Məhkəmə qərarları › İş №2-2(1-8)-90/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-90/2026

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-90/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “X3 Sanayi ve Ticaret. A.Ş”-nin cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Iri şəhərlərin Birləşmiş su Təchizatı Xidməti” PHŞ və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Şamayev Elşad Yaquboviç və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı “X3 Sanayi ve Ticaret. A.Ş”-nin cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: (“Iri şəhərlərin Birləşmiş su Təchizatı Xidməti” PHŞ və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “X3 Sanayi ve Ticaret A.Ş” şirkəti ilə “xxxx” MMC (hazırkı adı cavabdeh2 MMC) arasında Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə 2011-ci il # ####### tarixli müqavilə bağlanmışdır.

2. Müqaviləyə əsasən, “X3 Sanayi ve Ticaret A.Ş” şirkəti “xxxx” MMC-nin Azərbaycan Respublikasında həyata keçirilən “Məhsuldarlığı 25.000 m3 /gün olan Lənkəran və məhsuldarlığı 10.000 m3/gün olan Ələt “X6” layihələri üçün; xüsusiyyətləri əlavə edilmiş hesab proformada və “Bill of Quantity”-də təsvir olunan qurğular, material və xidmətlər təqdim etməyi, “xxxx” MMC isə təsvir olunan qurğular, material və xidmətlərin ümumi dəyərini təşkil edən 4.600.000 avronu ödəməyi öz öhdəsinə götürmüşdür.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı “X3 Sanayi və Ticaret. A.Ş” şirkəti (bundan sonra - “iddiaçı”) cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 MMC-yə (əvvəlki adı “xxxx” MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 983.101,04 avro həcmində borcun, əldən çıxmış faydaya görə 200.000 avro və məhkəmə məsrəfləri üçün 3.000 (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” MMC arasında 2011-ci il # ####### tarixli 4.600.000 avro dəyərində müqavilə əsasında Mingəçevir/Zərdab və Lənkəran/Kürdəmir şəhərlərində çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların istehsalı və təchizatını həyata keçirmişdir. Sonradan “xxxx” MMC-nin öhdəlikləri cavabdeh1 MMC-yə keçmiş və ödənişlərin yalnız bu şirkət tərəfindən həyata keçirildiyi təsdiq olunmuşdur. 4.107.097,91 avro məbləğində təqdim olunmuş hesab fakturalara qarşı cavabdeh1 MMC 3.123.996,87 avro ödəmiş, lakin 983.101,04 avro qalıq borc bu günə qədər ödənilməmişdir. cavabdeh1 MMC ödənişi JICA kreditinin gecikməsi ilə izah etmiş, 2020-ci il ## #### tarixli yazılı razılaşma ilə bu məbləğin 2020-ci il ## ###### tarixinədək ödəniləcəyini öhdəsinə götürmüşdür. Həmin tarixədək və sonrakı dövrdə də borcun ödənilməməsi səbəbindən iddiaçı həm əsas borcun, həm də həmin məbləğin uzun müddət özündə saxlanmasına görə 200.000 avro əldən çıxmış faydanın cavabdeh1 MMC-dən tutulmasını tələb etmişdir.

5. Cavabdeh cavabdeh1 MMC iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə müqavilə münasibəti yalnız digər cavabdeh “xxxx” MMC arasında mövcud olmuşdur. O isə bu müqavilənin tərəfi deyil və onun öhdəliklərini qəbul etdiyinə dair heç bir yazılı razılaşma yoxdur. 2011-ci il # ####### tarixli müqavilə Lənkəran və Ələt şəhərlərindəki qurğular üçün elektromexaniki avadanlıqların təchizatını nəzərdə tutsa da, iddiaçı bu layihələr üzrə öhdəliklərinin icrasını sübut edən sənədləri – təhviltəslim aktları, idxal bəyannamələri təqdim etməmişdir. Iddia tələbi əsasız olaraq ona qarşı irəli sürülmüşdür. Iddiaçının əsaslandığı 2020-ci il ## #### və 2021-ci il ## ####### tarixli məktublar konkret müqaviləyə aid deyil, yalnız Xaçmaz şəhəri üzrə ayrı layihəyə və ümumi ödəniş razılaşmalarına toxunur, Lənkəran/Ələt layihəsi ilə bağlı heç bir öhdəlik götürülməmişdir. Hətta bu sənədlərdə 2011-ci il # ####### tarixli müqavilə ümumiyyətlə göstərilməmişdir. Onunla iddiaçı arasında müxtəlif dövrlərdə digər müqavilələr mövcud olmuş və həmin müqavilələr üzrə bütün öhdəliklər yerinə yetirilmişdir. Bundan başqa, iddiaçı tərəfindən borc tələbinə əsas kimi göstərilən ödənişlərin sonuncusu 2014-cü il ## ###### tarixdə edilmiş, lakin mediasiya üçün müraciət yalnız 2023-cü il ## ######da edilmişdir. Bu baxımdan, tələbin irəli sürülməsi üçün nəzərdə tutulan 3 illik iddia müddəti ötürülmüşdür.

6. Cavabdeh cavabdeh2 MMC (əvvəlki adı “xxxx” MMC) də iddia tələbinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən “Mingəçevir/Zərdab və Lənkəran/X2 Təmizləyici Qurğuları” layihələri üçün iddiaçı tərəfindən hər hansı işlər görülməmiş və buna müvafiq olaraq da təhvil-təslim aktları təqdim edilməmişdir. Iddianın əsasını təşkil edən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2011-ci il # ####### tarixli “məhsuldarlığı 25.000 m3 /gün olan Lənkəran və məhsuldarlığı 10.000 m3 /gün olan X1 Təmizləyici Qurğular üçün elektro mexaniki avadanlıqların təchizatına” dair müqavilənin 4-cü bəndində işin təslim yeri və müddətləri müəyyən edilmişdir. Iddia ərizəsində iddiaçının üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiyi qeyd olunsa da, bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən, iddiaçı inşaat işlərinin cavabdeh tərəfindən tamamlandığını bildirilməsindən sonra 4 ay ərzində hər iki qurğuya aid elektrik-mexanik montaj işləri tamamlamalı, 4.4-cü bəndinə əsasən montaj işləri tamamlandıqdan 6 həftə sonra hər iki qurğunun işə salınma işləri tamamlanmalı, 4.5ci bəndinə əsasən isə, hər iki qurğu üzrə işə salınma işlərinin son 2 həftəsindən başlayaraq 1 ay ərzində işlətmə personalına təlimlər verilməsini təmin etməli idi. Lakin qeyd olunan işlərin heç biri iddiaçı tərəfindən görülməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakim – K.Hüseynov).

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında 2011-ci il # ####### tarixli 4.600.000 avro dəyərində malın satılması və xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır. Iddiaçı daha sonra “xxxx” MMC-nin (hazırda cavabdeh2 MMC) öhdəliklərinin “xxxx” MMC-yə keçdiyini, hazırda müqavilə üzrə ödənilməli olan 983.101,04 avro borcun və 200.000 avro əldən çıxmış faydanın hər iki MMC tərəfindən ödənilməli olduğunu qeyd etmişdir. Cavabdeh cavabdeh1 MMC iddiaçının ona qarşı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmadığını, hazırda mübahisələndirilən müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bununla bağlı olaraq da iddia tələbinin rədd edilməli olduğunu qeyd etmişdir. Digər cavabdeh cavabdeh2 MMC isə iddia ərizəsində qeyd edilən layihələr üzrə hərhansısa işlərin görülmədiyini, müvafiq təhvil-təslim aktlarının təqdim edilmədiyini bildirmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh1 MMC-yə qarşı hazırda mübahisələndirilən müqavilə üzrə iddia tələbi əsaslı hesab edilməməlidir. Belə ki, cavabdeh1 MMC 2011-ci il # ####### tarixli müqavilə üzrə tərəf olmamış, eyni zamanda sonraki dövrlərdə həmin müqavilə üzrə “xxxx” MMC-yə aid öhdəliklərin cavabdeh1 MMC yə keçməsinə dair də məhkəməyə hər hansısa mötəbər sübutlar təqdim edilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş cavabdeh1 MMC-nin məktublarında isə Lənkəran (sonradan Mingəçevir/Zərdab) və Ələt (sonradan Lənkəran/Kürdəmir) şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı barədə müqavilədən bəhs edilməmişdir. Bu səbəbdən, iddiaçının cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürməsinə dair subyektiv hüququ yaranmamışdır. Ona görə də, bu cavabdeh1 MMC-yə aid hissədə iddia tələbi müddətin ötürülməsinə görə yox, məhz iddiaçının subyektiv hüququnun yaranmaması ilə bağlı rədd edilməlidir.

10. Məhkəmə “xxxx” MMC-yə (hazırda cavabdeh2 MMC) münasibətdə qeyd etmişdir ki, həmin MMC iddia tələbinə etirazında iddia ərizəsində qeyd edilən “Mingəçevir/Zərdab və Lənkəran/X2 Təmizləyici Qurğuları” layihələri üzrə iddiaçı tərəfindən hər hansısa işlərin görülmədiyini, təhvil-təslim aktlarının təqdim edilmədiyini bildirmiş, iddiaçının müqavilə öhdəliklərini tam olaraq icra etməsini mübahisələndirmişdir. Cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini lazımi qaydada icra etməsi mübahisələndirildiyindən bununla bağlı sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada tam icra edilməsini təsdiq edən sübutları, yəni müqavilədə nəzərdə tutulmuş tərəflər arasında obyektin elektromexaniki quraşdırma işlərinin başa çatdırılması haqqında protokolu və obyektin istismara verilməsinin başa çatması ilə bağlı tərəflər arasında protokolu məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında imzalanmış 2011-ci il # ####### tarixli müqavilədə göndərmə müqavilə münasibətlərinin olduğu müəyyən olunur. Belə ki, həmin müqavilə üzrə iddiaçı satıcı olaraq istehsal etdiyi malı cavabdeh “xxxx” MMC-yə alıcı olaraq çatdırmaq, quraşdırmaq və istismara vermək öhdəliyini, sonuncu isə malın dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə quraşdırma və istismara vermək başa çatdıqdan sonra ödəmək öhdəliyini üzərinə götürmüşdür. Işin mübahisəsiz hallarından görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş, əvvəlcədən ödənilməli olan 3.600.000 avro “xxxx” MMC tərəfindən iddiaçıya ödənilmişdir, bu fakt iddiaçının nümayəndələri tərəfindən də təsdiq edilmişdir. Lakin iddiaçının satdığı malı quraşdırmaq və istismara hazır təhvil vermək öhdəliklərini icra etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda qarşılıqlı icra edilməli öhdəlik iddiaçı tərəfindən yerinə yetirilmədiyindən cavabdeh haqlı olaraq müqavilədən imtina edərək malın quraşdırılmasına və istismara təhvil verilməsinə görə ödəməli olduğu 983.101,04 avro pulu ödəməmişdir.

11. 200.000 avro əldən çıxmış fayda tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının əsas tələbi öz təsdiqini tapmadığından, eyni zamanda qeyd edilən hissədə iddia tələbinin əsaslı olması barədə məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 372.1, 372.2, 385.1, 386.1, 441.1, 441.3, 442, 447.1, 448.1, 627.1, 630.1, 630.2, 631.1, 631.2 və 637.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 14.2 və 77.1-ci maddələrinə stinadla əsaslandırmışdır.

13. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir (sədrlik edən hakim – L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

15. Apellyasiya instansiyası məhkəməsi 2011-ci il # ####### tarixli müqavilədə tərəflərin Bakının məhkəmə və icra orqanlarının səlahiyyətini qəbul etməsini, cavabdehlərin Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər olmasını nəzərə alaraq, MPM-in 440.1 və 443.0.1-ci maddələri əsasında Azərbaycan məhkəmələrinin bu xarici elementli mübahisə üzrə səlahiyyətli olduğunu müəyyən etmişdir. Tətbiq ediləcək hüquqla bağlı məhkəmə vurğulamışdır ki, iş üzrə tərəflərə Azərbaycan qanunvericiliyi əsasında mübahisənin həll edilməsi təklif olunmuş, iddiaçı əvvəlcə razılaşmış, daha sonra Türkiyə hüququna istinad etməyə çalışsa da, son nəticədə yazılı ərizə ilə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqinə razı olduğunu bildirmişdir. Bu razılıq “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 24-cü maddəsi və Ali Məhkəmənin 2023-cü il ## ###### tarixli Plenum qərarındakı 5.9 və 5.10-cu bəndlərə uyğun olaraq Azərbaycan hüququnun tətbiqinə əsas yaratmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış 2011-ci il # ####### tarixli Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə müqavilə alqı satqı və podrat müqaviləsinin elementlərini birləşdirən qarışıq müqavilədir. Iddiaçı tərəfindən həmin müqavilə əsasında cavabdeh2 MMC-yə hər hansı avadanlıq təqdim edilməsi, işlərin görülməsi, belə olan halda iddiaçının təqdim edilmiş avadanlığın dəyərinin ödənilməsini tələb etmək hüququnun yaranması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddiaçının həmin MMC-yə qarşı irəli sürdüyü avadanlığın dəyərinin ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

17. Digər cavabdeh cavabdeh1 MMC-yə qarşı irəli sürülən tələblər üzrə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh “xxxx” MMC-nin məsul işçiləri arasında (bəzi elektron poçt məktublarının surəti cavabdehin direktorunun elektron poçt ünvanına da göndərilməklə) Mingəçevir şəhəri üçün su təmizliyi qurğusu avadanlığının təchiz edilməsi, həmin avadanlığın çatdırılma şərtləri ilə bağlı danışıqlar aparılması, həmin yazışmalarda cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin müvafiq avadanlıqların X4 adına göndərilməsini xahiş etməsi, bundan sonra iddiaçı tərəfindən Nəcəfov Firuddin adına avadanlıqların göndərilməsi və AR gömrük sərhədindən keçməsi, həmin avadanlıqlara görə müxtəlif şirkətlərin adından iddiaçıya ödənişlər edilməsi, cavabdeh “xxxx” MMC-nin nümayəndələri tərəfindən avadanlıqlara görə edilmiş ödənişləri əks etdirən cədvəlin iddiaçıya göndərilməsi, mübahisəli avadanlığın 2018-ci ildə “xxxx” MMC-nin sahibliyində olması və ehtiyat hissələri əvəzləndikdən sonra Xaçmaz şəhərinin tullantı su təmizləyici qurğusu layihəsində istifadə edilməsi üçün başqa şirkətə təqdim edilməsi və nəhayət cavabdeh1 MMC-nin 2020-ci il ## #### tarixli məktubla Mingəçevir şəhərinin su təmizləyici qurğu üçün avadanlığın təchizatı ilə bağlı iddiaçıya borcunun olmasını etiraf etməsi məcmu şəkildə ona dəlalət edir ki, iddiaçı ilə cavabdeh cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sözügedən avadanlıq cavabdeh cavabdeh1 MMC-yə təqdim edilmiş, lakin cavabdeh1 MMC təqdim edilmiş avadanlıqların dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya 884.700 avro məbləğində borcu yaranmışdır.

18. Məhkəmə qeyd etmişdir ki, digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi mübahisəli su təmizləyici qurğunun (avadanlığın) alınması ilə bağlı invoyslar X4 adına tərtib edilmiş və həmin invoyslar əsasında avadanlıq sonuncunun adına AR-ə gətirilmiş, yəni mübahisəli su təmizliyici qurğusunun alqı-satqısı müqaviləsi rəsmi olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1la iddiaçı arasında bağlanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmədə verdiyi izahatında iddiaçı və cavabdehləri tanımadığını, 20 il əvvəl 28 may metrosu ərazisində yerləşən şirkətə şəxsiyyət vəsiqəsi təqdim etdiyini və bunun müqabilində ona ayda 100 manat pul verildiyini, Türkiyədən heç bir zaman avadanlıq almadığını bildirmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh1 MMC arasında yuxarıda şərh edilən elektron poçt yazışmalarında cavabdehin işçisinin avadanlığın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına gətirilməli olmasını bildirməsi, alqı-satqı predmeti olan avadanlığın alıcı qismində çıxış edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 sahibliyinə verilməməsi, əksinə 2018-ci ildə həmin avadanlığın cavabdeh1 MMC-nin sahibliyində olması, avadanlığın dəyərinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən deyil, cavabdeh1 MMC tərəfindən müxtəlif şirkətlərin adından iddiaçıya ödənilməsi kimi məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki hallar və eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 izahatı belə qənaətə gəlməyə əsas verir ki, həmin şəxs alqı-satqı müqaviləsində formal olaraq alıcı qismində göstərilmiş, yəni həmin müqaviləsinin bağlanmasında əsl niyyət üçüncü şəxslərdə (hazırkı halda dövlət orqanlarında) yanlış təsəvvür yaratmaqla fərqli subyektiv tərkib, yəni iddiaçı ilə cavabdeh cavabdeh1 MMC arasında bağlanmış alqı satqı müqaviləsini pərdələmək olmuşdur. Bu zaman tərəflərin (iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) həmin əqdi bağlayarkən həmin əqdə uyğun hüquqi nəticələr yaratmaq (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 alqı-satqı predmeti olan malı almaq, cavabdeh1 MMC-də isə həmin əmlakı alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təqdim etmək) niyyətləri olmamışdır. Hər iki tərəf müqavilə bağlanarkən əslində həmin müqavilənin iddiaçı ilə cavabdeh1 MMC arasında bağlandığını bilirdilər. Beləliklə, hazırkı halda pərdələnən əqd olan iddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlılıq tələblərinə cavab verdiyindən etibarlı əqd kimi tərəflər üçün hüquqi nəticələr yaradır. Odur ki, iddiaçı həmin əqdə əsaslanaraq cavabdeh1 MMCyə qarşı tələb irəli sürmək hüququna malikdir.

19. Cavabdeh cavabdeh1 MMC-nin nümayəndələrinin istinad etdiyi Mingəçevir şəhərində su təmizləyici qurğunun quraşdırılmaması barədə dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, Lənkəran və Ələtdə su təmizləyici qurğuların təchizatı və quraşdırılması ilə bağlı cavabdeh2 MMC ilə bağlanmış və xxxx şirkətinin avadanlıqların quraşdırılmasına dair öhdəliklərini də nəzərdə tutan müqavilədən fərqli olaraq sonradan iddiaçı ilə cavabdeh1 MMC-nin nümayəndələri arasında aparılmış yazışmalar su təmizləyici qurğusu avadanlıqlarının təqdim edilməsi ilə bağlı olmuş, tərəflərin razılaşmasına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına göndərilmiş invoyslar da məhz avadanlıqların təqdim edilməsinə ilə bağlı tərtib edilmişdir. Başqa sözlə, həmin yazışmalardan xxxx şirkətinin müvafiq avadanlıqlarının quraşdırılması öhdəliyini üzərinə götürməsi müəyyən edilmir. Əksinə tərəflər arasında yazışmalarda avadanlıqların ex works/gebze şərti ilə çatdırılmasının razılaşdırılması ona dəlalət edir ki, avadanlıqlar Gebze şəhərində yerləşən zavoddan alıcıya (cavabdehə) çatdırılmış hesab edilir və avadanlığın təyinat nöqtəsinə çatdırılması alıcının (cavabdehin) öhdəliklərinə aid edilir. Odur ki, iddiaçı ilə cavabdeh cavabdeh1 MMC arasında bağlanmış şifahi alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş avadanlıqların son nəticədə Mingəçevir şəhərində (layihənin baş tutmaması səbəbindən və ya hər hansı digər səbəbdən) quraşdırılmaması faktı iddiaçının alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsinə dəlalət etmir və cavabdehi təqdim edilmiş avadanlığın dəyərinin ödənilməsi öhdəliyindən azad etmir. Beləliklə, kollegiya belə qənaətə gəlmişdir ki, MIngəçevir layihəsi üzrə 20000 m3 su təmizləyici qurğunun təqdim edilməsinə görə yaranmış 884.700 avro məbləğində borcun cavabdeh1 MMCdən tutulması hissəsində “xxxx” şirkətinin iddiası əsaslıdır.

20. Məhkəmə bildirmişdir ki, iddia müddəti ötürüldüyündən iddia tələbi bu hissədə də rədd olunmalıdır. Belə ki, Mingəçevir şəhəri üçün su təmizləyici qurğusunun (avadanlıqların) alqı-satqısına dair iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi müqaviləyə əsasən müvafiq avadanlıqlar 2011-ci ilin dekabr-2012ci il fevral tarixləri arasında dövrdə alıcıya çatdırılmışdır. Həmin avadanlıqlara görə ödənişlərə münasibətdə qeyd edilməlidir ki, “xxxx” MMC tərəfindən elektron poçt vasitəsilə iddiaçıya təqdim edilmiş ödənişlər barədə cədvəldə sonuncu ödənişin 2013cü il ## ###### tarixində olması göstərilsə də, cədvəldən həmçinin müəyyən edilir ki, iddiaçı tərəfindən “xxxx” MMC-yə 2012-2013 cü illərdə də müxtəlif mallar təqdim edilmiş, bununla bağlı malın alış fakturaları göndərilmiş və ödənişlər edilmişdir. Odur ki, həmin cədvəldən 2012-2013-cü illərdə ödənişlərin məhz Mingəçevir şəhərində quraşdırılması planlaşdırılan su təmizləyici qurğunun alqı-satqısı müqaviləsi üzrə edilməsi müəyyən etmək qeyri-mümkündür. Bununla yanaşı iddiaçı tərəfindən tərtib edilmiş cədvəldə “xxxx” MMC tərəfindən sonuncu ödənişin 2014-cü ilin ######ın ##-də edilməsi göstərilsə də, həmin ödənişin həyata keçirilməsini və həyata keçirildiyi halda məhz mübahisəli müqavilə üzrə edilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir.

21. Bununla bağlı kollegiya qeyd etmişdir ki, mübahisəli müqavilə üzrə sonuncu ödənişin iddiaçının iddia etdiyi kimi 2014-cü ilin fevralında edilməsi ehtimal edilərsə belə, iddia müddətinin buraxılması açıq-aşkardır. Belə ki, bu halda müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin axımı 2014-cü ilin ######ın ##-dən başlamış və 2017-ci ilin ######ın ##-də başa çatmışdır. Cavabdeh “xxxx” MMC tərəfindən xxxx şirkətinə göndərilmiş Mingəçevir su təmizləyici qurğusunun təchizatı müqaviləsi üzrə borcun etiraf edilməsi barədə 2020-ci il ## #### tarixli, *** nömrəli məktuba gəldikdə isə qeyd edilməlidir ki. iddia müddətinin axımının kəsilməsi yalnız iddia müddətinin daxilində baş verə bilər. Odur ki, 2020-ci il ## #### tarixli məktub iddia müddəti bitdikdən sonra verildiyindən iddia müddətinin kəsilməsinə səbəb olan hərəkət kimi nəzərə alına bilməz.

22. Borcun etirafı barədə 2020-ci il ## #### tarixli məktubun verilməsi nəticəsində borcun ödənilməsinə dair yeni bir öhdəliyin yaranması barədə iddiaçının nümayəndəsinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən məktubun məzmunundan da göründüyü kimi həmin məktubda cavabdeh tərəflər arasında bağlanılmış Mingəçevir şəhəri üçün su təmizləyici qurğunun təchizatı barədə müqaviləyə istinad edərək həmin müqavilə üzrə borcun məbləğini təsdiq edir və həmin öhdəliyin icra edilməsini vəd edir. Odur ki, sözügedən məktub icra edilməmiş öhdəliyin, yəni artıq mövcud olan mülki hüquq münasibətinin mövcud olmasının təsdiq edilməsi məqsədilə verilmiş sənəd olmaqla həmin məktubun yeni mülki hüquq münasibətinin yaranmasına və ya mülki hüquq münasibətinin dəyişməsinə yönəldilmiş birtərəfli iradə ifadəsi, yəni birtərəfli əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, istinad edilən dəlillər əsassızdır.

23. Əldən çıxmış fayda tələbi ilə bağlı olaraq isə məhkəmə qeyd etmişdir, iddiaçının belə bir gəlirin əldə olunması üçün konkret tədbirlər gördüyünü və zərər ilə səbəbli əlaqəni sübuta yetirə bilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 340.2, 372.1, 373.2, 375.1, 375.2, 377.2, 380.1, 385.1, 386.1, 442, 443.1, 443.2, 443.4, 447.1, 448.1, 567, 598.1-ci, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının iştirakçısı olduğu Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında 1980-ci il Vyana Konvensiyasının 1, 11, 53-cü, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 19.1, 24.1, 24.3cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarına və MPM-in 77.1, 440.1, 443.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onu ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsindəki ilk icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakim – K.Abiyeva, hakimlər B.Qəribov və A.Abbasov).

27. Məhkəmə kollegiyası iddiaçının mübahisəli münasibətə tətbiq edilən maddi hüquqla bağlı dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya məhkəməsi hazırkı xarici elementli kommersiya mübahisəsinə tətbiq edilməli hüququ (hansı ölkənin) düzgün müəyyən etmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və kassasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan və hüquqi qiymətləndirmədən çıxış etsə də, qətnaməni cavabdeh “xxxx” MMC-yə (hazırkı adı cavabdeh2 MMC) aid hissədə də ləğv etmiş və yenidən həmin cavabdehə olan iddianı rədd etmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasları müəyyən edən 385-ci maddəsinin tələbləri pozulmuşdur.

28. Məhkəmə kollegiyası cavabdeh cavabdeh1 MMC-yə aid hissədə iddia tələbi üzrə iddia müddətinin tətbiqinə dair hissədə maddi və prosessual hüquq normaların düzgün tətbiq edilməməsini qeyd edərək hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçı ilə cavabdeh cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlandığını və iddiaçının həmin cavabdehə qarşı hazırkı tələbinin məhz bu müqavilədən irəli gəldiyini müəyyən etsə də, həmin müqavilə üzrə öhdəliklərin o cümlədən cavabdehin öz öhdəliyini nə zaman icra etməsinin müəyyələndirilməsi istiqamətində heç bir hüquqi dəyərləndirmə aparmamışdır. Buna görə də, cavabdehin öhdəliyini icra etməsi müddətinin konkret müəyyən edilmədiyi şifahi müqavilə üzrə iddia müddətinin axımının MM-in 377.2-ci maddəsinə əsasən hesablanması, həmin maddənin tələblərinə zidd olmuş, həmçinin MM-in 377.3-cü maddəsinin pozulması ilə nəticələnmişdir.

29. Məhkəmə bildirmişdir ki, mübahisəli borcun ödənilməsi istiqamətində tərəflər arasında aparılmış danışıqların nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya borcunun mövcudluğunu, həmin borcun ödənilməsi müddətini nəzərdə tutan 2020-ci il ## #### tarixli məktub ünvanlanmışdır. Həmin məktubda cavabdeh cavabdeh1 MMC tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə sözügedən avadanlığa görə borcun 2020-ci il ## ###### tarixinədək ödəniləcəyini öhdəsinə götürmüşdür. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh cavabdeh1 MMC-nin iddiaçıya ünvanlandığı 2020-ci il ## #### tarixli məktub üzrə qiymətləndirmə aparılarkən MMin 427.2-ci maddəsinin tələbləri də pozulmuşdur.

30. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işin yeni apellyasiya baxışı zamanı MM-in 377.3, 427.2-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Konstitusiyanın 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə MM-in 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il ## #### tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, hüquq münasibətində iddia müddətinin axımına düzgün hüquqi qiymət verilməlidir.

d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının cavabdeh cavabdeh1 MMC-yə qarşı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilərək, iddiaçının cavabdeh cavabdeh1 MMC-yə qarşı “borcun, əldən çıxmış faydanın və məhkəmə xərclərinin tutulması” tələbi qismən təmin olunmuş, cavabdeh cavabdeh1 MMC-dən 884.700 avro məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş rüsumun əvəzi qismində 400 manatın və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1.792,69 manatın tutulub iddiaçının hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – E.Həsənov, hakimlər T.Qocayev və S.Cəfərov).

32. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh2 MMC-yə qarşı tələbinin faktiki əsası kimi istinad etdiyi 2011-ci il # ####### tarixli müqavilədə tərəflər müqavilədən irəli gələn mübahisələrin Bakının məhkəmə və icra orqanlarında həll edilməsi barədə razılaşmışlar, cavabdehlər “xxxx” MMC və cavabdeh2 MMC isə Azərbaycan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxslərdir.

33. Məhkəmə qeyd etmişdir ki, həll edilməli ikinci məsələ mübahisəyə hansı ölkənin hüququnun tətbiq edilməli olması məsələsidir. Əvvəlki apellyasiya baxışı zamanı tərəflərə mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılması barədə razılığa gəlmələri təklif edilmiş, cavabdeh tərəf mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilməsinə etiraz etməmiş, iddiaçının nümayəndələrinə mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılması barədə razılaşdıqları halda mübahisənin bütövlükdə (o cümlədən iddia müddəti məsələsinin) Azərbaycan qanunvericiliyi əsasında həll olunacağı, əks təqdirdə “Beynəlxalq xüsusi hüquq” haqqında qanunun tələblərinə əsasən mübahisəyə satıcının (podratçının) hüququnun, yəni Türkiyə Respublikasının qanunvericiliyinin tətbiq ediləcəyi, tərəflər arasında yaranmış müqavilə münasibətlərinə Azərbaycanın, iddia müddəti məsələsinə isə Türkiyə qanunvericiliyinin tətbiq edilməsinin mümkün olmadığı izah edilmiş, iddiaçının nümayəndəsi nümayəndə4 mübahisəyə bütövlükdə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsinə razı olduğunu, Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən də iddia müddətinin keçmədiyini bildirmişdir. Sonradan iddiaçının nümayəndələri iddia müddəti hissəsində Türkiyə qanunvericiliyinin tətbiq edilməsini məhkəmədən xahiş etmiş, lakin daha sonra yazılı ərizə verərək mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilməsinə razı olduqları bildirmişlər.

34. Bu baxımdan kollegiya hesab etmişdir ki, mübahisə “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun tələbləri və “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli qərarında formalaşdırılmış hüquqi mövqe (5.9 və 5.10-cu bənd) nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.

35. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh2 MMC arasında müqavilə bağlansa da, iddiaçı tərəfindən həmin müqavilə əsasında cavabdeh2 MMCyə hər hansı avadanlığın təqdim edilməsi və işlərin görülməsi müəyyən olunmamış, bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin adı çəkilən cavabdehə yönəlmiş hissəsi üzrə gəldiyi nəticə əsaslı olmaqla, həmin nəticə ilə bağlı əlavə əsaslandırma aparılmasına zərurət mövcud deyildir.

36. Iddianın digər cavabdeh “xxxx” MMC-yə qarşı olan hissəsinə münasibətdə isə məhkəmə bildirmişdir ki, iddiaçı ilə cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün su təmizləyici qurğusu layihəsi üzrə avadanlıqlar təchiz edilməsinə dair yazılı müqavilə bağlanmasa da, cavabdeh1 MMC-nin rəsmi elektron poçt domenində (@xxxx.com) qeydiyyata alınmış elektron poçt ünvanlarından müxtəlif şəxslərlə (direktor Emruz Isgəndərov, satınalma üzrə mütəxəssis Elnur Musayev, maliyyə direktoru Şahin Abbasov, satınalma mütəxəssisi Kənan Ismayılov və digərləri) iddiaçının səlahiyyətli şəxsləri arasında aparılmış elektron poçt yazışmalarından müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh1 MMC arasında ilkin olaraq “xxxx” MMCyə göndərilməli olan 2 ədəd su təmizləyici qurğunun cavabdeh1 MMC-yə göndərilməsi, sonradan layihələrin adının dəyişdirilərək Lənkəran layihəsinin Mingəçevir/Zərdab, Ələt layihəsinin Lənkəran/Kürdəmir adlandırılması, çatdırılmanın “ex works/gebze” şərti ilə həyata keçirilməsi barədə yazışmalar aparılmış, bununla yanaşı həmin yazışmalarda cavabdehin nümayəndələri tərəfindən avadanlıqların alqısatqısı üzrə invoysların X4 adlı şəxsin adına göndərilməli olması bildirilmiş, iddiaçınin nümayəndəsi tərəfindən həmin invoyslar cavabdeh1 MMC-nin nümayəndələrinə göndərilmiş, sonradan cavabdeh1 MMC (maliyyə direktoru Şahin Abbasov) tərəfindən iddiaçıya edilmiş ödənişləri əks etdirən cədvəllər göndərilmiş, qalıq borcun məbləği dəqiqləşdirilmişdir. Həmçinin “xxxx” MMC-nin nümayəndəsi tərəfindən iddiaçının nümayəndəsinə elektron poçt vasitəsilə göndərilmiş və MMC tərəfindən iddiaçıya 2011-ci ilin oktyabr-dekabr ayları arası dövrdə edilmiş ödənişləri (tarixləri və məbləğləri göstərilməklə) əks etdirən ödəniş cədvəlindəki məlumatlar iddiaçı tərəfindən təqdim edilmiş bank hesablarından çıxarışlarla qarşılaşdırılmış, cədvəldə əks edilmiş ödənişlərə uyğun olaraq eyni tarixlərdə və eyni məbləğlərdə pul vəsaitlərinin müxtəlif şirkətlərin adından (“Streamtrade Industries” və s.) iddiaçının bank hesabına mədaxil edildiyi müəyyən olunmuşdur.

37. cavabdeh1 MMC-nin nümayəndəsinin vəsatəti əsasında əvvəlki apellyasiya baxışında şahid qismində dindirilən həmin MMC-nin sabiq işçisi Kənan Ismayılovun verdiyi ifadələrlə də müəyyən edilmişdir ki, iddiaçının istehsalı olan su təmizləyici qurğu 2018-ci ildə cavabdeh1 MMC-nin sahibliyində olmuş, həmin dövrdə iddiaçı ilə sözügedən avadanlığın yenilənməsi və işlək vəziyyətə gətirilməsi üçün ehtiyat hissələrinin alınması barədə danışıqlar aparılmış, lakin iddiaçı avadanlığa görə borcun ödənilməsini tələb etməklə ehtiyat hissələrini təqdim etməkdən imtina etmiş, bundan sonra həmin ehtiyat hissələri başqa şirkətdən alınmışdır

38. Iddiaçı tərəfindən təchiz edilmiş su təmizləyici qurğunun yararsız ehtiyat hissələrinin cavabdeh1 MMC tərəfindən dəyişdirilməklə Xaçmaz layihəsində istifadə edilməsi “xxxx” MMC tərəfindən “X3 Sanayi və Ticaret. A.Ş” şirkətinə ünvanlanmış ## ####### 2021-ci il tarixli məktubda da öz təsdiqini tapmışdır.

39. Bununla bağlı 2018-ci ildə "xxxx” Firmasına təmizləyici qurğunun özünü deyil, həmin qurğu üçün ehtiyat hissələrini təqdim etmələri barədə cavabdeh1 MMCnin istinad etdiyi dəlillərə və göstərilən halı sübuta yetirmək üçün məhkəməyə təqdim edilmiş sənədlərə (alqı-satqı müqaviləsi və s.) münasibətdə kollegiya qeyd etmişdir ki, birincisi, “xxxx” MMC tərəfindən “xxxx” Firmasına su təmizləyici qurğu üçün ehtiyat hissələrinin təqdim edilməsi faktı qurğunun özünün də “xxxx” MMC tərəfindən təqdim edilməsi ehtimalını istisna etmir. Əksinə, yuxarıda da qeyd edildiyi kimi “xxxx” MMC tərəfindən təmizləyici qurğunun Xaçmaz layihəsində istifadə edilməsi üçün “xxxx” firmasına təqdim edilməsi faktı həm cavabdehin işçisi olmuş şahid K.Ismayılovun ifadələri, həm də “xxxx” MMC-nin “X3 Sanayi və Ticaret. A.Ş” şirkətinə ünvanladığı 2021-ci il ## ####### tarixli məktubla təsdiq edilir. Digər tərəfdən, cavabdeh1 MMC direktorunun imzası və möhürü ilə təsdiq olunmuş 2020-ci il ## #### tarixli *** nömrəli məktubla Mingəçevir 20000 m3 çirkab sutəmizləyici qurğunun elektromexaniki materialları müqaviləsindən “X3 Sanayi və Ticaret. A.Ş” şirkətinə qalıq borcun 884.700 avro olmasını etiraf etmişdir.

40. Iddiaçı ilə cavabdeh cavabdeh1 MMC-nin məsul işçiləri arasında Mingəçevir şəhəri üçün su təmizliyi qurğusu avadanlığının təchiz edilməsi, həmin avadanlığın çatdırılma şərtləri ilə bağlı danışıqlar aparılması, həmin yazışmalarda “xxxx” MMC-nin nümayəndəsinin müvafiq avadanlıqların X4 adına göndərilməsini xahiş etməsi, bundan sonra iddiaçı tərəfindən Firuddin Nəcəfov adına avadanlıqların göndərilməsi və Azərbaycan Respublikasının gömrük sərhədindən keçməsi, həmin avadanlıqlara görə müxtəlif şirkətlərin adından iddiaçıya ödənişlər edilməsi, “xxxx” MMC-nin nümayəndələri tərəfindən avadanlıqlara görə edilmiş ödənişləri əks etdirən cədvəlin iddiaçıya göndərilməsi, mübahisəli avadanlığın 2018-ci ildə “xxxx” MMC-nin sahibliyində olması və ehtiyat hissələri əvəzləndikdən sonra Xaçmaz şəhərinin tullantı su təmizləyici qurğusu layihəsində istifadə edilməsi üçün başqa şirkətə təqdim edilməsi və nəhayət cavabdeh1 MMC-nin ##.##.2020-ci il tarixli məktubla Mingəçevir şəhərinin su təmizləyici qurğu üçün avadanlığın təchizatı ilə bağlı iddiaçıya borcunun olmasını etiraf etməsi məcmu şəkildə ona dəlalət edir ki, iddiaçı ilə cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sözügedən avadanlıq cavabdeh1 MMC-yə təqdim edilmiş, lakin cavabdeh1 MMC avadanlıqların dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya 884.700 avro məbləğində borcu yaranmışdır.

41. Su təmizləyici qurğunun (avadanlığın) alınması ilə bağlı invoysların X4 adına tərtib edilməsinə və həmin invoyslar əsasında avadanlığın sonuncunun adına Azərbaycan Respublikasına gətirilməsinə münasibətdə kollegiya qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4 məhkəmədə verdiyi izahatında iddiaçı və cavabdehləri tanımadığını, 20 il əvvəl “28 May” metrostansiyası ərazisində yerləşən şirkətə şəxsiyyət vəsiqəsi təqdim etdiyini və bunun müqabilində ona ayda 100 manat pul verildiyini, Türkiyədən heç bir zaman avadanlıq almadığını bildirmişdir. Iddiaçı ilə cavabdeh1 MMC arasında elektron poçt yazışmalarında cavabdehin işçisinin avadanlığın X4 adına gətirilməli olmasını bildirməsi, alqı-satqı predmeti olan avadanlığın alıcı qismində çıxış edən X4 verilməməsi, əksinə 2018-ci ildə həmin avadanlığın cavabdeh1 MMC-nin sahibliyində olması, avadanlığın dəyərinin Firuddin Nəcəfov tərəfindən deyil, cavabdeh1 MMC tərəfindən müxtəlif şirkətlərin adından iddiaçıya ödənilməsi kimi müəyyən edilmiş faktiki hallar və eləcə də X4 izahatı belə qənaətə gəlməyə əsas verir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 alqı-satqı müqaviləsində formal olaraq alıcı qismində göstərilmiş, yəni həmin müqavilənin bağlanmasında əsl niyyət üçüncü şəxslərdə (hazırkı halda dövlət orqanlarında) yanlış təsəvvür yaratmaqla fərqli subyektiv tərkib, yəni iddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsini pərdələmək olmuşdur. Bu zaman tərəflərin (iddiaçı və Firuddin Nəcəfov) həmin əqdə uyğun hüquqi nəticələr yaratmaq (Firuddin Nəcəfovda alqı-satqı predmeti olan malı almaq, iddiaçıda isə həmin əmlakı alıcı Firuddin Nəcəfova təqdim etmək) niyyətləri olmamış, hər iki tərəf müqavilə bağlanarkən əslində həmin müqavilənin iddiaçı ilə cavabdeh1 MMC arasında bağlandığını bilmişlər.

42. Məhkəmə bildirmişdir ki, hazırkı halda pərdələnən əqd olan iddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlılıq tələblərinə cavab verdiyindən etibarlı əqd kimi tərəflər üçün hüquqi nəticələr yaradır - odur ki, iddiaçı həmin əqdə əsaslanaraq cavabdeh1 MMC-yə qarşı tələb irəli sürmək hüququna malikdir.

43. cavabdeh1 MMC-nin nümayəndələrinin istinad etdiyi Mingəçevir şəhərində su təmizləyici qurğunun quraşdırılmaması barədə dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, Lənkəran və Ələtdə su təmizləyici qurğuların təchizatı və quraşdırılması ilə bağlı cavabdeh2 MMC ilə bağlanmış və “X3 Sanayi və Ticaret. A.Ş” şirkətinin avadanlıqların quraşdırılmasına dair öhdəliklərini də nəzərdə tutan müqavilədən fərqli olaraq, sonradan iddiaçı ilə cavabdeh1 MMC-nin nümayəndələri arasında aparılmış yazışmalar su təmizləyici qurğusu avadanlıqlarının təqdim edilməsi ilə bağlı olmuş, tərəflərin razılaşmasına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına göndərilmiş invoyslar da məhz avadanlıqların təqdim edilməsi ilə bağlı tərtib edilmişdir. Başqa sözlə, həmin yazışmalardan “X3 Sanayi və Ticaret. A.Ş” şirkətinin müvafiq avadanlıqların quraşdırılması öhdəliyini üzərinə götürməsi müəyyən edilmir. Əksinə, tərəflər arasında yazışmalarda avadanlıqların “ex works/gebze” şərti ilə çatdırılmasının razılaşdırılması ona dəlalət edir ki, avadanlıqlar Gebze şəhərində yerləşən zavoddan alıcıya (cavabdehə) çatdırılmış hesab edilir və avadanlığın təyinat nöqtəsinə çatdırılması alıcının (cavabdehin) öhdəliklərinə aid olunur. Odur ki, iddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş avadanlıqların son nəticədə Mingəçevir şəhərində (layihənin baş tutmaması səbəbindən və ya hər hansı digər səbəbdən) quraşdırılmaması faktı iddiaçının alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsinə dəlalət etmir və cavabdehi təqdim edilmiş avadanlığın dəyərinin ödənilməsi öhdəliyindən azad etmir.

44. Şərh olunanlara əsasən kollegiya belə qənaətə gəlmişdir ki, Mingəçevir layihəsi üzrə 20000 m3 su təmizləyici qurğunun təqdim edilməsinə görə yaranmış 884 700 avro məbləğində borcun cavabdeh1 MMC-dən tutulması hissəsində “X3 Sanayi və Ticaret. A.Ş” şirkətinin iddia tələbi əsaslıdır.

45. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə almışdır ki, cavabdeh1 MMC əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin gəldiyi müvafiq nəticəni mübahisələndirməməklə, əslində sözügedən tələbin əsaslı olduğunu faktiki olaraq qəbul etmişdir – belə ki, apellyasiya instansiyası məhkəməsi 884 700 avro məbləğində borcun cavabdeh1 MMCdən tutulması hissəsində “X3 Sanayi və Ticaret. A.Ş” şirkətinin iddia tələbini əsaslı hesab etsə də, iddia müddətinin ötürülmüş olması qənaəti ilə həmin tələbi rədd etmiş, cavabdeh1 MMC bu qənaətlə razılaşaraq qətnamədən kassasiya şikayəti verməmiş, qətnamə iddiaçının kassasiya şikayəti əsasında yoxlanılaraq iddia müddətinin ötürülüb-ötürülmədiyi məsələsinə yenidən qiymət verilməsi üçün ləğv olunmuşdur.

46. Iddiaçının iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması barədə cavabdeh1 MMC-nin arqumentinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış və iddiaçının cavabdeh1 MMC-nə qarşı tələbinin əsasını təşkil edən həmin müqavilədə cavabdehin öz öhdəliyini nə zaman icra etməli olduğu, eləcə də iddiaçının tələbetmə məqamı konkret olaraq müəyyənləşdirilməmişdir (bu xüsusatları müəyyənləşdirməyə imkan verən hər hansı sübut təqdim edilməmişdir).

47. Məhkəmə qeyd etmişdir ki, işin hallarına görə, Mingəçevir şəhəri üçün su təmizləyici qurğusunun (avadanlıqların) alqı-satqısına dair iddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış şifahi müqaviləyə əsasən müvafiq avadanlıqlar 2011-ci ilin dekabr - 2012-ci ilin fevral ayları arasındakı dövrdə alıcıya çatdırılmış, iddiaçı tərəfindən cavabdeh1 MMC-yə 2012-ci-2013-cü illərdə də müxtəlif mallar təqdim edilmiş, bununla bağlı malın alış fakturaları göndərilmiş və ödənişlər həyata keçirilmiş, sonuncu ödəniş 2014-cü il ## ###### tarixində aparılmışdır. Qeyd olunduğu kimi, “X3 Sanayi ve Ticaret A.Ş” şirkətinin baş mühasibi Şahin Yusifhanoğlu tərəfindən cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə 2015-ci il # ###### tarixində elektron məktub (e-mail) ünvanlanaraq 983.101,04 Avro borcun təcili şəkildə ödənilməsi xahiş olunmuş, həmin məktuba Mahir Baxşıyev tərəfindən 2015ci il # ###### tarixində verilmiş elektron cavab məktubunda 2015-ci il ## ###### tarixinə iddiaçının cavabdeh1 MMC-dən borc-alacaqlı vəziyyət hesabatının göndərilməsi istənilmiş, iddiaçının baş mühasibi Şahin Yusifhanoğlu tərəfindən cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə 2015-ci il ## #### tarixində ünvanlanmış elektron məktubda (e-mail) da 2015-ci il # ###### tarixli məktuba istinad olunaraq 983.101,04 Avro borcun ödənilməsi xahiş edilmiş, daha sonra “X3 Sanayi ve Ticaret A.Ş” şirkətinin direktoru Hüseyn xxxx tərəfindən cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə 2017-ci il ## ###### tarixində elektron məktub (e-mail) ünvanlanaraq 983.101,04 Avro məbləğində borcun ilin sonuna qədər ödəniləcəyi vədiyinin yerinə yetirilmədiyi diqqətə çatdırılmış və borcun təcili olaraq ödənilməsi tələb olunmuş, tərəflər arasında yazışmalar, habelə iddiaçının müxtəlif dövlət qurumlarına şikayətləri 2020-ci ilə qədər və bundan sonra da davam etmiş, cavabdeh1 MMC-nin direktoru tərəfindən “X3 Sanayi ve Ticaret A.Ş” şirkətinə göndərilmiş 2020-ci il ## #### tarixli *** nömrəli məktubda isə cavabdeh1 MMC-nin iddiaçıya qalan 884.700 avro borcunun ##.##.2020- ci il tarixinə qədər ödəniləcəyi barədə öhdəlik götürdüyü bildirilmişdir.

48. Məhkəmə hesab etmişdir ki, iddiaçının baş mühasibi Şahin Yusifhanoğlu tərəfindən cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə 2015-ci il # ###### və 2015-ci il ## #### tarixlərdə ünvanlanmış elektron məktublar (e-mail), eləcə də Hüseyn xxxx tərəfindən cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə 2017-ci il ## ###### tarixində ünvanlanmış elektron məktub (e-mail) aşağıdakı səbəblərə görə hazırkı mübahisə üzrə iddia müddətinin axımının başlanması baxımından əhəmiyyət kəsb edə bilməz: - həmin məktublar (e-maillər) hazırkı (ikinci) apellyasiya baxışı zamanı təqdim olunduğundan sübut kimi qəbul olunmamalıdır; çünkü cavabdehin nümayəndəsi həmin sənədləri nə birinci instansiya məhkəməsinə, nə də işə ilk dəfə apellyasiya qaydasında baxan apellyasiya instansiyasına təqdim etməmişdir, hansı ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər. - həmin məktublar (e-maillər) cavabdeh tərəfindən deyil, iddiaçının özü (vəkili) tərəfindən cavabdehlə 2014-cü ildən sonra da yazışmaların aparılmış olduğunu diqqətə çatdırmaq üçün hazırkı apellyasiya baxışı zamanı təqdim olunmuş və cavabdehin, daha əvvəl istinad etmədiyi bu sənədlərdən təkrar apellyasiya baxışı zamanı öz lehinə istifadə etməyə çalışması dürüstlük prinsipinə də ziddir. - Həmçinin həmin məktublar (e-maillər) sübut kimi qəbul olunsa belə, onlar nə öhdəliyin icra edilməsi müddətini müəyyənləşdirən, nə də iddiaçının tələbetmə məqamının məhz 2015-ci il # ###### tarixi (yaxud 2015-ci il ## #### və 2017ci il ## ######) olduğuna dəlalət edən sənədlər kimi qiymətləndirilməməlidir, lakin bu halda onların, MM-in 427.2-ci maddəsi baxımından əhəmiyyət kəsb edib-etmədiyi müzakirə oluna bilər.

49. Məhkəmə qeyd etmişdir ki, 2015-ci il # ###### tarixli həmin məktuba “2015ci il ## ###### tarixinə şirkətinizin cavabdeh1 MMC-dən borc-alacaqlı vəziyyət hesabatını göndərməyiniz rica olunur” məzmununda cavab verən cavabdeh heç bir ödəniş həyata keçirməmiş, bundan sonrakı tarixlərdə tərəflər borcun ödənilməsi ilə bağlı müzakirələrini davam etdirmiş, 2018-ci ildə cavabdeh1 MMC tərəfindən Türkiyə Rüspublikasının Bakıdakı Ticarət Müşavirliyinə “ölkədə yaşanan ekonomik kriz səbəbilə dövlət sifarişi ilə reallaşdırılan və tamamlanan proyektlərin ödənişlərini ala bilmədikləri, buna görə podratçı və mal aldıqları şirkətlərə borcların ödənilmədiyi” məzmununda cavab verilmiş, cavabdehin təşəbbüsü ilə dindirilmiş şahidin bildirdiyinə görə 2018-ci ildə iddiaçı ilə sözügedən avadanlığın yenilənməsi və işlək vəziyyətə gətirilməsi üçün ehtiyat hissələrinin alınması barədə danışıqlar aparılmış, lakin iddiaçı avadanlığa görə borcun ödənilməsini tələb etməklə ehtiyat hissələrini təqdim etməkdən imtina etmiş, borcun ödənilməsi istiqamətində tərəflər arasında aparılmış danışıqların nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya borcunun mövcudluğunu təsdiq edən və həmin borcun ödənilməsi müddətini nəzərdə tutan 2020-ci il ## #### tarixli məktub ünvanlanmışdır. Başqa sözlə, iddiaçının 2015-ci il # ###### tarixli (o cümlədən 2015-ci il ## #### və 2017-ci il ## ###### tarixli) məktubundan sonra cavabdeh ağlabatan müddətdə borcunu ödəməsə də, işin hallarına görə, tərəflər faktiki olaraq icranın başqa müddətdə həyata keçirilməsi barədə razılaşmışlar və sözügedən məktub(lar) sübut qismində qəbul olunsa belə, iddia müddətinin axımının başlanmasına əsas yaradan sənəd(lər) kimi qiymətləndirilə bilməz.

50. Bu kontekstdə kollegiyanın qənaətinə görə, cavabdeh1 MMC-nin iddiaçı qarşısında yaranmış öhdəliyinin icra edilməsi müddətini, habelə iddiaçının tələbetmə məqamını müəyyənləşdirən sənəd qismində, cavabdeh1 MMC-nin direktoru tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il ## #### tarixli *** nömrəli məktub qəbul oluna bilər; belə ki, məhz həmin məktubda cavabdeh1 MMC iddiaçıya qalan 884.700 avro borcunu 2020-ci il ## ###### tarixinə qədər ödəyəcəyi barədə öhdəlik götürdüyünü bildirmiş, beləliklə də həm öhdəliyin icra müddətini, həm də iddiaçının tələbetmə məqamını müəyyənləşdirmişdir.

51. Məhkəmə hesab etmişdir ki, iddiaçı müvafiq iddia tələbi üzrə iddia müddətini ötürməmişdir (iddiaçı tərəfindən cavabdehə 2023-cü il ## ###### tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyi və iddia tələbinin 2023-cü il ## ###### tarixində irəli sürüldüyü nəzərə alınmaqla).

52. Məhkəmə nəzərə almışdır ki, əslində hazırkı mübahisə üzrə tətbiq edilməli hüquq Türkiyə Respublikasının qanunvericiliyi olmuş, lakin birinci instansiya məhkəməsi mübahisənin xarici elementli olduğunu nəzərə almayaraq bu məsələni ümumiyyətlə müzakirə etməmişdir – hansı ki, həmin ölkənin qanunvericiliyinə görə də iddiaçı iddia müddətini ötürməmişdir.

53. Məhkəmə qeyd etmişdir ki, cavabdeh1 MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi öz təsdiqini tapsa da iddiaçı, müqavilə öhdəlikləri pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

54. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 21.1, 21.2, 340.2, 372.1, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 377.2, 377.3, 380.1, 385, 386.1, 425.1, 425.2, 427.1, 427.2, 442, 443.1, 443.2, 443.4, 445.1, 445.2, 445.5, 448.1, 567 və 598.1-ci maddələrinə, Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqısatqısına dair müqavilələr haqqında 1980-ci il Vyana Konvensiyasının 1, 11 və 53-cü maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.2, 19.1, 24.1, 24.3 və 25.1-ci maddələrinə, Türkiyə Respublikasının Borclar Qanununun 146 və 149-cu maddələrinə, Türkiyə Respublikasının Ticarət Qanununun 6-cı maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli qərarının 5.9, 5.10, 5.11, 5.18, 5.19 və 5.20-ci bəndlərinə istinadla əsaslandırmışdır.

55. Cavabdeh cavabdeh1 MMC kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normaları tətbiq edilməklə iddianın rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

56. MM-in 375, 377.3, 379, 381, 421, 423 maddələri üzrə - apellyasiya məhkəməsi iddiaçı ilə cavabdeh cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m³ su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlandığını və iddia tələbinin həmin müqavilədən irəli gəldiyini müəyyən etsə də, bu müqavilə üzrə öhdəliklərin, o cümlədən cavabdehin öhdəliyi nə zaman icra etməsinin müəyyənləşdirilməsi istiqamətində hüquqi dəyərləndirmə aparmamışdır. Bu isə icra müddəti müəyyən edilməmiş şifahi müqavilə üzrə iddia müddətinin axımının qanunvericiliyin tələblərinin pozulması ilə hesablanmasına səbəb olmuşdur. Iddiaçının nümayəndəsi mübahisəli borcun kassator ilə bağlanmış müqavilədən yarandığını və işlərin icra olunmaması səbəbindən həmin öhdəliklər üzrə pul tələb edilmədiyini bildirmişdir. Məhkəmə tərəfindən sübutların təqdim edilməsinin zəruriliyi bildirildikdən sonra iddiaçı əlavə sənədlər təqdim etmiş, cavabdehlər isə həmin sənədlərə münasibət bildirmişdir. 2025-ci il ## ###### tarixli iclasda kassatorun vəkili yeni müqavilə bağlanması və iş materialları ilə tanış olmaq üçün vəsatət versə də, məhkəmə baxılma müddətinin başa çatdığını əsas gətirərək vəsatəti rədd etmişdir. Cavabdeh tərəfindən 2015-ci il # ###### tarixli elektron poçt təqdim edilmiş, hakim həmin məktub və TELEFAX-ı tələb etmiş, təqdim edildikdən sonra iddiaçıdan cavab məktubunun və əlavə sübutların olub-olmaması soruşulmuş, iddiaçı cavab məktubunun mövcud olduğunu bildirsə də, təqdim etməmişdir. Məhkəmə əlavə sübutların təqdim edilməsi üçün vaxt verərək iclası təxirə salmışdır. Sonradan iddiaçı əlavə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən borcun etiraf edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. 2025-ci il ## ###### tarixli iclasda iddiaçı mövcud bütün sənədlərin təqdim edildiyini bildirmişdir. E-maillər apellyasiya baxışı zamanı təqdim edildiyindən sübut kimi qəbul edilməməlidir, çünki əvvəlki instansiyalara təqdim edilməmiş və bunun mümkünsüzlüyü əsaslandırılmamışdır. Iddiaçı tərəfindən 2015-ci il ## #### tarixli e-maildə 2015-ci il # ###### tarixli məktuba istinad edilərək 2011-ci il # ###### tarixli müqavilə üzrə borcun ödənilməsi tələb edilmişdir. 2015-ci il # ###### tarixli TELEFAX-ın 3-cü səhifəsindən də görünür ki, həmin tarix iddiaçının hüququnun pozulduğunu bildiyi tarixdir və növbəti gündən iddia müddətinin axımı başlamış, 2018-ci il # ###### tarixində başa çatmışdır. 2021-ci il ## ####### tarixli */** nömrəli məktubda cavabdeh1 MMC yalnız logistika işlərini yerinə yetirdiyini bildirmişdir. Iş materiallarındakı digər sənədlərdən də görünür ki, tərəflər arasında əsasən digər malların (kanalizasiya bacalarının) alqı-satqısı olmuşdur. 2013-cü il # ###### tarixli sənədlər Ucar, Quba, Qaraçuxur və Binə layihələri üzrə mal alış fakturalarını təsdiq etmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində 2011-ci il # ####### tarixli müqavilə “xxxx” MMC (hazırkı adı cavabdeh2 MMC) ilə bağlanmış, sonradan danışıqlar cavabdeh1 MMC ilə davam etdirilmiş, avadanlıqların göndərilməsi və ödənişlər barədə nəticələr göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdeh1 MMC-nin ödəniş etməsinə dair sübut təqdim edilməmiş, əksinə ödənişlərin ofşor şirkətlər tərəfindən həyata keçirildiyi bildirilmişdir. Həmin qətnamədə iddia tələbinin alqı-satqı münasibətlərindən irəli gəldiyi göstərilsə də, 2015-ci il # ###### tarixli TELEFAX mübahisəli məbləğin 2011ci il # ###### tarixli müqavilədən yarandığını təsdiq edir. Müqaviləyə dəyişiklik edilməsi isə yalnız tərəflərin razılaşması ilə mümkündür və belə razılaşmanı təsdiq edən sübut təqdim edilməmişdir. Həmçinin, elektron yazışmalara əsasən tərəflər arasında münasibətlər göstərilsə də, iş materiallarındakı “cari hesab dökümü” sənədindən görünür ki, 2011-ci il ## ####### və 2011-ci il ## ###### tarixlərində artıq 1.249.300 avro ödəniş edilmişdir. Halbuki 2011-ci il # ####### tarixli müqavilənin 8.1-ci bəndinə əsasən 3.600.000 avro nağd ödənilməli idi və ofşor ödənişlərə ehtiyac olmamışdır. Iddiaçının öz təqdim etdiyi məlumatda 2011-ci il ## ###### və 2014-cü il ## ###### tarixlərində 3.123.996,87 avro ödəniş edildiyi göstərilsə də, bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. cavabdeh1 MMC tərəfindən 2020-ci il ## #### tarixli məktubla 884.700 avro borcun etiraf edilməsi qeyd edilmişdir. Lakin şifahi müqavilə qənaəti əsasən 2011-ci il ## ###### tarixli e-mailə əsaslandırılmışdır, halbuki həmin tarixdən əvvəl artıq ödənişlər həyata keçirilmişdir. 2015-ci il # ###### tarixli e-maildən sonra borcun etirafı və ya razılaşma təqdim edilmədiyindən iddia müddəti 2018-ci il # ###### tarixində başa çatmışdır. Nəzərə alınmalıdır ki, 2015-ci il # ###### tarixli elektron poçt məktubu ilə tələbetmə anı açıq şəkildə təsbit olunduğu halda, məhkəmə həmin məktubu iddia müddətinin başlanma anı kimi qəbul etməməsinin hüquqi əsasını qərarında göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, e-maillər nə icra müddətini müəyyən edir, nə də tələbetmə anını təsdiq edir, lakin onların MM-in 427.2ci maddəsi baxımından qiymətləndirilməsi mümkün ola bilər. Bu mövqe, 2015-ci il # ###### tarixli elektron poçtun mühüm sübut kimi qəbul edilərək məhkəmə iclasının təxirə salınması ilə bağlı protokolla ziddiyyət təşkil edir. Həmçinin qətnamədə 2020ci ilədək aparıldığı iddia edilən danışıqlara dair konkret və mötəbər sübutlar göstərilməmiş və iddia müddəti keçdikdən sonra yaranmış məktublara (2020-ci il ## #### və 2021-ci il ## #######) istinad edilmişdir. Iş materiallarında olan 2015-ci il # ###### tarixli elektron poçt və TELEFAX iddiaçının həmin tarixdə hüququnun pozulduğunu bildiyini təsdiq etmişdir. Məhz həmin tarixdən iddia müddətinin axımı başlamış və 2018-ci il # ###### tarixində başa çatmışdır. Buna baxmayaraq, məhkəmə 2020-ci ilədək iddia müddətinin davam etməsi qənaətinə gəlmişdir ki, bu da kassatorun istinad etdiyi qanunvericiliyin tələblərinə ziddir.

57. MPM-in 9, 14, 77 və 88-ci maddələri üzrə - məhkəmə sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməmiş, təqdim olunmuş sənədlər arasındakı ziddiyyətlərə lazımi hüquqi qiymət verməmişdir. Eyni zamanda, məhkəmə prosessual baxımdan da pozuntulara yol vermiş, cavabdehin sübut təqdim etmək imkanlarını məhdudlaşdırmış, vəsatətləri əsassız olaraq təmin etməmiş və tərəflərin bərabərliyi prinsipini təmin etməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Iddiaçı kassasiya şikayətinə qarşı etirazında bildirilmişdir ki, cavabdehlər özlərindən heç bir sübut təqdim etmədən iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 2015-ci il # ######, 2015-ci il ## #### və 2017-ci il ## ###### tarixli mail məktublardan 2015-ci il ## #### tarixli məktuba istinad edərək və MM-in 377.2-ci maddəsinə əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdilər. Cavabdeh iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi mail məktublardan 2017-ci il ## ###### tarixli məktubu görməzdən gəlmişdir. Belə ki, bu məktubun məzmununa görə, kreditor cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən borc öhdəliyinin ödənilməsi üçün cavabdehə 2017-ci ilin sonunadək öhdəliyini icra etmək üçün vaxt vermişdir. Belə olan halda iddia müddətinin axımı 2017-ci ilin dekabr ayından başlayaraq 2020ci ilin dekabrın sonunadək ötürülməmiş sayılmalıdır ki, iddiaçı tərəf də cavabehlərə qarşı məlum iddia tələbini irəli sürmüşdür. Odur ki, məhkəməyə təqdim olunmuş 2015ci il # ###### tarixli, 2015-ci il ## #### və 2017-ci il ## ###### tarixli məktubların sübut vasitəsi kimi (ilkin məhkəmə prosesi mərhələlərində təqdim edilməməsi səbəbindən) qiymətləndirilməməsi nəticəsinə gəlinməsi lakin tərəflər arasında aparılmış şifahi razılaşmaların, danışıqların olması halı kimi qiymətləndirilməsi əsaslı sayılmalıdır.

Kassasiya baxışının hədləri

59. Kassasiya şikayəti cavabdeh tərəfindən verildiyinə görə hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddianın qismən təmin edildiyi hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.”

“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.”

“Maddə 373. Iddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.”

“Maddə 375. Iddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”

“Maddə 377. Iddia müddətinin başlanması 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.”

“Maddə 380. Iddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

63. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

64. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

65. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

66. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

67. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

68. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

69. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

70. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir.

71. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

72. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar