Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(1-8)-35/2026 19.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ 2-2(1-8)-35/2026 Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı şəhəri Səbail Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabd ehlər Türkiyə Respubikası vətəndaşları Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – ayrı-ayrılıqda “Cavabdeh1” və “Cavabdeh2”, birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birlikdə 164.500 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə əsasən 279.650 manat və ödədiyi dövlət rüsumu olaraq 569,65 manat olmaqla, ümumilikdə 280.219,65 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2025-ci il 17 noyabr tarixli e-2(009)2019/2025 nömrəli qərardadı ilə mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Qafarova). 3. “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçının VÖEN:********** mövcuddur.
4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 12 dekabr tarixli Borclanma protokolunun məzmunundan görünür ki, tərəflər razılığa gəlmişlər ki, borc verən İddiaçı tərəfindən borc alan Cavabdeh1na, müqavilənin imzalandığı tarix etibarilə 100.000,00 ABŞ dolları (yüz min ABŞ dolları) nağd şəkildə və birdəfəlik ödəniləcəkdir. Borc alan 100.000,00 ABŞ dolları (yüz min ABŞ dolları) məbləğinə qarşılıq olaraq, borc verən İddiaçı aylıq minimum 3,75% xalis faiz və ya dividend gəlirinə zəmanət verəcəkdir. Borc alan Cavabdeh1 tərəfindən borc verən İddiaçı bu ödənişə təminat şəkilində təsis olunacaq telekommunikasiya şirkətindən səhm veriləcək və ya bu səhmə bərabər şəkildə gizli tərəfdaşlıq müqaviləsi imzalanacaqdır. Borc verən, tələb etdiyi halda, 1-ci ilin sonunda verdiyi 100.000,00 ABŞ dolları əsas məbləğ i və minimum aylıq 3,75% faiz və ya dividend (mənfəət payı) faizini tələb etməklə layihədən ayrılmaq hüququna malikdir. Bu müqavilədən irəli gələn bütün vergi və maliyyə öhdəlikləri borc alan və borc verən tərəfindən birgə şəkildə bölüşdürüləcəkdir. 3-cü ilin sonunda tərəflər razı qaldığı təqdirdə, borc verən tərəfindən əlavə rəqəm verməklə, layihədən yuxarıda qeyd olunan gəlirlər nəzərə alınaraq müddəti artırmaq hüququna malik olacaqdır. Layihə 3 il müddətində qüvvədə olacaqdır. Hər hansı bir problem baş vermədiyi halda tərəflər razı olduğu müddət boyunca istənildiyi qədər uzadıla bilər.
5. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, tərəflərin birgə əməkdaşlığı nəticəsində qazanc əldə etmək məqsədi olmuşdur, hazırki mübahisənin nəticə etibarilə sahibkarlıq f əaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmasını nəzərə alaraq iddiaya kommersiya məhkəməsində baxılmalıdır.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 32.1, 32.2, 32.3, 32.4, 32.5-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının (bundan sonra – Plenum Qərarı) 12 və 20-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 23 dekabr tarixli 2-2(113)-10418/2025 nömrəli qərardadı ilə mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – G.Həşimova).
8. Məhkəmə bildirmişdir ki, qeyd olunan müqavilələr sahibkarlıq məqsədi ilə bağlanılan müqavilə hesab edilə bilməz, həmçinin məhkəmə iclaslarında iddiaçı da müqavilənin borc müqaviləsi olduğunu bildirmişdir. Həmçinin hazırki iş xarici elementli iş olmasına baxmayaraq, cavabdehlərin nə Azərbaycanda və ya Türkiyədə sahibkarlıq subyekti olmasına dair heç bir sübut iş materialları ilə müəyyən olunmur. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapsa da, cavabdehlərin sahibkarlıq subyekti olub-olmaması məlum deyil.
9. Məhkəmə müqavilədən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiklə ri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinin məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar olmasını və tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsinin iş materialları ilə tam təsdiqini tapmamasını, həmçinin cavabdehlərin sahibkarlıq subyekti olmamasını nəzərə alaraq hesab etmişdir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalı deyil.
10. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10, Vergi Məcəlləsinin 33.3, MM-in 13, MPM-in 24.2, 24.3, 31.1, 32.7-ci maddələrinə və Plenum Qərarının 13, 20-ci bəndlərinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici m əhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı i ki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakt eri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər....”
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini i şin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir.
14. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan (o cümlədən onlar arasında deliktlə bağlı yaranan) mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
15. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
16. Hazırkı mübahisənin subyektiv tərkibi ona kommersiya məhkəməsində baxılmasına əsas vermir.
17. Belə ki, cavabdehlərin Azərbaycanda və ya Türkiyədə sahibkarlıq subyekti olmasına dair heç bir sübut olmadığından, onların sahibkarlıq subyekti olub-olmaması iş materialları ilə müəyyən olunmur.
18. Tərəflər arasında bağlanmış borclanma protokoluna əsasən isə gələcəkdə təsis olunacaq telekommunikasiya şirkətindən səhm verilməsi və ya bu səhmə bərabər şəkildə gizli tərəfdaşlıq müqaviləsi imzalanacağı nəzərdə tutulmuşdur.
19. Hazırki iş üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edilməmişdir.
20. Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli 10 saylı Plenum Qərarında göstərilir ki,işin kommersiya məhkəməsinə aid edilməsi üçün mübahisənin yalnız tərəflərdən birinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması kifayət etmir və mübahisənin hər iki tərəfin iştirak etdiyi sahibkarlıq münasibətindən irəli gəlməsi tələb olunur. Həmin qərarın 13-cü bəndinə əsasən, tərəflərdən ən azı ikisinin birgə sahibkarlıq fəaliyyəti həyata keçirməsi və ya mübahisənin kommersiya müqaviləsindən irəli gəlməsi məhkəmə aidiyyətinin müəyyən olunması üçün əsasdır.
21. Bundan əlavə, "S ahibkarlıq fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsinə görə, sahibkarlıq fəaliyyəti yalnız dövlət qeydiyyatına alınmış subyektlər tərəfindən həyata keçirilə bilər.
22. Qeyd olunanlara əsasən qarışıq məhkəmə tərkibi Bakı Kommersiya Məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab edir ki, tərəflər arasında münasibətlərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsinin iş materialları ilə tam təsdiqini tapmamasını, həmçinin cavabdehlərin sahibkarlıq subyekti olmamasını nəzərə alaraq hazırkı mübahisə kommersiya məhkəməsində baxılmalı deyil.
23. Odur ki, hazırkı mübahisəyə ümumi məhkəmədə, yəni iddianın verildiyi Səbail Rayon Məhkəməsində baxılmalıdır.
24. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı c avabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.