Məhkəmə qərarları › İş №2-2(1-8)-269/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-269/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-269/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Prezident Administrasiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi, iddia tələbinin əsl cavabdehə qarşı yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Prezident Administrasiyasına qarşı “podrat müqavilələri üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *- *(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı MMC (əvvəlki adı “X1” MMC) ilə Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi arasında bağlanmış 2023-cü il ## #### tarixli ***-**/**** nömrəli müqaviləyə əsasən icraçı Zəngilan rayonun inzibati ərazisində mehmanxana kompleksinin tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması, layihənin aidiyyatı dövlət orqanında müdafiə edilməsi və layihəyə müəllif nəzarətinin aparılması işlərinin icrasını öhdəsinə götürür. Sifarişçi isə kayihənin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür.

2. Eyni tərəflər arasında bağlanmış 2023-cü il ## ######## tarixli ***-**/**** nömrəli müqaviləyə əsasən icraçı Qırğız Respublikasının Issık Kul gölünün ətrafında Qara-Oy kəndi ərazisində mehmanxana kompleksinin tikintisi ilə bağlı eskiz layihənin hazırlanması işlərinin icrasını öhdəsinə götürür. Sifarişçi isə kayihənin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür.

3. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 2024-cü il ## ###### tarixli EBDX****** saylı e-qaiməyə əsasən 228684 manat məbləğində, 2024-cü il ## #### tarixli EBEA****** saylı e-qaiməyə əsasən 717343,25 manat məbləğində e-qaimələr göndərilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

4.Iddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il ## #### tarixli ***-**/**** nömrəli müqavilə üzrə ödənilməmiş 382/107,36 manat və 2023-cü il ## ######## tarixli 012 **/**** nömrəli müqavilə üzrə ödənilməmiş 228.684,00 manat olmaqla, ümumilikdə 610.791,36 manat borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 901 manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Prezident Administrasiyası-Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsindən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Iddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” MMC 2013-cü il ## ######## tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərməyə başlamışdır. 2023-cü il ## ###### tarixdə “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC adlandırılmış və həmin dəyişiklik dövlət qeydiyyatına alınmışdır. “X1” MMC (Icraçı) ilə Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi (Sifarişçi) arasında Zəngilan rayonu Beşdəli kəndində yerləşəcək “Zəngilan ailəvi istirahət kompleksi”nin tikintisi ilə bağlı “Layihə smeta sənədlərinin hazırlanması, layihənin aidiyyəti dövlət orqanlarında müdafiə edilməsi və müəllif nəzarətinin aparılması işlərinə dair” 2023-cü il ## #### tarixli ***-**/**** nömrəli müqavilə bağlanmışdır. Ad dəyişikliyi ilə əlaqədar tərəflər arasında bağlanmış müqaviləyə 2023-cü il ## ######## tarixdə ** nömrəli Razılaşma bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə üzrə yerinə yetirilməli işlərin smeta dəyəri ƏDV daxil 1.117.452,96 manat müəyyən edilmişdir. Eyni zamanda, tərəflər arasında Qırğız Respublikasının Issık-Kul gölünün ətrafında Qara-Oy kəndi ərazisində mehmanxana kompleksinin tikintisi ilə bağlı “eskiz layihənin hazırlanmasına dair” 2023-cü il ## ######## tarixli ***-**/**** nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə yerinə yetirilməli iş-Qırğız Respublikası Issık-Kul gölünün ətrafında Qara-Oy kəndi ərazisində mehmanxana kompleksinin tikintisi ilə bağlı eskiz layihəsinin hazırlanmasından ibarət olmuş və həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə üzrə yerinə yetirilməli işlərin smeta dəyəri ƏDV daxil 228.684,00 manat müəyyən edilmişdir. 2023-cü il ## #### tarixli ***-**/**** nömrəli müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyərinin 30%-ni təşkil edən 18% ƏDV məbləği daxil olmaqla 335.235,88 manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir. 2023-cü il ## #### tarixli ***- **/**** nömrəli müqavilə üzrə sifarişçinin layihə tapşırığını gec təsdiq etməsi, layihə sənədlərində tez-tez dəyişikliklər edilməsini tələb etməsi səbəbi ilə bir qədər yubadılsa da, nəzərdə tutulan işlərin bir çox hissəsi 2023-cü il # ###### tarixədək icra edilərək sifarişçinin nümayəndəsi qismində müəyyən edilmiş Loğman Daşdəmirova təhvil verilmişdir. 2023-cü il # ###### tarixdə cavabdeh olan sifarişçinin rəhbərliyi ilə keçirilən görüş zamanı müqavilə üzrə layihələndirmə işlərinin dayandırılması və bağlanmış müqavilənin ləğv edildiyi şifahi qaydada bildirildiyindən, həmin tarixdən sonra müqavilə üzrə layihələndirmə işlərinin davam etdirilməsi dayandırılmışdır. Dəfələrlə cavabdeh quruma müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadələrini yazılı şəkildə təqdim edilməsi təklif edilsə də, məhkəməyə iddia ilə müraciət edilən günədək müqavilənin cavabdeh olan sifarişçinin təşəbbüsü və tələbi ilə ləğv edilməsi barədə heç bir rəsmi yazılı məlumat təqdim edilməmişdir. Buna baxmayaraq, cavabdehin iradə ifadəsini nəzərə alıb müqavilənin ləğv edilməsinin şifahi şəkildə bildirildiyi günədək tərəflərindən icra edilmiş işlərinin həcminin və dəyərinin müəyyən edilməsi ilə bağlı cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı şəkildə müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən buna heç bir reaksiya verilmədiyindən, məcburiyyət qarşısında qalaraq, özləri normativ sənədlərə əsasən yerinə yetirilmiş işin həcminin və dəyərinin müəyyən edilməsi üçün müvafiq hesablama aparmışlar. Hesabata əsasən 2023cü il ## #### tarixli müqavilə üzrə nəzərdə tutulmuş ümumi işlərin 63%-i tərəflərindən icra edilərək təhvil verilmişdir və təhvil verilmiş işlərin ümumi dəyəri 18% ƏDV daxil olmaqla ümumilikdə 717.343,25 manat təşkil edir və sifarişçi olan cavabdeh tərəfindən 2023-cü il # ###### tarixdə 18% ƏDV məbləği daxil olmaqla 335235,88 manat avansın ödənilməsi nəzərə alınsa, hazırda cavabdehin həmin müqavilə üzrə 18% ƏDV məbləği daxil 382107,36 manat ödənilməmiş borcu qalmışdır. 2023-cü il ## ######## tarixli ***-**/**** nömrəli müqavilə üzrə nəzərdə tutulan işlər müqavilədə nəzərdə tutulmuş müddətdə icra edilərək təhvil verilsə də, sifarişçinin istəyinə uyğun olaraq ümumi kompleks layihəsinin bir neçə hissəsi üzrə işlər yenidən görülərək, eskiz layihəsi bütün hissələri ilə birlikdə 2023-cü il ## ###### tarixdə tam şəkildə təhvil-təslim aktı və hesab-faktura ilə birlikdə müqavilə üzrə Sifarişçinin səlahiyyətli nümayəndəsi qismində müəyyən edilmiş Vüsal Cabbarova təhvil verilmişdir. 2023-cü il ## ######## tarixli ***-**/**** nömrəli müqavilənin 6.2-ci bəndinə əsasən, görülən işlərin dəyəri 2 nüsxədə təsdiq edilmiş müvafiq təhvil-təslim aktlarının imzalanmasından sonra Icraçının hesab fakturasına uyğun olaraq hesab faktura təqdim edildikdən sonra 15 bank günü müddətində icraçının bu müqavilədə göstərilən bank hesabına ödənilir. Tərəflərindən 2023-cü il ## ######## tarixli ***-**/**** nömrəli müqavilə üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilib cavabdehin müqavilədə adı qeyd edilmiş səlahiyyətli nümayəndəsinə təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş müqavilə şərtlərində nəzərdə tutulmuş müddətdə həyata keçirilməmişdir. Bundan sonra dəfələrlə cavabdehə yuxarıda qeyd olunan müqavilələrlə bağlı müraciətlər edilməsinə, cavabdehin qeyd olunan müqavilələr üzrə adları müqavilədə əlaqəli şəxs kimi göstərilmiş nümayəndələri ilə görüşmələrinə baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Odur ki, 2023-cü il ## #### tarixli müqavilə üzrə ödənilməmiş 382107,36 manat və 2023-cü il ## ######## tarixli ***-**/**** nömrəli müqavilə üzrə ödənilməmiş 228.684,00 (iki yüz iyirmi səkkiz min altı yüz səksən dörd) manat olmaqla, ümumilikdə 610.791,36 manat borc və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 901 manat məbləğində dövlət rüsumu cavabdehdən məhkəmə qaydasında tutulmalıdır 6.Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsinin mətnində cavabdeh kimi Cavabdeh-Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi olaraq qeyd edilmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilərək cavabdeh olaraq yalnız Cavabdeh qeyd edilməsi və “xahiş edirəm” hissəsinə də düzəliş edilməsi zərurəti yaranmışdır. Odur ki, 2023-cü il ## #### tarixli ***-**/**** nömrəli müqavilə üzrə ödənilməmiş 382107,36 manat və 2023-cü il ## ######## tarixli 012 **/**** nömrəli müqavilə üzrə ödənilməmiş 228.684,00 manat olmaqla, ümumilikdə 610.791,36 manat borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 901 manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Prezident Administrasiyasından iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 oktyabr tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh Cavabdeh-Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi əsl cavabdeh Cavabdeh (bundan sonra-“cavabdeh”) ilə əvəz edilmişdir. 8.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim G.Namazova).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Cavabdeh (iddiaya cavab verməli olmayan şəxs) qarşı irəli sürülmüş hazırkı iddia ərizəsi təmin edilə bilməz.

10. Belə ki, iddiaçı, Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi ilə bağladığı müqavilələr üzrə yaranmış borcun tutulmasını xahiş edir. Lakin məhkəmə gedişatı zamanı Cavabdeh həmin müqavilələr üzrə hər-hansı öhdəliyinin yaranmasını sübuta yetirə bilməmişdir. Belə ki, Prezidentin Işlər Idarəsi Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. Işlər Idarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 14.1, 14.2, 752.1 və 753.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 54.1, 54.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva).

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2023-cü il ## #### tarixli ***-**/**** nömrəli və 2023-cü il ## ######## tarixli ***-**/**** nömrəli müqavilələr iddiaçı ilə Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi arasında bağlanmışdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən, dövlət orqanları hüquqi statusuna, funksional təyinatına və təşkilati quruluşuna görə müxtəlif kateqoriyalara bölünür və hər bir dövlət orqanı qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət göstərir. Həmin qanunun sistemli təhlilindən görünür ki, dövlət orqanının digər dövlət orqanının strukturuna daxil olmaması və ayrıca hüquqi şəxs qismində çıxış etməsi onun müstəqil hüquq və vəzifələr daşımasını şərtləndirir.

16. Işin materialları ilə müəyyən edilmişdir ki, mübahisəli müqavilələr Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi ilə bağlanmış, müqavilələrdə tərəf qismində məhz həmin qurum göstərilmiş, onun rekvizitləri, o cümlədən VÖEN və hesablaşma hesabı qeyd edilmişdir.

22. Müqavilələr üzrə öhdəliklərin qəbul edilməsi və icrası da bilavasitə həmin qurum tərəfindən həyata keçirilmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi ilə Cavabdeh eyni hüquqi subyekt deyildir. Işlər Idarəsi dövlət orqanı olmaqla, maddi-texniki və maliyyə təminatı funksiyasını həyata keçirən, mülki dövriyyədə müstəqil tərəf kimi çıxış edən və bağladığı müqavilələr üzrə müstəqil hüquq və öhdəliklər daşıyan qurumdur. X2 struktur bölməsi olmaması, ayrıca təşkilati-hüquqi statusa malik olması iş üzrə təqdim edilmiş sənədlərlə də təsdiq olunur.

18. Apellyasiya şikayətinin, Işlər Idarəsinin Administrasiya ilə eyniləşdirilməsi və ya öhdəliklərin Administrasiyanın üzərinə qoyulmalı olması barədə dəlillərinin hüquqi əsası yoxdur. Qanunvericilikdə dövlət orqanlarının bir-birinin öhdəliklərinə görə birbaşa məsuliyyət daşıması nəzərdə tutulmamışdır. Müqavilə üzrə tərəf olmayan dövlət orqanının həmin müqavilədən irəli gələn borc öhdəliyinə cəlb edilməsi yalnız qanuni əsas və sübut olduqda mümkündür. Iş üzrə isə belə sübutlar təqdim edilməmişdir.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmışdır.

20. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

21. MM-in 10.1, 43.1, 43.3, 54.1, 54.2, 54.3, 54.4, 54.5, 404, 425.1, 425.2, 442-ci, eləcə də MPM-in 4.3, 49.1, 150.2, 217.1, 217.3, 217.4, 218.1-ci maddələri üzrə - iddianın predmetini təşkil edən müqavilələr Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi ilə bağlansa da, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən cavabdeh qismində Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi göstərilsə də, mülki prosessual qanuvericiliyin tələblərinə uyğun olaraq kommersiya mübahisələri üzrə iddia ərizəsi elektron məhkəmə sistemi üzərindən verilməli olduğundan, tərəflər arasında bağlanmış müqavilədə şəxsi eyniləşdirməyə imkan verən vergi ödəyicisinin eyniləşdirməyə imkan verən nömrəsi (VÖEN) sistemə daxil edilərkən, tərəf olaraq cavabdeh avtomatik olaraq əlavə edilir. Ilk məhkəmə məhkəmə iclasına cavabdehin nümayəndəsi qismində iştirak etmiş şəxsdən Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin fəaliyyətini tənzimləyən, yəni onun müstəqil qurum olmasını təsdiq edən Nizamnaməsi və ya əsasnaməsi tələb edilsə də, bunun məxfi sənəd olması əsas gətirilərək təqdim edilməmişdir. IN yanında Dövlət Vergi Xidmətinə Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin vergi ödəyicisi kimi qeydiyyatdan keçib-keçməməsi, qeydiyyatdan keçdiyi halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumatın və o cümlədən, ********** nörməli VÖEN-nin Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinə nə kimi aidiyyətinin olması barədə məlumatların təqdim edilməsi ilə bağlı ünvanlanmış sorğuya cavab olaraq həmin qurumdan 2026-cı il # #### tarixli *-**-*-*-*/*-Ə-***-**/**** nömrəli məktubla bildirilmişdir ki: “kommersiya hüquqi şəxslərin dövlət reyestrində “Azərbaycan Respublikasının Işlər Idarəsi» adında hər hansı bir hüquqi şəxs aşkar edilməmişdir və bu adda hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı heç bir məlumat yoxdur”. Müqavilələrin sifarişçisinin Azərbaycan Respublikası Prezidentinin Işlər idarəsi olmasına baxmayaraq, məhkəmə araşdırması zamanı sonuncunun mülki qanunvericiliyə görə, müstəqil balansının və hesablaşma hesabının olması, fəaliyyəti istiqamətlərini və səlahiyyətlərini müəyyən edən əsasnaməsinin və ya nizamnaməsinin olması müəyyən edilmədiyindən, Işlər idarəsi sadəcə ona həvalə edilmiş funksiyanı həyata keçirən qeyrimüstəqil qurum olmaqla, öz adından hər hansı bir hüquqlar əldə etmək və vəzifələr daşımaq hüququ yoxdur. Sadəcə təcrübədə tətbiq edilən və hamı tərəfindən qəbul edilmiş işgüzar adətlərə görə, Azərbaycan Respublikası Prezidentinin adından onun maliyyətəsərrüfat fəaliyyətini təmin edən bölmə kimi Işlər idarəsi müvafiq müqavilələri bağlasa da, həmin qurumun özünün mülki dövriyyənin müstəqil subyekti kimi çıxış etmək səlahiyyəti yoxdur. Bu xüsusatı iş materiallarında olan hər 2 müqavilənin rekvizitlərində Administrasiyanın rekvizitlərinin göstərilməsi, müqavilə üzrə pul öhdəliklərinin Administrasiya tərəfindən icra edilməsi sübut edir. Belə olan halda, iddiamızın məhz Azərbaycan Respublikası Prezident Administrasiyasına yönləndirilməsi tam haqlı və ədalətli olmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

24. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”

“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi

54.1. Iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. Iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır ( bax § 15-18) və təkrar qeyd edilməsini zəruri hesab etmir.

29. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, kassasiya şikayətində istinad olunan hüquq normalarının pozuntusuna yol verilməmişdir.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

31. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar