Məhkəmə qərarları › İş №e-2-2(3-6)-899/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-899/2026

19.08.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-899/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikaytə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22956,20 AZN (iyirmi iki min doqquz yüzəlli altı manat, iyirmi qəpik) məbləğində borcun tutulması, 159 AZN dövlət rüsumunun və məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 17392,27 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 140 manat tutularaq iddiaçı iddiaçı2 ödənilməsi qət edilmişdir. ##.##.2026-cı il tarixdə iddiaçı iddiaçı2 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və iş, həm iddiaçı2 apellyasiya şikayətinin geri qaytarılması, həm də Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin sonradan verdiyi apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixdə iddiaçı iddiaçı2 tərəfindən yenidən Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən ##.##.2026-cı il tarixindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilmiş və işin, apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən ##.##.2026-cı il tarixindən verilmiş apellyasiya şikayətinin və apellyasiya şikayəti verilərkən ********** saylı ##.##.2026-cı il tarixli qəbzə əsasən ödənilmiş 79,50 manat dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-yə geri qaytarılması qərara alınmışdır. ##.##.2026-ci il tarixdə cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti və ərizə/vəsatət verərək qətnamədən apelyasiya şikayətinin ilk dəfə vaxtında verildiyini nəzərə alıb, geri qaytarma qərardadı məlum olan kimi verilmiş apelyasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpası barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə cavabdeh Cavabdeh MMC -nin ərizəsinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan ##.##.2026-ci il tarixində cavabdeh Cavabdeh MMC tərəfindən şikayət verilərək, Bakı Kommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və məhkəmənin ##.##.2025-ci il tarixli, e-2-2(113)- 6649/2025 qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün üzrlü səbbədən ötürülmüş müddətin bərpa ediılməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, 1) Bakı Kommersiya Məhkəməsinin 17392,27 manat borcun tutulması barədə ##.##.2025-ci il tarixli, e-2-2(113)-6649/2025 qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 2) Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətininMPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiyaməhkəməsinə göndərilməsi qərara alınmışdır. 3)Bakı Kommersiya Məhkəməsi apellyasiya şikayətində hər hansı nöqsanın olmadığı qənaətinə gələrək kommersiya işini təkrarən Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. 4)Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qeyri mümkün hesab edilmiş və iş, apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiyaməhkəməsinə göndərilmişdir. 5)Bakı Kommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən Cavabdeh MMC apellyasiya şikayətinin və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlətrüsumunun geri qaytarılması qərara alınmışdır. Bu qərardad ##.##.2026 tarixdə e-mehkeme portalına yerləşdirilmişdir. 6) Cavabdeh MMC Məhkəmə Hüquq Şurasının qaynar xətti 882-114 ilə əlaqə saxlayaraq dövlət rüsumu qəbzini ##.##.2026 tarixdə bərpa etmiş və ##.##.2026 tarixdə (geri qaytarma qərardadını alandan 3 gün sonra) yenindən apellyasiya şikayəti və müddət bərpa vəsatəti vermişdir. 7)Bakı Kommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə müddət bərpa vəsatəti təmin edilməmiş və qərardad onunla əsaslandırılmışdır ki, "Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli,e-*-*(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh MMC -nin EMİS-də olane-kabinetinə ##.##.2025-ci il tarixində yerləşdirilmişdir. Cavabdeh tərəfindən birinci dəfəşikayət ##.##.2026-ci il tarixində verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən (şikayət prosessualqanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanıldığına görə) qeyri-mümkün hesab edilmişdir. Lakin, cavabdeh yeni apellyasiya şikayəti və hazırkı ərizə ilə yalnız ##.##.2026-cı il tarixində müraciət etmişdir,yəni, şikayətin qeyri-mümkün hesab edilməsindən bir aydan artıq müddət sonra.Cavabdehin bu qədər vaxt keçirməklə müddətin bərpası barədə ərizənin verilməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə və qətnamənin icrasını süni uzadılması məqsədi ilə verildiyi kimi giymətləndirilir. Belə ki, cavabdeh bu cür ərizə ilə aprel 2026-cı il tarixində, yəniapellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edildikdən mümkün qədər qısa/ağlabatan müddət sonra müraciət etməli idi". Hesab edirəm ki, qərardad əsassız olduğu üçün ləğv edilməli, vəsatət təmin edilməlidir. 1)BakıKommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən Cavabdeh MMC apellyasiya şikayətinin və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Bu qərardad ##.##.2026 tarixdə emehkeme portalına yerləşdirilmişdir. Cavabdeh MMC Məhkəmə Hüquq Şurasının qaynar xətti 882-114 ilə əlaqə saxlayaraq dövlət rüsumu qəbzini ##.##.2026 tarixdə bərpa etmiş və ##.##.2026 tarixdə (geri qaytarma qərardadını alandan 3 gün sonra) yenindən apellyasiya şikayəti və müddət bərpa vəsatəti vermişdir. 2)Qanunvericilkdə, MPM 363.4 maddəsində apellyasiya şikayəti qaytarılandan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilmək hüququ təsbit edilmişdir. Məhkəmə əlçatanlıq imkanlarımızın qarşısını almaqla, bu hüququmuzu pozmuşdur. 3)Heç bir qanunda və ya MPM nəzərdə tutulmamışdır ki, yuxarı əhkəmə tərəfindən apellyasiya şikayəti mükün sayılandan sonra yenidən apellyasiya şikayəti ilə müraciət edilə bilər. Apellyasiyanın Mümkünlük qərardadı geri qaytarma demək deyil, nə qədər ki, apellyasiya şikayətinin geri qaytarılması haqda qərardad qəbul edilməyib və bu qərardad qüvvəyə minməyib, şikayət geri qaytarılmış sayılır. 4)Bəlkə heç Kommersiya Məhkəməsi apellyasiya şikayətini yenidən geri qaytarmayacaqdı, müvafiq sənədləri əlavə edib, işi yenidən yuxarı məhkəməyə göndərəcəkdi. Çünki zatən Bakı Kommersiya Məhkəməsi bunu 1 dəfə edib, baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı ilə ona göstəriş vermişdi ki, Cavabdeh MMCnin verdiyi apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxla. Bakı Kommersiya Məhkəməsi şikayətdə nöqsan görməyib, işi apellyasiya məhkəməsinə göndərmişdir. 5)Bütün bunların günahlarının Cavabdeh MMC-nin üzərinə qoyulması əsaslı deyil. 1)Göründüyü Konstitusiya Məhkəməsi nəinki kassasiya və ya apellyasiya şikayətinin geri qaytarılmasından sonra müraciət etmək hüququnun olmasını(ümkünlük qərardadından sonra müraciə etmək imkanından ümumiyyətlə söhbət getmir, belə bir anlayış qanunda və təcrübədə yoxdur) qeyd edir, hətta qaytarılmaya səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmamasınıməhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirir, həmçinin məsələnin qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddətin hakim tərəfindən müəyyən edilməsi mövqeyini formalaşdırır. 2)Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında isə Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024 tarixli qərarına ümumiyyətlə əməl edilməyib, nöqsanın aradan qaldırlması üçün müddət müəyyən edilməyib. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı nömrəli qərardadı şikayətin rədd edilməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh MMC-nin EMİS-də olan ekabinetinə ##.##.2025-ci il tarixində yerləşdirilmişdir. Cavabdeh tərəfindən birinci dəfə şikayət ##.##.2026-ci il tarixində verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2-2(3-6)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən (şikayət prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanıldığına görə) qeyri-mümkün hesab edilmişdir. Lakin, cavabdeh yeni apellyasiya şikayəti və hazırkı ərizə ilə yalnız ##.##.2026-cı il tarixində müraciət etmişdir, yəni, şikayətin qeyri-mümkün hesab edilməsindən bir aydan artıq müddət sonra. Cavabdehin bu qədər vaxt keçirməklə müddətin bərpası barədə ərizənin verilməsi məhkəmə tərəfindən hüquqdan suiistifadə və qətnamənin icrasını süni uzadılması məqsədi ilə verildiyi kimi giymətləndirilir. Belə ki, cavabdeh bu cür ərizə ilə aprel 2026-cı il tarixində, yəni apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi barədə qərar qəbul edildikdən mümkün qədər qısa- ağlabatan müddət sonra müraciət etməli idi. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cavabdeh müddətin bərpası barədə ərizəsində qeyd edilənlərin heç birinə dair hər-hansı sübutu ərizəyə əlavə etməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, nə prosessual qanunvericilikdə, nə də “Dövlət rüsumu haqqında” Qanunda “istifadə edilmiş dövlət rüsumu qəbzini aktivləşdirmək” kimi imkanı nəzərdə tutulmamışdır. Ödənilmiş dövlət rüsumu qəbzindən yalnız bir dəfə istifadə etmək olar. Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsində əsasən dövlət rüsumunun qaytarılması əsasları müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026- cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh tərəfindən birinci apellyasiya şikayəti verilərkən ********** saylı ##.##.2026-cı il tarixli qəbzə əsasən ödənilmiş 79,50 manat dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-yə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilməmişdir və rüsumun geri qaytarılması hissəsində qərardad icaraya göndəriləcəkdir. Dövlət rüsumunun EMİS-i üzərindən aktivləşdirməklə, ondan yenidən istifadə edilməsi iş üzrə rüsumun ümumiyyətlə ödənilməməsi nəticəsinə gətirib çıxara bilər. Belə ki, ##.##.2026-cı il tarixli məhkəmə qərardadının icrası nəticəsində ödənilmiş rüsumu dövlət büdcəsindən cavabdehə qaytarılacağı halda, cavabdeh eyni qəbzə istinad edərək yeni apellyasiya şikayətini verməklə faktiki olaraq rüsumu ödəməmiş olur. Məhkəmə kollegiyası qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, şikayət və vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(113)-6649/2025 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar