Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-270/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Bankı İddiaçıəhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4xxxxcavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinəxxxx“xxxx” MTK-ya və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi iləxxxxhakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdəxxxx iddiaçı “xxxx” Bankı ASC-nin cavabdehlər cavabdeh4xxxxcavabdeh3 MMCyəxxxx“xxxx” MTK-ya və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-**/**** nömrəli qərardadından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a)Birinci instansiya məhkəməsindəki icraat 1.Iddiaçı xxxx” Bankı ASC (bundan sonra - “iddiaçı”) cavabdehlər cavabdeh4xxxxcavabdeh3 MMC-yəxxxx“xxxx” MTK-ya və cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”xxxxayrı-ayrılıqda müvafiq olaraq “cavabdeh4”xxxx“Cəmiyyət”xxxx“MTK”xxxx“cavabdeh1”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkxxxx2019-cu il ## ######## tarixli 026409973155219/IM-* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh1 məxsus olan Sumqayıt şəhərixxxxBakı-Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha toıpaq sahəsində yerləşən 6 mərtəbəlixxxx12 013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (1-ci Ipoteka predmeti)xxxx2020-ci il ## ###### tarixli 026409973155219/IM-* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən MTK-ya məxsus olan Bakı şəhərixxxxXətai rayonuxxxxMəhəmməd Hadi küçəsi 106 (Yeni qaydalarla: AZI032xxxxünvan 2) ünvanında yerləşən 850 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (2-ci Ipoteka predmeti)xxxx2019-cu il ## #### tarixli 026409973155219/SIM-l №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh4 məxsus olan Bakı şəhərixxxxXətai rayonuxxxxMehdi Mehdizadə küçəsixxxxev 29 ünvanda yerləşən 92.5 kv.m. ümumi sahədən ibarət ** nömrəli mənzilə (3-cü Ipoteka predmeti)xxxx2019-cu il ## #### tarixli ***************/SIM* №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh4 məxsus olan Bakı şəhərixxxxXətai rayonuxxxxMehdi Mehdizadə küçəsixxxxev 29 ünvanda yerləşən 141.6 kv.m. ümumi sahədən ibarət ** nömrəli mənzilə (4-cü Ipoteka predmeti)xxxx2019-cu il ## #### tarixli 026409973155219/SIM-* №li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh4 məxsus olan ünvan 3 ünvanda yerləşən 409.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (5-ci ipoteka predmeti)xxxxtutmanın yönəldilməsixxxxipoteka predmetlərinin açıq hərracda satılması və cavabdeh4 məxsus olan ünvan 3 ünvanda yerləşən 409.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (5-ci Ipoteka predmeti)xxxxtutmanın yönəldilməsixxxxipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alannın 2019-cu il # #### tarixli *************** №-li Kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısındakı 3 661 032,57 ABŞ dolları məbləğində əsas borcuxxxxkreditdən istifadəyə görə 2023-cü il ## ###### tarixinə qədər hesablanmış 101 128,84 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğixxxx2024-cü il ## ##### tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 867 112,19 ABŞ dolları məbləğində penyaxxxx2023-cü il ## ###### tarixindən 2024-cü il ## ##### tarixinədək illik 5 % dərəcəsi ilə hesablanmış 129 588,45 ABŞ dolları məbləğində əldən çıxmış faydaxxxxcəmi 4 758 862,05 ABŞ dolları məbləğində borcxxxxipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 495 manat məbləğində çəkilmiş xərclər və iddia ərizəsinin verilməsinə görə 4823,16 manat məbləğində dövlət rüsumunun və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclər birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixlixxxxe-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsixxxxCəmiyyətin *************** saylı kredit müqaviləsi üzrə 3.661.032,57 ABŞ dolları əsas borc məbləğininxxxx96.715,44 ABŞ dolları faiz borcununxxxx183.052 ABŞ dolları dəbbə pulununxxxx2023-cü il ## ###### tarixdən 2024-cü il ## #####ə kimi illik 5 % ilə hesablanan 127620 ABŞ dolları faiz borcununxxxxdövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 4249 manatın və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınmasına görə 495 manatın ödənilməsini təmin etmək üçün tələb üzrə tutmanın aşağıdakı ipoteka predmetlərinə yönəldilməsi: cavabdeh1 məxsus olan Sumqayıt şəhərixxxxBakı-Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha torpaq sahəsində yerləşən 6 mərtəbəlixxxx12 013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsixxxxhəmin əmlak açıq hərracda satılmasıxxxxəmlakın ilkin satış qiyməti 6.200. 000 manat məbləğində müəyyən edilməsixxxxəmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsixxxxsatışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh cavabdeh1 qaytarılması; MTKya məxsus Bakı şəhərixxxxXətai rayonuxxxxMəhəmməd Hadi küçəsi 106 (Yeni qaydalarla: AZ1032xxxxünvan 2) ünvanında yerləşən 850 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsixxxxhəmin əmlakın açıq hərracda satılmasıxxxxəmlakın ilkin satış qiymətinin 2.700.000 manat məbləğində müəyyən edilməsixxxxəmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsixxxxsatışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin MTK-ya qaytarılması; cavabdeh4 məxsus olan Bakı şəhərixxxxXətai rayonuxxxxMehdi Mehdizadə küçəsixxxxev 29 ünvanda yerləşən 92.5 kv.m. ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldilməsixxxxhəmin əmlak açıq hərracda satılmasıxxxxəmlakın ilkin satış qiymətinin 225.000 manat məbləğində müəyyən edilməsixxxxəmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsixxxxsatışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh cavabdeh4 qaytarılması; cavabdeh4 məxsus olan ünvan 1 ünvanda yerləşən 141.6 kv.m. ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldilməsixxxxhəmin əmlakın açıq hərracda satılmasıxxxxəmlakın ilkin satış qiymətinin 340.000 manat məbləğində müəyyən edilməsixxxxəmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsixxxxsatışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdehə qaytarılması; cavabdeh4 məxsus olan ünvan 3 ünvanda yerləşən 409.0 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsixxxxhəmin əmlakın açıq hərracda satılmasıxxxxəmlakın ilkin satış qiymətinin 286.000 manat məbləğində müəyyən edilməsixxxxəmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsixxxxsatışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh cavabdeh4 qaytarılmasıxxxxqalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim G.Namazova). 3.Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasıxxxxdövlət rüsumunun cavabdehlər tərəfindən ödənilməsi xahiş edilmişdir. 4.Cavabdehlər tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin Cəmiyyət ilə bağlanmış *************** saylı kredit müqaviləsi üzrə əsas bocun 3.247.543 ABŞ dolları pulun tutulmasıxxxxiddianın Cəmiyyətin 96.715,44 ABŞ dolları faiz borcununxxxx183.052 ABŞ dolları dəbbə pulununxxxx2023-cü il ## ###### tarixdən 2024cü il ## ##### tarixə kimi illik 5 % ilə hesablanan 127620 ABŞ dolları faiz borcunun tutulması hissəsində rədd edilməsixxxxcavabdeh1 məxsus olan Sumqayıt şəhərixxxxBakı-Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha torpaq sahəsində yerləşən 6 mərtəbəlixxxx12 013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə bazar qiymətinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 5.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsixxxxbirinci instansiya məhkəməsinin qətnaməsinin Sumqayıt şəhərixxxxBakı-Quba yolunun 32-ci km-ində yerləşən cavabdeh1 mülkiyyətində olan əmlak kompleksinin ilkin satış qiymətinin məbləği hissəsində və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun tutulması hissəsində dəyişdirilməlixxxxiddianın qismən təmin edilməsixxxxipoteka predmetinin ilkin satış qiymətinin 6.286.000 (altı milyon iki yüz səksən altı min) manat məbləğində müəyyən edilməsixxxxiddia ərizəsinin verilməsinə dair iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4528.93 manat (4249+279.93) pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsixxxxqətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasıxxxxapellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir (sədrlik edənməruzəçi hakim Z.Şirinovxxxxhakimlər T.Mahmudova və L.Əliyeva). 6.Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. 7.Cavabdehlər tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 8.Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya məhkəməsinin qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayət qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (məruzəçi hakimxxxxhakimlər R.QurbanovxxxxE.Şamayev və B.Qəribov) 9.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
10. Cavabdehlərin nümayəndəsi və vəkili vəkil2 yenidən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermişdir. 11.
12. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir kixxxxcavabdehlərin nümayəndəsi və vəkili vəkil2 Xəlil oğluna məxsus elektron kabinetinə 2025-ci il ## ###### tarixində yerləşdirilmişdir. Elektron kabinetdə sonradan yerləşdirilmiş bildiriş isə yalnız məlumat xarakteri daşıyır və qətnamənin təqdim edilmə tarixini dəyişdirmir. Buna görə dəxxxxkassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət 2025-ci il ## ###### tarixindən hesablanmalıdır.
13. Ərizəçi müddəti ötürməsinə haqq qazandıracaq başqa əsas və buna dair sübut təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab etmişdir kixxxxcavabdehlərin nümayəndəsinin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
14. Cavabdehlər tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və kassasiya şikayəti üzrə buraxılmış müdddəti üzürlü hesab edərəkxxxxkassasiya şikayətini icraata qəbul edərək baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti prosessual müddətin bərpasına dair ərizənin məzmununa uyğun əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa daxxxxapellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatıxxxxhabelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatıxxxxo cümlədən ərizəxxxxşikayət və digər sənədlərin göndərilməsixxxxqəbuluxxxxhabelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.” ... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
“Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallardaxxxxonlar məhkəmə tərəfindən təyin edilir. ... 128.3. Illərləxxxxaylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.”
“Maddə 129. Prosessual müddətlərin qurtarması 129.1. Illərlə hesablanan müddətxxxxmüddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddətxxxxmüddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsəxxxxmüddət həmin ayın son günündə qurtarır. ...”
“Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdəxxxxprosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsəxxxxprosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.”
“Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsəxxxxişdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ...”
“Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsəxxxxməhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçtxxxxSMS və s. vasitəsilə) çatdırılır. ...”
“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: ... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Hazırkı işdə cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və onunla birlikdə kassasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə vermişxxxxlakin apellyasiya instansiyası məhkəməsi cavabdehlərin həmin ərizəsini təmin etməmişdir (§ 12-13).
21. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmişxxxxprosessual müddətin bərpasına dair ərizə üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
22. Belə kixxxxelektron işin materiallarında olanxxxx“xxxx” X1 2026-cı il ## ###### tarixli tibbi arayışınına əsasənxxxxcavabdehlərin nümayəndəsi və vəkili vəkil2 2026-cı il ## ###### tarixindənxxxx2026-cı il ## ###### tarixinədək yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə müalicədə olmuşdur.
23. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsəxxxxişdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (MPM-nin 133-cü maddəsi).
24. «Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər kixxxxonların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasınxxxxözü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsınxxxxmüvafiq hərəkətin yerinə yetirilməsinəxxxxmaneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır» (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008- ci il 8 may tarixli Qərarı).
25. Məhkəmə kollegiyası qeyd olunan tibbi arayışıxxxxMPM-nin 133-cü maddəsinin tələbi baxımından qiymət verərək hesab edir kixxxxcavabdehlər tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməlixxxxbununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin 2026-cı il ## #### tarixlixxxx*-*(***)-**/**** saylı qərardadı ləğv edilməlixxxxkassasiya şikayəti təmin edilməlidir. Cavabdehlər tərəfindən həmin məhkəmənin 2025-ci il # ###### tarixlixxxx*- *(***)-**/**** saylı qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.
26. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraqxxxxməhkəmə kollegiyası
qərara aldı:
Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixlixxxx*-*(***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixlixxxx*-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.