Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-501/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və “xxxx” firmasına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (müəyyən edilmiş formaya uyğun olmadıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi xxxxyev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli *-*(*-*)-*/**** nömrəli qərardadından iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDI: Iddiaçı ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və “xxxx” firmasına qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim - G.Quliyeva). Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ipoteka predmeti olan XXX kəndində yerləşən ümumi sahəsi 11.6 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının 175.000 manat likvid dəyəri hissəsində ləğv edilməsi, yalnız müqavilədə təsbit edilmiş ipoteka predmeti (11.6 kv.m) üzrə təkrar qiymətləndirmə təyin edilməklə müvafiq qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh “xxxx” firması tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən - R.Məcidov, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov). Cavabdeh “xxxx” Firması kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam rədd edilməsi və ya işi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qətnamə olunmasını xahiş etmişdir. Eyni zamanda həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv edib, ipoteka predmetinin bazar qiymətinə uyğun təkrar qiymətləndirilməsi üçün yenidən apellyasiya baxışına qaytarılması barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli *-*(*-*)-*/**** nömrəli qərardadı ilə həmin kassasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli qətnaməsi 2026-cı il # ###### tarixində saat 12:57-də iddiaçının “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Iddiaçının kassasiya şikayəti isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 405.0.2-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, (qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 aydan sonra) 2026-cı il ## ##### tarixində verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır. Iddiaçı sözügedən qərardaddan kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli *-*(*-*)-*/**** nömrəli qərardadının ləğv edilməsini, kassasiya şikayəti üçün ötürülmüş prosessual müddəti bərpa olunmasını xahiş etmişdir. Həmçinin, iddiaçı Gəncə Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək həmin məhkəmənin 2026-cı il # ###### tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsindən verdikləri kassasiya şikayəti üçün ötürülmüş prosessual müddəti üzrlü sayılaraq bərpa edilməsini və 2026-cı il ## ### tarixli *-*(*-*)-*/**** nömrəli qərardadını ləğv edib, şikayətə baxılması üçün işi Ali Məhkəmə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli *-*(*-*)-*/**** nömrəli qərardadına əsasən həmin məhkəmənin 2026-cı il # ###### tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından iddiaçıya münasibətdə imtina edilmiş, 2026-cı il ## ### tarixli *- *(*-*)-*/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət isə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (* nömrəli Əlavə) tərtib edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə * nömrəli Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin hazırkı kassasiya şikayətində ümumiyyətlə Mülki Prosessual Məcəllənin Əlavəsində nəzərdə tutulan * nömrəli Əlavəyə uyğun tərtib olunmamış, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğu iddia edilən hüquq normaları sadalanmamış, habelə həmin normaların pozulmasına dair dəlillər müvafiq qrafalarda ayrı-ayrılıqda göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamalı və qeyd olunan maddələrin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərməlidir. Lakin apellyasiya məhkəməsi kassasiya şikayətinin qanunvericiliyin bu tələbinə uyğunluğunu yoxlamadan onu işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 407-408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli *-*(*-*)-*/**** nömrəli qərardadından iddiaçı LPO ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və icraata qəbul edilməsindən imtina edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(1-8)-501/2026
Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-501/2026
17.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver