Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-95/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Mir İbrahim oğlunun Azərbaycan Respublikasının Baş Prokurorluğu, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Bank “xxxx” ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər cavabdeh3, cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Mir İbrahim oğlu Azərbaycan Respublikasının Baş Prokurorluğu, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Bank “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər cavabdeh3 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” MMC-dən və cavabdeh cavabdeh3 499996,62 (dörd yüz doxsan doqquz min doqquz yüz doxsan altı manat altmış iki qəpik) manat pul vəsaitinin reqres qaydada tutularaq iddiaçı İddiaçı Mir İbrahim oğluna ödənilməsi, eyni zamanda dividend olaraq əldə edilmiş 400000 (dörd yüz min) manat gəlirin ½ hissəsi (təsisçinin 50 %-ə pay hüququna münasibətdə) yəni 200000 (iki yüz min) manat pul vəsaitinin cavabdeh cavabdeh3 tutularaq iddiaçı İddiaçı Mir İbrahim oğluna ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun (990 manat) cavabdehlərdən tutularaq iddaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi, cavabdeh cavabdeh3 barəsində xüsusi qərardad qəbul edilərək aidiyyəti üzrə AR Baş Prokuroluğuna göndərilməsi, araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsinin tələb olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı Mir İbrahim oğlunun nümayəndəsi vəkilvəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ## ###### 2026-cı il tarixli və ## ##### 2026-cı il tarixli ərizələrlə müraciət edərək cavabdeh “xxxx” MMC-dən və cavabdeh cavabdeh3 499996,62 (dörd yüz doxsan doqquz min doqquz yüz doxsan altı manat altmış iki qəpik) manat pul vəsaitinin reqres qaydada tutularaq iddiaçı İddiaçı Mir İbrahim oğluna ödənilməsi, eyni zamanda cavabdeh “xxxx” MMC-nin dövriyyəsi üzrə dividend olaraq əldə edilmiş 400000 (dörd yüz min) manat gəlirin 1/2 hissəsi yəni 200000 (iki yüz min) manat pul vəsaitinin və cavabdeh cavabdeh2 MMC-nin fəaliyyəti zamanı dividend olaraq əldə edilmiş 525250 (beş yüz iyirmi beş min iki yüz əlli min) manat gəlirin 48,55%-nin, yəni 255125 (iki yüz əlli beş min yüz iyirmi beş) manatın cavabdeh cavabdeh3 tutularaq iddiaçı İddiaçı Mir İbrahim oğluna ödənilməsi, eyni zamanda ((injeksion (termoplastavtomat) “Borsch” 320 qr-1 ədəd, injeksion (termoplast-avtomat) “Hitian” 200 qr - 2 ədəd, qramulyator-1 ədəd, ekstrider (boru dəzgahı)-1 ədəd, qəliblər (yeşik üç ölçüdə) - 3 ədəd, qəliblər (asılqan, həlqə qarmaq)-2 ədəd avadanlıqların (dəzgahlar)) cavabdehlər tərəfindən qeyri-qanuni və iddiaçıya məlum olmayan şəkildə satıldığından həmin avadanlıqların iddiaçıya qaytarılması, bu naturada mümkün olmadıqda, avadanlıqların qeyri-qanuni şəkildə satılmasından əldə edilən təqribi 480000 manat (dörd yüz səksən min) manat pul vəsaitinin ½ hissəsinin, yəni 240000 (iki yüz qırx min) manatın cavabdehlər cavabdeh3 və cavabdeh1 Saleh oğlundan müştərək qaydada tutularaq iddiaçı İddiaçı Mir İbrahim oğluna ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun (1775 manat) cavabdehlərdən tutularaq iddaçınıın xeyrinə ödənilməsinə dair qətnamə elan edilməsi, cavabdeh cavabdeh3 və cavabdeh1 Saleh oğlu barəsində xüsusi qərardad qəbul edilərək aidiyyatı üzrə AR Baş Prokuroluğuna göndərilməsi, araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsinin tələb olunmasını xahiş etmiş, ərizələrdə cavabdeh3, cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər qismində, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Bank “xxxx” ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Mir İbrahim oğlunun Azərbaycan Respublikasının Baş Prokurorluğu, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Bank “xxxx” ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər cavabdeh3, cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə iddia tələbinin “cavabdeh “xxxx” MMC-nin dövriyyəsi üzrə dividend olaraq əldə edilmiş 400000 (dörd yüz min) manat gəlirin 1/2 hissəsi, yəni 200000 (iki yüz min) manat pul vəsaitinin və cavabdeh cavabdeh2 MMC-nin fəaliyyəti zamanı dividend olaraq əldə edilmiş 525250 (beş yüz iyirmi beş min iki yüz əlli min) manat gəlirin 48,55%-nin, yəni 255125 (iki yüz əlli beş min yüz iyirmi beş) manatın cavabdeh cavabdeh3 tutularaq iddiaçı İddiaçı Mir İbrahim oğluna ödənilməsi” hissəsində icraata xitam verilmişdir. İddiaçı İddiaçı Mir İbrahim oğlunun nümayəndəsi vəkilvəkil2 tərəfindən ## #### 2026cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qərardadının ləğv edilməsi və həmin hissədə iş üzrə məhkəmə baxışının davam etdirilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, İddiaçı Mir İbrahim oğlu “xxxx” MMC və cavabdeh2 MMC-nin iştirakçısı olmaqla həmin cəmiyyətlərin nizamnamə kapitalında müvafiq paylara malik olmuşdur. Cəmiyyətlərin fəaliyyəti nəticəsində əhəmiyyətli həcmdə gəlirlər əldə edilməsinə baxmayaraq, həmin gəlirlərdən ona çatası dividend və digər gəlirlər ödənilməmiş, əksinə cavabdehlər tərəfindən cəmiyyətlərin fəaliyyəti üzərində tam nəzarət həyata keçirilərək onun korporativ hüquqları uzun müddət ərzində kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasları zamanı cavabdehlər tərəfindən irəli sürülən etirazlar araşdırılmış, tərəflərin izahatları dinlənilmiş, sübutlar tədqiq edilmişdir. Bununla belə, Sumqayıt Kommersiya Məhkəməsi ## #### 2026-cı il tarixli qərardadı ilə iddia tələbinin yalnız dividend kimi göstərilən gəlirlərin təsisçilər arasında bölüşdürülməsi hissəsində iş üzrə icraata xitam vermiş, qalan hissədə isə iş üzrə baxışı davam etdirmişdir. Məhkəmə qəbul etdiyi qərardadda belə nəticəyə gəlmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi yalnız cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər. Məhkəmə bu hüquqi mövqedən çıxış edərək hesab etmişdir ki, iddiaçının dividend tələbi bilavasitə məhkəmə tərəfindən həll edilə bilməz və bu səbəbdən həmin hissədə iddiaya baxılması mülki məhkəmə icraatı qaydasında mümkün deyildir. Həmin əsasla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad edilməklə iddia tələbinin "xxxx" MMC üzrə 200.000 manat və cavabdeh2 MMC üzrə 255.125 manat dividend məbləğinin tutulmasına dair hissəsində icraata xitam verilmişdir. Lakin məhkəmənin gəldiyi bu nəticə işin faktiki halları və tətbiq edilməli olan maddi və prosessual hüquq normaları ilə uzlaşmır, qəbul edilmiş qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən mübahisənin hüquqi mahiyyəti düzgün müəyyən edilməmiş, iddia tələbinin məzmunu düzgün qiymətləndirilməmiş və nəticədə iş üzrə yanlış prosessual nəticəyə gəlinmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırkı mübahisə yalnız dividendin ödənilməsi barədə deyil, eyni zamanda cəmiyyət iştirakçısının korporativ hüquqlarının pozulması, digər iştirakçılar tərəfindən cəmiyyətin idarə edilməsinin faktiki olaraq mənimsənilməsi, ümumi yığıncağın keçirilməsinin mümkünsüz vəziyyətə salınması və bunun nəticəsində iştirakçının əmlak hüquqlarının həyata keçirilməsinin qarşısının alınması ilə bağlı kompleks korporativ mübahisədir. İş materiallarından da göründüyü kimi cavabdehlər uzun müddət ərzində cəmiyyətlərin fəaliyyətinə tam nəzarət etmiş, maliyyə sənədlərinə çıxışı məhdudlaşdırmış, ümumi yığıncaqların keçirilməsini təmin etməmiş, əldə olunmuş gəlirlərin bölüşdürülməsi məsələsini ümumi yığıncağın müzakirəsinə çıxarmamış və nəticədə onun iştirakçı kimi qanunla qorunan hüquqlarını həyata keçirməsinə faktiki maneələr yaratmışlar. Belə olan halda, məhkəmənin yalnız Mülki Məcəllənin 90-1-ci maddəsinə formal istinad etməklə iş üzrə icraata xitam verməsi hüquqi cəhətdən düzgün hesab edilə bilməz. Çünki həmin norma dividendin bölüşdürülməsi qaydasını müəyyən etsə də, digər iştirakçıların qanunsuz hərəkətləri nəticəsində ümumi yığıncağın keçirilməsinin mümkünsüz olduğu hallarda iştirakçının məhkəmə müdafiəsi hüququnu istisna etmir. Əksinə, məhkəmə əvvəlcə araşdırmalı idi ki, ümumi yığıncağın keçirilməsinə hansı səbəbdən nail olunmamışdır, cavabdehlər tərəfindən digər iştirakçının hüquqlarının həyata keçirilməsinə maneələr yaradılıbmı, ümumi yığıncağın keçirilməsindən qəsdən yayınma halları mövcuddurmu, cəmiyyətin əldə etdiyi gəlirlərin gizlədilməsi və ya digər iştirakçının pay hüququnun pozulması baş vermişdirmi? Bu hallar tam araşdırıldıqdan sonra yalnız mübahisənin mahiyyəti üzrə hüquqi qiymət verilə bilərdi. Lakin birinci instansiya məhkəməsi həmin halların heç birini araşdırmadan, yalnız dividendin ümumi yığıncaq tərəfindən bölüşdürülməsinə dair qanun normasına formal istinad etməklə iddia tələbinin həmin hissəsində icraata xitam vermişdir ki, bu da iş üzrə faktiki halların natamam araşdırılmasına və nəticədə qanunsuz qərardad qəbul edilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə hüquqi baxımdan düzgün olmayıb, həm maddi hüquq, həm də prosessual hüquq normalarının yanlış tətbiq edilməsinin nəticəsidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90- 1.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi yalnız cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər və bu səbəbdən iddiaçının dividend tələbi məhkəmə tərəfindən araşdırıla bilməz. Lakin məhkəmə həmin normanın hüquqi mahiyyətini düzgün şərh etməmişdir. Doğrudan da, Mülki Məcəllənin 90- 1-ci maddəsi mənfəətin bölüşdürülməsi qaydasını müəyyən edir və ümumi yığıncağın bu məsələdə səlahiyyətini təsbit edir. Bununla belə, həmin norma iştirakçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmır və digər iştirakçıların qanunsuz hərəkətləri nəticəsində ümumi yığıncağın çağırılmasının və ya qərar qəbul edilməsinin mümkünsüz olduğu hallarda məhkəmənin mübahisəyə baxmaq səlahiyyətini istisna etmir. Hazırkı iş üzrə iddia tələbi sadəcə dividendin hesablanaraq ödənilməsi barədə tələb deyil. Mübahisənin mahiyyəti cəmiyyət iştirakçısının korporativ hüquqlarının pozulması, digər iştirakçıların öz üstün mövqelərindən istifadə etməklə ümumi yığıncağın keçirilməsinə mane olmaları, cəmiyyətin fəaliyyətindən əldə edilən gəlirlərin digər iştirakçıdan gizlədilməsi və nəticədə iddiaçının qanunla qorunan əmlak hüquqlarının həyata keçirilməsinin mümkünsüz vəziyyətə salınması ilə bağlıdır. Əgər məhkəmənin qəbul etdiyi hüquqi mövqe düzgün hesab olunsa, bu halda istənilən təsisçi ümumi yığıncağı çağırmaqdan imtina etməklə və ya qərarın qəbul edilməsinə mane olmaqla digər iştirakçının bütün hüquqlarını qeyri-müəyyən müddətə məhdudlaşdıra bilər. Belə yanaşma isə nə Mülki Məcəllənin məqsədinə, nə korporativ hüququn prinsiplərinə, nə də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququna uyğun gəlir. Məhkəmə nəzərə almamışdır ki, qanun ümumi yığıncağın qərarını dividendin bölüşdürülməsi üçün hüquqi əsas kimi müəyyən etsə də, ümumi yığıncağın qəsdən keçirilmədiyi, iştirakçının hüquqlarının digər təsisçilər tərəfindən pozulduğu hallarda həmin hüququn məhkəmə qaydasında müdafiəsinə heç bir qadağa müəyyən etməmişdir. Əksinə, korporativ münasibətlərdə iştirakçıların hüquqları pozulduqda məhkəmə həmin hüquqların bərpası üçün mübahisəni mahiyyəti üzrə araşdırmalı, bütün faktiki halları müəyyən etməli və yalnız bundan sonra hüquqi nəticəyə gəlməlidir. Birinci instansiya məhkəməsi isə bu vəzifəni yerinə yetirməmişdir. Məhkəmə araşdırmamışdır ki, cəmiyyətlərin ümumi yığıncaqları hansı səbəbdən keçirilməmişdir, ümumi yığıncağın keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilibtörədilməmişdir, iddiaçının ümumi yığıncaqda iştirak hüququ təmin olunub-olunmamışdır, cəmiyyətlərin əldə etdikləri gəlirlər həqiqətən mövcud olmuşdurmu, həmin gəlirlər digər təsisçilər tərəfindən istifadə edilmişdirmi və iddiaçının pay hüququnun həyata keçirilməsinə hansı səbəbdən imkan verilməmişdir. Sadalanan hallar iş üzrə sübutetmənin əsas predmetini təşkil etdiyi halda məhkəmə həmin halların heç birini araşdırmadan yalnız formal hüquqi əsasla icraata xitam vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əsas prinsiplərinə görə məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı, tərəflərin təqdim etdiyi bütün sübutlara qiymət verməli və yalnız bundan sonra mübahisənin mahiyyəti üzrə qərar qəbul etməlidir. Hazırkı iş üzrə isə məhkəmə sübutların araşdırılmasını tamamlamadan, mübahisənin faktiki hallarını müəyyən etmədən, iddiaçının göstərdiyi hüquq pozuntularına qiymət vermədən iddia tələbinin bir hissəsində icraata xitam vermişdir. Bu isə Mülki Prosessual Məcəllənin işin tam və obyektiv araşdırılması prinsiplərinin pozulması olmaqla yanaşı, iddiaçının məhkəmə müdafiəsi hüququnun da əsassız şəkildə məhdudlaşdırılmasına səbəb olmuşdur. Bundan başqa, məhkəmə MPM-in 261.0.1-ci maddəsini də düzgün tətbiq etməmişdir. Həmin maddə yalnız o hallarda tətbiq oluna bilər ki, mübahisəyə ümumiyyətlə məhkəmə qaydasında baxılması mümkün olmasın. Hazırkı işdə isə mübahisə korporativ münasibətlərdən irəli gələn əmlak tələbi olmaqla birbaşa məhkəmələrin səlahiyyətinə aid olan kommersiya mübahisəsidir. Əgər məhkəmə hesab edirdisə ki, dividendin bölüşdürülməsi üçün əvvəlcə ümumi yığıncağın keçirilməsi zəruridir, bu hal iş üzrə icraata xitam verilməsi üçün deyil, mübahisənin mahiyyəti üzrə hüquqi qiymət verilməsi zamanı nəzərə alına biləcək hal idi. Başqa sözlə, həmin məsələ iddianın əsaslı və ya əsassız olmasına təsir göstərə bilərdi, lakin işin məhkəmədə baxılmasının mümkünsüzlüyünü göstərən hal hesab edilə bilməzdi. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuş, mübahisənin faktiki hallarını tam araşdırmamış və nəticədə qanunsuz, əsassız və ləğv edilməli olan qərardad qəbul etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra imperativ normalarının tələbləri də pozulmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin əsas məqsədi pozulmuş və ya mübahisələndirilən hüquq və qanunla qorunan mənafelərin məhkəmə qaydasında səmərəli müdafiəsini təmin etməkdən ibarətdir. Hazırkı iş üzrə isə iddiaçının məhkəməyə müraciət etməsinin əsas səbəbi məhz onun təsisçi kimi korporativ və əmlak hüquqlarının digər təsisçilər tərəfindən uzun müddət ərzində pozulması olmuşdur. Məhkəmə işin faktiki hallarını tam araşdırmadan, tərəflərin hüquqi mövqelərinə hərtərəfli qiymət vermədən və təqdim olunmuş sübutların məcmusunu qiymətləndirmədən iddia tələbinin bir hissəsində icraata xitam verməklə mübahisənin mahiyyəti üzrə araşdırılmasının qarşısını almışdır. Halbuki Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi və işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması ilə bağlı normalarının tələbinə əsasən məhkəmə hər bir sübutu ayrıca və onların məcmusunu qarşılıqlı əlaqədə qiymətləndirməli, iş üçün əhəmiyyət kəsb edən bütün halları müəyyən etməlidir. Hazırkı iş üzrə isə cavabdehlərin ümumi yığıncağın keçirilməsinə mane olub-olmaması, iddiaçının iştirakçı hüquqlarının məhdudlaşdırılması, cəmiyyətlərin faktiki maliyyə vəziyyəti, əldə edilmiş gəlirlərin həcmi, həmin gəlirlərin digər təsisçilər tərəfindən istifadə olunması, iddiaçının dividend almaq hüququnun hansı səbəbdən həyata keçirilməməsi kimi mübahisə üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Məhkəmə həmin halların araşdırılmasını təmin etmədən iddia tələbinin bir hissəsində icraata xitam verməklə faktiki olaraq iddiaçını məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsini də yanlış tətbiq etmişdir. Həmin norma yalnız o hallarda tətbiq edilə bilər ki, mübahisə ümumiyyətlə məhkəmələr tərəfindən baxılmalı olmasın. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Mir İbrahim oğlunun Azərbaycan Respublikasının Baş Prokurorluğu, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Bank “xxxx” ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər cavabdeh3, cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə kommersiya işi üzrə çıxarılmış Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qərardadından iddiaçi İddiaçı Mir İbrahim oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvədə saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-*/**** nömrəli qərardadından iddiaçı İddiaçı Mir İbrahim oğlu tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim İslam Əliyev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh “xxxx” MMC-nin dövriyyəsi üzrə dividend olaraq əldə edilmiş 400000 (dörd yüz min) manat gəlirin 1/2 hissəsi, yəni 200000 (iki yüz min) manat pul vəsaitinin və cavabdeh cavabdeh2 MMC-nin fəaliyyəti zamanı dividend olaraq əldə edilmiş 525250 (beş yüz iyirmi beş min iki yüz əlli min) manat gəlirin 48,55%-nin, yəni 255125 (iki yüz əlli beş min yüz iyirmi beş) manatın cavabdeh cavabdeh3 tutularaq iddiaçı İddiaçı Mir İbrahim oğluna ödənilməsi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Birinci instansiya məhkəməsi icraata xitam verilməsini qərardadında onunla əsaslandırmışdır ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi, yəni iştirakçılara dividendlərin ödənilməsi məsələsi yalnız cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh “xxxx” MMC-nin dövriyyəsi üzrə dividend olaraq əldə edilmiş 400000 (dörd yüz min) manat gəlirin 1/2 hissəsi yəni 200000 (iki yüz min) manat pul vəsaitinin və cavabdeh cavabdeh2 MMC-nin fəaliyyəti zamanı dividend olaraq əldə edilmiş 525250 (beş yüz iyirmi beş min iki yüz əlli min) manat gəlirin 48,55%-nin, yəni 255125 (iki yüz əlli beş min yüz iyirmi beş) manatın cavabdeh cavabdeh3 tutularaq iddiaçı İddiaçı Mir İbrahim oğluna ödənilməsi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin iştirakçılar arasında dividend şəklində bölüşdürülməsi üçün həmin gəlirin xalis mənfəət kimi müəyyən edilməsi və onun tam və ya qismən bölüşdürülməsi barədə cəmiyyətin ümumi yığıncağının qərarı mövcud olmalıdır. İş materiallarında isə “xxxx” MMC və cavabdeh2 MMC-nin ümumi yığıncaqları tərəfindən mübahisələndirilən məbləğlərin dividend kimi bölüşdürülməsi barədə qərarın qəbul edilməsini təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin Məcəllənin 90-1.3-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: 90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; 90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı Mir İbrahim oğlunun Azərbaycan Respublikasının Baş Prokurorluğu, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Bank “xxxx” ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər cavabdeh3, cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata mülki işə xitam verilməsi tamamilə qanuni və əsaslı olmuşdur. İddiaçının şikayətinin dəlilləri onun korporativ hüuquqlarının pozulması ilə əsaslandırılsa da, bu, iddia tələbinin hazırda mübahisələndirilən hissəsi üzrə dividendlərin birbaşa müəyyən edilməsi ilə əlaqədar olması nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsinin qeyd olunan hissəsi üzrə icraata xitam verərkən düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı Mir İbrahim oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-2(3-8)-95/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-95/2026
22.07.2026 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver