Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-68/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: korporativ tələblər, ümumi yığıncağın çağrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “X5 çağırılması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.“xxxx” MMC-nin nizamnaməsinin 2.2-ci bəndinə əsasən, təsisçilər: X2 - 50%, 25 manat, 5 pay və İddiaçı - 50%, 25 manat, 5 pay nizamnamə kapitalından ibarətdir. 4.1-ci bəndinə əsasən, cəmiyyətin ali idarəetmə orqanı azı ildə bir dəfə çağrılan ümumi yığıncaqdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o, ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. 2.2023-cü il ## ###### tarixli tələbnamədən görünür ki, iddiaçı MMC-yə tələbnamə ilə müraciət edərək, MMC-nin 2016-cı və 2022-ci hesabat-maliyyə illəri üzrə xalis mənfəətinin müəyyən edilməsi məqsədi ilə növbəti 10 (on) gün müddətində tərəflərindən dəvət edilmiş kənar auditin sənədlərlə tanış olmasına və onun avtovağzalın fəaliyyətinin izləməsi üçün onların və iddiaçının nümayəndələrinin iştirakı ilə müşahidə aparmasına şərait yaradılması, otuz gündən gec olmayaraq qanunamüvafiq qaydada MMC-nin təsisçilərinin X5ın çağrılmasının təşkil edilməsi, MMC-nin təsisçilərinin X5ın gündəliyini “kənar auditin tərtib etdiyi “Audit rəyi” əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən iddiaçıya onun müəssisədə olan 50% həcmində payına mütənasib şəkildə dividend hesablanması və ödənilməsi” kimi müəyyən edilməsini xahiş etmişdir. 3.2016-cı il # #### tarixli, **************** nömrəli MMC-nin kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, MMC-nin təsisçiləri 50% payla X2 və 50% payla İddiaçıdur. X2 isə hüquqi şəxsin qanuni təmsilçisidir. 4.2022-ci il # ###### tarixli, **************** nömrəli MMC-nin kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, MMC-nin təsisçiləri 50% payla X2 və 50% payla İddiaçıdur. Qanuni nümayəndə isə hüquqi şəxsin qanuni təmsilçisidir. 5.2025-ci il # ###### tarixli **/**** nömrəli sərbəst audiotor X1 ekspert rəyində ekspertizanın əhatə etdiyi 2016-2023-cü illər üzrə MMC-nin 809330,61 manat məbləğində xalis mənfəətinin olması göstərilmişdir Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6.Iddiaçı İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh “xxxx” MMC-yə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gündəlikdə Cəmiyyətin 2016-cı və 2023-cü il hesabat-maliyyə illəri üzrə kənar auditin tərtib etdiyi audit rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən iddiaçının müəssisədə olan 50% həcmində payına mütənasib şəkildə dividend hesablanması və ödənilməsi olmaqla 30 gün müddətində Cəmiyyətin təsisçilərinin X5ın çağırılması vəzifəsinin icrasını cəmiyyətin direktoru Qanuni nümayəndə (bundan sonra-“Qanuni nümayəndə”) üzərinə qoyulması və dövlət rüsumu olaraq ödənilmiş 100 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il ## ###### tarixində iddiaçı Cəmiyyətin 50% həcmində payını notariat qaydasında bağlanmış 3M-*** reyestr nömrəli “Nizamnamə kapitalının alqı-satqı Müqaviləsi”-nə əsasən əldə etmişdir. Onun həmin payı əldə etməyi və təsisçi olaraq hüquqları 2016-cı il ## ###### tarixində ** saylı Ərazi Vergilər Departamenti tərəfindən dövlət reyestrinə daxil edilmişdir. Bundan sonra təsisçilərin ümumi yığıncağının 2016-cı il ## ###### tarixli qərarı ilə Cəmiyyətin nizamnamə kapitalı onun daşınmaz əmlakı hesabına artırılaraq 5 040 240,0 manat həcminə çatdırılmışdır. Bu dəyişiklik də, 2016-cı il # #### tarixində ** saylı Ərazi Vergilər Departamenti tərəfindən dövlət reyestrinə daxil edilmişdir. Iddiaçı təsisçisi olduğu gündən səkkiz hesabat-maliyyə ili başa çatmasına baxmayaraq, cəmiyyətin rəhbəri mülki qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində bir dəfə də olsun Cəmiyyətin təsisçilərinin ümumi yığıncağını çağırmamış və əldə edilmiş xalis mənfəətin dividend şəklində bölünməsini həyata keçirməmişdir. Tərəflərindən Cəmiyyətin təsisçilərinin X5ın çağırılması barədə dəfələrlə edilmiş şifahi tələbləri müəssisənin direktoru Qanuni nümayəndə tərəfindən təmin edilməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək Cəmiyyətin təsisçilərinin X5ın çağırılmasına dair 2023-cü il ## ###### tarixində müəssisənin icra orqanı, yəni onun direktoru Qanuni nümayəndə çatdırılması təsdiq edilməsi üsulu ilə “Internet Verigi Idarəsi” vasitəsi ilə “Tələbnamə” göndərilmişdir. Həmin “Tələbnamə”-də Cəmiyyətin 2016-cı və 2022-ci hesabat-maliyyə illəri üzrə xalis mənfəətinin müəyyən edilməsi məqsədi ilə növbəti 10 gün müddətində tərəflərindən dəvət edilmiş kənar auditin sənədlərlə tanış olmasına və onun avtovağzalın fəaliyyətini izləməsi üçün onun və iddiaçının nümayəndələrinin iştirakı ilə müşahidə aparmasına şərait yaradılması, 30 gündən gec olmayaraq qanunamüvafiq qaydada Cəmiyyətin təsisçilərinin növbədənkənar ymumi yığıncağının çağrılmasının təşkil edilməsi və gündəliyin “kənar auditin tərtib etdiyi “Audit rəyi” əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən iddiaçıya onun müəssisədə olan 50% həcmində payına mütənasib şəkildə dividend hesablanması və ödənilməsi tələb edilmişdir. Onların bu haqlı tələbi müəssisənin icra orqanı, yəni onun direktoru Qanuni nümayəndə tərəfindən bu günə kimi cavablandırılmamışdır. 8.Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cəmiyyətin iştirakçılarının X5ın keçirilməsi, keçiriləcək ümumi yığıncaqda Cəmiyyətin 2016-2023-cü hesabat maliyyə illəri üzrə məhkəmə tərəfindən cəlb edilmiş auditorların tərtib etdiyi ekspert rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilib-edilməməsi və xalis mənfəətdən iddiaçıya MMC-də olan 50% həcmində payına mütənasib şəkildə dividendin ödənilibödənilməməsi məsələsinin müzakirə edilməsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim R.Qələndərzadə). 9.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı təsisçi olaraq dövlət qeydiyyatına alındığı 2016-cı il # #### tarixindən 2024-cü ilədək cavabdehin təsisçilərinin ümumi yığıncağı keçirilməmişdir. Eyni zamanda cavabdehin nümayəndələri məhkəməyə ümumi yığıncağın keçirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdirlər. Ümumiyyətlə 2016-cı ildən 2024-cü ilədək MMC-nin ümumi yığıncağı keçirilməmiş və bunu məhkəmədə izahatında MMC-nin direktoru Qanuni nümayəndə da bildirmişdir.
10. 2023-cü il ## ###### tarixində iddiaçının nümayəndəsi cavabdehə tələbnamə göndərsə də, cavabdeh tərəfindən həmin tələbnaməyə əhəmiyyət verməmiş və cəmiyyətin təsisçilərinin X5ın çağırılmasını təmin etməmişdir.
11. Cavabdeh tərəfindən 2016-cı ildən 2024-cü ilədək olan dövr ərzində Cəmiyyətin təsisçilərinin ümumi yığıncağı keçirilmədiyindən iddiaçı Cəmiyyətin təsisçilərinin X5ın çağırılmasını tələb etməkdə haqlı olmuşdur.
12. Qanunvericiliyin tələbinə görə isə növbədənkənar ümumi yığıncaq bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Iddiaçı MMC-nin təsisçilərindən biri olaraq 50% paya malik olduğundan onun Cəmiyyətin təsisçilərinin X5ın çağrırlmasını tələb etmək hüququ vardır. Xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən dividend hesablanması və ödənilməsi ümumi yığıncağın səlahiyyətinə aid olan məsələdir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, ümumi yığıncaq tərəfindən xalis mənfəətin təsdiq edilibedilməməsi
13. və dividendin ödənilib-ödənilməsi məsələsinin müzakirə edilməsi Cəmiyyətin üzərinə qoyulmalıdır.
14. Tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən qeyd olunan illər üzrə xalis mənfəətin müəyyən edilməsi məqsədilə iddiaçının kənar auditin cəlb edilməsi və auditin keçirilməsi üçün şəraitin yaradılması ilə bağlı müraciəti cavabsız qalmış və iddiaçıya bu şərait yaradılmamışdır. Iddiaçının nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə audit rəyinin alınması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, vəsatət təmin edilərək və iş üzrə audit rəyinin alınması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy verilmişdir.
15. Rəydə qeyd olunan 2016-2023-cü illər üzrə MMC-nin xalis mənfəəti müəyyən olunmuşdur. Həmçinin 2016-2023-cü illər üzrə ayrı-ayrılıqda hər maliyyə ili üzrə Cəmiyyətin növbəti ümumi yığıncağı keçirilmədiyindən və əldə olunmuş mənfəətin bölüşdürülməsi ilə bağlı ümumi yığıncağın hər hansı qərarı olmadığından iddiaçı növbədənkənar ümumi yığıncaqda 2016-2023-cü illər ərzində əldə olunmuş mənfəətdən dividendin ödənilib-ödənilməsi ilə bağlı məsələnin müzakirə edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, çağırılacaq ümumi yığıncaqda Cəmiyyətin 2016- 2023-cü16.hesabat-maliyyə illəri üzrə məhkəmə tərəfindən cəlb edilmiş auditorların tərtib etdiyi ekspert rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilib-edilməməsi və xalis mənfəətdən iddiaçıya MMC-də olan 50% həcmində payına mütənasib şəkildə dividendin ödənilib-ödənilməməsi məsələsinin müzakirə edilməsi cavabdehin üzərinə qoyulmalıdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 90-1.1, 90-1.2, 90-1.3, 90-1.3.1, 90-1.3.2, 91.3, 91.3.1, 91.3.2, 91.3.3, 91.3.4, 91.3.5, 91.3.6, 91.4, 91.1-1, 91.1-2, 91.1-3, 91.1-5 və 91.1-6-cı maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin– iddianın təmin edilmiş “keçiriləcək ümumi yığıncaqda Cəmiyyətin 2016-2023-cü hesabat maliyyə illəri üzrə məhkəmə tərəfindən cəlb edilmiş auditorların tərtib etdiyi ekspert rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilib-edilməməsi və xalis mənfəətdən iddiaçıya MMC-də olan 50% həcmində payına mütənasib şəkildə dividendin ödənilib-ödənilməməsi məsələsinin müzakirə edilməsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Məcidov, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsinin, yəni - “keçiriləcək növbədənkənar yığıncağın gündəliyinin müəyyən edilməsi” hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
22. Apellyasiya məhkəməsi MM-in 91.2 və 91.3-cü maddələrinə istinadla qeyd etmişdir ki, cəmiyyətin fəaliyyətində qərarların qəbul olunması, icra və nəzarət mexanizmləri yalnız qanun və nizamnamə ilə tənzimlənir və məhkəmələr bu səlahiyyətləri əvəz edə bilməzlər. Ümumi yığıncağının müstəsna səlahiyyətləri qanunla yalnız ümumi yığıncağa məxsus hesab edilir. Bu o deməkdir ki, həmin məsələlər üzrə qərar qəbul etmək hüququ nə məhkəməyə (gündəlik məsələsinin mövzusu ilə bağlı öhdəliyin qoyulması), nə də cəmiyyətin digər orqanlarına şamil edilə bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, ümumi yığıncağın gündəliyinə “mənfəətin təsdiqi və dividendin ödənilməsi” məsələlərinin daxil edilibedilməməsi,
23. eləcə də bu məsələlərin müzakirəsi yalnız yığıncağın özünün səlahiyyətindədir və bu barədə məhkəmənin əvvəlcədən göstəriş verməsi hüquqa zidd olmaqla qanunvericlikdə nəzərdə tutulmamışdır.
24. Kollegiya qeyd etmişdir ki, məhkəmə yalnız icra orqanının qanuni vəzifəsini yerinə yetirmədiyi halda hərəkətsizliyi aradan qaldırmaq və iştirakçının hüququnu təmin etmək məqsədilə yığıncağın çağırılmasına dair müvafiq qərar qəbul edə bilər. Məhkəmə bu hüquqi çərçivəni aşaraq ümumi yığıncağın gündəliyinə dair göstəriş verərsə, artıq cəmiyyətin daxili idarəetmə səlahiyyətlərinə müdaxilə etmiş sayılar. Bu hal isə MM-nin 91.2 və 91.3-cü maddələri ilə yanaşı, həmçinin MM-nin 43.1 və 44.3-cü maddəsində təsbit edilmiş hüquqi şəxsin müstəqilliyi prinsipinə də zidd olardı.
25. Kollegiya belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi bu balansı düzgün qorumamaqla, cəmiyyətin iştirakçılarının X5ın çağırılması öhdəliyini cavabdeh MMC-nin üzərinə qoyulmasını düzgün müəyyən etsə də, çağırılacaq növbədənkənar yığıncağın gündəlik məsələrini müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir.
26. Qüvvədə olan qanunvericiliyə əsasən məhdud məsuliyyətli cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
27. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Ümumi yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.
28. Kollegiya qeyd etmişdir ki, cəmiyyətin illik hesabatları və maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi, o cümlədən çağrılacaq ümumi yığıncağının gündəliyinə konkret məsələnin daxil edilməsi və müəyyən edilən vaxtda və yerdə ümumi yığıncağın keçirilməsi istər qanunvericiliyə, istərsə də müəssisənin nizamnaməsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid məsələ olduğundan, bu barədə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar barədə yığıncağın gündəlik məsələlərinin müəyyən edilməsi nəticəsi qanunsuz olmuşdur.
29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 4.1, 43.1, 49.1, 87.1, 89, 91.1, 91.1-1, 91.1-3, 91.1-4, 91.1-5, 91.1.-6, 91-2.1, 91.2 və 91.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88, 218.1 və 218.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il ## ### və 2006-cı il ## ###### tarixli qərarlarına istinadla əsaslandırmışdır.
30. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
31. MM-in 107-1.4, 107-1.5, 107-1.5.1, 107-1.5.2, 107-1.5.3, 107-1.5.4-cü maddələri üzrə-apellyasiya məhkəməsi iddia tələbinə və apellyasiya şikayətinə diqqətlə nəzər yetirsəydi, onda müəyyən edərdi ki, “mənfəətin təsdiqi və dividendin ödənilməsi” məsələlərini məhkəmələrdən xahiş etməmişdir. Yığıncağın keçirilməsi üçün onun gündəliyi əvvəlcədən müəyyən edilməlidir. Əgər məhkəmə X5 çağırılması vəzifəsini cəmiyyətin icra orqanı-direktorunun üzərinə vəzifə kimi qoyursa, onda həmin yığıncaqda müzakrəyə çıxarılacaq məsələləri özündə əks etdirən gündəliyi də müəyyən etməlidir. Əks halda heç yığıncağın çağırılmasına ehtiyac qalmayacaq. MM-də MMC-nin yığıncağının çağırılması ilə əlaqədar olaraq onun gündəliyi barədə müddəa olmadığı üçün, analogiya yolu ilə səhmdar cəmiyyətə aid gündəliyə dair müddəanı tətbiq etmək olar. MM-də çağrılacaq ümumi yığıncağın gündəliyinə konkret məsələnin daxil edilməsinin ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olduğu barədə heç bir müddəa yoxdur. Apellyasiya instansiyası məhkəməsi öz qətnəməsini qəbul edərkən MM-in 107- 1.4 və 107-1.5-ci maddələrinin tələblərini düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir.
32. MPM-in 217-ci maddəsi üzrə-cəmiyyətin 2016-cı və 2023-cü hesabat-maliyyə illəri üzrə çağrılması nəzərdə tutulan ümumi yığıncağından öncə mütləq qaydada kənar auditin rəyi alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi qanunun bu normasını nəzərə almamaqla prosessual hüquq normasını pozmuşdur. Məhkəmənin təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər bölməsində vahid məhkəmə təcrübəsini müəyyən edən üç ulduzlu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## #### tarixli *-*(***)-***/**** saylı Qərarına istinad olunmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi tam əsaslı, qanunidir. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki və həqiqi hallarına düzgün hüquqi qiymət verilmiş, mübahisə üzrə birinci instansiya məhkəməsinin ararşdırmadığı bütün məsələlər araşdırılmış, iddiaçıya kifayət qədər əlavə vaxt verilmiş və nəticədə düzgün qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən hər hansı bir prosessual pozuntu, maddi normaların düzgün tətbiq edilməməsi kimi pozuntuya yol verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əsassız və ziddiyətli audit rəyi əsasında cavabdehin üzərinə öhdəlik qoyması düzgün olmadığından iddianın həmin hissəsini düzgün olaraq təmin etməmişdir. Kassasiya şikayətinin təmin edilməsinə heç bir hüquqi əsas yoxdur.
Kassasiya baxışının hədləri
34. Iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvini xahiş etsə də, dəlllərində çağrılacaq ümumi yığıncağın gündəliyinin müəyyən edilməsi ilə bağlı tələbin təmin edilməməsi hissəsində məhkəmə aktı mübahisələndirilir. Bu baxımdan, məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. ...” “Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.”
“Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.
90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. ...”
“Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. ... 91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. ...” “Maddə 91-2. Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı
91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. ...”
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
39. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisə olunmayan hallarına əsasən, Cəmiyyətinin təsisçiləri 50% payla iddiaçı və 50% payla İ.Həsənovdur.
40. Hazırda iddiaçı Cəmiyyətin “gündəlikdə MMC-nin 2016-2023-cü hesabatmaliyyə illəri üzrə kənar auditin tərtib etdiyi audit rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən dividend hesablanması və ödənilməsi” olmaqla təsisçilərinin X5ın çağırılması vəzifəsinin icrasını cavabdehin üzərinə qoyulmasını tələb edir.
41. Birinci instansiya məhkəməsini iddia tələbini qismən təmin etmiş və Cəmiyyətin iştirakçılarının X5ın çağırılmasını və çağırılacaq ümumi yığıncaqda Cəmiyyətin 2016 2023-cü hesabat maliyyə illəri üzrə məhkəmə tərəfindən cəlb edilmiş auditorların tərtib etdiyi ekspert rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilib-edilməməsi və xalis mənfəətdən iddiaçıya MMC-də olan 50% həcmində payına mütənasib şəkildə dividendin ödənilib-ödənilməməsi məsələsinin müzakirə edilməsini cavabdehin üzərinə qoymuşdur.
42. Apellyasiya instansiyası məhkəməsi baxılan iş üzrə X5 çağırılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, çağrılacaq ümumi yığıncağının iddia tələbində göstərilən qaydada gündəliyin müəyyən edilməsi səlahiyyətinin müstəsna olaraq ümumi yığıncağın səhaiyyətinə aid olmasına əsaslanmaqla, tələbi həmin hissədə təmin etməmişdir.
43. Iddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qanunvericilikdə çağrılacaq ümumi yığıncağın gündəliyinə konkret məsələnin daxil edilməsinin ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olduğu barədə heç bir müddəa yoxdur və 2016-cı və 2023-cü hesabat-maliyyə illəri üzrə çağrılması nəzərdə tutulan ümumi yığıncağından öncə mütləq qaydada kənar auditin rəyi alınmalıdır.
44. Işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
45. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2017-ci il ## #### tarixli qərarında göstərmişdir ki, “Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır... Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.”.
46. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərardakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin tam və ya qismən bölüşdürülməsini ümumi yığıncaq müəyyən edə bilər.
47. MM-in 90-1.1-ci maddəsində də göstərilmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.
48. Hazırkı iş üzrə də müəyyən olunur ki, iddiaçının hazırkı tələbi mənfəətin təsdiqi və dividendin ödənilməsi deyil, həmin məsələlərin çağırılacaq X5ın gündəliyinə daxil edilməsi barədədir.
49. Məhkəmə kollegiyası hesab edir ki, MM-də iddiaçının 50 faiz paya malik təsisçi olaraq, X5 gündəliyinə hər hansı məsələnin, o cümlədən mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən iddiaçının müəssisədə olan payına mütənasib şəkildə dividend hesablanması və ödənilməsi ilə bağlı məsələnin daxil etmək hüququnu məhdudlaşdıran hər hansı norma olmadığındən, iddianın həmin hissədə rədd edilməsi ilə bağlı gəldiyi apellyasiya məhkəməsinin nəticəni konkret maddi-hüquqi əsasla, əsaslandırılmamışdır.
50. Nəzərə alınmalıdır ki, əmiyyətin ümumi yığıncağı ilə bağlı məsələləri tənzimləyən MM-in 91.1-1-ci maddəsində təsbit olunmuşdur ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.
51. Göründüyü kimi hər bir iştirakçının ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Həmin normada bu hüququ məhdudlaşdıran hər hansı razılaşmanın və ya hərəkətin etibarsız olduğu da vurğulanmışdır.
52. Qanunverici gündəliyin formalaşdırılması prosesində iştirakçının iradəsinin nəzərə alınmasını korporativ hüquq kimi tanımışdır. Buna görə də X5 çağırılmasını tələb edən iştirakçının həmin yığıncaqda müzakirə olunmasını istədiyi məsələləri bildirmək və ya tələb etmək hüququ müəyyən edilmişdir. Əks yanaşma MM-in 91.1-1-ci maddəsində təsbit edilmiş hüququn faktiki məzmundan məhrum edilməsinə gətirib çıxarardı.
53. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmələr, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir (MPM-in 4.1 və 24.1-ci maddələri).
54. Baxılan işdən müəyyən olunur ki, iddiaçı MMC-nin 50% pay sahibi kimi cəmiyyətin X5ın çağırılmasını tələb etmişdir. Bununla bağlı tələbnamədə, həmçinin həmin yığıncağın gündəliyinə “2016–2023-cü illər üzrə kənar audit rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiqi və mənfəətdən dividendlərin ödənilməsi” məsələlərinin daxil edilməsi göstərilmişdir. Cavabdeh MMC tərəfindən bu tələblərə baxılmamış və növbədənkənar ümumi yığıncaq çağırılmamışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, çağrılacaq ümumi yığıncağın gündəliyi ilə bağlı məsələlərin də bilavasitə ümumi yığıncağın müstəsna səlahiyyətinə aid edilməsi, MM-inin 91.1-1-ci maddəsi ilə Cəmiyyətin iştirakçılarına verilmiş hüquqların məhdudlaşdırılması ilə nəticələndiyindən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qeyd olunan normanın tələblərinə zidd olmuşdur.
56. Göründüyü kimi işə tam hüquqlu məhkəmə kimi baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq düzgün əsaslandırılmamış, bununla da MPM-nin 88 və 217-ci maddələrinin tələbləri də pozulmuşdur.
57. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - ümumi yığıncağın gündəliyinə MMC-nin 2016-2023-cü hesabat-maliyyə illəri üzrə kənar auditin tərtib etdiyi audit rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən dividend hesablanması və ödənilməsi”nin daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən, qanunvericiliyin bu qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
59. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə - ümumi yığıncağın gündəliyinə MMC-nin 2016-2023-cü hesabat-maliyyə illəri üzrə kənar auditin tərtib etdiyi audit rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən dividend hesablanması və ödənilməsi”nin daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin. Iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.