektron ünvan 7) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, PO 73 və PO 159 üzrə 2329 ədəd dayağın basdırıldığı, 26.412 metr kabel çəkildiyi, kabel və dayaqların quraşdırılmasının cavabdehin nümayəndəsi olan Ramal Isgəndərovun təhvil aldığı, 3 sahə üzrə görülən işlərin dəyərinin 350 K (350.000) manat olduğu qeyd edilmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2022-ci il # #### tarixli müqaviləyə əsasən əsas borc üzrə 308.909,22 manat məbləğində və əsas borca illik 5% hesablanmaqla 5.410,11 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
21. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Yeni Ramana və Savalan layihəsi üzrə işlər iddiaçı tərəfindən tam icra edilmiş və sonuncunun qeyd edilmiş layihələr üzrə ödənilməmiş 184.979,22 (65.669,77+119.309,45) manat borcunun olması işin mübahisələndirilməyən halıdır.
22. Işin mübahisələndirilən hissəsi Xaçmaz rayonu FO paylayıcı şəbəkəsinin çəkilməsi ilə bağlıdır, iddiaçı tərəf Xaçmaz layihəsi üzrə 140.973,24 manat dəyərində, yəni verilmiş olan 2023-cü il # ###### tarixli PO-73 və 2023-cü il ## ### tarixli PO- 159-da göstərilən məbləğdən də, artıq işlərin görüldüyünü, ancaq cavabdeh tərəfin təhvil-təslim aktını imza etməkdən imtina etdiyini bildirir, cavabdehin nümayəndəsivəkili isə, qeyd edilmiş layihə üzrə iddiaçının hər hansı bir iş görmədiyini və işi icra etmədiyini, qeyd edilmiş layihə üzrə işlərin “xxxx” MMC tərəfindən görüldüyünü bildirir.
23. Məhkəmə göstərmişdir ki, iddiaçı ilə qeyd edilmiş səxslər arasında bağlanmış müqavilələrin və işlərin məhz Xaçmaz layihəsinin icrası ilə bağlı olması halı inandırıcıdır. Belə ki, işin mübahisəsiz halı olan Yeni Ramana layihəsinin icrası ilə bağlı təhviltəslim aktına nəzər yetirildikdə görünür ki, layihənin icrası dövrü 2023-cü ilin yanvar və fevral ayları olmuşdur. Həmçinin də, digər işin mübahisəsiz halı olan Savalan layihəsinin icrası ilə bağlı təhvil-təslim aktına nəzər yetirildikdə görünür ki, layihənin icrası dövrü 2022-ci il ## ######## göstərilməklə 3 ay müəyyən olmuşdur. Göründüyü kimi, qeyd edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC tərəfindən görülmüş işlər isə mübahisəsiz layihələrin icrasından sonrakı tarixlərə aiddir. Bu hal isə, Xaçmaz layihəsi ilə bağlı iddiaçının ümumiyyətlə hər hansı bir işi icra etməməsi barədə cavabdehin dəlilini təkzib etmiş olur.
24. Həmçinin də cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış lakin, məhkəmə iclasında iddiaçı tərəfindən alınmadığı qeyd edilən, işə cavabdeh tərəfindən əlavə edilmiş 2023-cü il ## #### tarixli məktubun məzmunundan görünür ki, cavabdeh tərəf iddiaçının Xaçmaz layihəsi üzrə hər hansı bir işi görməsi halına istinad etməmişdir, qeyd edilmiş məktubda mal-materialların Xaçmaz rayonuna aparılsa da, icraçı tərəfindən tikinti və quraşdırma işlərinin tam icra edilməməsinə istinad olunmuşdur.
25. Cavabdeh tərəf məhkəmə hazırlıq iclaslarında cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış olan 2023-cü il ## ##### tarixli müqaviləni, PO-*** saylı 2023-cü il ## ### tarixli alış sifarişini və təhvil-təslim aktı təqdim edərək, Xaçmaz layihəsi üzrə işlərin “xxxx” MMC tərəfindən icra edildiyini bildirmişdir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş cavabdeh ilə “xxxx” MMC arasında imzalanmış Akt forma 2-də PO-224ə istinad olunmuş, digər texniki təhvil-təslim sənədində və işlərin bitməsinə dair son qəbul aktlarında isə imza və möhür olsa da, tarix göstərilməmişdir. PO 137-də görülməli işlərin dəyəri ƏDV daxil 118.000 göstərilsə də, son qeyd edilmiş sənədlərin hər birində görülmüş işlərin dəyəri ƏDV daxil 130.665,46 manat göstərilmişdir.
26. Məhkəmə göstərmişdir ki, elektron poçt üzərindən aparılan yazışmalarda qeyd edilmiş, Vüqar Mahmudov (elektron ünvan 2) məhz iddiaçıya mübahisəli layihə üzrə 2 ədəd (PO-73, PO-159) alış sifarişini vermiş olan şəxsdir. Elektron poçt üzərindən aparılan yazışmalar barədə cavabdeh tərəfindən, hər hansı bir iradın bildirilməsi və yaxud nöqsanın göstərilməsi kimi hallar mövcud deyildir.
27. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən 1-ci alış sifarişi olan yəni PO-** saylı alış sifarişində göstərilmiş ƏDV daxil 70.800 manat dəyərində işlər icra edilmiş və dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin 2-ci alış sifarişi olan PO- 159-da (dəyəri ƏDV daxil 53.100) qeyd edilmiş dəyərdə işlər də, iddiaçı tərəfindən icra edilmişdir. Belə ki, yuxarıda sadalanmış elektron poçt üzərindən olan yazışmalardan görünür ki, layihənin icrası ilə bağlı mütəmadi olaraq mallar götürülmüş, hesabatlar təqdim edilmiş, dirəklərin basdırılması ilə bağlı xəritə göndərilmiş və buna dair cavabdeh tərəfindən ümumiyyətlə hər hansı bir etiraz bildirilməmişdir. Sadalanmış sübutların olmasına rəğmən cavabdeh tərəf iddiaçının Xaçmaz layihəsi üzrə hər hansı bir işi görməmisini təkidlə qeyd etməsi, məhkəmədə o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəf məhz görülmüş olan işlərə görə pulu ödəməkdən yayınır. Əks halda, heç olmasa, mübahisələndirmədiyi layihələr üzrə pulu ödəmiş olardı.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf Xaçmaz layihəsi üzrə göstərilmiş 2 ədəd alış sifarişdən artıq yəni 123.900 manatlıq deyil, 140.973,24 manat dəyərində işlərin icra edilməsini bildirsə də, artıq işlərin nədən ibarət olmasını, dəyərinin nə qədər olması barədə hər hansı bir sübut təqdim etmədiyindən, qeyd edilən 17.031,44 (325.940,66- (119.309,45+65.699,77+123.900)=17.031,44) manat hissəsində işlərin icra edilməsi barədə tələbi təmin edilə bilməz.
29. Məhkəmə göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə “Ramana” layihəsi üzrə işlərin icra edilməsinə dair dəyəri 65.669,77 manat olan elektron qaimə və “Savalan” layihəsi üzrə işlərin icra edilməsinə dair dəyəri 119.309,45 manat olan elektron qaimə iddiaçı tərəfindən cavabdehə oktyabr ayında, iddianın isə Məhkəmə fevral ayında, yəni 3 ay sonra verilmişdir. Ona görə də, qeyd edilmiş layihələr üzrə 185.009,22 (65.669,77+119.309,45) manat əsas borca illik 5 faiz hesablanmaqla 2.312,61 (185.009,22x5/100=9.250,46 ( 1 il üçün) 9.250,46/12=770,87 (1 ay üçün), 770,87x3=2.312,61 (3 ay üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. PO-159 və PO-73-dəki məbləğlərin cəmi olan 123.900 manat pul üzrə illik 5% hesabladıqda 3.097,5 manat (123.900x5/100=6.195 (1 il üçün), 6.195/12=516,25 (01 ay üçün), 516,25x6=3.097,5 (06 ay üçün) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 445, 752.1, 753.1 və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
31. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın Xaçmaz layihəsinə görə 123.900 manat pul və həmin pula hesablanmış 5 faizin tutulmasının təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ### tarixli **/*** nömrəli ekspert rəyinə əsasən Xaçmaz layihəsi üzrə basdırılmış dirəklərin və çəkilmiş kabellərin ərazisi geniş olduğu üçün tam şəkildə təqdim edilməmiş, bu səbəbdən də basdırılmış dirəklərin sayını və çəkilmiş kabellərin neçə metr olduğunu və eləcə də 2023-cü il # ###### tarixli PO-73 və 2023-cü il ## ### tarixli PO-159 əsasında üzərində möhür və imzalar olan iş materiallarındakı sənədlərdə nəzərdə tutulmuş hansı işlər görülüb-görülməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.
33. Əmlak Ekspertizası Mərkəzi MMC-nin 2025-ci il # ###### tarixli ekspert rəyinə əsasən, PO-73 üzrə icra edilən işlərin faktiki həcmi və dəyəri ekspertiza tərəfindən sənədlərlə təsdiq olunmadığına görə müəyyən edilə bilmir, PO-159 üzrə mal-material təhvili həyata keçirilmədiyi və işlərin icrasını təsdiq edən heç bir sənəd təqdim olunmadığı üçün görülmüş iş yoxdur, təqdim edilmiş qüsur aktları isə görülmüş işlərdə keyfiyyətsizlik olduğunu təsdiq edir, lakin qüsurların aradan qaldırılması ilə bağlı məlumat mövcud deyil. Bu səbəblə təqdim olunmuş materiallar əsasında 140 973,24 manatlıq işlərin faktiki yerinə yetirilib-yetirilməməsi və real dəyərinin hesablanması mümkün olmamışdır. Layihə üzrə iddiaçı tərəfindən aşağıdakı miqdarda dirəklərin quraşdırılması nəzərdə tutulmuşdur: 3660 ədəd - 6 metrlik dirək,10 ədəd - 8 metrlik dirək, 1290 ədəd - meydançalı dirək, 2380 ədəd - aralıq dirək, Toplam layihə üzrə quraşdırılmalı olan dirəklərin sayı: 7340 ədəd dirək quraşdırılması layihə üzrə nəzərdə tutulsada, icraçı tərəfindən faktiki quraşdırılmış dirəklərin sayını müəyyən etməyə imkan verən hər hansı sənəd təqdim edilmədiyindən, ekspertiza dirəklərin faktiki quraşdırılma sayını müəyyən edə bilmir. Layihə üzrə iddiaçı tərəfindən aşağıdakı miqdarda kabel və optik xətt avadanlıqlarının quraşdırılması nəzərdə tutulmuşdur: 194 ədəd - Patchcord SC/APCSC/APC (1 metr),194 ədəd - Splitter 1:8 SC/APC (1-ci səviyyə)1096 ədəd - Splitter 1:8 SC/APC (2-ci səviyyə)98 ədəd - Splitter 1:16 SC/APC (2-ci səviyyə)1 ədəd - FO-24 qolçağı, 80 ədəd - dəmir boru,135620,0 metr - FO-8 tipli optik kabel,6495,0 metr - FO-12 tipli optik kabel,2435,0 metr - FO-24 tipli optik kabel,4500,0 metr - FO-48 tipli optik kabel, 3365,0 metr - FO-96 tipli optik kabel kabel çəkilişini nəzərdə tutulan həcmi dəqiq göstərilsə də, iddiaçı tərəfindən faktiki olaraq neçə metr kabel çəkildiyini müəyyən etməyə imkan verən əsaslandırılmış sənədlər mövcud olmadığından, ekspertiza çəkilmiş kabelin faktiki həcmini və uzunluğunu müəyyən edə bilmir. Təqdim edilmiş təhvil-təslim aktlarına uyğun olaraq, cavabdeh tərəfindən iddiaçıya Xaçmaz layihəsi çərçivəsində: 2 941 ədəd dirək, 75467,0 metr kabel təhvil verilmişdir. Təqdim olunmuş sənədlər əsasında müəyyən edilir ki, qeyd olunan iki PO üzrə iddiaçıya müxtəlif növ borular, splitterlər, optik paylayıcı qutular, sement və digər tikinti-materialları olmaqla nəzərə çarpacaq həcmdə material təhvil verilmişdir. Təchizatın ümumi çəkisi və sayı təqdim edilmiş aktlara uyğun olaraq müəyyən edilmiş, lakin siyahıdakı materialların dəyəri aktlarda göstərilmədiyindən ümumi məbləğ üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Təqdim edilmiş təhvil-təslim aktlarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, 2023-cü ilin may ayından sonra cavabdeh tərəfindən “xxxx" MMC-yə Cəmi dirək: 600 ədəd (300 ədəd fiber qutu üçün dirək + 300 ədəd aralıq dirək) Cəmi kabel: 137002,0 metr Təhvil verilmişdir. "xxxx" MMC tərəfindən faktiki görülmüş işlərin ümumi dəyəri 445 932,34 təşkil edir. Təqdim edilmiş aktlara və üçüncü şəxslərin göstərdiklərinə əsasən iddiaçı tərəfindən cəmi 2329 ədəd dirək quraşdırılmışdır. 2023-cü il ## ### tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 (üçüncü şəxs) 26412,0 metr FO-8 markalı fıber-optik kabelin quraşdırılması barədə işlər təhvil alınmışdır. Başqa üçüncü şəxslər və ya əlavə aktlar təqdim olunmadığı üçün kabel quraşdırılmasının ümumi həcmi barədə dəqiq yekun göstərici müəyyən etmək mümkün deyildir. Beləliklə, üçüncü şəxslərin göstərdiklərinə əsasən və təqdim edilmiş sənədlərlə təsdiq olunan həcmdə 26412,0 metr kabelin quraşdırılması müəyyən edilmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iş materillarına əlavə olunan mail yazışmalarında adı qeyd olunan Kənan Hacıyevin cavabdehin əməkdaşı olmadığını bildirsədə, kollegiya tərəfindən mail üzərindən yazışmalara baxış keçirilən zaman K.Hacıyeva Ramana layihəsinin bitirildiyi, Xaçmaz lahiyəsi üzrə 50.000 AZN mələğində PO açıldığı və demək olarki bu məbləğdə işlərin görüldüyü, daha 50.000 AZN PO açılması üçün sifariş verilməsi xahiş olunduğu müəyyən olunur. Cavabdehin Ramana və Salyan layihəsinin icra olunduğu qəbul etdiyi işin mübahisəsiz halı olduğundan qeyd olunan yazışmalarda lahiyələr üzrə məlumatı Kənan Hacıyeva verildiyindən buradan aydın olur ki, Kənan Hacıyev cavabdehin əməkdaşıdır.
36. Kollegiya göstərmişdir ki, cavabdehin özü tərəfindən ünvanlanmış məktuba, tərəflər arasında olan mail yazışmalarına, cavabdehin nümayəndəsi-vəkili vəkil1 məhkəmə iclasındakı “PO lar üzrə işlər görülməmişdir, ola bilsin dirəklərin bir hissəsi quraşdırılmışdır” kimi zidiyyətli ifadələri, üçüncü şəxsin izahatlarına əsasən iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə işlər görülmüşdür. Cavabdehin işlərin görülməsi və ya tam görülməsinin başa çatdırılması ilə bağlı iddiaçıya hər hansı müraciəti (tələbi) olmamış, yalnız 2023-cü il ## #### tarixli məktubla icraçı tərəfindən Müqavilə üzrə öz öhdəliklərini pozduğunu nəzərə alaraq, Sifarişiçinin, yəni cavabdehin faktiki olaraq Müqavilədən imtina ediyini və başqa bir podratçı - "xxxx" MMC şirkəti ilə müqavilə bağladıqlarını, həmin müqaviləyə əsasən işlərin yerinə yetirməsi "xxxx" MMC-yə həvalə edildiyini və müvafiq mal-materialların tərəflərindən bu şirkətə təhvil verildiyi bildirilmişdir. Cavabdeh iddiaçı tərəfindən Xaçmaz layihəsinin icra edilməməsinə dair hər hansı sübut, (akt, fotoşəkillər, şahid və.s) təqdim etməmişdir. Əksinə iddiaçıdan tərəflərindən verilmiş mal-materiallar əsasında işlərin görülməsini tələb etməmiş və yeni şirkətlə müqavilə bağlamışdır. Cavabdeh tərəfindən iddiaçıya mal-materialın (dirəklər, optik kabellər, kabel üçün boruları, qaynaq ləvazimatları və.s) verilməsi işin mübahisəsiz halı olduğundan, o əgər layihə icra olunmadığı halda həmin materialların qaytarılmasını tələb etmək imkanı olduğu halda bunu etməmişdir. Cavabdehin yeni müqavilə bağladığı şirkətin (“xxxx” Group MMC) nümayəndəsi Xaçmaz layihəsində işlərin görüldüyünü, lakin onlar tərərfindən sökülərək yenidən icra olunduğunu bildirərək iddiaçı tərərfindən layihənin icra olunduğunu etiraf etmişdir.
37. Həmçinin eskpert rəyini tədqiq etdikdə görünür ki, Xaçmaz lahiyəsi üzrə PO73 üzrə icra edilən işlərin faktiki həcmi və dəyəri ekspertiza tərəfindən sənədlərlə təsdiq olunmadığına görə müəyyən edilə bilmir, PO-159 üzrə mal-material təhvili həyata keçirilmədiyi və işlərin icrasını təsdiq edən heç bir sənəd təqdim olunmadığı üçün görülmüş iş yoxdur, təqdim edilmiş qüsur aktları isə görülmüş işlərdə keyfiyyətsizlik olduğunu təsdiq edir, lakin qüsurların aradan qaldırılması ilə bağlı məlumat mövcud deyil. Bu səbəblə təqdim olunmuş materiallar əsasında 140 973,24 manatlıq işlərin faktiki yerinə yetirilib-yetirilməməsi və real dəyərinin hesablanması mümkün olmamışdır. Iddiaçı tərəfindən 3-cü şəxslərin göstərdiklərinə əsasən cəmi 2329 ədəd dirək, 26412,0 metr kabelin quraşdırılması müəyyən edilsədə, lakin işlərin dəyəri müəyyənləşdirilməmişdir. Göründüyü kimi ekspert əraziyə baxış keçirmədən, yalnız təqdim olunmuş sənədlərə istinad etməklə yuxarıda qeyd edilən qənaətə gəlmiş, görülən işlərin həcmi və dəyəri ilə bağlı dəqiq məlumatlar rəydə əks olunmamışdır.
38. Cavabdehin Xaçmaz lahiyəsinin iddiaçı tərəfindən tam icra edilməməsi, qismən edilmişsə belə qüsurlu icra edilməsinə görə “xxxx” MMC-lə yeni müqavilə bağlayıb, işlərin sıfırdan başlayaraq başa çatdırması dəlilinə münasibətdə qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş cavabdeh ilə “xxxx” MMC arasında Xaçmaz lahiyəsinə görə bağlanmış “Xidmət” müqaviləsindən görünür ki, müqavilə tarixi 2023cü 28 aprel il tarixlidir. Bu tarixdən sonra sözügedən işlərin “xxxx” MMC tərəfindən icra edilməsi əlavə edilmiş sənədlərlə, e-mail yazışmalar və iddiaçı ilə bağlanmış yeni müqavilə tarixləri ilə təkzib edilir. Cavabdehə “xxxx” MMC ilə bağladığı müqavilə olduğu halda iddiaçı ilə 2023-cü il # ### tarixli yeni müqavilə bağlanmasının hansı zərurətdən irəli gəldiyi barədə sual verilsədə, sualı cavablandıra bilməmişdir. Işlərin qüsurlu icra edilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı pretenziya göndərilməmiş, görülmüş qüsurlu işlərlə bağlı tərəflərin iştirakı ilə baxış keçirilməmiş, qüsurların nədən ibarət olması, aradan qaldırılmalı olub-olmamasına dair hər hansı qüsur aktı tərtib edilməmişdir.
39. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 752.1, 753.1, 755, 762.2, 769, 770 MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
40. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
41. MM-in 752.1-ci maddəsi üzrə - məhkəmə tərəfindən göstərilən maddi hüquq normasının tələbi pozulmuşdur. Belə ki, həmin maddi hüquq normasının tələbinə görə müqavilədə nəzərdə tutulan iş icra edildiyi təqdirdə sifarişçi muzd ödəməlidir. Hazırki halda isə iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə görülmüş işlərin qüsurlu görüldüyü sübut olunduğu halda məhkəmə muzdun ödənilməli olduğu nəticəsinə gəlmişdir.
42. MPM-in 217.1, 217.3-cü maddələri üzrə - hazırki iş üzrə məhkəmə Xaçmaz layihəsi ilə bağlı hissədə iddianı təmin etməklə qanunsuz və əsasız qətnamə qəbul etmişdir. Bununla da, məhkəmə göstərilən prosessual hüquq normasını pozmuşdur.
43. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, həmin e-mail yazışmalarına əsasən Kənan Hacıyevin e-mail ünvanı xxxx.az domeni ilə deyil, azerconnect.az domeni ilə bitir. Bu isə onun cavabdehinin deyil, Azerconnect MMC-nin əməkdaşı olduğunu təsdiq edir. Hazırki iş üzrə isə müqavilə üzrə tərəf Azerconnect deyil, xxxxdir. Bundan əlavə həmin e-mail yazışmasında da Xaçmaz layihəsi üzrə işlərin tam görülməsini təsdiq edən heç bir qeyd yoxdur. 2023-cü il ## #### tarixli məktubun iddiaçıya çatması barədə poçt qəbzi tərəfindən iş materiallarına əlavə edilmişdir. Həmin məktubu ilk dəfə iddiaçı tərəf iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edən zaman təqdim etmişdir. Həmin məktub iddiaçıya çatmasaydı, iddiaçı onu iddia ərizəsinə əlavə edə bilməzdi. Ekspertin əraziyə baxış keçirməsinə ehtiyac olmamışdır. Belə ki, Xaçmaz layihəsi üzrə işlər “xxxx” MMC tərəfindən tam yerinə yetirilmişdir. Məhkəmə yalnız ekspertin əraziyə baxış keçirməməsi əsası ilə ekspert rəyini şübhə altına almışdır. Cavabdeh ilə üçüncü şəxs “xxxx” MMC arasında 2023-cü il ## ##### tarixli xidmət müqaviləsi yalnız “Xaçmaz layihəsi” ilə bağlı olmamışdır. Xidmət müqaviləsi bir neçə layihələr üzrə imzalanır, hər bir layihə üzrə isə PO-lar imzalanmaqla işlərin həyata keçirilməsi başlanılır. Məsələn həmin müqavilə üzrə cavabdeh ilə üçüncü şəxs “xxxx” MMC arasında 2023-cü il ## ###### tarixli PO 359 imzalanmışdır ki, bu PO “Bülbülə layihəsi” ilə bağlıdır. Yəni iddiaçının nümayəndəsinin məhkəmə iclasında bu müqavilənin köhnə tarixlə imzalanması barədə fikirləri tam əsassızıdır. Bundan əlavə apellyasiya şikayətində göstərdiyi kimi, PO-nun imzalanması heç də işlərin yerinə yetirilməsi anlamına gəlmir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
45. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinadolunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”.
“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”
“Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi ... 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. ...”
“Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.”
“Maddə 770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
50. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
51. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
53. Apellyasiya instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən Xaçmaz layihəsinin icra edilməməsinə dair hər hansı sübut, (akt, fotoşəkillər, şahid və.s) təqdim olunmamışdır. Əksinə iddiaçıdan verilmiş malmateriallar əsasında işlərin görülməsini tələb etməmiş və yeni şirkətlə müqavilə bağlamışdır. Cavabdeh tərəfindən iddiaçıya mal-materialın (dirəklər, optik kabellər, kabel üçün boruları, qaynaq ləvazimatları və.s) verilməsi işin mübahisəsiz halı olduğundan, o əgər layihə icra olunmadığı halda həmin materialların qaytarılmasını tələb etmək imkanı olduğu halda bunu etməmişdir. Cavabdehin yeni müqavilə bağladığı şirkətin (“xxxx” Group MMC) nümayəndəsi Xaçmaz layihəsində işlərin görüldüyünü, lakin onlar tərəfindən sökülərək yenidən icra olunduğunu bildirərək iddiaçı tərərfindən layihənin icra olunduğunu etiraf etmişdir. Ümumiyyətlə cavabdeh tərəf iddiaçıya işin icrası ilə bağlı elektron poçt üzərindən hər hansı bir irad bildirməmişdir.
54. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli 2-2(103)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.