Məhkəmə qərarları › İş №e-2(004)-221/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-221/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-221/2025 07.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətə maneələrin aradan qaldırılması, ümumi yığıncağın qərarının, maliyyə arayışınını, plan cizginin cavabdehdən alınması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2025-ci il tarixli ərizə ilə iddia tələbinin dəqiqləşdirmiş və Cavabdeh MMC-dən 14782,50 (on dörd min yeddi yüz səksən iki manat əlli qəpik) manat məbləğində dəymiş zərər, 300 (üç yüz) manat məbləğində ekspertizanın həyata keçirilməsi ilə bağlı ödənilmiş xidmət haqqı, ödənilmiş 135,25 (bir yüz otuz beş manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 15 217,75 (on beş min iki yüz on yeddi manat yetmiş beş qəpik) manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - İddiaçı və ya Sifarişçi) Cavabdeh MMC-dən (əvvəlki adı "xxxx" MTK) (bundan sonra - Cavabdeh və ya İcraçı) müqavilə üzrə mənzil əldə etmişdir. Müqavilə üzrə Sifarişçi onun üzərinə düşən öhdəliyini, yəni mənzilin dəyərini ödəmək öhdəliyini, tam və vaxtında yerinə yetirmişdir. Müqaviləyə əsasən mənzildə müvafiq ilkin təmir-quraşdırma işləri aparılaraq İcraçıya təhvil veriləcəkdir, lakin İcraçı tərəfindən bu öhdəlik yerinə yetirilməyib. İddiaçı ilə cavabdeh arasında 03 aprel 2015-ci il tarixində B1 09/600 nömrəsi ilə qeydə alınmış müqavilə imzalanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən İcraçı Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 9-cu bina, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 109 kv/m, o cümlədən 16.18 kv/m olan 2 (iki) otaqdan ibarət 76 saylı mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında İcraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi öz üzərinə düşən öhdəliyini, yəni mənzilin tam dəyərini (04 mart 2015-ci il tarixində Beh razılaşmasına əsasən 2 000 (iki min) manat, müqavilə bağlanan anda isə 0708 nömrəli kassa mədaxil orderinə əsasən 110 776 (bir yüz on min yeddi yüz yetmiş altı) manat) ödəmişdir. Tərəflər arasında Müqaviləyə müvafiq Əlavə (müqavilədə nəzərdə tutulan işlərdən əlavə) imzalanmışdır. Həmin əlavəyə əsasən İcraçı “Mənzilin ilkin təmiri hədiyyə” məhsulu üzrə Sifarişçiyə mənzilin ilkin təmir-quraşdırma işlərini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Bu işlərə döşəmədə diktin quraşdırılması, yan divarlarda alt və üzlük alçı işləri, tavanlarda alçipan və üzlük alçı işləri, elektrik xətləri - Mərkəzləşmiş xəttə qoşulma, televiziya kabel xətləri - Mərkəzləşdirilmiş xəttə qoşulma, telefon kabel xətləri - Mərkəzləşdirilmiş xəttə qoşulma, smart House, intercom xətti (Domafon) aiddir. İcraçı üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir (mənzilin ilkin təmir-quraşdırma işlərini həyata keçirməmişdir). Cavabdeh MMC-dən 14782,50 (on dörd min yeddi yüz səksən iki manat əlli qəpik) manat məbləğində dəymiş zərər, 300 (üç yüz) manat məbləğində ekspertizanın həyata keçirilməsi ilə bağlı ödənilmiş xidmət haqqı, dövlət büdcəsinə köçürülmüş 135,25 (bir yüz otuz beş manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 15 217,75 (on beş min iki yüz on yeddi manat yetmiş beş qəpik) manat tutularaq İddiaçı ödənilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli B1 09/600 nömrəli Pordat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı "xxxx" MTK-dır. Müqavilənin qiyməti 112776 manat təşkil edir. Müqavilənin predmeti Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 9-cu bina, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 109 kv/m, o cümlədən 16.18 kv/m olan 2 (iki) otaqdan ibarət 76 saylı mənzildir. Müqavilənin mövzusu sözügedən mənzilin sifarişçiyə təhvil verilməsi, sifarişçi tərəfindən isə şərtləşdirilmiş pul məbləğinin icraçıya ödənilməsidir. İş materiallarına xx.xx.2015-ci il tarixli B1 09/600 nömrəli Pordat müqaviləsi üzrə icraçı tərəfindən təqdim edilən ilkin təmir-quraşdırma işlərinin siyahısı barədə yazılı razılaşma əlavə edilmişdir. İş materiallarında olan kassa mədaxil qəbzlərinə əsasən müəyyən edilir ki, müqavilə üzrə mənzilin dəyəri sifarişçi tərəfindən tam ödənilmişdir. İş materiallarında olan təhvil-təslim aktına əsasən müəyyən edilir ki, sözügedən mənzil sifarişçiyə icraçı tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir, lakin akt podratçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, sözügedən binaya dair xx.xx.2022-ci il tarixdə istismara icazə sənədi verilmişdir. İş materiallarında olan X1 Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, müqavilə üzrə mübahisə predmeti olan təmir-tikinti işlərinin dəyəri 6662 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir və həmin vəsait İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan əlavə qiymətləndirmə üzrə X1 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, müqavilə üzrə mübahisə predmeti olan təmirtikinti işlərinin dəyəri 14782,5 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan xx.xx.2015-ci il tarixli B1 09/600 nömrəli Pordat müqaviləsi, həmin müqaviləyə edilmiş Əlavənin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. MM-in 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. MM-in 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. MM-in 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli B1 09/600 nömrəli Pordat müqaviləsinə əsasən müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı "xxxx" MTK-dır. Müqavilənin qiyməti 112776 manat təşkil edir. Müqavilənin predmeti Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 9-cu bina, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 109 kv/m, o cümlədən 16.18 kv/m olan 2 (iki) otaqdan ibarət 76 saylı mənzildir. Müqavilənin mövzusu sözügedən mənzilin sifarişçiyə təhvil verilməsi, sifarişçi tərəfindən isə şərtləşdirilmiş pul məbləğinin icraçıya ödənilməsidir. xx.xx.2015-ci il tarixli B1 09/600 nömrəli Pordat müqaviləsi üzrə icraçı tərəfindən təqdim edilən ilkin təmir-quraşdırma işlərinin siyahısı barədə yazılı razılaşma əlavə edilmişdir. Kassa mədaxil qəbzlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri sifarişçi tərəfindən tam ödənilmişdir. Təhvil-təslim aktına əsasən sözügedən mənzil sifarişçiyə icraçı tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən sözügedən binaya dair xx.xx.2022-ci il tarixdə istismara icazə sənədi verilmişdir.X1 Mərkəzi MMC-nin xx.xx.2024cü il tarixli rəyinə əsasən müqavilə üzrə mübahisə predmeti olan təmir-tikinti işlərinin dəyəri 6662 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir və həmin vəsait İddiaçı tərəfindən ödənilmişdir. Əlavə qiymətləndirmə üzrə X1 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müqavilə üzrə mübahisə predmeti olan təmir-tikinti işlərinin dəyəri 14782,5 manat təşkil edir. Həmin işlər İcraçı tərəfindən icra edilmədən mənzil sifarişçiyə təhvil verilmişdir. X1 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyi əsaslı hesab edilir. Müqavilə üzrə təhvil verilmiş mənzil qüsurludur. Belə ki, mənzilin müqavilə şərtlərinə uyğun təhvil verilməməsi mənzilin (əşyanın) qüsuru sayılır. Alqı-satqı zamanı “qüsurlu əşya vermə” dedikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülür. Alqı-satqıya aid olan bu qayda podrata da şamil olunur, çünki podratçının özünün əldə etdiyi materiallardan hazırladığı əvəz edilən əşyanı sifarişçiyə verməsinə alqısatqı qaydaları tətbiq edilir (MM maddə 752.2). Əşya qüsurlu olduqda alıcı öz seçimi əsasında tələb edə bilər: 1) alış qiymətinin mütənasib olaraq azaldılmasını; 2) qüsurların əvəzsiz aradan qaldırılmasını; 3) qüsurların aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (MM maddə 587.1). Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim edilsə də, məhkəmə hesab edir ki, iddia tələbi üzrə 5 illik (podrat münasibətlərindən irəli gələn) iddia müddəti ötürülməmişdir. İddia müddətinin ötürülməsinin əsasları cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, müəyyən edilir ki, sözügedən mənzil xx.xx.2024-cü il tarixdə Sifarişçiyə təhvil verilmişdir. Deməli, iddia tələbi üzrə 5 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə cavabdehin müdafiə arqumentinə münasibətdə qeyd edir ki, hazırki mübahisəyə müqavilədən doğan 3 illik ümumi iddia müddəti deyil, xüsusi norma qismində MM-in 776.1-ci maddəsi çıxış etməlidir. Cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı öz arqumentlərini əsaslandıra bilməmiş, mənzilin iddiaçıya təhvil verilməsi vaxtı ilə bağlı podratçı şirkət olaraq heç bir sübut təqdim edə bilməmiş, mülahizələr əsasında bildirmişdir ki, həmin mənzil 2015-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Həmin hissədə sübutetmə yükü cavabdeh şirkətin üzərindədir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən sözügedən binaya dair xx.xx.2022-ci il tarixdə istismara icazə sənədi verilmişdir. Deməli, həmin bina istismara buraxıldıqdan sonra mənzil sahibinə təhvil verilə bilərdi. Bundan əlavə, iddia tələbinin ilkin formasına əsasən iddiaçının tələbi “mülkiyyətə maneələrin aradan qaldırılması, ümumi yığıncağın qərarının, maliyyə arayışınını, plan cizginin cavabdehdən alınması və vurulmuş zərərin ödənilməsi” kimi olmuş, cavabdeh tərəfindən müvafiq maneələrə son qoyulduğundan tələb azaldılmış və sadəcə “pulun tutulması” formasında müəyyən edilmişdir. Hüquq tətbiq etmə aşağıdakı ardıcıllıqla həyata keçirilir.

1. İmperativ normalar (əgər varsa).

2. Müqavilə şərtləri.

3. Dispozitiv normalar.

4. İşgüzar adətlər.

5. Analogiya (qanunun və ya hüququn). Mübahisə “müqavilə azadlığı” prinsipinin şərtləri çərçivəsində mübahisə həll edilməlidir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Göstərilən halların heç biri tərəflər arasındaki müqavilə üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, ekspertiza xərcləri məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə 300 (üç yüz) manat məbləğində ekspertiza xərci və ödənilmiş 135,25 (bir yüz otuz beş manat iyirmi beş qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Güvenli-Servis Management” MMCdən 14782,50 (on dörd min yeddi yüz səksən iki manat əlli qəpik) manat məbləğində pul, 300 (üç yüz) manat məbləğində ekspertizanın həyata keçirilməsi ilə bağlı ödənilmiş xidmət haqqı, ödənilmiş 135,25 (bir yüz otuz beş manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 15217,75 (on beş min iki yüz on yeddi manat yetmiş beş qəpik) manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Güvenli-Servis Management” MMC-dən 14782,50 (on dörd min yeddi yüz səksən iki manat əlli qəpik) manat məbləğində pul, 300 (üç yüz) manat məbləğində ekspertizanın həyata keçirilməsi ilə bağlı ödənilmiş xidmət haqqı, ödənilmiş 135,25 (bir yüz otuz beş manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə, 15217,75 (on beş min iki yüz on yeddi manat yetmiş beş qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar