Məhkəmə qərarları › İş №2-2(1-8)-451/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-451/2026

06.08.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-451/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı QSC-nin cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı xxxx “QSC” ilə cavabdeh3 (bundan sonra - “cavabdeh3”) arasında bağlanmış 2022-ci il # #### tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdeh3 120 ay müddətinə, kredit limiti üzrə illik 28 faiz dərəcəsi ilə 1.000.000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. Həmin kredit müqaviləsi əsasında tərəflər arasında bağlanmış 2022-ci il # #### tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən, cavabdeh3 24 ay müddətinə, aylıq 1,5 faiz dərəcəsi ilə 70.000 manat məbləğində kredit verilmişdir.

3. QSC tərəfindən tərtib edilmiş 2022-ci il # #### tarixli kredit vəsaitinin köçürülməsi barədə sənədlə cavabdeh3 70.000 manat məbləğində kreditin verilməsi təsdiq edilmişdir.

4. 2022-ci il # #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh3 2024-cü il # #### tarixinədək hissə-hissə ödəniş etməklə ümumilikdə 70.000 manat əsas borcu və 14.115,04 manat faiz borcunu ödəməli idi.

5. Sonradan tərəflər arasında 2023-cü il ## ##### tarixli ***R**********S nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır. Həmin sazişə əsasən, cavabdeh3 kredit üzrə qalıq əsas borcu, hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni sazişə əlavə edilmiş yeni ödəniş planına uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.

6. Sazişə əlavə edilmiş 2023-cü il ## ##### tarixli ödəniş planına əsasən, cavabdeh3 2025-ci il ## ##### tarixinədək hissə-hissə ödəniş etməklə ümumilikdə 49.461,79 manat əsas borcu və 12.576,04 manat faiz borcunu ödəməli idi.

7. QSC ilə cavabdeh1 (bundan sonra – “cavabdeh1”) arasında bağlanmış 2022-ci il # #### tarixli ***S************ nömrəli zaminlik müqaviləsinə əsasən, cavabdeh1 QSC ilə cavabdeh3 arasında bağlanmış ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları, bank qarantiyası, akkreditiv və bank hesabının kreditləşdirilməsi barədə razılaşmalardan irəli gələn öhdəliklərin icrasına görə bank qarşısında zamin olmuşdur.

8. Eyni tarixdə QSC ilə cavabdeh2 (bundan sonra – “cavabdeh2”) arasında bağlanmış ***S************ nömrəli zaminlik müqaviləsinə əsasən, cavabdeh2 da həmin kredit müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin icrasına görə bank qarşısında zamin olmuşdur.

9. QSC (ipoteka saxlayan), cavabdeh2 (ipoteka qoyan) və cavabdeh3 (borcalan) arasında bağlanmış 2022-ci il # #### tarixli ***M************ nömrəli ipoteka müqaviləsinə əsasən, cavabdeh3 kredit öhdəliklərinin təminatı kimi cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0651 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan fərdi yaşayış evi QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 84.000 manat müəyyən edilmişdir.

10. QSC tərəfindən cavabdeh2 ünvanlanmış 2024-cü il # ###### tarixli bildirişdə kredit üzrə əsas qalıq borcun 48.621,78 manat olduğu, qalıq borca faizlərin tam ödənilənədək hesablanacağı, gecikdirilmiş ödənişlərə görə isə kredit qalığının hər gecikdirilən günü üçün 0,5 faiz məbləğində cərimə tətbiq ediləcəyi göstərilmiş, həmçinin borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün təqdim edilmiş və həmin bildiriş 2024-cü il ## ###### tarixində 1624002545 nömrə ilə qeydə alınmışdır. Bildirişin qeydiyyatı ilə əlaqədar QSC tərəfindən 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir.

12. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi 2022-ci il # ### tarixindən xüsusi mülkiyyət hüququ əsasında cavabdeh2 məxsusdur.

13. Daşınmaz əmlakın dövlət reyestrindən digər çıxarışla həmin daşınmaz əmlakın 2022-ci il # #### tarixli ***L************ nömrəli müqavilə üzrə QSC-nin xeyrinə ipoteka ilə yüklü olduğu təsdiq edilmişdir.

14. QSC tərəfindən tərtib edilmiş 2025-ci il ## ###### tarixli maliyyə arayışına əsasən, cavabdeh3 2022-ci il # #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 2025-ci il ## ###### tarixinə borcu 48.621,78 manat əsas borc, 11.181,70 manat faiz borcu və 5.746,47 manat cərimə olmaqla, ümumilikdə 65.549,95 manat təşkil etmiş, ödənişin gecikdirilmə müddəti 591 gün göstərilmişdir.

15. QSC tərəfindən borcun hərəkətini əks etdirən hesabdan çıxarışlar da iş materiallarına əlavə edilmişdir.

16. QSC-nin cavabdeh2, cavabdeh3 və cavabdeh1 ünvanladığı 2024-cü il ## ##### tarixli xəbərdarlıq məktublarında onlardan 2024-cü il ## ##### tarixinədək kredit müqaviləsi üzrə yaranmış əsas borcun, faizlərin və cərimənin ödənilməsi tələb edilmiş, əks halda borcun məhkəmə qaydasında tutulması üçün iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

17. QSC (bundan sonra – “iddiaçı”) 2024-cü il ## #### tarixində cavabdeh3, cavabdeh1 və cavabdeh2 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə ***R********** nömrəli krеdit razılaşması üzrə 48.621,78 manat krеdit bоrcu, 7.905,76 manat faiz bоrcu və 2.945,84 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 59.473,38 manat məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 268,40 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, tutmanın cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha torpaq sahəsi və üzərində yerləşən 232,1 kv.kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 59.473,38 manat məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 268,40 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh3 arasında bağlanmış 2022-ci il # #### tarixli ***R********** nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit xətti açılmış, həmin müqavilə üzrə bağlanmış 2022-ci il # #### tarixli kredit razılaşması ilə isə 24 ay müddətinə, aylıq 1,5 faiz dərəcəsi ilə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 70.000 manat kredit verilmiş, 2023-cü il ## ##### tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının şərtlərini pozaraq 2023-cü il ## #### tarixindən ödənişləri həyata keçirməmiş, 70.000 manat kreditdən cəmi 21.378,22 manat ödəmiş, 48.621,78 manat əsas borc qalmış, 2024-cü il ## ##### tarixinə 303 gün üçün hesablanmış 7.905,76 manat faiz və 2.945,84 manat cərimə borcu yaranmışdır. Uzunmüddətli kredit müqaviləsinin şərtlərinə əsasən kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan əsas borcun, faizin və cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. cavabdeh1 və cavabdeh2 zaminlik müqavilələrinə əsasən borcalanla birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, cavabdeh2 ilə bağlanmış 2022-ci il # #### tarixli ***M************ nömrəli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0651 ha torpaq sahəsi və üzərindəki 232,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, bu yüklülük 2022-ci il # #### tarixli elektron çıxarışla dövlət qeydiyyatına alınmışdır. “Ipoteka haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 2024-cü il # ###### tarixli bildiriş ipoteka verənə göndərilmiş, həmin bildirişin qeydiyyatı üçün ərizə 2024cü il ## ###### tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsində qeydə alınmış, bununla əlaqədar iddiaçı tərəfindən 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir.

19. “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2025-ci il ## ###### tarixli LP-***/**** nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti 152.000 manat, likvid dəyəri 135.000 manat təşkil edir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ### tarixli */**** nömrəli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 2022-ci il # #### tarixli ***R********** nömrəli razılaşmada qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 QSC-yə olan borcu 2024-cü il ## ##### tarixinə 48.242,49 manat əsas borc, 8.466,56 manat faiz borcu, 2024-cü il # #### tarixinə 48.242,49 manat əsas borc, 9.648,5 manat faiz borcu, 2025 ci il 15 may tarixinə 48.242,49 manat əsas borc, 9.648,5 manat faiz borcu, 2.264,72 manat illik 5%-lə hesablanmış faiz borcu təşkil edir.

21. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ***R********** nömrəli krеdit razılaşması üzrə 48.242,49 manat əsas bоrc, 7.905,76 manat faiz bоrcu, 2.400 manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, ödənimiş dövlət rüsumunun əvəzi olaraq 264,23 manat olmaqla, cəmi 58.863,48 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha torpaq sahəsi və üzərində yerləşən 232.1 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi; satışdan artıq məbləğ qalarsa, qalan məbləğin cavabdeh2 qaytarılması; ipoteka predmeti olan, Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha torpaq sahəsi və üzərində yerləşən 232.1 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 135.000 manat müəyyən edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Z.Axundova).

22. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada 48.621,78 manat krеdit bоrcu, 7.905,76 manat faiz bоrcunun tutulması təşkil edir.

23. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ### tarixli */**** nömrəli ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcun və faiz borcunun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 2022-ci il # #### tarixli kredit müqaviləsi üzrə 48.242,49 manat əsas bоrc, 7.905,76 manat faiz bоrcu tutularaq iddiaçıya ödənilməli, əsas və faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Əsas borcla bağlı hazırkı nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ### tarixli */**** nömrəli ekspert rəyi nəzərə alınmışdır. Qeyd edilən rəyə əsasən iddiaçı ilə cavabdeh3 arasında bağlanmış 2022-ci il # #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə olan əsas borc 48.242,49 manat təşkil edir. Iddia tələbinin faiz borcunun tutulması hissəsində məhkəmə qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.3-cü maddəsinin tələblərini nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ### tarixli */**** nömrəli ekspert rəyində iddiaçı ilə cavabdeh3 arasında bağlanmış 2022ci il # #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə olan faiz borcunun 2024-cü il # #### tarixinə 9.648,5 manat, 2025-ci il 15 may tarixinə 9.648,5 manat təşkil etdiyi qeyd edilmişdir.

24. Iddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 2022-ci il # #### tarixli kredit müqaviləsi üzrə 2.945,84 manat cərimə borcunun tutulması təşkil edir.

25. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq 2.400 manat müəyyən edilməli, cərimə borcunun tutulması barədə tələb qalan hissədə təmin edilməməlidir.

27. Bundan başqa, iddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

28. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 232,1 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ipotekaya tutma yönəldilməsi ilə bağlı “Ipoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, “Ipoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma 2022-ci il # #### tarixli ***M************ nömrəli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 232,1 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdeh2 qaytarılmalıdır.

30. Həmçinin məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.

31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 467, 470, 472, 739-cu; “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.6, 3.1, 6.1, 10.4, 11.1, 11.2, 34, 41.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023cü il ## #### tarixli Qərarına; MPM-in 14.2, 76.1, 77, 107, 115.0.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2026-cı il ## ###### tarixli QFŞ/S ***/**(**/**/****) nömrəli mütəxəssis rəyinə əsasən, cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən fərdi həyət evinin hazırkı bazar qiyməti 185.000 manat, likvid dəyəri 166.000 manat təşkil edir.

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərdən müştərək qaydada ***R********** nömrəli krеdit razılaşması üzrə tutulacaq faiz, ümumilikdə tutulacaq borc, habelə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissələrində dəyişdirilməsi; ipoteka predmetinin ilkin satış qiyməti 166.000 manat məbləğində, cavabdehlərdən birgə (müştərək) qaydada ***R********** nömrəli krеdit razılaşması üzrə tutulacaq faiz borcu 6.030,37 manat, ümumilikdə tutulacaq məbləğ 56.988,09 manat məbləğində müəyyən edilməsi; qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

35. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizası təyin etmiş və ekspert rəyi ilə 2024-cü il ## ##### tarixinə, yəni pretenziyanın göndərildiyi tarixə iddiaçıya olan əsas borcun 48.242,49 manat, faiz borcunun 8.466,56 manat məbləğində olması müəyyən edilmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas borcun ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

37. Digər tərəfdən kollegiya onu da qeyd etmişdir ki, iddiaçı 2024-cü il # ###### tarixində cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərmiş, bununla da kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə iradəsini ifadə etməklə müqavilənin birtərəfli qaydada ləğv etmişdir. Odur ki, kredit müqaviləsində nəzərdə tutulmuş kredit məbləğində istifadəyə görə faizlər məhz həmin tarixədək olan dövr üçün hesablanmalıdır.

38. Birinci instansiya məhkəmə göstərilən halı nəzərə almamış, faiz borcunun 2024cü il ## ##### tarixinə, yəni ekspert rəyində pretenziyanın göndərildiyi tarixədək olan müddət üçün hesablanmış borcu əsas götürməklə faizlərin iddia tələbi həddində cavabdehlərdən müştərək qaydada tutulması barədə əsassız nəticəyə gəlmişdir.

39. Kollegiya hesab etmişdir ki, mübahisəli kredit müqaviləsi üzrə 2024-cü il # ###### tarixinə faiz borcu ekspert rəyindəki hesablama cədvəlində əks olunmuş məlumatlar əsas götürülməklə müəyyən edilməlidir.

40. Həmin cədvəl məlumatlarına əsasən 48.242,49 manat əsas borca bir günə hesablanan faiz məbləğinin 24,12 manat olması nəzərə alınmaqla 2024-cü il # ###### - 18 aprel tarixləri arası dövrdə 101 günlük müddət hesablanmış faiz borcu 2.436,12 (24,12 manat x101 gün) manat təşkil edir.

41. Belə olan halda 2024-cü il ## ##### tarixinə hesablanmış faiz borcu məbləğindən (8.466,56 manat) 2024-cü il # ###### - 18 aprel tarixləri arası dövr üçün hesablanmış faiz borcu məbləği çıxıldıqda 2024-cü il # ###### tarixinədək olan müddət üçün hesablanmış faiz borcunun 6.030,37 ( 8.466,56 - 2.436,12) manat olması müəyyən edilir.

42. Ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin 2026-cı il ## ###### tarixli QFŞ/S ***/**(**/**/****) nömrəli mütəxəssis rəyinə əsasən cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən həyət evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 185.000 manat, likvid dəyəri isə 166.000 manat məbləğində müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası həmin rəylə razılaşmaması üçün əsaslar olmadığını, eləcə də sözügedən rəydə müəyyən edilmiş likvid qiymətin birinci instansiyası məhkəməsinin aldığı qiymətləndirmə rəyindəki likvid qiymətdən (135.000) fərqləndiyini, son dövrdə daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edildiyini, mübahisəli ipoteka müqaviləsi bağlanarkən qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış dəyərinin məhz likvid qiymətlə müəyyən edilməli olduğunu nəzərə alaraq hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri “xxxx” MMC-nin mütəxəssis rəyində müəyyən edilmiş likvid qiymət əsas götürülməklə müəyyən edilməlidir.

44. Həmçinin, cavabdehin digər arqumentlərinə gəlincə, məhkəmə tərkibi işin hallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsi məqsədilə ünvanına bildiriş göndərilmiş və SMS vasitəsilə məlumat verilmiş, bundan əlavə cavabdeh sonuncu hazırlıq və baxış iclaslarında iştirak etmişdir. Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin məhkəmə iclasında iştirak etmək hüququnun pozulması da öz təsdiqini tapmır.

45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269.7, 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 739, 741, 743-cü; “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il ## #### tarixli Qərardadına; MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

46. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

47. Azərbaycan Respublikasının qiymətləndirmə fəaliyyəti haqqında Qanununun 8-ci maddəsi üzrə - “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2025-ci il ## ###### tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti 152.000 manat, likvid dəyəri 135.000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2026-cı il ## ###### tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən fərdi həyət evinin hazırkı bazar qiyməti 185.000 manat, likvid dəyəri 166.000 manat təşkil edir. Lakin qiymətləndirmə rəyində yalnız əmlakın qiyməti nəzərə alınmış, torpağın qiyməti isə rəydə qeyd edilməmişdir. Bu isə gələcəkdə qətnamənin icrası zamanı müvafiq çətinliklər yaradacaqdır. Qeyd edilən halın araşdırılıb məsələyə yenidən qiymət verilməsi üçün yenidən qiymətləndirmə ekspertizası keçirilərərk əmlakın qiymətləndirilməsinə ehtiyac vardır.

48. Iddiaçı ilə ipoteka qoyan cavabdeh2 və borc alan cavabdeh3 arasında bağlanmış 2022-ci il # #### tarixli ***M************ nömrəli ipoteka müqaviləsinin məzmunundan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh3 arasında bağlanmış 2022-ci il # #### tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 232,1 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin rəydə yalnız evin qiyməti müəyyən edilmişdir.

49. Kassator MPM-in 77.1 və 88-ci maddələrinin pozulmasına və ya düzgün tətbiq edilməməsinə istinad etmiş, lakin bunu yalnız həmin müddəaların məzmununu sadalamaqla əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

51. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

54. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (zamana görə qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.6. ipoteka hüququ – bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin, qiymətləndirmə rəyində yalnız əmlakın qiymətinin nəzərə alındığı, torpaq sahəsinin qiymətinin isə rəydə göstərilmədiyi barədə yeganə dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 2026cı il ## ###### tarixli əmlakın qiymətləndirilməsi haqqında mütəxəssis rəyində (II cild, i/v 21- 22) fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin ayrı-ayrılıqda qiymətləndirilməsi həyata keçirilmiş, sonunda yekun qiymət müəyyən edilmişdir. Bu baxımdan, kassasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz.

59. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir

60. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar