Məhkəmə qərarları › İş №e-2-2(3-8)-110/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-110/2026

02.09.2026 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-110/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı növbədənkənar ümumi yığıncağın çağırılması tələbi barədə kommersiya işi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “növbədənkənar ümumi yığıncağın çağırılması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı İddiaçı ## ###### 2025-ci il tarixdə cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənfəətin bölüşdürülməsi, növbədənkənar ümumi yığıncağın keçirilməsi və əmlak tələbi”xxxx“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2017-2024-cü illər üzrə fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi, iddiaçı İddiaçı “Karvan İstehsalat Kommersiya Şirkəti”xxxx“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi vəzifəsinin cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakçılarının növbədənkənar ümumi yığıncağı çağırılaraq, həmin yığıncağın gündəliyinə cəmiyyətin 2017-2024-cü illər üzrə fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi, iddiaçı İddiaçı cəmiyyətdən çıxması və onun nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi məsələlərinin daxil edilməsi vəzifəsi cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Qətnamədən cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.

5. Cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, cavabdeh apellyasiya şikayətindən imtina etdiyindən və cavabdehin apellyasiya şikayətindən imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir.

9. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

10. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “növbədənkənar ümumi yığıncağın çağırılması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar