Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-459/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. Iddiaçı 2025-ci il ## ###### tarixində cavabdehə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, sonradan dəqiqləşdirmə barədə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 84.305 manat pul məbləğinin və ödənilmiş 342,92 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – F.Hətəmzadə).
3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətin qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 75.874,5 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 308,6 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
5. Cavabdeh tərəfindən 2026-cı il ## #### tarixində kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli 2-2(3-6) ***/**** nömrəli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *- *(*-*)-***/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
7. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
8. Hazırkı halda “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” 2026-cı il ## ##### tarixli çıxarışdan (II cild, iş/v 77) müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*- *)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh elektron kabinetinə 2026-cı il ## ##### tarixində, saat 11:51-də yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, cavabdehin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır ( HYPERLINK "mailto:elektron ünvan 1" elektron ünvan 1).
9. Həmçinin, “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” 2026-cı il ## ##### tarixli çıxarışdan (II cild, iş/v 78) müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*- *)-***/**** nömrəli qətnaməsi cavabdehin nümayəndəsi nümayəndə1 elektron kabinetinə 2026cı il ## ##### tarixində, saat 11:51-də yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, cavabdehin nümayəndəsinin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır ( HYPERLINK "mailto:elektron ünvan 2" elektron ünvan 2).
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə 2026-cı il ## ##### tarixində Mülki Prosessual Məcəllənin 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq lazımi qaydada çatdırılmışdır (Sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması yerinə yetirilmişdir).
11. Odur ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2026-cı il ## #### tarixində bitmişdir. Cavabdeh tərəfindən isə kassasiya şikayəti 2026-cı il ## #### tarixdə verilmiş, bununla da apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüş, müddətin bərpasına dair ərizə isə verilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 135.5, 135.8, 405.0.1, 408.1, 408.1.4, 408.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, kassasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul olunmasını və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
14. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsi üzrə - Kassasiya şikayətinə əlavə olunmuş və Cavabdeh “Elektron məhkəmə” informasiya sistemindəki şəxsi kabinetindən əldə edilmiş məlumatlardan görünür ki, 2-2(3-6) ***/**** nömrəli iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # ##### tarixli qətnaməsinin elektron kabinetdə yerləşdirilməsi barədə bildiriş yalnız 2026-cı il ## ##### tarixində saat 20:03-də elektron kabinetdə əks olunmuş, həmin bildiriş isə 2026-cı il ## ##### tarixində saat 16:44-də oxunmuşdur. Bundan əlavə, elektron kabinetdəki bildirişlər siyahısından görünür ki, məhkəmənin istinad etdiyi 2026-cı il ## ##### tarixində elektron kabinetdə əks olunan bildiriş hazırkı işə deyil, başqa işə - *-*(***)- ****/**** nömrəli iş üzrə qəbul edilmiş məhkəmə aktına aiddir. Hazırkı iş üzrə bildiriş isə yalnız 2026-cı il ## ##### tarixində elektron kabinetdə əks olunmuşdur. Beləliklə, məhkəmənin istinad etdiyi çatdırılma tarixi ilə cavabdehin elektron kabinetində faktiki əks olunan məlumatlar arasında açıq ziddiyyət mövcuddur. Məhkəmə həmin ziddiyyətin səbəblərini araşdırmadan, elektron kabinetdə faktiki görünən məlumatlara hüquqi qiymət vermədən və çatdırılmanın həqiqətən hansı tarixdə baş verdiyini müəyyən etmədən kassasiya şikayətini geri qaytarmışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərə görə əsaslı hesab edir və onların mübahisələndirilən qərardadın ləğvi üçün əsas yaratdığı qənaətinə gəlir.
18. Belə ki, apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən işdə olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair” 2026cı il ## ##### tarixli çıxarışlara əsaslanmış və həmin çıxarışlarda qətnamənin cavabdehin özünün, həmçinin nümayəndəsinin elektron kabinetinə 2026-cı il ## ##### tarixində saat 11:51də yerləşdirildiyini nəzərə alaraq kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyü qənaətinə gəlmişdir.
19. Lakin cavabdeh hazırkı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsinin 2026-cı il ## ##### tarixində saat 20:03-də "Elektron məhkəmə" informasiya sistemində onun şəxsi kabinetinə yerləşdirildiyini göstərmişdir (Bu halı təsdiq edən Elektron Məhkəmə Informasiya Sistemindəki şəxsi kabinet üzrə bildirişin detallarını əks etdirən görüntü kassasiya şikayətinə əlavə edilmişdir).
20. Həmin dəlilin yoxlanılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsinə AZEMIS-in yeni versiyaya keçidi ilə əlaqədar texniki məlumatın təqdim olunması barədə 2026-cı il # #### tarixində elektron sorğu göndərilmişdir.
21. Məhkəmə-X1 Rəqəmsal ədalət mühakiməsi və innovativ inkişaf şöbəsinin Informasiya texnologiyalarının tətbiqi sektorunun 2026-cı il ## #### tarixli cavab məktubunda bildirilmişdir ki, apellyasiya instansiya məhkəməsinin icraatında 2-2(3-6)-247/2026 nömrəsi ilə baxılmış iş üzrə 2026-cı il # ##### tarixli yekun məhkəmə aktının (əsas sənədin) imzalanma tarixi 2026-cı il ## #####, saat 11:51; həmin qətnamənin Elektron Məhkəmə sistemində şəxsi kabinetdə yerləşdirilməsi barədə bildirişin göndərilmə tarixi 2026-cı il ## #####, saat 20:03 qeyd olunmuşdur.
22. Odur ki, qətnamənin 2026-cı il ## ##### tarixində cavabdehin elektron kabinetinə yerləşdirildiyi qəbul olunduqda müəyyən olunur ki, onun tərəfindən 2026-cı il ## #### tarixində verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində nəzərdə tutulmuş iki aylıq müddət daxilində verilmiş hesab olunmalıdır.
23. Beləliklə, kassasiya şikayətinin geri qaytarılması üçün əsas kimi göstərilən müddətin ötürülməsi təsdiq olunmadığından, kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün müvafiq prosessual hərəkətlər edilməlidir.
24. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün kassasiya instansiyası məhkəməsinin icraatında saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *- *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları hazırkı məhkəmənin icraatında saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.