Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-385/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “xxxx” MMC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “xxxx” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və X23 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi/vəkili İsmayılov İlqar Vəli oğlunun, cavabdehlər cavabdeh1 və cavabdeh2, cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili HYPERLINK "https://icms.courts.gov.az/cases/case-operations?id=3UpLuM4I$Bo=" vəkil1 iştirakları ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “xxxx” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “xxxx” MMC ilə cavabdeh2 Şahismayilovna arasında bağlanmış ## ######## 2021-ci il tarixli **/** saylı Alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklifədir. Alıcı öz növbəsində tərəflərin bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Təchizatçı təqdim edəcək, həmçinin Tərəflərin qarşılıqlı razılığı əsasında malın Alıcıya çatdırılmasını və ya Təchizatçının sərəncamında olan anbardan Alıcıya təhvil verilməsini Təchizatçı həyata keçirəcək. Müqavilə üzrə ödəniş və onun şərtləri tərəflər arasında ayrıca razılaşdırılacaq və bu Müqaviləyə əlavə olunacaq. 1.2-ci bəndinə əsasən malların alıcıya çatdırılmasını şirkətin blankında şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş etibarnamə və/və ya şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin əmri ilə müvafiq səlahiyyət verilmiş şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacaq. 1.3-cü bəndinə əsasən alıcı, bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən müstəqildir və təchizatçı, alıcının bu müqavilə imzalanan ana qədərüçüncü şəxslər qarşısında yaranmış və bu müqavilə imzalandıqdan sonra yarana biləcək maliyyət və digər öhdəliklərinə görə məsuliyyət daşımır. 1.4-cü bəndinə əsasən sifariş dəyəri 5000$ (beş min USD)olduqda, ödəniş malların Alıcının anbarına göndərildiyi gündən 45 (qırx beş ) gün ərzində nəğd və elektron-qaimədə göstərilən məbləğin 100% miqdarında avans olaraq təchizatçının hesablaşma hesabına ödənilir. Ödəniş bank vasitəsilə Təchizatçının bu Müqavilədə qeyd edilmiş bank rekvizitləri üzrə köçürmə yolu ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatında həyata keçiriləcək. Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq edəcəkdir. 1.5-ci bəndinə əsasən qiymətlərə ƏDV daxildir. ƏDV köçürülməsi Alıcının ƏDV depozit hesabından Təchizatçının ƏDV depozit hesabına həyata keçirilir. Təchizatçı ƏDV ödəyicisidir. 1.6-cı bəndinə əsasən mallara mülkiyyət hüququ və Mallarla əlaqədar olan bütün risklər mallar alıcıya bu Müqavilənin 1.2-ci maddəində qeyd edilmiş şərtlərə uyğun qaydada təhvil verildikdən sonra Təchizatçıdan Alıcıya keçir. 2.1-ci bəndinə əsasən təchizatçının hüquqları: 2.1.1-ci bəndinə əsasən bu Müqavilə qüvvədə olduğu müddət ərzində, öz şəxsi mülahizəsinə görə istənilən zaman Alıcının satış ərazisi və iş şəraitini mütəmadi olaraq nəzərdən keçirmək, aşkar etdiyi qüsurların aradan qaldırılmasını Alıcıdan tələb etmək və Malların satışı və müştərilərə göstərilən xidmətlərlə bağlı Alıcıya tövsiyə və məsləhətlər vermək; 2.1.2-ci bəndinə əsasən malların Alıcıya alqı-satqı Müqaviləsi əsasında və ya hər hansı digər əsaslarla verilməsi şərtlərini birtərəfli qaydada müəyyən etmək, dəyişmək və ya ləğv etmək; 2.1.3-cü bəndinə əsasən bu Müqavilə üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədikdə, bu haqda Alıcıya rəsmi xəbərdarlıq məktubu verməklə Alıcı ilə bu Müqavilə çərçivəsində əməkdaşlığın istənilən mərhələsində onu dayandırmaq və onun Təchizatçı ilə tam hesablaşmasını tələb etmək. 2.2-ci bəndinə əsasən təchizatçının öhdəlikləri: 2.2.1-ci bəndinə əsasən alıcının sifarişlərini qəbul etmək və onların icrasının mümkünlüyü barədə 5 (beş) iş günü ərzində ona məlumat vermək. 2.2.2-ci bəndinə əsasən malı Alıcıya həmin mala (əşyaya) aid ləvazimatı və ya sənədləri (zəmanət sənədi və s.) ilə birlikdə vermək. 2.3-cü bəndinə əsasən alıcının hüquqları: 2.3.1-ci bəndinə əsasən satışa çıxarılmış Mallar, onların keyfiyyət göstəriciləri və əsas xüsusiyyətləri haqqında Təchizatçıdan məlumat almaq; 2.3.2-ci bəndinə əsasən malları əvvəlcədən sifariş etmək və sifarişinin yerinə yetrilib yetirilə bilməyəcəyi barədə bu Müqavilənin 2.2.1 -ci maddəsində təsbit edilmiş müddət ərzində Təchizatçıdan məlumat almaq; 2.4-cü bəndinə əsasən alıcının öhdəlikləri: 2.4.1-ci bəndinə əsasən təchizatçını bu Müqavilə çərçivəsində özünün Satış Ərazisi və satışların həyata keçiriləcəyi məkan ilə tanış etmək və Təchizatçının tələbi ilə bu barədə ona müfəssəl məlumat vermək; malların satışının təşkili, pərakəndə qiymət müəyyən edilməsinə dair və müştərilərə göstərilən xidmətlərlə bağlı Təchizatçının tövsiyə və məsləhətlərinə əməl etmək; 2.4.2-ci bəndinə əsasən bu Müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı baş vermiş və ya gözlənilən dəyişikliklər haqqında Təchizatçıya 48 (qırx səkkiz) saat ərzində məlumat vermək; 2.4.3-cü bəndinə əsasən müştərilərin istək və tələbləri barədə Təchizatçıya mütəmadi məlumat vermək; 2.4.4-cü bəndinə əsasən müştərilərin rəy və təkliflərini öyrənmək üçün Təchizatçının həyata keçirdiyi tədbirlərə yardım göstərmək və belə tədbirlərin təşkilində Təchizatçının tələbi olduğu halda bilavasitə iştirak etmək; 2.4.5-ci bəndinə əsasən təchizatçı bu Müqavilə çərçivəsində əməkdaşlıq, səbəbindən asılı olmayaraq dayandırıldıqda, Alıcının bu Müqavilə əsasında və ya tərəflərin razılaşdırdığı digər şərtlər əsasında aldığı və əməkdaşlığın dayandırılma gününə dəyəri Təchizatçıya ödənilməmiş malların, həmçinin əməkdaşlığın dayandırıldığı günə satılmış malların satışına dair sənədlərin (müqavilələrin, ödəniş qəbzlərinin, vəs.) surətlərini Təchizatçının ilk tələbi ilə tələb irəli sürülən gün iş gününün sonuna qədər ona təqdim etmək. 2.4.6-cı bəndinə əsasən bu Müqavilədən irəli gələn digər vəzifələrə vaxtında və keyfiyyətli əməl etmək.
2. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ## ######## 2021-ci il tarixli **/** saylı müqavilə üzrə cavabdeh2 satılan cəmi malın dəyəri 2241523,99 manat, ƏDV dəyəri 341927,39 manat, müqavilə üzrə ödənilmiş əsas borc məbləği 752100,99 manat, müqavilə üzrə ödənilmiş ƏDV borcunun məbləği 135378,18 manat, ödənilmiş cəmi borc 887479,17 manat, ödənilməyən əsas borc 1147495,61 manat, ƏDV borcu 206549,21 manat, cərimə borcu 2583384,88 manat, cəmi borc 3937429,70 manat təşkil edir.
3. “xxxx” MMC tərəfindən cavabdeh2 ünvanlanan EBBK seriyalı ****** nömrəli ##.##.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 5667,54 manat, EBBK seriyalı ****** nömrəli ##.##.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 3759,95 manat, EBBM seriyalı ****** nömrəli ##.##.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 6540,80 manat, EBBM seriyalı ****** nömrəli ##.##.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 31984,58 manat, EBBM seriyalı ****** nömrəli ##.##.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 60896,30 manat, EBBO seriyalı ****** nömrəli ##.##.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 19880,25 manat, EBBP seriyalı ****** nömrəli ##.##.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 87607,46 manat, EBBQ seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 37499,99 manat, EBBR seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 105370,91 manat, EBBT seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 73828,10 manat, EBBU seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 8623 manat, EBBX seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 336966,46 manat, EBBY seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 30010,66 manat, EBBZ seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 1628,94 manat, EBCA seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 4861,53 manat, EBCG seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 610244,14 manat, EBCH seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 85539,77 manat, EBCH seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixlielektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 0,47 manat, EBCI seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 514657,50 manat, EBCI seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 54001,52 manat, EBCL seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 75250,26 manat, EBCL seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 86700,26 manat təşkil etmişdir. Elektron qaimələrin hər birinin əsası qismində ## ######## 2021-ci il tarixli **/** saylı müqavilə göstərilmişdir.
4. “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli göndərilən qaimələrin və edilmiş ödənişlərin siyahısından görünür ki, cavabdeh2 tərəfindən EBBU seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə 2901,63 manat məbləğində, EBCG seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə 610244,14 manat məbləğində, EBCH seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə 85539,77 manat məbləğində, EBCI seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə 514657,5 manat məbləğində, EBCJ seriyalı ****** nömrəli ##.##.2022ci il tarixli elektron qaimə üzrə 54001,52 manat məbləğində, EBCL seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə 86700,26 manat məbləğində borclar qalmışdır, qalan bütün eqaimələr üzrə tam ödənişlərin edildiyi qeyd edilmişdir.
5. “xxxx” MMC-yə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh2 tərəfindən iddiaçının hesabına ##.##.2022-ci il tarixdə 16949,15 manat, ##.##.2021-ci il tarixində 1416,95 manat, ##.##.2022-ci il tarixində 50847,46 manat və 1081,35 manat, ##.##.2022-ci il tarixində 19823,10 manat, ##.##.2022-ci il tarixində 24000 manat, ##.##.2022-ci il tarixində 80040 manat, ##.##.2022-ci il tarixində 34034,91 manat, ##.##.2022-ci il tarixində 30005 manat, ##.##.2022-ci il tarixində 23910 manat və 20000 manat, ##.##.2022-ci il tarixində 22000 manat, ##.##.2022-ci il tarixində 30090 manat, ##.##.2022-ci il tarixində 10966,45 manat, ##.##.2022-ci il tarixində 150000 manat, ##.##.2022-ci il tarixində 80000 manat məbləğ köçürülmüş, ödənişin təyinatı olaraq EBBM seriyalı ****** nömrəli və EBBP seriyalı ****** nömrəli, EBBO seriyalı ****** nömrəli, EBBQ seriyalı ****** nömrəli, EBBU seriyalı ****** nömrəli, EBBR seriyalı ****** nömrəli, EBBT seriyalı ****** nömrəli, EBBX seriyalı ****** nömrəli elektron qaimələrə istinad olunmuşdur.
6. cavabdeh1 tərəfindən məhkəməyə sübut olaraq maddi daşıyıcıda (flash kart) ək olunmuş videoyazıdan görünür ki, elektron ünvan 1 elektron poçt ünvanından tərəfindən elektron ünvan 2 elektron poçt ünvanına ##.##.2023-cü il tarixdə göndərilən e-mail göndərilmişdir. Video yazıda videoya əlavə edilən sənədlə eyni adlı sənəd kompyuterin işçi stolundan (e-mailə əlavədən yox) açılır və həmin sənəddə ##.##.2023-cü il tarixə cavabdeh2 (müştərinin adı olaraq gah sevda qarayava, gah da sevda sederek göstərilmişdir) satılmış malın dəyəri 2251403,84 manat, ödəniş 2079163,33 manat, qalıq borc 172240,51 manat olması barədə hesabatdan ibarət olması görünür.
7. İşəgötürən “xxxx” MMC və işçi X2 arasında bağlanan ##.##.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi ##.##.2021-ci il tarixdən X4-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır və əmək müqaviləsinə ##.##.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrə əsasən “AR ƏM-nin 68.2.”a”-tərəflərin birinin təşəbbüsü” maddəsinə əsasən ##.##.2025-ci il tarixində xitam verilmişdir.
8. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin ##.##.2024-cü il tarixli qərarı ilə, ********* nömrəli cinayət işi üzrə cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır.
9. AR DİN-nin ## ### 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, cavabdeh1 izahatında Marvel şirkətindən elektronik mallar alıb satdığını, şirkətlə əvvəllər arvadı cavabdeh2 adından fiziki şəxs kimi alqı-satqı müqaviləsi bağlayaraq alış-veriş etdiyini, Sevdanın adından notarial qaydada etibarnamə aldığını və bütün hərəkətləri icra etdiyini, cavabdeh2 adından 4 milyon manat dəyərində, dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb dəyərinin 2.700.000 manat hissəsini ödəmişdir. Hazırda fiziki şəxs cavabdeh2” şirkətinin “xxxx” MMC-yə 172.240 manat borcu qaldığını bildirir.
10. AR DİN-nin ## ### 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X2 ifadəsində göstərmişdir ki, cavabdeh1 sonuncu dəfə ümüumi dəyəri 610.000 ABŞ dolları təşkil edən malları götürüb təxminən 10 gün sonra həmin malların 20 %, yəni 120.000 ABŞ dollarını şirkətə ödəsə də, sonramüxtəlif bəhanələr gətirərək, ödəməmişdir. cavabdeh1 dəfələrlə pulu ödəyəcəyinə söz verib vaxt istəsədə, şirkətə borclu olduğu 2051896 manat pul ödəməkdən yayınmışdır.
11. AR DİN-nin ## ### 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından “xxxx” MMC-nin direktoru vəzifəsində çalışmışdır. O,həmin vəzifəyə təyin olunmamışdan əvvəl “xxxx” MMC cavabdeh1 ilə müqavilə bağlayaraq şirkətin gətirdiyi məişət avadanlıqlarının satışı sahəsində əməkdaşlıq etməyə başlamışdır. Şərtlər bu cür olmuşdur ki, cavabdeh1 satılan malların 20-30 faiz dəyərini əvvəlcədən ödəməklə şirkətə məxsus elektrik məişət avadanlıqlarını götürüb satışını həyata keçirsin, satışdan əldə etdiyi pullarla nisyə aldığı mallardan qalan pulları şirkətə ödəyib yenə nisyə malalıb satsın. 2022-ci ilin sentyabr ayının 29-da cavabdeh1 şirkətdən bir neçə dəfə mal götürüb dəyərini ödəməmişdir, sonuncu dəfə 610.000 ABŞ dollarını şirkətə ödəsə də, müxtəlif bəhanələr gətirərək qalan pulu ödəməkdən yayınmışdır. O, dəfələrə ondan və satış təmsilçisi Elnur Atakişilidən vaxt istəsə də, “xxxx” MMC-yə borclu olduğu 2051896 manat məbləğində borcu qalmışdır.
12. AR DİN-nin ## ### 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının ## ######## 2024cü il tarixli *-**-**/*-*/****/**** nömrəli rəyində göstərilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış “xxxx” MMC (təchizatçı) ilə cavabdeh2 (Alıcı) arasında bağlanmış ##.##.2021-ci il tarixli, **/** saylı müqavilə üzrə tərtib edilmiş EQF-yə əsasən 2021-ci il üçün 216336, 89 manat (183336,35 manat əsas, 33000,54 manat ƏDV) məbləğində və 2022-ci il üçün 1951355,41 manat (1653691,03 manat əsas, 297664,38 manat ƏDV) məbləğində malların təqdim edildiyi müəyyən edilir (təhvil-təslim aktlar yoxdur). Lakin qeyd edilir ki, ##.##.2024-cü il tarixli audit aktında cavabdeh2 tərəfindən «xxxx» MMC-nin bank hesabına 744.060,61 manat, xəzinəsinə 125.032,17 manat və ƏDV üzrə 19.339,16 manat məbləğində ödəniş aparılması göstərilsə də, tədqiqi hissədə qeyd edildiyi kimi həmin ödənişləri özündə əks etdirən sənədlər (bank, xəzinə sənədləri (hesabatdan çıxarışlar, kassa mədaxil orderləri) və depozit hesabatından çıxarış) iş materiallarında mövcud olmadığından aparılan ödənişləri müəyyən etmək mümkün olmadı.
13. AR DİN-nin ## ### 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, hazırki cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin direktoru işləmiş X3, həmçinin həmin şirkətin satış təmsilçisi X2 ilə cavabdeh1 arasında mülki xarakterli biznes münasibətləri olmuşdur. Eyni zamanda həmin münasibətlər tərəflər arasında müqavilə bağlanaraq rəsmiləşdirilməklə aparılmışdır. Yəni, Elnur Atakişili, daha sonra Raif Abdullayev təmsil etdikləri "xxxx" MMC ilə cavabdeh1 faktiki idarə etdiyi arvadı, fiziki şəxs cavabdeh2 adına olan VÖEN, daha sonra cavabdeh1 özünün adına olan “xxxx” MMC və qardaşı Rauf Qarayevin adına olan “xxxx” MMC ilə rəsmi müqavilə bağlayaraq “xxxx» MMC-nin xarici ölkələrdən idxal etdikləri müxtəlif elektirik məişət və digər avadanlıqlarını rəsmi qaydada dəyərinin 30 faizini əvvəlcədən ödəmək, qalan dəyərinin isə müəyyən vaxt, yəni əvvəl 30, daha sonra 120 günədək ödəmək şərti ilə sahibkar cavabdeh1 nisyə olaraq satmışlar. cavabdeh1 isə “xxxx» MMC-dən nisyə aldığı malları və özünün həmin şəxslərdən ayrılıqda xarici ölkələrdən sifariş edib gətizdirdiyi malları Bakı şəhərində və Respublikanın rayonlarında yerləşən mağazalara nisyə və nağd formada öz qazancını da nəzərə almaqla malların dəyərindən baha qiymətə öz işçiləri vasitəsilə satmışdır. cavabdeh1 “xxxx» MMC-nin satış təmsilçisi Elnur Atakişilidən mütəmadi olaraq 2021-ci ilin avqust ayından 2023-cü ilin may ayınadək olan müddətdə rəsmi qaydada dəyərinin 20-30 faizini əvvəlcədən ödəməklə nisyə olaraq elektirik məişət avadanlığı alıb satışını təşkil etmişdir. Həmin müddətdə cavabdeh1 “xxxx» MMC-nin bank hesabına və Elnur Atakişiliyə şəxsən aldığı əmlakların dəyərinin bir hissəsini ödəmişdir. cavabdeh1 “xxxx» MMC-dən malları əvvəl fiziki şəxs cavabdeh2 adına almış, həmin fiziki şəxsin adına olan VÖEN vasitəsilə ilə uzun müddət “xxxx» MMC ilə əməkdaşlıq edib nisyə mal götürüb satıb pulunu ödəyərək təkrarən nisyə olaraq malllar götürmüşdür. Belə ki, «xxxx» MMC-nin qanuni mənafelərini təmsil adən şəxslər İstintaqa bildirmişdir ki, cavabdeh1 fiziki şəxs cavabdeh2 adına 2.241523,99 manat dəyərində nisyə olaraq 20-30 faiz ilkin ödəniş edib elektrik məişət avadanlıqları alaraq həmin avadanlıqların dəyərinin 887.479,17 manat hissəsini ödəmiş, qalan 1.354.044,82 manatını hissəsini isə ödəməmişdir.
14. AR DİN Bakı Şəhər Baş Polis İdarəsinin ##.##.2025-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir.
15. cavabdeh1 tərəfindən verilmiş ərizədə qeyd etmişdir ki, VÖEN********** dövlət vergi qeydiyyat nişanlı cavabdeh2 məxsus müəssisəni o, aldırmışdır. Müəssisə əvvəllər ərzaq məhsullarının alqı-satqısı üçün nəzərdə tutulub. Daha sonra fəaliyyəti genişləndirmək məqsədi ilə “xxxx” MMC, “ERC Distribution” şirkətləri ilə onların təşəbbüsü əsasında müqavilə bağlayaraq “Tesla” və “Scarleft” markalı məişət texnikalarının topdan satışı ilə məşğulolmuşdur. Bununla yanaşı xarici ölkələrdən “Samsung”, “Hitachi” “Bergman” markalı brendlərin idxal ixracı ilə məşğul olmaq məqsədi ilə əsasən Çin, Dubay, Almaniyaya 894.000 USD pul köçürmüşdür. Qeyd olunan məhsullardan yalnız 150.000 Usd olan hissəsi Azərbaycana göndərilib. Qalan 744.000 USD olan hissəsi isə dəfələrlə onlara yazılı şəkildə xəbərdarlıq etməyinə baxmayaraq Azərbaycana göndərilməyib və vaxt istənilib. Onlara Azərbaycan Respublikasın qanunvericliyini ərtaflı başa salmışdır və ölkədən axan pulların əvəzində 2 il ərzində ya malaın gəlməsini, ya da pulun geri qaytarılmasını ətraflı şəkildə izah etmişdir. Lakin bununla belə onlar fors major səbəbləri əsas gətirilərək məhsulun göndərilməsi üçün vaxt istməmişdir. Qeyd edir ki, həyat yoldaşı cavabdeh2 bu proseslərlə heç birindən xəbəri olmayıb, sistemdə olan müqavilələrə baxdıqda bütün imzaların özünə məxsus olduğunu qeyd etmişdir. Eyni zamanda ödənişlər həyata keçirilərkən asan nömrə ilə ödənişlərin təsdiqini şəxsən özü həyata keçirmişdir. Həyat yoldaşı evdar xanımdır, təhsili yoxdur, bu proseslərdən xəbəri olmamışdır.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Elvin Nemət oğlu göstərmişdir ki, mübahisənin yarandığı dövrdə o, şirkətdə topdansatış meneceri vəzifəsində çalışmış, 2021ci ilin avqust ayında işə başlamış və həmin dövrdə cavabdehlə əməkdaşlıq münasibətləri artıq mövcud olmuşdur. O bildirmişdir ki, 2021-ci ilin sentyabr-oktyabr aylarında Rafiq bəy tərəfindən yeni topdansatış şirkəti yaradılmış və həmin şirkətlə müqavilənin rəsmiləşdirilməsini özü həyata keçirmişdir. Əməkdaşlığın əvvəlində ödənişlərin normal qaydada aparıldığını, gecikmələrin maksimum 10 gün təşkil etdiyini, problemlərin isə 2023cü ildən başladığını, cavabdehin ödənişlərinin gecikməsinin əsas səbəbinin logistika problemləri olduğunu bildirdiyini, sonradan isə onun müflis olması barədə məlumat aldıqlarını qeyd etmişdir. Şahid göstərmişdir ki, cavabdehə borclar və hesablaşmalar barədə hesabatlar WhatsApp və elektron poçt vasitəsilə, təxminən hər rübdə bir dəfə göndərilmiş, ödəniş müddəti isə 90 gün olmuşdur. Hesabatların maliyyə nəzarətini həyata keçirən şəxs tərəfindən hazırlandığını, özünün yalnız prosesi idarə etdiyini bildirmişdir. Şahid məhkəməyə təqdim etdiyi WhatsApp yazışmalarına istinad edərək "Otçet Elnur" adlı qovluqda cavabdeh2 üzrə 1.178.903 manat borcun göstərildiyini, "Sevda Sədərək" adlı faylda isə ##.##.2023-cü il tarixinə 172.240 manat məbləğinin qeyd olunduğunu bildirmiş, həmin hesabatı ##.##.2023-cü il tarixində həm WhatsApp, həm də elektron poçt vasitəsilə göndərdiyini göstərmişdir. Şahid həmçinin bildirmişdir ki, cavabdehin son borcu bir milyon manatdan artıq olmuş, ən böyük borc təxminən 690.000 ABŞ dolları dəyərində televizor satışına aid olmuş, hesablaşmalar isə manatla aparılmışdır. O, cavabdehin qeyd etdiyi 480.000 manat məbləğində ödəniş barədə dəqiq məlumata malik olmadığını, lakin cavabdeh tərəfindən edilən ödənişlərin şirkətdə rəsmiləşdirildiyini və həmin ödənişlərin əvvəlki debitor borclarına silinə bildiyini qeyd etmişdir. Şahid göstərmişdir ki, cavabdeh mal götürərkən təxminən 30 faiz ilkin ödəniş edir, qalan məbləği isə 60-90 gün ərzində ödəyirdi. Gecikmələr yarandıqda isə sonradan edilən ödənişlər əvvəlki borcların bağlanmasına yönəldilirdi. Bundan başqa, şahid 2023-cü ildə də cavabdehə mal təqdim edildiyini, cavabdeh tərəfindən malların geri qaytarılması faktını bilmədiyini, onların tərəfindən heç bir malın geri götürülmədiyini, cavabdehin bildirdiyi malların geri qaytarılması məsələsinin isə tərəflər arasında müəyyən müzakirə mövzusu olduğunu ifadə etmişdir.
17. Şahid tərəfindən təqdim edilmiş +*** ** *** ** ** nömrəsi ilə aparılmış WhatsApp yazışmalarından görünür ki, ##.##.2023-cü il tarixində həmin nömrəyə «Отчет Эльнур» adlı Excel faylı göndərilmişdir.
18. “Getcontact” mobil tətbiqi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, *** *** ** ** nömrəsi cavabdeh1 tərəfindən istifadə edilir.
19. Şahid tərəfindən təqdim edilmiş, cavabdeh1 məxsus telefon nömrəsi ilə aparılmış WhatsApp yazışmalarında olan «Отчет Эльнур» adlı Excel faylından görünür ki, faylda iki ayrı iş vərəqi (sheet) yaradılmış və onlar müvafiq olaraq “Sevda Sederek” və “cavabdeh2 Shahismayilova” adlandırılmışdır. “Sevda Sederek” adlı iş vərəqində qarşılıqlı hesablaşmalar üzrə aktın yekununa əsasən satılmış malların dəyəri 355.944,06 manat, edilmiş ödənişlər 183.703,55 manat, qalıq (saldo) isə 172.240,51 manat göstərilmişdir. “cavabdeh2 Shahismayilova” adlı iş vərəqində isə satılmış malların dəyəri 1.895.459,78 manat, edilmiş ödənişlər 716.556,62 manat, qalıq (saldo) isə 1.178.903,16 manat olaraq göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
20. İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC ilə cavabdeh2 Şahismayilovna arasında imzalanmış ##.##.2021-ci il tarixli **/** saylı Alqı-satqı müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 1.147.495,61 manat əsas borc, 206.549,21 manat ƏDV borcu, 2.583.384,88 manat cərimə borcu olmaqla, cəmi 3.937.429,7 manat borcunun və 2 758,71 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh cavabdeh2 Şahismayilovna arasında ## ######## 2021-ci il tarixli **/** saylı Alqısatqı müqaviləsi (“Müqavilə”) (Əlavə 1) imzalanmışdır. Müqaviləyə əsasən satıcı qiyməti, sayı və xüsusiyyətləri qaimələr ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə bu malların alışını həyata keçirir. Müqavilə imzalandığı gündən iddiaçı cavabdehə cəmi dəyəri 2 241 523,99 manat (1 899 596,60 manat əsas və 341 927,39 manat ədv) olan malların satışını icra etmişdi. Cavabdeh tərəfindən həmin mallar üzrə əsas borcdan 752 100,99 manat, ƏDV borcundan 135 378,18 manat olmaqla, сəmi 887 479,17 manat ödəniş edilmişdir.(Əlavə 2 və 3) Gördüyünüz kimi, cavabdeh 60 gündən çoxdur ki, müqavilə üzrə ödənişləri icra etmir. Cavabdehin iddiaçıya sözügedən müqavilə üzrə # ###### 2025-ci il tarixinə1 147 495,61 manat əsas borcu, 206 549,21 ƏDV borcu, 2 583 384,88 manat cərimə borcu olmaqla, cəmi 3 937 429,7 manat borcu vardır. Tərəflər arasında imzalanmış ##.##.2021-ci il tarixli **/** saylı alqı-satqı müqaviləsinin 1.4-cü maddəsinə əsasən, alıcı tərəfindən gecikdirilən ödənişə görə təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq ediləcəkdir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi üçün dəfələrlə pretenziya (mediasiya təklifi) göndərilmiş (əlavə 4), həmçinin borcun tam bağlanması üçün dəfələrlə ona şifahi qaydada xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır.
22. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh2 Şahismayilovna arasında imzalanmış ##.##.2021-ci il tarixli **/** saylı Alqı-satqı müqaviləsi üzrə cavabdehlər cavabdeh2 Şahismayilovna və cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 1 147 495,61 manat əsas borc, 206 549,21 manat ƏDV borcu, 2 583 384,88 manat cərimə borcu olmaqla, cəmi 3 937 429,7 manat borcunun və 2 758,71 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh cavabdeh2 Şahismayılovanın iddiaya etirazı onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı qaldırdığı bu iddia ilə qətiyyən razı deyil. Faktiki olaraq bu şirkət şəxsən onunla heç bir alqı-satqı müqaviləsi bağlamayıb. O, bu şirkətlə ümumiyyətlə tanış deyil. Rəsmi şəkildə yoldaşı olan, amma faktiki illərdir yaşamadığı cavabdeh1 ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin arasında bağlanan müqavilələrdən onun heç bir məlumatı olmayıbdır. cavabdeh1 onun adından ondan xəbərsiz bir neçə şirkətlərdən eləcə də onlardan biri olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə öz imzasi ilə saxtalaşdırmış şəkildə mallar əldə etmişdir. Onun tərəfindən cavabdeh1 heç bir etibarnamə verilməyibdir. Onun adına xələl gətirmişdir və ona külli miqdarda ziyan vurmuşdur. Bunu özü şəxsən etiraf edir və buna aid onun şəxsən özü tərəfindən etiraf etdiyi, göndərdiyi əlyazmasi mövcuddur. Bundan əlavə Bakı Kommersiya Məhkəməsində iş № e- 2-2(113)-466)-2025 ##.##.2025-ci il tarixli qətnaməsində digər şirkət olan iddiaçı “X15” X17 ilə cavabdehlər cavabdeh2 Şahismayilovna, cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmə keçirilmişdir və həmin qətnamədə qərar verilmişdir ki, ##.##.2021-ci il tarixli ***rtl-****erc saylı alqı-satqı müqaviləsi üzrə satılmış mallara 62.590,80 manat məbləğində pul vəsaiti, 3100 manat dəbbə pulu, hüquqi yardım üçün 800 manat, medasiya xərci 405 man cavabdeh cavabdeh1 tutularaq iddiaçiya ödənilməlidir. Bakı Kommersiya Məhkəməsi ##.##.2024-cü il tarixli qərardadi ilə məhkəmə-xətşünasliq ekspertizasi təyin edilmişdir. Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli 4-*** №-li Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş ##.##.2021-ci il tarixli müqavilə üzrə qarşılıqlı üzləşmə aktında İmza cavabdeh2 Şahismayilovna tərəfindən yox, başqa şəxs tərəfindən icra olumuşdur. Həmin Cinayət İşləri üzrə Yasamal Rpi-nin İstintaq Şöbəsinin ##.##.2024 tarixli Qərari ilə ********* nömrəli Cinayət İşi üzrə o, cavabdeh2 Şahismayilovna zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan əlavə cavabdeh1 adına ümumilikdə 140000 man-dək Vergi borcu da yaratmışdır. Və bununla bağlı cinayət işi açılmışdır. Eyni zamanda adından müxtəlif vaxtlarda xaricə küllü miqdarda pul vəsaiti çıxarmışdır. O, bunu müəyyən müddətdən sonra adına rəsmi şəkildə cərimələr gələndən sonra xəbər tutmuş və dərhal aidiyyati qurumlara müraciət etmişdir. Bakı şəhəri Xətai Rayonu Məhkəməsinə müxtəlif vaxtlarda cərimələrlə bağlı şikayətləri olmuşdur. Və bunun nəticəsində Azərbaycan Respublikasi Mərkəzi Bank tərəfindən barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsində nəzərdə tutulmuş İnzibati Xəta törətdiyinə görə İnzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə nail olmuşdur və şikayətləri təmin olunmuşdur. Eyni zamanda Bakı şəhəri Xətai Rayonu İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən icraata xitam verilməsi haqqında Qərar digər bütün sənədlərlə birlikdə yerləşdirilmişdir. hazırda ##.##.2025-ci il ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Polis R-X10 tərəfindən materiallari nəzərdən keçirərək cavabdeh1 X4, X3, X2, X6 və X7 xüsusilə küllü miqdarda əmlaklarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilməsinə dəlalət edən kifayət qədər mötəbər sübutlar məcmusu və əməlində cinayət tərkibi olmadığından cinayət işinə xitam vermişdir. Onun bu şirkətlə heç bir iş birliyi olmamışdır. O evdar xanım olaraq çalışmır, iki azyaşlı övladı var. Və bu kimi işlərdən ümumiyyətlə anlayışı yoxdur.
24. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 ƏDV daxil 172.240,51 manat əsas borc, 8612 manat dəbbə pulu olmaqla, cəmi 180.852,51 manat borc məbləğin və dövlət rüsumunun əvəzi olaraq 471 manatln tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.
25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə ilkin olaraq qeyd edib ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icraprinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. Əvvəla məhkəmə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi ## ######## 2021-ci il tarixli **/** saylı alqı-satqı müqaviləsinə münasibətdə qeyd edib ki, həmin alğı-satqı müqaviləsi ikitərəfli əqd olmaqla, onun bağlanması üçün iki tərəfin iradə ifadəsinin olmağı tələb edilir. Lakin, məhkəmə araşdırılması zamanı müəyyən edilib ki, cavabdeh cavabdeh2 iş üzrə iddiaçı şirkət ilə heç bir əlaqəsi olmamışdır. cavabdeh2 VÖEN açaraq həyat yoldaşı olan cavabdeh1a kiçik bir marketin işlədilməsi üçün vermişdir, sonradan həmin market bağlandıqdan sonra elə bilib ki, VÖEN və asan imza da bağlanılıb, Q.Rafiqin onun adından etdiyi digər fəaliyyəti barədə məlumatsız olub. Digər tərəfdən iddiaçı şirkət də müqavilə üzrə malların məhz cavabdeh2 verilməsini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından olan alqı-satqı müqaviləsində olan imzanın Q.Rafiqə aid olması, malları iddiaçı şirkətdən cavabdeh1 tərəfindən qəbul edilməsi və ödənişlərin də onun tərəfindən edilməsini cavabdeh1 etiraf etmiş, iddiaçı şirkət də buna dair hər-hansı etirazını bildirməmişdir. Cavabdeh cavabdeh1 məhkəməyə və digər orqanlara ünvanladığı ərizələrində cavabdeh2 hazırkı müqavilədən məlumatı olmadığını, iddiaçının mallarını özü aldığını, imzaları özünün çəkdiyini etiraf etmişdir. Həmçinin cinayət işi üzrə olan qərarlardan da məlum olub ki, cavabdeh1 başqa şəxslə də cavabdeh2 adından müqavilə imzalamış, etibardan sui-istifadə edərək dəluduzluq cinayət əməlini törətməsinə görə barəsində cinayət işi başlanılmış, təqsirləndirilən şəxs kimi cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda həmin cinayət işi üzrə cavabdeh2 da zərərçəkmiş şəxs qismində tanınmışdır. Bütün bunlar cavabdeh1 səlahiyyətinin fəaliyyət göstərdiyi şəraitdən də bəlli olmadığını təsdiq edib. Odur ki, iddiaçı cavabdeh cavabdeh2 həmin müqavilə üzrə öhdəliyin icrasını tələb etməkdə haqlı deyildir. Buna görə də iddia tələbi cavabdeh cavabdeh2 Şahismaylovnaya aid hissədə təmin olunmamalıdır. Lakin bununla belə iddiaçının ## ######## 2021-ci il tarixli **/** saylı alqı-satqı müqaviləsinin icrasını tələb etmək hüququ vardır və iddiaçının cavabdeh1 qarşı tələbi haqlıdır. Beləliklə, tərəflər arasında bağlanmış ## ######## 2021-ci il tarixli **/** saylı müqavilənin Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Təchizatçı təqdim edəcək, həmçinin Tərəflərin qarşılıqlı razılığı əsasında malın Alıcıya çatdırılmasını və ya Təchizatçının sərəncamında olan anbardan Alıcıya təhvil verilməsini Təchizatçı həyata keçirəcək. Belə ki, iddiaçı müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh satılmış malları qəbul etmiş, onların bir qismi üzrə ödənişləri həyata keçirsə də, digərlərinin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə cavabdehə 22 elektron qaimə göndərilmişdir. İddiaçı hazırda cavabdehə 2241523,99 manat dəyərində mal satıldığına, malların bir hissəsinin dəyərinin ödənilmədiyinə istinad edərək 1147495,61 manat əsas borc, 206549,21 manat ƏDV borcu və 2583384,88 manat hesablanmış dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək ödənişlərin bir qisminin köçürmə yolu ilə, digər qisminin isə nağd şəkildə edildiyini və hazırda iddiaçıya ƏDV daxil ödənilməmiş 172.240 manat borcun qaldığını bildirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.2021-ci il tarixli müqavilənin şərtlərində tərəflər müqavilə üzrə ödəniş və onun şərtlərinin tərəflər arasında ayrıca razılaşdırılacağı və bu müqaviləyə əlavə olunacağı (1.1), səlahiyyətli şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacağı (1.2), ödənişin bank vasitəsilə köçürmə yolu həyata keçiriləcəyi (1.4) barədə razılığa gəlmişlər. Lakin iddiaçı cavabdeh tərəfindən qəbul edilən məbləğdən (172.240 manat) əlavə olaraq satıldığını iddia etdiyi mallara dair təsdiqedici sənədləri (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş qiymət razılaşma protokolu, alış sifarişi, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim etməmiş, həmçinin iş materiallarına əlavə edilmiş sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə mübahisələndirilən müqavilə əsasında konkret olaraq hansı miqdarda, çeşiddə və dəyərdə malın satıldığını müəyyən etmək mümkün olmamışdır. Cavabdehin AR DİN-də təqsirləndirilən şəxs qismində verdiyi izahatda qeyd etdiyi “cavabdeh2 adından 4 milyon manat dəyərində, dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb dəyərinin 2.700.000 manat hissəsini ödəməsi” barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehə 2241523,99 manat dəyərində mal satdığını qeyd etmiş, lakin cavabdeh izahatında 4 milyon manat dəyərində mal aldığını bildirmişdir. Digər tərəfdən məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 polis idarəsində verdiyi izahatı təkzib edərək iddiaçının tələb etdiyi 6 qaimə üzrə borc məbləğinin 20-30 %-ni əvvəlcədən həm nağd, həmdə köçürmə yolu ilə ödədiyini və 172.240,51 manat borcun qaldığını bildirmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi Elnur Atakişili tərəfindən ##.##.2023-cü il tarixdə elektron poçt ünvanı vasitəsi cavabdehin nümayəndəsi cavabdeh1 göndərilən sənəddə ##.##.2023-cü il tarixə cavabdeh2 satılmış malın həcminin 2251403,84 manat, ödəniş 2079163,33 manat, qalıq borc 172.240,51 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə, iddiaçının nümayəndəsinin “istinad olunan sənədin Elnur Atakişili tərəfindən öz-özünə göndərilməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim olunmuş maddi daşıyıcının (flash kart) tədqiqi zamanı müəyyən olunmuşdur ki, e-mail elektron ünvan 1 elektron poçt ünvanından elektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş, həmin şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olması faktı isə iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, işəgötürən “xxxx” MMC və işçi X2 arasında bağlanan ##.##.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi ##.##.2021-ci il tarixdən X4-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır və əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilmişdir. Atakişili Elnurun hazırkı mübahisəli dövr ərzində iddiaçı şirkətin rəsmi işçisi olması işin mübahisəsiz halıdır. Beləliklə iddiaçı şəxsən nümayəndəsi vasitəsi ilə cavabdehə elektron poçt ünvanı vasitəsi ilə göndərdiyi sənəddə qalıq borcun 172.240,51 manat təşkil etdyini göstərmişdir. İddiaçı tərəfindən təqdim edilən elektron qaimələr ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edib ki göstərilən hüquq normalarının məzmunundan da göründüyü kimi qanunvericilik elektron qaimə-fakturaları elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədi olaraq müəyyən etmiş və onların malların təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan, hazırkı iş üzrə təqdim edilmiş elektron qaimə fakturaların avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyini və cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə iş üzrə təqdim edilmiş digər sübutlar və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika ilə birlikdə təhlil edilməlidir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2241523,99 manat mala dair elektron qaimələr göndərilsə də, tərəflər arasında həmin məbləğdə mallara dair təhvil-qəbul aktı tərtib edilməmişdir, bu səbəbdən qaimə-fakturalar həmin məbləğdə malların cavabdehə faktiki təhvil verilməsi faktını təsdiq etmək üçün kifayət hesab edilmir. Əlavə olaraq məhkəmə qeyd edib ki, iş materiallarına əlavə edilmiş sübutlar və tərəflərin verdikləri izahatlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə araşdırması zamanı mübahisə predmetini təşkil edən müqavilə üzrə ödənişlərin icrası və malların faktiki təqdim edilməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərində formalaşmış praktikanı dəqiq müəyyən etmək mümkün olmamışdır. Lakin, iş materiallarında olan çoxsaylı sənədlər əsasında o müəyyən edilib ki, tərəflər arasında hesablaşmalar yalnız köçürmə yolu ilə deyil, nağd qaydada da həyata keçirilmişdir, həm malların ilkin ödənişi olaraq 20-30%, həm də malların dəyəri olaraq pul vəsaitinin. Bu həmçinin iddiaçının təqdim etdiyi “göndərilən e-qaimələrin və ödənişlərin siyahısına dair cədvəldən” belə görünür. Belə ki, məhz iddiaçının təqdim etdiyi həmin cədvəldə göstərilən hər bir e-qaimə üzrə ayrı-ayrılıqda ödənişlər (belə başa düşülür ki, nağd qaydada edilmişdir) ilə bank hesabından çıxarışda göstərilən ödənişlərdən fərqlənir (bank hesabından çıxarışda göstərilən ödənilən e-qaimələr ilə iddiaçının cədvəlində göstərilən ödənilən e-qaimələrin nömrələri və məbləğləri fərqlidir). E-qaimələrə münasibətdəsə cavabdeh Q.Rafiq bildirib ki, 2022-ci ilin sentyabr ayından etibarən göndərilən e-qaimələrdən məlumatı olmamış və malları qəbul etməmişdir. (AR MPM-in 81, 89.3, 106.3-cü maddələri) Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.Məhkəmə xüsusi olaraq qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli cavabdeh cavabdeh1 iddiaçın xeyrinə 172.240,51 (ƏDV daxil) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə iddiaçı 258384,88 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edib ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (ƏDV daxil cəmi 172.240,51 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edib ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 8612 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edib ki, iddiaçı tərəfindən 2758,71 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi qismində 471 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2, 324.1, 324.2, 324.4, 324.6, 337.1, 337.2-ci maddəsinin 1-ci cümləsinə, 337.4, 359.1, 360.1, 386.1, 398.1, 399.1, 405.1, 442, 462.1, 467, 567, 570.2, 577.2, 600.2, 600.4, 601.1, 627.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6-cı bəndlərinə, “xxxx” MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.
27. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halı odur ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh cavabdeh2 Şahismayilovna arasında bağlanmış ##.##.2021-ci il tarixli **/** saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 22 elektron qaimə üzrə mallar satılmış və satılanmalların cəmi dəyəri 2.241.523,99 manat (1.899.596,60 manat əsas və 341.927,39 manat ƏDV)olmuşdur. Cavabdeh tərəfindən həminmallar üzrə сəmi 887.479,17 manat (752.100,99 manat əsas borc, 135.378,18 manat ƏDV borcu olmaqla) ödənişedilmişdir. Ödənilməmiş elektron qaimələr üzrə cavabdehin ƏDVdaxil borcu aşağıdakı kimidir. 1. EBBU seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 2901,63 manat, 2. EBCG seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 610.244,14 manat, 3. EBCH seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 85539,77 manat, 4. EBCI seriyalı ****** nömrəli ##.##.2022ci il tarixli – 514.657,50 manat, 5. EBCI seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 54001,52 manat, 6. EBCL seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 86700.26 manat. Cavabdehin 6 ədəd elektron qaimələr üzrə borcu ƏDV daxil 1.354.044,82 manat təşkil etmişdir. Cavabdeh cavabdeh1 məhkəmə iclasında ona qaimə üzrə verilmiş malları qəbul etdiyini, bütün qaimələr üzrə malları təhvil alması ilə bağlımübahisəsi olmadığını, lakin təhvil aldığı malların pulunu “xxxx” MMC-ə nəğd olaraq ödədiyini, cəmi 172.240 manat məbləğində borcu qaldığını bildirmişdir. Yəni cavabdehin mövqeyinə görə malların təhvil alınması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, müqavilə bağlandıqdan sonra 1 il ərzində rəsmi şəkildə iddiaçıya 3 dəfə onun tərəfindən ödəniş olunmuşdur. Qarşı tərəf onlara verdiyi məbləğin bir hissəsini mənimsəmişdir. 16 sentyabr tarixindən sonra infakt keçirdiyi üçün iddiaçıdan mal götürməmişdir. Sentyabr ayından sonra göndərilən heç bir qaimədən məlumatı yoxdur (qətnamə bənd 6). Həmin dövrdə “xxxx” MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi işləmiş X2 tərəfindən göndərilən mail yazışmasında olan cədvəldəki 172 240,51 manat məbləğində borcu qaldığını qəbul etdiyini, iddia tələbi üzrə 1 181 804,82 manat məbləğini qəbul etmədiyini qeyd etmişdir (172 240,51 + 1 181 804,82 = 1 354 044.82 manat). İlk öncə onu bildirmək istəyir ki, cavabdeh cavabdeh1Tofiq oğlu məhkəməyə sübut kimi “xxxx” MMCnin nümayəndəsi Atakişili Elnur tərəfindən göndərilən mail yazışmasının əslini təqdim etməmişdir. Belə ki, cavabdeh ona göndərilmiş mail yazışmasında olan cədvəli özü redakdə etmiş, borc məbləğini və ödənişlər barədə olan rəqəmləri dəyişdirərək sübutu saxtalaşdırmışdır. İşə baxmış məhkəmə isəiddiaçı kimi bu məqama xüsusi diqqət yetirilməsini bildirməyimizə baxmayaraq məhkəməcavabdehin təqdim etdiyi saxta sübutai stinad etmişdir. Məhkəmə qətnaməsinin 6-cı bəndində xüsusi qeyd etdiyi məqamla bağlı bildirir ki, cavabdeh cavabdeh1 məhkəməyə sübut kimi özünün düzəliş edərək təqdim etdiyi Atakişili Elnur tərəfindən göndərilən mail yazışmasında olan cədvələ baxdıqda görünür ki, cavabdeh 1 il ərzində iddiaçıya dəfələrlə ödəniş etmişdir. ## ######## 2022-ci il tarixdən sonra cavabdehin mallar götürmədiyi barədə (yənicavabdehin dediyi kimi infakt keçirdiyi üçün iddiaçıdan mal götürmədiyi barədə izahatında) qeyd etdikləri təsdiqini tapmır. Cavabdeh yuxarıda qeyd etdiyi kimi ##.##.2022-ci, ##.##.2022-ci, ##.##.2022-ci, ##.##.2022-ci və ##.##.2022-ci il tarixli elektron qaimələrə əsasən mallar almışdır. Cavabdeh ## ######## 2022-ci il tarixdən sonra təhvil aldığı mallara görə ##.##.2022-ci il tarixdə 30090.00 manat, ##.##.2022-ci il tarixdə 150 000.00 manat, ##.##.2022-ci il tarixdə 43 910.00 manat (23 910 + 20 000 = 43 910), ##.##.2022-ci iltarixdə 80 000.00 manat, ##.##.2022-ci il tarixdə 22 000.00 manat, ##.##.2022-ci il tarixdə 10 966.45 manat, ##.##.2022-ci il tarixdə 31 639.60 manat, ##.##.2022-ciil tarixdə 4861.53 manat və 75 250.27 manat məbləğində ödənişlər etmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlər elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi cavabdeh cavabdeh1 ## ######## 2022-ci il tarixdən sonra iddiaçı “xxxx” MMC-dən dəfələrlə mallar almış və bank vasitəsilə ödənişlər etmişdir. Məhkəmə qətnaməsinin 42-ci bəndində qeyd etmişdir ki, ARDİN-nin ## ### 2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, cavabdeh1 izahatında Marvel şirkətindən elektronik mallar alıb satdığını, şirkətlə əvvəllər arvadı cavabdeh2 adından fiziki şəxs kimi alqı-satqı müqaviləsi bağlayaraq alış-veriş etdiyini, Sevdanın adından notarial qaydada etibarnamə aldığını və bütün hərəkətləri icra etdiyini, cavabdeh2 adından 4 milyon manat dəyərində, dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb dəyərinin 2.700.000 manat hissəsini ödəmişdir. Hazırda fiziki şəxs cavabdeh2” şirkətinin “xxxx” MMC-yə 172.240 manat borcu qaldığını bildirir. Birdirir ki, məhkəmə qətnamənin 42-ci bəndində ARDİN-nin ## ### 2025-ci il tarixlicinayət işinə xitam qərarında cavabdeh1 izahatına istinad edərək, fiziki şəxs“cavabdeh2” şirkətinin “xxxx” MMCyə 172.240 manat borcu qaldığını qeyd etmişdir. Halbuki, cinayət işinə xitam qərarından görünür ki, cavabdeh1 sərbəst ifadə verərkən 172.240 manat borcu qaldığını bildirməmişdir. O ifadəsində göstərmişdir ki, “cavabdeh2 adından “xxxx” MMC-dən təxminən 4 milyon manat dəyərində, dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişətavadanlığı alıb dəyərinin 2.700.000 manat hissəsini ödəmişdir”. Bundan başqa o özünün təsis etdiyivə direktoru olduğu “xxxx” MMC-yə görə 320.000 manat və “xxxx” MMC şirkətinə görə 240.000 manat məbləğində “xxxx” MMC-yə borcu qalmışdır. Beləliklə onun “xxxx” MMC-yə 1.860.000 manat borcu qalmışdır.”(xitam qərarı səh 4). cavabdeh1 1.860.000 manat borcu qaldığını bildirərkən 3 şirkəti nəzərdə tutmuşdur. Həmin üç şirkətə görə borc “cavabdeh2” fiziki şəxsə görə 1.300.000 manat, “xxxx” MMC-ə görə 320.000 manat və “xxxx” MMC-ə görə 40.000 manat məbləğində olmaqla, cəmi 1.860.000 manat təşkil etmişdir (1.300.000 + 320.000 + 240.000 = 1.860.000 manat). Göründüyü kimi cavabdehin istintaqda verdiyi öz ifadəsinə əsasən hesabladıqda aydın olur ki, cavabdehin 1 300 000 manat borcu qalmışdır (4.000.000 – 2.700 000 = 1.300.000). Məhkəmə sübutları tədqiq edərkən qətnamənin 44-ci bəndində qeyd etmişdir ki, AR DİN-nin ## ### 2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından “xxxx” MMC-nin direktoru vəzifəsində çalışmışdır. O həmin vəzifəyə təyin olunmamışdan əvvəl “xxxx” MMCcavabdeh1 ilə müqavilə bağlayaraq şirkətin gətirdiyi məişət avadanlıqlarının satışı sahəsində əməkdaşlıq etməyə başlamışdır. Şərtlər bu cür olmuşdur ki, cavabdeh1 satılan malların 20-30 faiz dəyərini əvvəlcədən ödəməklə şirkətə məxsus elektrik məişət avadanlıqlarını götürüb satışını həyata keçirsin, satışdan əldə etdiyi pullarla nisyə aldığımallardan qalan pulları şirkətə ödəyib yenə nisyə mal alıb satsın. 2022-ciilin sentyabr ayının 29-da cavabdeh1 şirkətdən bir neçə dəfə mal götürüb dəyərini ödəməmişdir, sonuncu dəfə 610.000 ABŞ dollarını şirkətə ödəsə də, müxtəlif bəhanələr gətirərək qalan pulu ödəməkdən yayınmışdır. O, dəfələrə ondan və satış təmsilçisi Elnur Atakişilidən vaxt istəsə də, “xxxx” MMC-əborclu olduğu 2 051 896 manatməbləğində borcu qalmışdır. Məhkəmə qətnamənin 44-ci bəndində Bakı şəhər BPİ-nin cinayət işi üzrə icraata ##.##.2025-ci il tarixli xitam qərarında X3 ifadəsinə istinad edərkən yuxarıda xüsusi qeyd etdiyi hissədəki ifadəni əksinə, yəni cavabdehin xeyrinə qeyd etmişdir. Belə ki, X3 istintaq dövründə ifadəsində bildirmişdir ki, sonuncu dəfə ümumi dəyəri 610.000 ABŞ dolları təşkil edən malları götürüb təxminən 10 gün sonra malların 20 faizinin dəyərini, yəni 120 000 ABŞ dollarını şirkətə ödəsə də, müxtəlif bəhanələr gətirərək qalan pulu ödəməkdən yayınmışdır. (xitamqərarısəh 14). Məhkəmə sübutları tədqiq edərkən AR DİN-nin ## ### 2025-ci il tarixlicinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələrinə istinad edərkən nədənsə onların ifadələrini qətnamədə yalnış qeyd etməsi, yəni cavabdehin xeyrinə qeyd etməsi qətnamənin işin hallarına uyğun çıxarılmadığını göstərir. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin AR DİN-də təqsirləndirilən şəxs qismində verdiyi izahatında qeyd etdiyi “cavabdeh2 adından 4 milyon manat dəyərində, dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb dəyərinin 2.700.000 manat hissəsini ödəməsi” barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehə 2241523,99 manat dəyərində mal satdığını qeyd etmiş, lakin cavabdeh izahatında 4 milyon manat dəyərində malaldığını bildirmişdir. Digər tərəfdən məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 polis idarəsində verdiyi izahatı təkzib edərək iddiaçının tələb etdiyi 6 qaimə üzrə borc məbləğinin 20-30 %-n iəvvəlcədən həm nağd, həm də köçürmə yolu ilə ödədiyini və 172.240,51 manat borcun qaldığını bildirmişdir (qətnamə bənd 83). Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki,“xxxx” MMC-nin, X2 və digərlərinin şikayətləri əsasında cavabdeh cavabdeh1 barəsində Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlamış və sonradan onun əməli 178.4-cü maddəsinə tövsif edilmişdir (xüsusilə ziyan vurmaqla törədilmiş dələduzluq cinayəti). Yasamal RPİ-nin İŞdə təqsirləndirilən şəxs kimi ##.##.2024-cü il tarixli dindirmə protokolunda cavabdeh1 ifadə verərkən bildirmişdir ki, onun “xxxx” MMC-ə təxminən 2.050.000 manat borcu vardır. Həmçinin cavabdeh1 öz əli ilə iltizam yazaraq “xxxx” MMC-dən aldığı 1200000 (bir milyon iki yüz min) ABŞ dolları dəyərində malların pulunu bir il ərzində tam ödəyəcəyinə dair öhdəlik götürmüşdür (cavabdeh1 1200000 ABŞ dolları borcu olması barədə yazdığı iltizamı qeyd edərkən, öz adına təsisetdiyi“xxxx”MMC, qardaşının adına “xxxx” MMC və fərdi sahibkar kimi arvadı cavabdeh2 Şahismayilovnanın adına təsis etdiyi 3 hüquqi şəxsi nəzərdə tutmuşdur). Daha sonra cavabdeh1 barəsində başlanmış cinayət işinin istintaqı Bakışəhər BPİ-də davam etdirilmiş və cinayət işinə ##.##.2025-ci il tarixli qərarla xitam verilmişdir. Cavabdehin sübut kimi məhkəməyə təqdim etdiyi mail vasitəsilə ##.##.2023-cü il tarixdə göndərilmiş cədvəldən təxminən bir il sonra, yəni 2024-cü ildə həmin sənədi göndərmiş X2 BPİ-də zərərçəkmiş şəxs kimi ifadə verərkən bildirmişdir ki, cavabdeh1 fiziki şəxs “cavabdeh2”nın adına 2.241523.99 manat dəyərində nisyə olaraq 20-30 faizilkin ödəniş edib elektrik məişət avadanlıqları alaraq həmin avadanlıqların dəyərinin 887.479.17 manat hissəsini ödəmiş, qalan 1.354.044.82 manatını hissəsini isə ödəməmişdir (xitamqərarısəh 12). Göründüyü kimi cavabdeh cavabdeh1 borc barədə ziddiyyətli izahatları və məhkəməyə təqdim etdiyi redaktə olunmuş hesabat cədvəli borcdan yayınmaq məqsədi daşımışdır. Cavabdeh həmin dövrdə “xxxx” MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi işləmiş X2 elektron poçt ünvanından ## ###### 2023-cü il tarixdə cavabdeh cavabdeh1 elektron poçt ünvanına göndərilən cədvəli məhkəməyə təqdim edərək həmin cədvəldə qeyd olunmuş 172.240,51 manat məbləğində borcu qəbul etdiyini və qalan məbləği nağd şəkildə ödədiyini bildirmişdir. Cavabdeh həmin cədvələ özü izah verərək video qeydiyyata almış və maddi daşıyıcı kimi məhkəməyə təqdim etmişdir. Məhkəməyə “xxxx” MMC tərəfindən təqdim edilmiş yetərincəsübutların olmasına baxmayaraq məhkəmə yalnış cavabdehin təqdim etdiyi mail vasitəsilə göndərilmiş və redaktə olunmuş cədvələistinad edərək qətnamə çıxarmışdır. Hesab edirk ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Belə ki, cavabdeh cavabdeh1 fərdi sahibkar kimiarvadı “cavabdeh2”nın adından “xxxx” MMC-dən 2 241 523,99 manat dəyərində elektrik məişət avadanlıqları alaraq 887 479,17 manatını ödəmiş və 1 354 044.82 manat məbləğində borcu qalmışdır. Cavabdehin borcu olduğu üçün ona yenidənmallar verilmədiyindən cavabdeh cavabdeh1 qardaşı Raufun adına “xxxx” MMCvə özadına “xxxx” MMC açaraq “xxxx” MMC-dən 20-30 faizilkin ödənişetməklə mallar almışdır. Bakı şəhər BPİ-nin ##.##.2025-ci il tarixli xitam qərarında istintaq orqanı tərəfindən hazırkı iş üzrə cavabdeh cavabdeh1 və digər şəxslərin ifadələri alınmışdır. İfadəsi alınan “xxxx” MMCnin direktoru X3 ifadəsində bildirmişdir ki, cavabdeh1 “xxxx” MMC-ə 2 051 896 manat məbləğində borcu qalmışdır (xitamqərarısəh 14). Həmçinin istintaq orqanında ifadə vermiş şahid X1 ifadəsində göstərmişdir ki, o cavabdeh1 “cavabdeh2” fiziki şəxs şirkətində satış təmsilçisi işləmişdir. cavabdeh1 Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində anbar icarəyə götürüb malları həmin anbara yığmışdır. O həmin anbardan malları götürüb topdan satışını etmişdir. “cavabdeh2”nın “xxxx” MMC-ə olan debitor borcu 1.353 088,45 manat təşkil edir (xitam qərarı səh 26-27). Bakı şəhər BPİ-nin ##.##.2025-ci il tarixli xitam qərarının 29-cu səhifəsində istintaq materialları ilə aşağıdakılar müəyyən edilmişdir, cavabdeh1 anbardan Elşən Vəliyevin təhvil aldığı “xxxx”MMC gördərdiyi 514 657.50 manat dəyərində malların ##.##.2022-ci il tarixli, EBCI ****** nömrəli elektron qaimə-02 vərəqdə; cavabdeh1 qardaşı Rauf Qarayev təhvil aldığı “xxxx” MMC gördərdiyi 54.001,52 manat dəyərində malların ##.##.2022-ci il tarixli, EBCG ****** nömrəli elektron qaiməsi-02 vərəqdə; - cavabdeh1 anbardarı Elşən Vəliyev təhvilaldığı “xxxx” MMC gördərdiyi 54.001,52 manat dəyərində malların ##.##.2022-ci il tarixli, EBCI ****** nömrəli elektron qaiməsi-01 vərəqdə; cavabdeh1 anbardarı Şahin Babakişiyev təhvil aldığı “xxxx” MMC gördərdiyi 86.700,26 manat dəyərində malların ##.##.2022-ci il tarixli, EBCL 516.*** nömrəli elektron qaiməsi-01 vərəqdə; - ##.##.2023-cü il tarixdə “xxxx” MMC-nin təmsilçisi ElnurAtakişilinin cavabdeh1 emailinə göndərdiyi “xxxx” MMC, “Sevda Sədərək”, “cavabdeh2” fiziki şəxs və “xxxx” MMC şirkətlərinin borc qarşılaşdırması – 09 vərəqdə; - Elnur Atakişilin cavabdeh1lə yazışmaları və digər sənədlər – 47 vərəqdə zərərçəkmiş şəxs Elnur Atakişili tərəfindən təqdim edilmişdir. Həmin sənədlər protokolla götürülərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Göründüyü kimi istintaq materialları ilə müəyyən edilmişdir ki, BPİ-nin ##.##.2025-ci il tarixli xitam qərarının 29-cu səhifəsində yuxarıda xüsusi qeyd etdiyi ##.##.2023-cü il tarixdə “xxxx” MMC-nin təmsilçisi Elnur Atakişilinin cavabdeh1 email ünvanına göndərdiyi “Sevda Sədərək” və “cavabdeh2” fiziki şəxs kimi borc qarşılaşdırması 2 cədvəl üzrə olmuşdur. Yəni hesabat “Sevda Sədərək” və “cavabdeh2” üzrə olmuşdur. Elnur Atakişilinin cavabdeh1 email ünvanına göndərdiyi cədvəldə “Sevda Sədərək” üzrə borcu 172 240.51 manat, “cavabdeh2” üzrə borcu 1 178 903.16 manat qeyd edilmişdir (172 240.51 + 1 178 903.16 = 1 351 143.67 manat). Lakin cavabdeh RafiqQarayev ona “xxxx” MMC-nin təmsilçisi Elnur Atakişili tərəfindən hesabat kimi göndərilən cədvəlin yalnız birini “Sevda Sədərək” üzrə borclu olduğunu məhkəməyə təqdim edərək borcun 172 240.51 manat təşkil etdiyini bildirmişdir. Göndərilən cədvəldə digər hesabatı yəni “cavabdeh2” üzrə qalan 1178903,16 manat borcu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh cavabdeh1 “Sevda Sədərək” üzrə olan cədvəldə özü düzəlişlər edərək guya bütün dövriyyənin həmin cədvəldə olduğunu və ödənişlərin edildiyini göstərərək borcunun 172 240.51 manat qaldığını qeyd etmişdir. X2 “xxxx” MMC-dəişləmədiyi üçün iddiaçı olaraq onunla əlaqə yaratmaq mümkün olmamış vəşahid kimi iştirakı təmin edilməmişdir. Məhkəmə şahid qismində X2 məhkəməyə çağırmış, lakin şahid iclasa gəlməmişdir. Bundan sonra şahidin məhkəməyə gəlmədiyini bilən cavabdeh cavabdeh1 ona mail vasitəsilə göndərilmiş cədvəli özü izah verərək video qeydiyyata almış və son məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Məhkəmə iş üzrə qətnamə qəbul etdikdən bir neçə gün sonra “xxxx” MMC şirkətin həmin dövrdə satış nümayəndəsi işləmiş X2ilə əlaqə yaratmışdır. X2 onun tərəfindən ## ###### 2023-cü il tarixdə cavabdeh cavabdeh1 elektron poçt ünvanına göndərilən cədvəlin əslini və həmin cədvələ eyni qaydada özü izah verərək video qeydiyyata alaraq “xxxx” MMC-ə təqdimetmişdir. Elnur Atakişilini təqdim və izah etdiyi cədvəldən məlum olur ki, “cavabdeh2” fiziki şəxsin “xxxx” MMC-ə 1 351 143.67 manat məbləğində borcu vardır. Belə ki, X2 cavabdeh cavabdeh1 “excel”də cədvəl formasında hesabat göndərmişdir. Həmin cədvəldə “cavabdeh2” fiziki şəxsin 2 hesabat üzrə borcu olduğu aydın olmuşdur. Bir borcu cavabdeh2 adına, digər borcu Sevda Sədərək adına olmuşdur. cavabdeh2 adına borc məbləği1 178 903.16 manat, Sevda Sədərəkadına borc məbləği 172 240.51 manat göstərilmişdir. “cavabdeh2” fiziki şəxsin 2 hesabat üzrə borcu 1 351 143.67 manat məbləğində müəyyən edilmişdir (172 240.51 + 1 178 903.16 = 1 351 143.67 manat). Cavabdeh cavabdeh1 məhkəməyə təqdim etdiyi “excel” formasında ona göndərilmiş cədvəldə cavabdeh2 yazılan 1 178 903.16 manat məbləğində borcu olan hissənisilmiş və Sevda Sədərək adına olan hissəni isə özü tam formada borc dövriyyəsinə uyğun redaktə edib dəyişdirərək guya 172 240.51 manatməbləğində borcu qalmış kimi göstərmişdir. Cavabdeh cavabdeh1 məhkəməyə elektron kabinet vasitəsi ilə ##.##.2025-ci il tarixdə özünün yazdığı ##.##.2025-ci il tarixli ərizəsini yerləşdirərək bildirmişdir ki, onun apardığı alqı-satqı əməliyyatlarına görə arvadı“cavabdeh2”fizikişəxsin “xxxx” MMC-yə 216 000 manat borcu qalmış və bunu ərizəyə əlavə etdiyi sənədlərlə təsdiq edir. Lakin sonradan nədənsə fikrini dəyişib 172 240.52 manat məbləğində borcu qaldığını bildirmişdir. Bütün bu ziddiyyətli məqamlara məhkəmə diqqət yetirməmişdir. Cavabdeh cavabdeh1 barəsində cinayət təqibi olarkən istintaq dövründə “cavabdeh2” fiziki şəxsin adına götürdüyü 4 milyon manat dəyərində mallara görə 2.700.000 manat ödədiyini, yəni 1.300.000 manat borcu qaldığını, hazırkı iddia tələbi məhkəmənin icraatına daxil olarkən ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə 216.000 manat borcu qaldığını, lakin sonməhkəmə proseslərində isə 172 240.52 manatməbləğində borcu qaldığını bildirmişdir. İddiaçı “xxxx” MMC cavabdeh cavabdeh1 barəsində polis idarəsinə şikayət edərkən, həm də “cavabdeh2” fiziki şəxsin daşınar və daşınmaz əmlaklarının özgəninkiləşdirilməsi qadağan edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarında, həmçinin hazırkı iddia tələbində cavabdeh cavabdeh1 borcu 1 354 044.82 manatməbləği təşkil etdiyi qeyd edilmişdir. İddiaçının sifarişi ilə “xxxx” MMC-yə audit yoxlaması aparılmışdır. Debitor borclarının təsdiqi üzrə auditorun araşdırmaları və audit yoxlamasının nəticələri barədə ## ##### 2024-cü il tarixli rəy alınmışdır. Auditrəyinə əsasən “cavabdeh2”nın “xxxx” MMCə olan debitor borcu 1 354 044.82 manat təşkiletmişdir. cavabdeh2 “xxxx” MMC tərəfindən verilən iddia tələbinə ##.##.2025-ci il tarixdə etiraz yazaraq bildirmişdir ki, cavabdeh1lə rəsmi nikahı vardır. cavabdeh1onun xəbəri olmadan adına təsis edilmiş “cavabdeh2” fiziki şəxs adından “xxxx” MMC və bir neçə şirkətlə onun imzası ilə saxtalaşdırılmış şəkildə müqavilələr bağlayaraq mallar əldə etmişdir. cavabdeh2 tərəfindən cavabdeh1 heç bir etibarnamə verilməyibdir. Ona külli miqdarda ziyan vurmuşdur. Bunu cavabdeh1 özü şəxsən cavabdeh2 göndərdiyi alyazmasında etiraf etmişdir. Bundan əlavə cavabdeh2 etiraz ərizəsi ilə birlikdə məhkəməyə cavabdeh1lə bağlı digər kommersiya işi üzrə ekspert rəyini də qoşaraq məhkəməyə təqdim etmişdir. Həmin ekspert rəyi ilə məlum olmuşdur ki, alqı-satqı müqaviləsində və üzləşmə aktında olan imzalar cavabdeh2 tərəfindən, cavabdeh1 və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi cavabdeh1 qeyd edilən sənədlərə necə imza edibsə, hətta ekspert belə imzanın kimə məxsus olmasınımüəyyən edə bilməmişdir. cavabdeh2 ##.##.2025-ciil tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, cavabdeh1 Bakı İstintaq Təcridxanasında olarkən 08avqust 2024-cü il tarixdə Yasamal rayon Prokurorluğuna və Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, şirkətlərlə cavabdeh2 adından aparılmış bütün əməliyyatlar və imzalar ona məxsusdur. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh cavabdeh1 “xxxx” MMC-nin təmsilçisi X2 mail vasitəsi ilə cavabdehə göndərdiyi hesabat cədvəlini saxtalaşdıraraq məhkəməyə təqdim etmiş və məhkəmə də sübutların həqiqiliyini müəyyən etmədən qətnamə çıxarmışdır. Qeyd edildiyi kimi iddiaçı “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərin (elektron qaimələr, audit rəyi, cavabdeh1 Yasamal RPİnin İŞ-də verdiyi ifadə, özünün yazdığı iltizam, Bakı şəhər BPİ-də verdiyi ifadə, cinayət işi üzrə icraata xitam qərarında zərərçəkmiş və şahid ifadələri, o cümlədən X2 ifadəsi, cavabdeh1 və cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizə və sənədlər, bank vasitəsi ilə aparılan köçürmələr) olmasına baxmayaraq, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq etməmiş və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi malların təhvil alınması ilə bağlı heç bir mübahisə yaratmır və bildirir ki, mallar cavabdehə təhvil verilmişdir. Bu işin mübahisəsiz halıdır. Lakin cavabdehin mübahisələndirdiyi hissə malların dəyərinin nəğd şəkildə ödənişi ilə bağlıdır. Halbuki, cavabdehin nümayəndəsi nəğd şəkildə ödəniş etməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Bu hal məhkəmə tərəfindən əsas diqqət yetirilməliməqamdır. Göründüyü “xxxx” MMC-nin nümayəndəsinin cavabdehin nümayəndəsinə göndərdiyi ##.##.2023-cü il il tarixli email yazışması olan yazılı sübutun həqiqiliyi sübuta yetirilmədiyinə görə məhkəmə tərəfindən iş üzrə toplanmış digər sübutlarla yanaşı düzgün yoxlanılmamış, düzgün qiymətləndirilməmiş və qətnamədə bəzi sübutlar işin həqiqi hallarına uyğun əsaslandırılmamışdır. Məhkəmə yalnız cavabdehin nümayəndəsinin izahatına və məhkəməyə təqdim etdiyi özünün redaktə etdiyi sənədə istinad etmiş, həmin sübutun mötəbərliyinə və digər sübutlarla əlaqəli şəkildə təhlil etməmişdir. “xxxx” MMC ilə işçi X2 arasında bağlanmış əmək müqaviləsinə əsasən ##.##.2021-ci il tarixdən X4-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsinə ##.##.2025-ciiltarixdə xitam verilmişdir. Elnur Atakişili “xxxx” MMC-yə işləmədiyi üçün elektron ünvan 1elektron poçt ünvanından cavabdehin nümayəndəsi cavabdeh1 elektron ünvan 2 elektron poçt ünvanına ##.##.2023-cü il tarixdə göndərilmiş sənədin əslini sübut kimi məhkəməyə təqdim etmək mümkün olmamışdır. X5 ilə əlaqə yaratmaq mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən şahid qismində dəvət edilmiş X2 ünvanına və mobil telefonuna SMS vasitəsilə rəsmi bildirişlər göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Elnur Atakişili ilə əlaqə yaradılmış, həmin sənədin əslini Elnur Atakişili özüizah edərək video qeydiyyata almış və “xxxx” MMC-ə təqdim etmişdir. Həmin sənədə əsasən borc 1354044.82 manat göstərilmişdir. X2 apellyasiya instansiya məhkəməsində şahid kimi iştirak edə biləcəyini və istifadəsində olan *** *** ** ** mobil telefon nömrəsinə SMS bildirişi göndəriləcəyi halda məhkəməyə gələcəyini, iş üçün lazım olan hallara aydınlıq gətirə biləcəyini bildirmişdir. İş üzrə birbaşa cavabdehlə hesabatı Elnur Atakişili apardığı üçün məhkəməyə şahid kimi çağırılması vacibdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
30. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək tərəfindən verilmiş şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.
31. Cavabdehlərin nümayəndəsi və vəkili izahatında apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.
32. Cavabdeh Rauf Qarayev izahatında yalnız 172.242 manat məbləğində borcunun olduğunu qəbul etdiyini bildirmişdir.
33. Cavabdeh cavabdeh2 izahatlarında iki uşaq anası olduğunu, evdar qadın olduğunu, habelə mübahisə ilə hər hansı əlaqəsinin və mübahisənin halları barədə məlumatının olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq:
34. Mülki Məcəllənin: -324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -360.1-ci maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. -360.2-ci maddəsinə görə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarına əsasən 3.3-cü madddəsinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü madddəsinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.8-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaiməfaktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir. 3.9-cu maddəsinə görə elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaiməfakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.
36. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
Apellyasiya baxışının hədləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən iddianın rədd edilmiş hissəsində mübahisələndirildiyindən, eləcə məhkəmə hədləri ilə bağlı məsələ məhkəmə iclasında iddiaçının nümayəndəsi ilə müzakirə edilərək münayəndə cavabdeh cavabdeh2 qarşı iddianın rədd edilmiş hissəsində də qətnaməni mübahisələndirdiyini bildirdiyindən qətnamənin əsaslığı iddianın rədd edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş halların sübut edilməməsi əsası ilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia cavabdeh cavabdeh1 münasibətdə iddia qismən təmin edilməlidir.
41. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh cavabdeh2 Şahismayilovna arasında ## ######## 2021-ci il tarixli **/** saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh2 Şahismayilovnaya malların təqdim edilməsi barədə elektron qaimələr göndərilmiş, cavabdeh cavabdeh2 adından isə həmin qaimələr üzrə müəyyən ödənişlər edilmişdir. Hazırda iddiaçı “xxxx” MMC mübahisəli alqı-satqı müqaviləsi rəsmi olaraq cavabdeh cavabdeh2 ilə bağlandığını, digər tərəfdən alqı-satqı müqaviləsinin predmeti olan malların digər cavabdeh cavabdeh1 təqdim edildiyini və ödənişlərin də cavabdeh1 tərəfindən həyata keçirildiyini, lakin sonuncu təqdim edilmiş malların dəyəri tam ödənilmədiyindən təqdim edilmiş mallara görə 1.147.495,61 manat əsas borcun, 206.549,21 manat ƏDV borcunun yarandığını əsas göstərərək həmin borcun, eləcə də 2.583.384,88 manat dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Cavabdeh cavabdeh2 iddiaçı ilə alqı-satqı münasibətlərində olmadığını, onun adından iddiaçı ilə müqavilənin keçmiş əri cavabdeh1 tərəfindən bağlandığını, onun həmin müqavilədən və müqavilə üzrə təqdim edilmiş mallardan məlumatlı olmadığını əsas göstərərək ona münasibətdə iddianın rədd edilməsini xahiş edir. Digər cavabdeh cavabdeh1 mübahisəli müqavilə cavabdeh2 ilə bağlansa da, faktiki olaraq iddiaçı ilə alqı-satqı münasibətlərində onun olduğunu, iddiaçıdan mal aldığını, mallara görə ödənişlər etdiyini, digər cavabdeh cavabdeh2 müqaviləyə aidiyyətinin olmadığını, müqavilə üzrə iddiaçıya borcunun 172.240,51 manat təşkil etdiyi, qalan hissədə isə iddianın əsassız olduğunu bildirir.
42. Kollegiya ilk növbədə mübahisəli alğı-satqı müqaviləsinin tərəflərinə münasibətdə qeyd edir ki, sözügedən müqavilə alıcı qismində cavabdeh cavabdeh2 adından bağlansa da, həmin müqavilənin sonuncunun adından cavabdeh1 tərəfindən imzalanması, müqavilə əsasında faktiki alqı-satqı münasibətlərinin iddiaçı ilə cavabdeh1 arasında yaranması, cavabdeh2 isə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmasında, eləcə də sonrakı münasibətlərdə iştirak etməməsi işin mübahisəsiz hallarını təşkil edir. Belə ki, alqı-satqı müqaviləsində olan imzanın cavabdeh1 aid olması, malların iddiaçı şirkətdən cavabdeh1 tərəfindən qəbul edilməsi və ödənişlərin də onun tərəfindən edilməsini cavabdeh1 etiraf etmiş, iddiaçı şirkət isə buna dair hər hansı etirazını bildirməmişdir. Bundan əlavə cavabdeh2 mübahisəli müqavilənin adından bağlanması üçün cavabdeh1 etibarnamə verməsini, eləcə də cavabdeh1 tərəfindən adından müqavilənin bağlanmasını və alqı-satqı əməliyyatlarının aparılmasını bəyənməsi isə iş materialları ilə müəyyən edilmir.
43. Bununla bağlı kollegiya həmçinin vurğulayır ki, cavabdeh2 fiziki şəxs kimi xüsusi statusa - fərdi sahibkar statusuna malik olsa da, hüquqi şəxs deyildir. Hüquqi şəxslərdən fərqli olaraq isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər səlahiyyət verilmədən həmin şəxsləri təmsil etmək və adlarından çıxış etmək hüququ olan vəzifəli şəxslərə malik olmur. Yəni fərdi sahibkarla əmək müqaviləsi bağlamış işçi direktor adlandırılsa belə, həmin işçinin sahibkarın adından hərəkət etmək, həmin şəxsi təmsil etmək hüququ bir qayda olaraq etibarnamə ilə təsdiq edilməlidir. Odur ki, cavabdeh1 cavabdeh2 ilə əmək müqaviləsi bağlamaqla onun işçisi olması cavabdeh2 adından istənilən əqdi bağlamaq səlahiyyətinin olmasını ehtiva etmir.
44. Bu baxımdan kollegiya hesab edir ki, ki, mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasına dair cavabdeh cavabdeh2 iradə ifadəsinin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmadığından, yəni sözügedən müqavilə iddiaçı ilə cavabdeh cavabdeh2 arasında bağlanmadığından iddiaçı cavabdeh2 mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını tələb etməkdə haqlı deyil.
45. İddianın cavabdeh cavabdeh1 qarşı olan hissəsi ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçı ilə alqı-satqı müqaviləsini cavabdeh1 imzaladığından, həmin müqavilə üzrə mallar cavabdeh1 tərəfindən təhvil alındığından, eləcə də ödənişlər də sonuncu tərəfindən edildiyindən Mülki Məcəllənin 360.1-ci maddəsinin tələblərinə əsasən həmin müqavilə cavabdeh1 öz adından və onun maraqları naminə bağlanmış hesab edilməlidir. Belə olan halda isə iddiaçı müqavilə üzrə öhdəliklərin icra edilməsini cavabdeh1 tələb etmək hüququna malikdir.
46. Mübahisəli müqavilə üzrə təqdim edilən malların və həmin mallara görə borcun məbləğinə gəldikdə kollegiya əvvəla qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə cavabdeh2 adına 15 ədəd elektron qaimə göndərilmiş və həmin qaimələrin heç birinə cavabdeh tərəfindən etiraz edilməmişdir. Hazırda cavabdeh1 2022-ci ilin sentyabrından başlayaraq səhhəti ilə əlaqədar bir neçə ay işləmədiyini və sentyabr ayından sonra göndərilmiş elektron qaimələri qəbul etmədiyini, həmin qaimələri fiziki imzalayan şəxsləri isə tanımadığını bildirir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, cavabdeh1 tərəfindən təqdim edilmiş elektron qaimələrdən 9-u üzrə tam ödəniş edilməsi ona dəlalət edir ki, iddiaçı ilə cavabdeh1 arasında alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsinin elektron qaimələrin göndərilməsi yolu ilə rəsmiləşdirilməsinə dair işgüzar münasibət formalaşmışdır. cavabdeh1 isə qəbul etdiyi qaimələr üzrə malların təqdim edilməsinin fərqli qaydada həyata keçirilməsini, o cümlədən həmin qaimələrin hazırda tanımadığı iddia etdiyi şəxslər tərəfindən deyil, başqa şəxslər tərəfindən fiziki olaraq imzalandığını sübuta yetirə bilməmişdir.
47. O da vurğulanmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh cavabdeh1 tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş və iddiaçının işçisi tərəfindən ona e-mail vasitəsilə göndərilməsi iddia olunan hesabatda cavabdeh2 adına təqdim edilmiş malların ümumi dəyərinin 2.251.403,83 manat məbləğində olması, eləcə də 2022-ci ilin sentyabr ayından sonra (oktyabr-noyabr aylarında) da iddiaçı tərəfindən malların təqdim edilməsi açıq-aşkar görünür.
48. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, elektron qaimələrdə göstərilmiş məbləğdə malların ona təqdim edilməməsi barədə cavabdeh cavabdeh1 dəlilləri formal mülahizə kimi dəyərləndirilməlidir.
49. Təqdim edilmiş mallara görə qalıq borc məbləğinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının sübut qismində təqdim etdiyi hesabata və həmin hesabatın iddiaçının işçisi Elnur Atakişili tərəfindən cavabdeh1 göndərilməsi barədə videoyazıya istinad edərək cavabdehin iddiaçıya olan borc məbləğinin hesabatda göstərilən məbləğdə olması barədə qənaətə gəlmişdir.
50. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində sözügedən sübutların mötəbərliyi mübahisələndirildiyindən, o cümlədən cavabdeh tərəfindən hesabatda düzəliş edilməsi, hesabatda əks olunmuş iki cədvəlin “Sevda Sədərək və “cavabdeh2” (ikisi də cavabdeh2 aiddir) bir cədvələ birləşdirildirilməklə ödəniş məbləğlərinin dəyişdirilməsi iddia olunduğundan sözügedən sübutlar apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilərək müəyyən edilmişdir ki, istinad edilən videoyazıda ilk əvvəl e-mail vasitəsilə Elnur Atakişili tərəfindən cavabdeh1 göndərilmiş məktub göstərilir, lakin həmin məktuba qoşma kimi əlavə olunan «Отчет Эльнур» adlı excel sənəd həmin məktubun qoşmasına daxil olmaqla deyil, komyuterin işçi stolunda yerləşən eyni adlı sənədə daxil olmaqla yolu ilə açılır. Göstərilən hal isə məktuba qoşma kimi əlavə edilmiş hesabatla işçi stolda yerləşən və məhkəməyə sübut qismində təqdim edilən hesabatların eynilik təşkil etməməsinə dair şübhə yaradır. Bu baxımdan hər iki tərəfə hesabatın oriqinal versiyasının təqdim edilməsi təklif edilmiş, cavabdeh1 tərəfindən noutbukunun satdığını, e-mailin parolunu isə yaddan çıxardığını, iddiaçı tərəf isə korporativ poçt sistemi dəyişdirildiyindən əvvəlki e-meyllərə baxış imkanlarının olmadığını bildirmişdir.
51. Göründüyü kimi birinci intansiya məhkəməsi mübahisəli e-mailə məhkəmə iclasında baxış keçirilmədən cavabdeh1 təqdim etdiyi hesabatı mötəbər sübut qismində qəbul etməklə yekun borc məbləğini həmin sübut əsasında müəyyən etmiş, nəticədə iş üçün əhəmiyyət kəsb edən faktiki hallar məhkəmə tərəfindən qeyri-mötəbər sübutlara əsasən təsdiq edilmiş, yəni sübut olunmamışdır , göstərilən hal isə MPM-in 385.1.3-cü maddəsinə əsasən qətnamənin ləğv edilməsi üçün əsasdır.
52. Digər tərəfdən məhkəmə iclasında şahid qismində dindirilmiş E.Atakişili də cavabdeh2 borcunun 1300.000 manat civarında olmasını, mübahisəli elektron e-mailı açmaq imkanı olmasa da, elektron poçtla yanaşı cavabdeh1 telefon nömrəsinə də hesabatların göndərildiyini bildirmişdir. Elnur Atakişili tərəfindən cavabdeh1 istifadəsində olmuş telefon nömrəsinə göndərilmiş «Отчет Эльнур» hesabata baxış keçirilmiş, həmin hesabatın yerləşdiyi excel faylın iki listdən ibarət olması, birinci listdə “cavabdeh2” adlı cədvəl üzrə borcun 1.178.903,16 manat, Sevda Sədərək adlı fayl üzrə borcun isə 172.240,51 manat, hər iki hesab üzrə dövriyyənin 2251403,83 manat, ödənişlərin 900.260,17 manat, ümumi borcun 1351.143,66 manat təşkil etməsi müəyyənləşdirilir. Baxış keçirilmiş yazışmalardan o da müəyyən edilmişdir ki, həmin hesabat göndərildikdən sonra cavabdeh1 tərəfindən hər hansı etiraz edilməmişdir.
53. Bundan əlavə o da nəzərə alınmalıdır ki, cavabdeh1 iddiaçının təqdim etdiyi hesabatda göstərilənlərdən artıq məbləğlərdə nağd şəkildə ödəniş etdiyini bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hüquq mühafizə orqanlarında verdikləri izahat və ifadələrdə iddiaçının nümayəndələrinin mallar verilərkən cavabdeh tərəfindən hər partiya malların dəyərinin 20-30% məbləğində ilkin ödəniş edilməsini təsdiq etdikləri halda, hazırda ödənilməsi tələb edilən qaimələr üzrə hər hansı ödəniş edilməsi faktını inkar etmələri barədə cavabdeh1 istinad etdiyi dəlillərə gəldikdə qeyd edilməlidir ki, iddiaçı tərəf həmin dəlillərə cavab olaraq cavabdeh1 etdiyi 2022-ci ilin sentyabrı və sonrakı aylarda etdiyi ödənişlərin əvvəlki borclara silindiyini bildirmişdir. cavabdeh1 whatsapp vasitəsilə göndərilmiş hesabatda da cavabdeh1 2022-ci ilin sentyabr və sonrakı aylarda etdiyi ödənişlərin əks edildiyini və hesabatdan həmin ödənişlərin əvvəlki partiya mallar üzrə borcların bağlanmasına yönəldilməsinin açıq-aşkar göründüyünü nəzərə alsaq iddiaçı tərəfin sözügedən izahatı ağlabatan və inandırıcı görünür.
54. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh cavabdeh1 cavabdeh2 adından bağlanmış müqavilə üzrə iddiaçıya olan borc məbləği mötəbərliyi Elnur Atakişili tərəfindən cavabdehin mobil telefonuna göndərilmiş və məhkəmə iclasında müəyyən edilmiş hesabata əsasən 1351.143,66 manat məbləğində müəyyən edilməlidir.
55. Dəbbə pulu tələbinə gəldikdə mübahisəli alqı-satqı müqaviləsində malların dəyərinin ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasının nəzərdə tutulduğunu, cavabdehdən tutulması qət edilmiş həm iddiaçı, həm də cavabdehin əsaslı mənafelərini, o cümlədən öhdəliyin icrasının gecikdirilməsi nəticəsində üzləşə bildiyi maddi itkilərini, əsas borcun məbləği (1351.143,66 manat) nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdeh cavabdeh1 əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 67500 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
56. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh cavabdeh1 iddiaçının xeyrinə ƏDV daxil 1.351.143,67 manat əsas borc, 67.500 manat dəbbə pulu olmaqla, cəmi 1.418.643,67 manat borc tutulmalı, qalan hissədə isə iddia rədd edilməlidir.
57. Buna müvafiq olaraq qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək iddia tələbinin qismən təmin edilmiş hissəsinin qiyməti artdığından, iddia tələbi qismən (təxmini 35% hissədə) təmin edildiyindən iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan məbləğ 965 manat çmüəyyən edilməlidir.
58. Həmçinin apellyasiya şikayətinin də qismən təmin edildiyini nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 482 manat cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
59. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh cavabdeh1 ƏDV daxil 1.351.143,67 manat əsas borc, 67.500 manat dəbbə pulu olmaqla, cəmi 1.418.643,67 manat borc və iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 965 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 482 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov